Month: December 2024

  • Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

    Bu günlərdə Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclası keçirilib.

    Nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda gündəliyə əsasən, bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

    Kollegiyanın digər qərarı ilə muaytay idman növü Azərbaycan Kikboksinq Federasiyasının fəaliyyət istiqamətinə daxil edilib və ölkə ərazisində yayılan idman növü kimi tanınıb.

    Qeyd edək ki, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, prezidenti isə Orxan Əliyevdir.

  • Talassemiyalı uşaqlara qarşı bir milyon manatlıq dələduzluqla bağlı MƏHKƏMƏ

    Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirmə ittihamı ilə mühakimə edilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın məhkəməsi yenə baş tutmayıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, prosesin baş tutmamasına səbəb təqsirləndirilən Aynur Bayramovanın hələ bilinməyən səbəbdən qəfil müalicə müəssisəsinə yerləşdirilməsidir.

    Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə araşdırılır. Bu, adıçəkilən hakimin baxdığı sonuncu işlərdəndir. Belə ki, o, bir neçə aya yaş həddi ilə bağlı təqaüdə göndəriləcək.

    Hakim hesab edir ki, təqsirləndirilən şəxslər məhz bu səbəbdən məhkəməni uzadırlar. Düşünürlər ki, süründürməçilik etsələr, onun da hakimliyi bitər, iş başqa hakimə keçər: “Mən maraqlanmışam, Aynur dünən axşama kimi sağlam olub. Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm. Yadınızdadırsa, burada da özünü yerə yıxırdı.

    İndi düşünürlər ki, mən gedərəm, işi az təcrübəli hakimə verərlər, onlar da bundan istifadə edərlər. Ona çatdırın ki, Azad Məcidov bu işi bitirənə kimi harasa gedən deyil! Vəssalam!”

    Xanım müttəhimin məhkəmədə iştirak etməməsi onun əməlindən əziyyət çəkən şəxsləri də əsəbiləşdirib. Zərərçəkmiş Tural Nəsmiyev deyib ki, Aynur xəstəlik bəhanəsi ilə ev dustaqlığına çıxmaq istəyir, buna görə də özünü müalicə müəssisəsinə saldırıb.

    “Buna mən qərar verirəm, oturun yerinizə”, – deyə hakim zərərçəkmişə səslənib.

    Proses yanvarın 8-nə kimi təxirə salınıb.

    Qeyd edək ki, iki şirkətə rəhbərlik edən Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərini aldadıb, övladlarını xaricdə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın pulu ələ keçirməkdə ittiham edilir.

  • Avropa Ukraynaya 100 minə qədər hərbçi göndərə bilər – “Reuters”

    Avropa Ukraynaya sülhməramlı kimi göndəriləcək 100 minə yaxın hərbçidən istifadə edə bilər.

    Qaynarinfo xəbər verir ki, bu barədə anonimlik şərti ilə bir ukraynalı məmur “Reuters” agentliyinə bildirib.

    Mənbə deyib ki, beş-səkkiz ölkədən ibarət koalisiya tərəfindən yaradıla bilər.

    Xəbər verildiyi kimi, analitiklər və rəsmilər bu cür qüvvələrin sayı ilə bağlı müxtəlif təxminlər verir və çox şeyin onların konkret missiyasından asılı olacağını vurğulayırlar. Təxminən 40 min avropalı hərbçinin göndərilməsinin məqsədəuyğun olacağı güman edilir.

    Hazırda Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunda işləyən Avstriyalı hərbi ekspert Frans-Stefan Qadinin sözlərinə görə, bölmələrin yerləşdirilməyə hazırlaşdığı və yerləşdirildikdən sonra bərpa olunduğu rotasiya sxemləri üzrə missiyaya təxminən 100.000 hərbçi cəlb oluna bilər: “Bu, şübhəsiz ki, Avropanın quru qüvvələrini xeyli genişləndirəcək”.

