Month: December 2024

  • Bakıda qadını başına daşla vurub öldürdülər

    Bu gun saat 20 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində 1991-ci il təvəllüdlü qadın başına daşla vurularaq qətlə yetirilib.

    Median.Az xəbər verir ki, E.İbrahimovanı qətlə yetirməkdə şübhəli bilinən tanışı 1995-ci il təvəllüdlü İgid Rəcəbzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır. /APA

  • Azərbaycanda evlənmək istəyənlərin sayı azalıb

    Evlənmək istəyənlərin sayı azalıb. Bunu statistik rəqəmlər də sübut edir.

    Median.Az Xəzər TV-yə istinadən bildirir ki, bu ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 36 651 nikah və 15 964 boşanma halları qeydə alınıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb.

    Sosioloqlar isə məsələnin kökündə bir neçə səbəbin olduğunu bildirir.

    Ən əsas səbəb isə sosial qayğılardır.

    Mütəxəssis Üzeyir Şəfiyev hesab edir ki, problem hələ bir müddət də bu  şəkildə davam edəcək. Amma bunun daha uzunömürlü olmaması üçün isə xarici ölkələrin təcrübəsindən faydalanmağa ehtiyac var. O hesab edir ki, gənclərin məşğulluq, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün layihələr icra edilməlidir.

    Qeyd edək ki, hesabat dövründə boşanmaların sayı isə dəyişməyərək eyni qalıb.

  • Tbilisidə etiraz aksiyaları davam edir

    Tbilisidə parlament binası qarşısında hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilib.

    Median.Az trend-ə istinadən xəbər verir ki, bir neçə yüz nəfər Rustaveli prospektinə toplaşaraq yolu bağlayıb. Bəzi iştirakçılar şəhərin mərkəzindən kortejlərlə parlament binasına gəliblər.

    Etiraz aksiyası dinc şəraitdə davam edir və hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları görünmür. Tiflislə yanaşı, Batumi və Kutaisidə də eyni vaxtda analoji aksiyalar keçirilir.

  • Rəhbər olmaq istəyənlərin NƏZƏRİNƏ

    Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
     
    Median.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

  • Kimlər pulsuz dərman ala biləcəklər -VERİLMƏ TARİXİ VƏ SİYAHI

    “Ambulator dərman vasitələrinin təminatına gələn ilin altı ayı üzrə 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub”.
     
    Median.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
     
    Bəs maraqlıdır, vətəndaşlar dərmanları haradan ala biləcəklər? Bir vətəndaşa nə qədər dərman verilə bilər? İllik limit varmı?
     
    Bu suallarla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə üz tutduq.
     
    Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada sığorta ilə qarşılanması nəzərdə tutulub:
     
    “İlkin mərhələdə ürək-damar, həzm və tənəffüs sistemi xəstələrinin dərman ehtiyacının qarşılanması planlaşdırılıb. Vətəndaşlar həkimə müraciət ediblər və diaqnoz qoyulubsa, xəstəliyin müalicəsində istifadə olunan dərman vasitələri Xidmətlər Zərfində olan siyahıya və həkimin reseptinə uyğun olaraq veriləcək. Dərmanlar elektron resept vasitəsilə təyin olunacaq. Yəni elektron reseptlər vasitəsilə təyin olunmuş dərman vasitələrini pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl apteklərdən ala biləcəklər”.
     
    Məlumatda qeyd olunub ki, “Tibbi sığorta haqqında” Qanun Milli Məclisdə 3-cü oxunuşdan keçib:
     
    “Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. Bu o deməkdir ki, ambulatorda dərman təminatına ilin ikinci yarısında başlanacaq”.

  • Avropa # Avropa Polşa Ukraynaya 100 milyon avro həcmində yardım ayırmaq qərarına gəlib

    Polşa hakimiyyəti Ukraynaya təxminən 100 milyon avro dəyərində yardım ayırmaq qərarına gəlib.

    Apa xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Lvovda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə bildirib.

    “Biz 45-ci yardım adlandırılan yardımla bağlı son detalları razılaşdırdıq. Bu yardımın dəyəri təxminən 100 milyon avro təşkil edəcək”, – Tusk vurğulayıb.

