Month: December 2024

  • Vladimir Putinin İlham Əliyevə zəngi: Rusiyanın etirafı və günahkarları gözləyən aqibət…

    28 dekabr tarixi olduqca mühüm bir hadisə ilə yaddaşlarda qalacaq.

    Belə ki, bu tarixdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

    Bəli, Vladimir Putinin telefon zəngi və söhbət əsnasında səsləndirdiyi fikirlər onu göstərir ki, Rusiya tərəfi ölkənin lideri səviyyəsində öz səhvini, günahını etiraf edir və bu məsələdə Azərbaycanın həssaslığını lazımınca qiymətləndirir.

    Təbii ki, Rusiyanın Azərbaycanın həssaslığını nəzərə almasının bir sıra səbəbləri var. Çünki bu cür fövqəlgücün kiminsə maraqları ilə hesablaşması heç də həmişə mümkün olmur.

    İlk növbədə vurğulamaq lazımdır ki, Rusiyanın hadisədə günahını etiraf edərək üzr istəməsi Azərbaycan liderinin nüfuzu və uğurlu xarici siyasətinin bariz göstəricisidir. Belə ki, dövlət başçısı İlham Əliyev uzun illər ərzində Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına nail olub. Dövlət başçısının qlobal müstəvidəki şəxsi nüfuzu da bu işdə mühüm rol oynayıb.

    Yürüdülən uğurlu xarici siyasət, Azərbaycan liderinin hər zaman haqqın tərəfində dayanması, ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə hər zaman sadiq qalması, bir sözlə Azərbaycanın qüdrətinin artması bu gün gerçəkləşən telefon zənginin təməlində dayanır.

    Azərbaycan bu gün Rusiya üçün olduqca mühüm tərəfdaşdır. Azərbaycan lideri isə təkcə Rusiya və MDB məkanında deyil, ümumiyyətlə dünyanın hər yerində nüfuzlu lider kimi böyük hörmətə sahibdir. Bütün bu amillər birləşdikdə isə Rusiya kimi dünyanın supergüclərindən biri sizin qarşısınızda öz səhvini etiraf edərək üzrxahlıq etməli olur…

    Telefon zəngini əhəmiyyətli edən amillərdən biri də ondan ibarətdir ki, artıq günlərdir ölkə ictimaiyyətinin diqqətində olan məsələnin araşdırılmasında yeni mərhələyə start verilir. Baş vermiş faciə ilə bağlı xüsusən mətbuatda müxtəlif fərziyyələrin dolaşdığı bir şəraitdə Vladimir Putinin Prezident İlham Əliyevə zəngi hadisənin obyektiv araşdırılması prosesində böyük əhəmiyyət daşıyır.

    Bu o deməkdir ki, hadisənin başvermə şəraiti artıq hər kəsə bəllidir və bundan sonra faciənin baş verməsində günahı olan heç kimin ədalət mühakiməsindən yayınması mümkün deyil. Rusiya tərəfi rəsmi etirafı və üzrxahlığı ilə eyni zamanda günahkarların cəzalandırılması prosesində öz məsuliyyətini dərk etdiyini ortaya qoyur.

    Əgər indiyə qədər günahkarlardan kimsə həqiqətləri ört-basdır edəcəyini düşünür və ya buna ümid edirdisə, artıq Rusiya liderinin etirafı və Azərbaycan liderinə zəng edərək üzrxahlıq etməsi həmin ümidlərin üzərindən birmənalı olaraq xətt çəkdi. Rusiya tərəfindən ən ali səviyyədə edilmiş etiraf və ifadə edilən fikirlər Azərbaycanın bu ölkə üçün önəmindən xəbər verir. Odur ki, rəsmi Moskvanın bu prosesdə Azərbaycanın mövqeyini nəzərə alaraq ən sərt tədbirləri və cəzaları verməsi istisna deyil.

    Təbii ki, proses Azərbaycan dövləti tərəfindən də diqqət mərkəzində saxlanılacaq. Hadisənin obyektiv araşdırılması və günahı olan istisnasız hər kəsin cəzalandırılması ölkəmiz və Azərbaycan xalqı üçün başlıca məsələdir.

