Month: December 2024

  • Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var – YENİLƏNİB

    Goranboyda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

    Apa-nın yerli bürosunun məlumatına görə xəsarət alanlar 2007-ci il təvəllüdlü H.Əkbərov, 2007-ci il təvəllüdlü S.Hüseynov, 2007-ci il təvəllüdlü T.Cəfərov, 1991-ci il təvəllüdlü C.Cəfərov, 2002-il təvəllüdlü E.Abduləzimov və 2003-cü il təvəllüdlü Ü.Bəxşəliyevdir.

    Qeyd edək ki qəzada “VAZ 21099” markalı minik avtomobili ilə “VAZ 21011” markalı minik avtomobili
    toqquşub.

    ***

    Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

    Apa-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.
    Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Rumıniyanın prezidenti Azərbaycana başsağlığı verdi

    Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

    Başsağlığı məktubunda deyilir:

    “Cənab Prezident.

    Dekabrın 25-də Bakı-Qroznı reysi ilə hərəkət edən Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar Rumıniya vətəndaşları və hökuməti adından Sizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmalarını diləyir, həmçinin xalqınızla həmrəy olduğumuzu bildirirəm.

    Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Daha 24 cənazə Azərbaycana gətirilir

    Rusiya səmasında vurulduqdan sonra Aktauda qəza enişi edən AZAL-a məxsus təyyarədə həlak olmuş daha 24 nəfərin cənazəsi Azərbaycana gətirilir.

    Cənazələri gətirən təyyarə Aktau hava limanından yola salınıb. Hava gəmisinin təxminən bir saat sonra Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcəyi gözlənilir. 

    Həlak olan həmyerlilərimizin nəşlərinin sabah ailələrinə təhvil veriləcəyi bildirilib.

  • Rusiyalı jurnalist Ukraynada müharibədə həlak olub

    Rusiyanın “İzvestiya” telekanalının redaktoru Maksim Yeliseyev Rusiya Silahlı Qüvvələrinin əməliyyat keçirdikləri ərazidə həlak olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə telekanalın yaydığı məlumatda bildirilib.

    Qeyd edilib ki, o, dekabrın 26-da “xüsusi hərbi əməliyyat zonası”nda pilotsuz təyyarənin hücumundan sonra həlak olub.

  • Bayramov və Lavrov təyyarə qəzası ilə bağlı hadisələri müzakirə ediblər

    Dekabrın 28-də Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Prezidentlərinin telefon danışığının davamı olaraq, xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı aparılıb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti məlumat yayıb.

    Məlumata görə, telefon danışığı zamanı, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov 25 dekabr tarixində Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı həlak olanların ailələrinə və yaxınlarına, Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb:

    “Nazir Ceyhun Bayramov öz növbəsində bütün həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. O, təyyarəyə ilkin baxışın, təyyarə gövdəsində çoxsaylı dəliklərin olmasının, bələdçilərin və sərnişinlərin ifadələrinin təyyarənin fiziki-texniki xarakterli müdaxilə nəticəsində qəzaya uğradığı faktını təsbit etdiyini vurğulayıb.

    Nazir, ən qısa müddət ərzində beynəlxalq ekspertlərdən ibarət heyətin də iştirakı ilə qəzanın səbəblərinin araşdırılması istiqamətində aparılan işin yekunlaşdırılması, qəzanın səbəblərinin ciddi və hərtərəfli şəkildə müəyyənləşdirilərək elan olunması istiqamətində Azərbaycan tərəfinin gözləntilərini qarşı tərəfin diqqətinə çatdırıb.

    Bununla yanaşı, başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılmasının və mütəmadi qaydada ictimaiyyətə məlumat verilməsinin əhəmiyyəti qeyd olunub”.

  • Казахстан привлек 17 международных экспертов к расследованию авиакатастрофы близ Актау

    Казахстан привлек 17 международных экспертов к расследованию авиакатастрофы близ Актау.

    Как передает Median.Az cо ссылкой tengrinews.kz , об этом заявил заместитель премьер-министра Казахстана и глава правительственной комиссии Канат Бозумбаев.

    По словам вице-премьера, сейчас расследование ведет комиссия по авиационным происшествиям, образованная по приказу министра транспорта.

    “К работе комиссии привлечены эксперты из Азербайджана, 6 человек. От компании-производителя (Embraer) 2 человека. Также сегодня начали работать специалисты из Центра расследования и предотвращения авиационных происшествий Бразилии (CENIPA) – 3 человека. От Межгосударственного авиационного комитета (МАК) работают 3 человека. От Российской Федерации работают два человека”, – рассказал вице-премьер.

    Как подчеркнул Бозумбаев, комиссия активно проводит полевые исследования и аналитические работы в Мангистауской области.

    “Завтра мы ждем эксперта ICAO (Международная организация гражданской авиации – ред.) Руководитель ICAO лично отправил к нам эксперта. В общей сложности будут работать 17 международных экспертов. Комиссия будет прозрачно и открыто работать, чтобы не было ни у кого никаких сомнений”, – пояснил он.

  • Qazaxıstan təyyarə qəzasını araşdırmaq üçün 17 beynəlxalq eksperti cəlb edib

    “Qazaxıstan Aktau yaxınlığında baş verən təyyarə qəzasını araşdırmaq üçün 17 beynəlxalq ekspert cəlb edib”.

    Median.Az-ın “Tengrinews”a istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan baş nazirinin müavini və hökumət komissiyasının rəhbəri Kanat Bozumbayev deyib.

    Baş nazirin müavininin sözlərinə görə, hazırda araşdırmanı nəqliyyat nazirinin əmri ilə yaradılmış aviasiya qəzası komissiyası aparır.

    “Komissiyanın işinə Azərbaycandan 6 nəfər, istehsalçı şirkətdən (Embraer) 2 nəfər ekspert cəlb olunub. Həmçinin bu gün Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin (CENIPA) 3 mütəxəssisi işə başlayıb. Dövlətlərarası Aviasiya Komitəsindən (IAC) 3 nəfər, Rusiya Federasiyasından 2 nəfər işləyir”, – deyə baş nazirin müavini bildirib.

    Bozumbayevin vurğuladığı kimi, komissiya Mangistau vilayətində fəal şəkildə çöl tədqiqatları və analitik işlər aparır.

    “Sabah biz ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) ekspertini gözləyirik”, – deyə o bildirib.

  • DYP küləkli hava ilə bağlı müraciət edib

    Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

    Bu barədə idarədən bildirilib.

    Müraciətdə deyilir:

    “Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrın 29-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

    DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

    Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

    Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur”.

  • Владимир Зеленский позвонил Ильхаму Алиеву

    28 декабря президент Украины Владимир Зеленский позвонил Президенту Азербайджанской Республики Ильхаму Алиеву.

    Об этом сообщает АЗЕРТАДЖ со ссылкой на пресс-службу главы азербайджанского государства.

    Владимир Зеленский выразил соболезнования Президенту Ильхаму Алиеву и народу Азербайджана в связи с гибелью большого количества людей в результате крушения 25 декабря пассажирского самолета “Азербайджанских авиалиний”, выполнявшего рейс по маршруту Баку – Грозный, пожелал скорейшего выздоровления пострадавшим.

    Глава нашего государства поблагодарил за проявленное внимание и соболезнования.

  • Ukrayna Prezidenti İlham Əliyevə zəng edib

    Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Bu barədə President.az məlumat yayıb.

    Volodimir Zelenski dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığını çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını diləyib.

    Dövlətimizin başçısı göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.