  • Azərbaycanda təhsil bahalaşır: Səbəb və çıxış yolu nədir?

    “Təhsilin bahalaşması ilə bağlı yaranan narahatlıq təkcə Azərbaycanda deyil, dünya miqyasında müxtəlif ölkələrdə də müşahidə olunur. Lakin bu tendensiya hər ölkədə fərqli səbəblərə və nəticələrə əsaslanır”.

    Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov 2024-cü ilin 9 ayı ərzində Azərbaycanda adambaşına düşən orta aylıq təhsil xərclərinin ötən illə müqayisədə 4,5% artmasının səbəblərindən danışarkən deyib. 

    Onun sözlərinə görə, Azərbaycanda təhsil xərclərinin sürətlə artması bir neçə əsas amillə izah edilir:

    “İlk növbədə, iqtisadi infliyasiya və valyuta dəyərinin azalması təhsil xərclərinin artımında əsas faktorlardan biridir. Məsələn, 2023-cü ildə ölkədə ümumi inflyasiya səviyyəsi 12%-dən yuxarı olmuşdur ki, bu da xüsusilə özəl təhsil sektorunda qiymətlərin daha da yüksəlməsinə səbəb olmuşdur“. 

    Dünya təcrübəsinə nəzər salan ekspert bildirib ki, bir çox inkişaf etmiş ölkələrdə təhsil xərcləri dövlət tərəfindən subsidiyalaşdırılır:

    “Bu təhsilin geniş təbəqələr üçün əlçatan olmasını təmin edir. Məsələn, Finlandiyada dövlət universitetlərində təhsil tamamilə ödənişsizdir, üstəlik tələbələrə aylıq təqaüd verilir. Almaniyada da dövlət universitetləri xarici tələbələr üçün belə minimal təhsil haqqı tələb edir, bu da yüksək keyfiyyətli təhsili mümkün edir. Buna qarşılıq ABŞ kimi ölkələrdə tələbə kreditləri sistemi tətbiq olunur, lakin bu çox vaxt gəncləri borc yükü altına salır. Azərbaycanın bu ölkələrdən götürə biləcəyi dərs dövlət subsidiyalarının artırılması və təhsilin maliyyə yükünü tələbələr və ailələr üçün yüngülləşdirmək ola bilər”.

    Kamran Əsədov bildirib ki, təhsilin bahalaşması məsələsində təhsil sektorunda rəqabətin zəif olması və müəyyən hallarda monopoliya mexanizmlərinin mövcudluğu da rol oynayır:

    “Azərbaycanda yüksək keyfiyyətli özəl məktəb və universitetlərin sayı məhduddur, bu isə mövcud müəssisələrə qiymətləri artırmaq üçün əlavə imkanlar yaradır. Təhsil sahəsində rəqabət mühitinin zəifliyi təkcə qiymətlərin artmasına deyil, eyni zamanda təhsilin keyfiyyətinə də mənfi təsir edir. Rəqabət olmadan təhsil müəssisələri innovasiya və texnologiyaların tətbiqi sahəsində zəif irəliləyir. Məsələn, Cənubi Koreya və Sinqapur kimi ölkələrdə özəl və dövlət təhsil müəssisələri arasında güclü rəqabət mövcuddur ki, bu da həm qiymətlərin tənzimlənməsinə, həm də təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olur”.


    Kamran Əsədov qeyd edib ki, təhsilin sürətlə bahalaşması və insanların bu istiqamətə daha az maliyyə ayırması yalnız iqtisadi problem deyil, eyni zamanda ciddi sosial və mədəni problemdir:

    “İnsanlar arasında təhsilin uzunmüddətli investisiya kimi qəbul edilməməsi, onu ikinci dərəcəli ehtiyac kimi görməsi gələcəkdə cəmiyyətin inkişafına mənfi təsir göstərə bilər. Bu səbəbdən, təhsilin qiymətləri əlçatan saxlanılmalı, dövlət və özəl sektor arasında tərəfdaşlıq modeli qurulmalı, təhsilin cəmiyyət üçün prioritet olduğu daha geniş miqyasda təbliğ edilməlidir. Həmçinin, insanların təhsilə ayırdığı maliyyəni artırmaq üçün təşviqlər yaradılmalı və istehlak vərdişlərinin balanslaşdırılması üçün tədbirlər görülməlidir”.