    Nəticə bundan ibarətdir ki, Rusiyada Azərbaycanın bu həssaslığını düzgün qiymətləndirdi və nəticədə Vladimir Putinin İlham Əliyevə zəng etməsi zərurəti meydana gəldi. Bu zəng və etiraf isə Rusiyanın Azərbaycana verdiyi zəmanət olaraq dəyərləndirilə bilər: kimliyindən asılı olmayaraq bütün günahkarlar cəza alacaq, hadisənin ört-basdır edilməsinə imkan verilməyəcək, Azərbaycanın tələb etdiyi ədalət təmin ediləcək. Eyni zamanda bu etiraf onu da deməyə əsas verir ki, Rusiya tərəfi baş vermiş faciəyə görə təzminat ödəməyi də öhdəsinə götürəcək.

  • Старт нового сезона Региональной лиги запланирован на 2 февраля

    Ассоциация футбольных федераций Азербайджана (АФФА) планирует этой зимой начать новый сезон Региональной лиги, который должен был стартовать еще в октябре уходящего года.

    Старт нового сезона запланирован на 2 февраля.

    В нынешней жеребьевке примет участие рекордное количество клубов (56).

    Отметим, что зарегистрированные команды будут разделены на четыре зоны.

  • Azərbaycan futbolunda rekord göstərici

    Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) bu ilin oktyabrında başlamalı olan Regional Futbol Liqasının yeni mövsümünə bu qış start verməyi planlaşdırır.

    Yeni mövsümün startı fevralın 2-nə təyin edilib.

    Bu püşkatmada rekord sayda klub (56) iştirak edəcək.

    Qeyd edək ki, qeydiyyatdan keçmiş klublar dörd zonaya bölünəcəklər.

  • Prezident ARDNF-nin 2025-ci il büdcəsini təsdiqləyib

    Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcəsi haqqında fərman imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Məlumata görə, fərmana əsasən, fondun gələn il üçün gəlirləri 14 milyard 452.5 milyon manat, xərcləri isə 14 milyard 640.2 milyon manat təsdiq edilib.

    Bunlar, cari illə müqayisədə müvafiq olaraq 19.7% və 13.5% çoxdur.

  • Официальный Баку: Ведется работа по установлению точного числа граждан Азербайджана в Сирии

    В соответствии с “Правилами репатриации и реабилитации несовершеннолетних граждан Азербайджанской Республики (АР), находящихся в тяжелых жизненных условиях за рубежом”, утвержденными указом Президента АР №2336 от 28 октября 2023 года, репатриация граждан АР продолжалась и в течение 2024 года.

    Это отражено в пресс-релизе Министерства иностранных дел об итогах 2024 года.

    “Число граждан Азербайджана, репатриированных из Сирийской Арабской Республики в нашу страну за 2020-2024 годы, достигло 224 человек, из которых 172 – дети и 52 – женщины. В то же время после падения режима Асада в Сирии ведется работа по установлению точного числа и местонахождения граждан Азербайджана в Сирии. По поручению Президента Азербайджанской Республики за последние годы была осуществлена репатриация в общей сложности 295 граждан АР из Республики Ирак, из которых 288 – дети и 7 – женщины”, – отмечается в пресс-релизе.

  • Rəsmi Bakı: “Suriyada vətəndaşlarımızın dəqiq sayının müəyyən edilməsi istiqamətində işlər aparılır”

    “Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”na uyğun olaraq 2024-cü il ərzində də Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası davam etdirilib”.

    Bu, Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.

    “2020-2024-cü illər ərzində Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiya olunmuş vətəndaşlarımızın sayı 172 nəfəri uşaq və 52 nəfəri qadın olmaqla 224 nəfərə çatıb. Eyni zamanda, Suriyada Əsəd rejiminin çökməsindən sonra, Suriyada Azərbaycan vətəndaşlarının dəqiq sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, son illər ərzində İraq Respublikasından 288 nəfəri uşaq və 7 nəfəri qadın olmaqla, ümumilikdə 295 nəfər Azərbaycan Respublikasının vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib”, – buraxılışda qeyd edilib.

  • В Азербайджане завершилось следствие по делу военного преступника Рубена Варданяна

    В Главном следственном управлении Службы государственной безопасности (СГБ) Азербайджанской Республики проведено расследование уголовного дела по фактам терроризма, финансирования терроризма, преступлений против мира и человечности в отношении Азербайджана и его народа, военных преступлений и многочисленных других преступлений.

