Month: December 2024

  • Xəzərdən gələn TƏHLÜKƏ: Bakıya XƏBƏRDARLIQ! Yanvar ayında…

    2024-cü il həm Azərbaycan, həm də digər bir sıra ölkələr üçün seysmik aktiv bir dövr oldu. İlin ilkin ayında – yanvarın 19-da 5,1 bal gücündə baş verən zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunmuşdu. Daha sonra iyul ayında Lənkəran bölgəsində 4,7 bal gücündə yeraltı təkanlar meydana gəlmişdi. Ən son isə noyabrın 23-də Laçın ərazisində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.

    Artıq il sonudur. Bəs bu aktivlik 2025-ci ildə də ölkəmizdə müşahidə olunacaqmı? Növbəti ilin zəlzələ proqnozu necədir?

    Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, Yer elmləri üzrə elmlər doktoru dosent Qulam Babayev bu barədə Yenisabah.az-a açıqlama verib. O, bildirib ki, gələn ilin ilk anlarından seysmik aktivlik müşahidə ediləcək:

    “Çox güman ki 2025-ci ilin ilk kvartasında nəinki Azərbaycanda, dünya miqyasında seysmik və tektonik aktivlik intensiv formada davam edəcək. Hesablamalarıma uyğun olaraq, dövrilik hələ ki davam edir. Azərbaycana gəlincə, həmişə öz çıxışlarımda qeyd etmişəm ki, güclü, dağıdıcı zəlzələ ölkəmizdə gözlənilmir. Səbəbi çox sadədir. Çünki Azərbaycan ərazisində yerdəyişmələr, dərində baş verən proseslər digər bölgələrdəki kimi intensiv sürətli deyil. Sakit Okean zonası, yəni İndoneziya, Filippin, Avropa zonası Yunanıstan, İtaliya, Türkiyə və Latın Amerikası zonasındakı kimi instensivlik bizdə yoxdur. Bu səbəbdən dağıdıcı, güclü zəlzələ Azərbaycanda gözlənilmir. Amma buna baxmayaraq, Azərbaycan zəlzələ bölgəsidir, seysmik olaraq aktiv bir yerdədir. Burada bir neçə seysmik ocaqlar mövcuddur”.

    Ekspert ən təhlükəli ocaqlardan birinin Xəzər dənizi sayıldığını da qeyd edib:

    “Ən təhlükəli ocaqlardan biri məhz Xəzər dənizidir. Çünki Xəzər mürəkkəb tektonik ərazidir. Burada bir neçə qırılma zonaları, qırışıqlar mövcuddur. Onların birləşmə nöqtələri genişdir. Üstəlik, seysmik ocaqlarla da zəngin bir ərazidir. Abşeron yarımadası və Bakı şəhərinə ən böyük təhlükə də məhz bu zonadan gəlir. Həmçinin, Şamaxı-İsmayıllı seysmik aktiv bölgəsi də Bakı və Abşeron ərazisi üçün bir növ təhlükə törədir.

    2025-ci ildə Azərbaycanda hiss olunan zəlzələ, yəni 4,5-5,5 maqnitudalı ola bilər. Burada bir amil də var ki, yeraltı təkan səthə yaxındırsa, onun seysmik effekti daha çox hiss olunacaq. Ona görə hər zaman qeyd edirəm ki, seysmik ocağın dərinliyi vacib faktorlardan sayılır”.

  • Adelin bu mahnısı bütün dünyada qadağan edildi

    Braziliya məhkəməsi britaniyalı pop müğənnisi Adelin “Million Years Ago” (Milyon il əvvəl) mahnısının bütün dünyada, o cümlədən musiqi yayım xidmətlərində satışdan çıxarılmasına qərar verib.
     
    Median.Az oxu.az-a istinadla xəbər verir ki, ilkin qadağa “Sony” və “Universal” şirkətlərinə qoyulub. Onlardan mahnının istifadəsi, yayımlanması, redaktəsi, paylaşılması və ya hər hansı şəkildə kommersiyalaşdırılmasını dərhal dayandırmaq və bunu bütün dünyada tətbiq etmək tələb olunub.
     
