Month: December 2024

  • Əziz Orucovun məhkəməsinin vaxtı məlum olub

    “Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə başlayır.

    Median.Az APA-ya istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib və hakim Günel Səmədovanın icraatına verilib.

    İş üzrə məhkəmənin hazırlıq iclası dekabrın 25-nə təyin olunub.

    Xatırladaq ki, Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə, daha sonra 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi əlavə edilib. Daha sonra 206.3.2-ci maddəyə xitam verilib.

  • “Галатасарай” достиг предварительного соглашения с Пауло Дибала

    Турецкий футбольный гигант “Галатасарай” достиг личного соглашения со звездным аргентинским футболистом Пауло Дибалой.

    Как сообщает Median.Az со ссылкой на SporX, “желто-красные” предложили Дибале годовую зарплату в размере 10 млн евро.

    Представители итальянской “Ромы”, не желающие видеть в команде 31-летнего нападающего, заявили, что не будут создавать проблем с его трансфером.

    Отметим, что Дибала в этом сезоне провел в составе “Ромы” 18 матчей, в которых забил один гол и сделал две результативные передачи.

  • “Qalatasaray” Paulo Dibala ilə ilkin razılıq əldə edib

    Türkiyə nəhəngi “Qalatasaray” argentinalı ulduz futbolçu Paulo Dibala ilə şəxsi razılığa gəlib.

    Median.Az “SporX”ə istinadən xəbər verir ki, “sarı-qırmızılar” Paulo Dibalaya illik 10 milyon avroluq maaş təklif ediblər.

    31 yaşlı hücumçunu heyətdə istəməyən “Roma” rəsmiləri Dibalanın keçidində problem yaratmayacaqlarını bildiriblər.

    Qeyd edək ki, Paulo Dibala bu mövsüm “Roma” forması ilə çıxdığı 18 oyunda bir qol, iki məhsuldar ötürmə ilə yadda qalıb.

  • Prezident İlham Əliyev Qətər əmirini təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:

    “Əlahəzrət, Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

    Azərbaycan-Qətər dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, dövlətlərarası münasibətlərimiz, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə uğurla davam edəcək.

    Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

    Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yaşıl dərə yaşayış massivində baş verib.

    39 yaşlı Qabil Niftalı oğlu Orucov, onun həyat yoldaşı 29 yaşlı Gülbuta İmamverdi qızı Orucova, övladları – 5 yaşlı Niftalı Qabil oğlu Orucov, 16 yaşlı Aysun Qabil qızı Orucova və 8 yaşlı Samirə Qabil qızı Orucova dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakının 6 rayonunda yaşayış və qeyri-yaşayış sahələri qiymətləndiriləcək

    Bakının Binəqədi, Yasamal, Səbail, Xətai, Sabunçu və Suraxanı rayonlarının 15 küçəsində yaşayış və qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi nəzərdə tutulur.

    Bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi hazırlıqlara başlayıb.

    Məlumata görə, proses Binəqədi rayonunun II Mədən, Gənclik, 10 May və Davud Əhmədov, Yasamal rayonunun Zivər bəy Əhmədbəyov, Səbail rayonunun Əli Nəzmi, Salman Mümtaz və Seyran Məmmədov, Xətai rayonunun Marat Əmirxanov, Sabunçu rayonunun Babək, Möhsün Sənani, Əsildar Məmmədov və Mehdi Hüseynzadə, Suraxanı rayonunun Səttar Bəhlulzadə və 46-cı Yeni Suraxanı küçələrindəki yaşayış binalarında yerləşən mənzilləri və qeyri-yaşayış obyektlərini, eləcə də onların əlavə artırma sahələrini əhatə edəcək.

    Qiymətləndirmə Konstitusiyaya, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna, milli və beynəlxalq qiymətləndirmə standartlarına, müvafiq qanunvericilik aktlarına uyğun şəkildə aparılacaq.

  • Livanın Baş naziri Türkiyəyə səfər edəcək

    Livanın Baş naziri Nəcib Mikati dekabrın 18-də Türkiyəyə səfər edəcək.

    Apa-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin başçısı Fəxrəddin Altun bildirib.

    Onun sözlərinə görə, Mikatinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi gözlənilir.

    Danışıqlar zamanı Fələstin və Suriya ilə bağlı məsələlər müzakirə olunacaq.

  • Paytaxtın bu ərazilərində qaz olmayacaq

    “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Səngəçal” yüksək təzyiqli magistral qaz kəmərinin 3-cü km-də, “Semzavod” və “Sənqəçal” QPS-lərdə, “Gips Zavodu” ölçü qovşağında yaranmış qaz sızmalarınin ləğvi məqsədilə 18.12.2024-cü il saat 09:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
     
    Median.Az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
     
    Bununla əlaqədar Qaradağ rayonunun Bağlar və Yeni Evlər massivlərinin, Sahil, Umbakı, Əzimkənd və Səngəçal qəsəbələrinin, Yol evləri, Bağ evləri adlanan yasayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
     
    Həmçinin Nəsimi rayonu, Moskva prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 18.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
     
    Qaz təchizatı dayandırılan Nəsimi rayonunun Moskva prospektinin qaz təchizatında fasilə yaranacaq.

  • Tusk: Polşanın Ukraynaya kömək etmək üçün çox imkanı qalmayıb

    Polşanın Ukraynaya yardım göstərmək üçün az imkanı qalıb.

    Apa “TVP Info”ya istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk Lvovda Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra mətbuat konfransında deyib.

    “İndi bizim bizə sonradan qoşulanlara nisbətən daha az imkanlarımız var. Biz Belarusla, Rusiya ilə çox uzun sərhədi qorumalıyıq”, – Tusk vurğulayıb.

  • “Ölkədə 4-cü inqilab cəhdinin qarşısını aldıq”

    “Gürcü Arzusu Partiyası ölkədə dördüncü inqilab cəhdinin qarşısını aldı”.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri ölkənin Baş naziri İrakli Kobaxidze ölkədə etiraz aksiyası iştirakçılarının fəallığının azalmasından danışarkən deyib.

    “Radikal müxalifət güc resurslarını itirdi. Biz artıq dördüncü inqilab cəhdinin qarşısını aldıq – 800 nəfər (bir gün əvvəlki aksiyada iştirak ediblər). 4 siyasi partiya və 10-dan çox varlı QHT – bunlar Rustaveli prospektində heç 800 nəfəri də yığa bilmirlər. İtalyanların dediyi kimi, “finita la komediya” – hər şey bitdi”, – deyə Kobaxidze bildirib.