    Kamran Əsədov əlavə edib ki, Azərbaycan üçün ən real çıxış yolu dövlətin təhsilə subsidiyalarını artırması, təhsil sektorunda rəqabəti gücləndirməsi və insanların təhsilə sərmayə qoymasını stimullaşdırmasıdır:

    “Təhsilin prioritet olması yalnız fərdi inkişaf üçün deyil, bütövlükdə milli inkişaf və sosial sabitlik üçün strateji əhəmiyyət daşıyır. Cəmiyyətin prioritetləri dəyişmədiyi təqdirdə, təhsil sahəsində mövcud problemlər daha da dərinləşə bilər. Bu isə yalnız fərdlərin deyil, bütövlükdə Azərbaycanın gələcək inkişafını təhlükə altına ala bilər”.

  • Zurabişvili sabah Avropa Parlamentində çıxış edəcək

    Gürcüstan prezidenti Salome Zurabişvili sabah Avropa Parlamentində (AP) çıxış edəcək.

    APA xəbər verir ki, bu barədə Avropa Parlamentinin yaydığı press-relizdə qeyd olunub. Bildirilib ki, prezident dekabrın 18-də Tbilisi vaxtı ilə saat 11:30-da AP-də çıxış edəcək. Onun çıxışında Gürcüstanda hazırkı vəziyyətə, hakim “Gürcü Arzusu” və prezident seçkisi kimi mövzulara toxunacağı gözlənilir.

    Qeyd edək ki, daha əvvəl AP Prezidenti Roberta Metzola Zurabişvilinin çıxış üçün dəvət edildiyini bəyan etmişdi.

  • В Швеции ужесточат правила получения убежища

    Правительство Швеции и поддерживающая его партия “Шведские демократы” (ШД) подготовили законопроект, ужесточающий правила получения убежища.

    Как передает report, об этом в ходе пресс-конференции рассказал министр по вопросам миграции Юхан Форсель.

    Согласно их предложению, лица, получившие отказ, могут повторно подать заявление на предоставление убежища лишь через пять лет, в течение которых они не могут находиться на территории королевства.

    “Мы считаем, что эти предложения повысят возвращение на родину лиц, которым отказано в предоставлении убежища. Мы также полагаем, что это сократить число безосновательных заявлений на получение убежища”, – пояснил он.

    Дополнения в законодательство должны вступить в силу 1 апреля 2025 года.

    “Больше не будет стимулов оставаться нелегально в Швеции, чтобы переждать срок действия решения об отказе и затем получить разрешение на новое рассмотрение дела”, – заявил на встрече с прессой спикер ШД по вопросам миграции Людвиг Асплинг.

  • İsveçdə sığınacaq almaq üçün qaydalar sərtləşdiriləcək

    İsveç hökuməti və onu dəstəkləyən “İsveç Demokratları” partiyası sığınacaq almaq üçün qaydaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb.

    “Report” xəbər verir ki, bu barədə miqrasiya məsələləri üzrə nazir Yuhan Forsel mətbuat konfransında bildirib.

    Onların təklifinə əsasən, rədd cavabı alan şəxslər sığınacaq üçün yalnız 5 ildən sonra yenidən müraciət edə bilərlər və bu müddət ərzində krallıq ərazisində qala bilməzlər.

    “Hesab edirik ki, bu təkliflər sığınacaq verilməsindən imtina aldıqdan sonra vətənə qayıdan şəxslərin sayının artmasına, habelə sığınacaqla bağlı əsassız müraciətlərin sayının azalmasına kömək edəcək”, – Y.Forsel izah edib.

    Qanunvericiliyə əlavələr 2025-ci il aprelin 1-də qüvvəyə minməlidir.

    “Artıq imtina qərarının müddətinin bitməsini gözləmək və daha sonra işə yenidən baxılması üçün icazə almaq məqsədilə İsveçdə qeyri-qanuni qalmaq üçün səbəb olmayacaq”, – “İsveç Demokratları” partiyasının miqrasiya məsələləri üzrə spikeri Lüdviq Asplinq mətbuat nümayəndələri ilə görüşdə bildirib.