    Bundan əlavə, o vurğulayıb ki, bu halda Avropa ölkələri digər missiyalarını azaltmalı olacaqlar. Xüsusilə, Balkanlarda sülhün qorunması missiyası azalacaq.

    İtaliyanın müdafiə naziri Quydo Krozetto bildirib ki, sülhməramlılar BMT-nin himayəsi altında fəaliyyət göstərməlidir. Lakin digər rəsmilər bunun BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyaya həddən artıq təsir edəcəyini deyirlər. Kütləvi informasiya vasitələri onu da yazır ki, Avropa ABŞ-ı bu əməliyyatda ən azı kəşfiyyat və digər əməliyyat yardımlarında iştirak etməyə inandırmalı olacaq.

  • “Qarabağ”da daha bir ciddi itki – 1 ay oynamayacaq

    Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Bədavi Hüseynov dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.

    Bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

    33 yaşlı müdafiəçi “Sumqayıt”a 5:0 hesabı ilə qalib gəldikləri oyunun birinci hissəsində zədələnərək əvəzlənmişdi.

    Qeyd edək ki, daha əvvəl “köhlən atlar”ın digər müdafiəçiləri Bəhlul Mustafazadə ilə Kevin Medina və yarımmüdafiəçi Aleksey İsayevin təxminən bir ay yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

    ////Report.az

  • Xırdalanda müəllim direktoru məhkəməyə verdi

    Xırdalan şəhər 2 saylı tam orta məktəbin riyaziyyat müəllimi Vəfa Həziyeva məktəbin direktoru Gülnaz Kərimovanı və tədris hissə müdirini xüsusi ittiham qaydasında məhkəməyə verib.

    Abşeron Rayon Məhkəməsinə müraciət edən müəllim direktorun və tədris hissə müdirinin Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsinə əsasən cəzalandırılmasını tələb edib.

    V.Həziyeva direktorun onu şagirdlərin və məktəb işçilərinin yanında təhqir etdiyini, ləyaqətini alçaltdığını deyib.

    Həmçinin məlum olub ki, müəllimlə direktor arasında bir müddətdir narazılıq var və V.Həziyeva məktəb rəhbəri barəsində mətbuatda da tənqidi fikirlər səsləndirib.

    Abşeron Rayon Məhkəməsi V.Həziyevanın müraciətində Cinayət Prosessual Məcəlləsinin bəzi tələblərinin pozulması, təqdim edilmiş sənəd və sübutların tam olmaması qənaətinə gəlib. Bu səbəbdən ərizə icraata qəbul edilməyib.

  • Azərbaycanın Əməkdar memarı vəfat edib

    Azərbaycanın Əməkdar memarı Fəxrəddin Böyük oğlu Miralayev vəfat edib.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, o, bu gün dünyasını dəyişib. Mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.

    Mərhumla vida mərasimi sabah saat 10:30-da Göy Məsciddə baş tutacaq.

    Xatırladaq ki, Fəxrəddin Böyük oğlu Miralayev 14 mart 1951-ci ildə Qazax şəhərində anadan olub. 1968-1974-cü illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1975-1982-ci illərdə Azərbaycan SSR Mədəniyyət və Turizm Nazirliyinin Bərpa İdarəsində memar, 1983-1992-ci illərdə “Bərpaçı” Baş idarəsində memar, 1992-2000-ci illərdə Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin sədri vəzifəsində işləyib. 2001-2002-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Memarlıq abidələrinin bərpası və mühafizəsi Komitəsinin Baş idarəsinin rəisi işləyib.

    2003-2015-ci illərdə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunda baş memar vəzifəsində çalışıb. 100-ə yaxın bina layihələrinin müəllifidir.