    Qərar bəstəkar Toninyo Geraes tərəfindən qaldırılan plagiat iddiası əsasında qəbul edilib. O, britaniyalı müğənnini Martinyo da Vilanın 1996-cı il “Mulheres” kompozisiyası üçün özünün yazdığı musiqidən yararlanmaqda ittiham edib.

    Qadağaya əlavə olaraq, Geraes Adel, prodüser Qreq Kurstin və bir neçə musiqi şirkətindən – o cümlədən “Sony” və “Universal”dan 160 min dollar təzminat tələb edib. Bəstəkar həmçinin Adelin mahnısının müəllif hüquqlarını almaq niyyətindədir.

    Bildirilir ki, “Sony” və “Universal”ın törəmə şirkətləri hər bir riayət etməmə aktı üçün 8 min dollar cərimə ilə üzləşə bilərlər. Lakin musiqi şirkətləri hələ də bu qərardan apellyasiya şikayəti verə bilərlər.

  • Sumqayıtda yaşayış binasının zirzəmisində yanğın baş verib – VİDEO – YENİLƏNİB

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən üçmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.

    Nazirlikdən APA-ya verilən xəbərə görə məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

    Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının üçmərtəbəli yaşayış binasının zirzəmisində baş verdiyi müəyyən edilib.

    Yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində zirzəmidə yerləşən vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m. olan ikiotaqlı mənzilin mətbəxinin yanar kostruksiyaları 15 kv.m. sahədə və yataq otağında 1 ədəd çarpayı və 1 ədəd televizor yanıb.

    Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.

    Təhlükəsizlik tədbirləri çərçivəsində iki nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

    ***

    Sumqayıtda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib.

    Report-un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 4-cü məhəlləsində yerləşən 12/21 saylı yaşayış binasının zirzəmisində qeydə alınıb.

    Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Zirzəmidə yaşayan bir ailənin 3 üzvü və qonşular binadan təxliyə edilib.

    Hadisəyə cərəyən xəttinə taxılan şarj aparatının partlamasının səbəb olduğu buldirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Zelenski NATO-nu verdiyi vədi yerinə yetirməyə çağırıb

    Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nu verdiyi vədi yerinə yetirməyə çağırıb.

    Report UNIAN-a istinadən xəbər verir ki, o, bu barədə Birgə Ekspedisiya Qüvvələrinə üvz ölkələrin sammitində videomüraciət zamanı deyib.

    V.Zelenski ölkəsinin tərəfdaşlarını NATO-ya dəvət əvəzinə vəd edilən hava hücumundan müdafiə sistemlərini verməyə çağırıb.

    Onun sözlərinə görə, Ukraynaya artıq ona verilən sistemlərdən əlavə, 12-15 hava hücumundan müdafiə sistemi lazımdır: “Bu, real məqsəddir. Buna nail olmaq üçün yalnız Qərbin siyasi iradəsi lazımdır”.

  • Salyanda 19 yaşlı qadın dəm qazından boğulub

    Salyanda 19 yaşlı qadın dəm qazından boğularaq ölüb

    Apa-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyanın Xələc kəndində dəm qazından boğulma hadisəsi baş verib. Kənd sakini, 2005-ci il təvəllüdlü B.

    Aynur yaşadıqları evin hamamında dəm qazından zəhərlənib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

  • Bakıda kişi özünü binanın damından atdı

    Bakıda intihar hadisəsi olub.

    Lent.az xəbər verir ki, hadisə Binəqədi qəsəbəsi, S.S.Axundov küçəsində baş verib.

    Bakı şəhər sakini, 47 yaşlı Əhməd Xanməmməd oğlu Məmmədov yaşadığı beşmərtəbəli binanın damına çıxaraq özünü atıb.

    Kişi aldığı xəsarətlərdən hadisə yerində keçinib.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Azərbaycanda dincə qoyulmuş torpaq sahələrinə görə subsidiya veriləcək

    Prezident İlham Əliyev 27 iyun 2019-cu il tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanında dəyişiklik edib.

    Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

    Fərmana əsasən, bundan sonra Azərbaycanda dincə qoyulmuş torpaq sahələrinə görə subsidiya veriləcək. Belə ki, fermerlər əkin subsidiyası üçün müraciət etdiyi torpaqlarda kənd təsərrüfatı bitkilərinin Aqrar Subsidiya Şurasının müəyyən etdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmin torpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılması məqsədilə 1 il müddətinə dincə qoyulan sahəsinin hər hektarına görə subsidiya alacaq.

    Bundan başqa, fərmana görə 10 hektar və daha çox torpaq sahəsində Şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyasının sığorta müqaviləsi bağlandıqdan sonra verilməsi tələbi 2030-cu il yanvarın 1-nə qədər qüvvədə olacaq.

  • Эрдоган призвал не допустить превращение Сирии в “рассадник терроризма”

    Президент Турции Реджеп Тайип Эрдоган заявил, что Сирия не должна превратиться в “рассадник терроризма”, а борьба с Рабочей партией Курдистана (PKK) и ИГИЛ (“Исламское государство”) должна продолжиться.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом он сказал на пресс-конференции после переговоров с председателем Еврокомиссии Урсулой фон дер Ляйен, находящейся с визитом в Анкаре.

    “В контексте Сирии необходимо предотвратить превращение страны в рассадник терроризма. Борьба как с ИГИЛ, так и с PKK и аффилированными с ней организациями была одним из главных вопросов, которые мы обсуждали на нашей нынешней встрече. Турция – единственная страна и единственный союзник, который победила обе террористические организации. Мы определенно не дадим этим организациям процветать впредь. Борьба должна продолжаться”, – сказал Эрдоган.

  • Ərdoğan Suriya ilə bağlı çağırış etdi

    “Suriya terror yuvasına çevrilməməlidir, Kürdüstanın Fəhlə Partiyası (PKK) və İŞİD ilə mübarizə isə davam etdirilməlidir”.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

    “Suriya kontekstində ölkənin terror yuvasına çevrilməsinin qarşısını almaq lazımdır. Həm İŞİD, həm də PKK və ona bağlı təşkilatlarla mübarizə indiki görüşümüzdə müzakirə etdiyimiz əsas məsələlərdən idi. Türkiyə yeganə ölkə və yeganə müttəfiqdir ki, hər iki terror təşkilatı üzərində qələbə qazanmağa müvəffəq olub. Biz qəti şəkildə imkan verməyəcəyik ki, bu təşkilatlar gələcəkdə çiçəklənsin. Mübarizə davam etməlidir”, – deyə Ərdoğan qeyd edib.

  • Əhməd İsmayılov: “Ənənəvi media süni intellektin yaratdığı imkanları dəyərləndirməlidir”

    “Ənənəvi mediada süni intellektin yaratdığı imkanlar və risklər dəqiq dəyərləndirilməklə istifadə edilməlidir”.

    “Report” xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDIA) İcraçı direktoru Əhməd İsmayılov “Media Savadlılığı” konfransında deyib.

    Ə.İsmayılov bildirib ki, yeni medianın məzmun istehsalında peşəkarlığının artırılması, öz növbəsində, cəmiyyətin media savadlılığının yüksəldilməsində mühüm əhəmiyyət daşıyır.

    Onun sözlərinə görə, media savadlılığının artırılması kifayət qədər miqyaslı və cəmiyyətin bütün seqmentlərini əhatə edən davamlı prosesdir:

    “Bu, bir tərəfdən media təhsilinin təkmilləşdirilməsini, digər tərəfdən mediada savadlı istehlakçıların yetişdirilməsini ehtiva edir. Beynəlxalq təcrübədə ölkələr tərəfindən media savadlılığının artırılması istiqamətində ən çox istifadə edilən strategiya mövzunun bir çox səviyyələrdə tədris sisteminə daxil edilməsi və bununla bağlı koordinasiyalı tədbirlərin görülməsidir”.

    Agentlik rəhbəri deyib ki, müvafiq maarifləndirici internet saytlarının yaradılması, media savadlılığı strategiyalarına uyğun olaraq məsul qurumlar tərəfindən hazırlanan və mütəmadi yenilənən milli nəşrlərin əhali tərəfindən mənimsənilməsi və həm nəzəri, həm də təcrübi olaraq bacarıqların təkmilləşdirilməsi diqqətdə saxlanılan istiqamətlərdəndir.