    Об этом говорится в совместном заявлении Генеральной прокуратуры и СГБ.

    Рубен Карленович Варданян, бывший гражданин России, а ныне гражданин Армении, основатель и руководитель компании “Тройка Диалог” в России, член совета директоров ПАО “КАМАЗ” и независимый директор группы компаний “Волга-Днепр”, 25 сентября 2023 года был привлечен к ответственности в качестве обвиняемого по статьям 214-1 (финансирование терроризма), 279.3 (создание не предусмотренных законодательством вооруженных формирований или групп, повлекшее гибель людей либо иные тяжкие последствия) и 318.1 (незаконное пересечение государственной границы Азербайджанской Республики) Уголовного кодекса Азербайджана. Он был объявлен в розыск, а 27 сентября 2023 года был задержан и передан следствию. В тот же день ему были предъявлены обвинения.

    На основании собранных достоверных доказательств, Рубену Варданяну предъявлены окончательные обвинения в участии в преступном сообществе, охватывающем самопровозглашенную “Нагорно-карабахскую республику” и незаконные вооруженные формирования, созданные на оккупированных Арменией территориях Азербайджана, а также в создании и организации деятельности незаконных вооруженных формирований и групп.

    Варданяну вменяются в вину преступления, предусмотренные статьями 100 (планирование и ведение агрессивной войны), 107 (депортация или принудительное перемещение населения), 109 (преследование), 112 (незаконное лишение свободы вопреки нормам международного права), 113 (пытки), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженного конфликта), 214 (терроризм), 214-1 (финансирование терроризма), 218 (создание преступного сообщества/организации), 228 (незаконное приобретение, передача, продажа, хранение, перевозка и ношение оружия, его комплектующих частей, боеприпасов, взрывчатых веществ и устройств), 270-1 (действия, создающие угрозу авиационной безопасности), 278 (насильственный захват власти и насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований и групп), 318 (незаконное пересечение государственной границы Азербайджанской Республики) Уголовного кодекса Азербайджана.

    В ходе следствия были обеспечены права обвиняемого на защиту, использование языка, которым он владеет, и другие процессуальные права. Обвиняемый был обеспечен выбранными им адвокатами. Ходатайства, поданные им и его адвокатами, были рассмотрены в соответствии с требованиями уголовно-процессуального законодательства, и по ним были приняты соответствующие решения.

    О завершении предварительного следствия были уведомлены обвиняемый Рубен Варданян и другие участники уголовного процесса. Они были ознакомлены со всеми материалами уголовного дела, включая вещественные доказательства, документы, заключения экспертиз и другие доказательства.

    Обвинительный акт по уголовному делу был утвержден генеральным прокурором Азербайджанской Республики 28 декабря 2024 года и направлен в Бакинский военный суд для рассмотрения.

  • Hərbi cinayətkar Ruben Vardanyanın məhkəməsi başlayır

    Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işinin istintaqı aparılıb.

    Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb.

    Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistan vətəndaşı olan, Rusiyada “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KamAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Ruben Karlenoviç Vardanyan 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.

    Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və qanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar birlikdə, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında və fəaliyyətinin təşkilində iştirak edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.

    İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə hüququ, bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.

    İbtidai istintaqın başa çatması barədə təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.

    Cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

  • Kürdəmirdə erkən nikahın qarşısı alınıb

    Kürdəmir rayonunun Sığırlı kəndində erkən nikahın qarşısı alınıb.

    Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu sosial şəbəkə hesabında paylaşım edib.

    O qeyd edib ki, hadisə ilə bağlı müvafiq araşdırma aparılır.

    Komitə rəsmisinin sözlərinə görə, hadisəni işıqlandırmaq üçün kəndə yollanan media nümayəndəsinin çəkiliş qrupuna qarşı zor tətbiq edən, eləcə də televiziyaya məxsus avadanlığı yararsız vəziyyətə salan kənd sakini müəyyən edilərək saxlanılıb:

    Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

  • Vladimir Putin İlham Əliyevə zəng vuraraq təyyarə qəzasına görə üzrxahlığını ifadə etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

    Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.

    Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər.

    Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb.

    Dövlət başçıları həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.