    Opera və Balet Teatrının bərpası, Bibiheybət məscidi, Buzovnada Cümə məscidi, “ÜNS” teatrı (O. Səttarovla birgə), Fəxri xiyabanın (R.Əliyevlə birgə) və Şəhidlər xiyabanının rekonstruksiyası, Gəncədə İmamzadə Dini-memorial kompleksi, Qala kəndində Açıq səma altında Muzey, İçərişəhərin qala divarlarının bərpası, İqtisad Universitetinin və ətrafının regenerasiyası, Nəsimi meydanında yeraltı qaraj və mağaza (S.Salamzadə ilə birgə), Zərifə Əliyeva, Füzuli və Heydər Əliyev prospektlərində yerləşən binaların layihəsinin müəllifidir.

  • “Müəllimi bu həddə çatdırmaq olmaz” – Ekspert

    “Bu hadisə xoşagələn hal deyil. Burada iki tərəfdən çox valideyn günahkardır. Mən birmənalı olaraq valideyni günahlandırıram”.

    Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev Sumqayıt şəhər 38 nömrəli tam orta məktəbdə müəllimin şagirdi stulla vurmasına dair görüntülərdən danışarkən deyib.

    Onun sözlərinə görə, hazırkı cəmiyyətdə bəzi valideynlər uşaqlarını başlı-başına buraxıb:

    “Nəzarət etmir, təlim-tərbiyyəsi ilə məşğul deyil, ümumi təhsillə maraqlanmır və s. Nəticədə də belə xoşagəlməz hallar yaranır. Düzdür, birmənalı olaraq deyirik ki, müəllim sinifdə belə hərəkəti etməməlidir. Çünkü qanunlar istiqamətindən biz baxsaq, qəsdən sağlamlığa xəsarət yetirmək göz önünə gəlir”.

    Elçin Əfəndiyev əlavə edib ki, bu qanunvericiliyə əsasən ümumi hüquq pozuntusudur:

    “Amma müəllim burada təmkin göstərməlidir. Bir də buradan baxaq ki, müəllim həmin andakı həddə necə gəlib çatıb. Bunu da diqqətə almaq lazımdır. Yekun olaraq heç kəs istəməz ki, məktəbdə belə hal yaşansın. Ona görə də valideynlər övladları ilə daimi söhbət aparmalıdırlar. Müəllim təhsil verəndir, tərbiyəverən isə valideyndir. Valideynlər bu məsuliyyəti öz üzərindən atmamalıdırlar”.

    Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt şəhər 38 nömrəli tam orta məktəbdə müəllimin şagirdi stulla vurmasına dair görüntülər yayılıb. Böyük müzakirəyə səbəb olan görüntü ictimai qınağa səbəb olub. “Təhsilverənlərin etik davranış qaydaları”nı pozduğuna görə müəllim barəsində intizam tənbehi tədbiri görülüb.

  • ДТП на проспекте Зии Буниятова: образовался затор

    На проспекте Зии Буниятова в Наримановском районе Баку произошло дорожно-транспортное происшествие.

    Соответствующую информацию распространил Центр интеллектуального управления транспортом (ЦИУТ).

    Отмечается, что из-за аварии в направлении станции метро “Кёроглу” образовался транспортный затор. Ведутся работы по его устранению.

  • Ziya Bünyadov prospektində QƏZA: Sıxlıq yarandı

    Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Bildirilib ki, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

    Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

  • Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib – Polis əməliyyatı (VİDEO)

    Dekabrın 16-da saat 11 radələrində Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində 2 naməlum şəxs şirkətlərdən birinə məxsus “Chevrolet” markalı avtomobili dayandıraraq sürücünü aldatmaqla ona zor tətbiq edib avtomobildə olan 127 298 manat pulu talayaraq qaçıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində pul vəsaitini quldurluq yolu ilə talamaqda şübhəli bilinənlər – 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov saxlanılıblar.

    Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər avtomobildə pulun varlığından məlumatlı olublar.

    Sumqayıt Şəhər Polis İdarəsində fakta görə Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. R.Fərəcov və S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.

    İstintaq tədbirləri davam etdirilir.