Month: December 2024

  • В Баку представившийся коммунальщиком преступник нанес травму несовершеннолетней девочке – ВИДЕО

    28 декабря около 15 часов в полицию поступило сообщение о том, что в поселке Сахиль неизвестный человек, представившись работником Управления отпительных систем, проник в одну из квартир, нанес рукой травму находившейся там несовершеннолетней девочке и похитил золотое ожерелье и украшения.

    Об этом проинформировала пресс-служба Министерства внутренних дел Азербайджана.

    В ходе мероприятий, проведенных сотрудниками Гарадагского районного управления полиции, был задержан подозреваемый в разбое 27-летний Самиг Шекералиев.

    Выяснилось, что 25 декабря он таким же способом проник в еще одну квартиру в поселке Локбатан и пытался совершить ограбление.

    По данным фактам в Гарадагском районном управлении полиции ведется расследование.

  • Özünü kommunal xidmət işçisi kimi təqdim edən şəxs azyaşlı qıza xəsarət yetirdi – VİDEO

    Dekabrın 28-də saat 15 radələrində Sahil qəsəbəsində naməlum şəxsin özünü istilik idarəsinin işçisi kimi təqdim edərək mənzillərdən birinə daxil olması, evdəki azyaşlı qızın başına əli ilə xəsarət yetirərək oradan qızıl boyunbağı və bəzək əşyalarını talaması barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində şübhəli bilinən 27 yaşlı Samiq Şəkərəliyev müəyyən olunaraq saxlanılıb.

    Onun dekabrın 25-də Lökbatan qəsəbəsində eyni üsulla daha bir mənzilə daxil olması, otaqlara baxış keçirərək soyğunçuluğa cəhd göstərməsi məlum olub.

    Qaradağ Rayon Polis İdarəsində faktlarla bağlı araşdırma aparılır.

  • В Каспийском море произошло землетрясение

    В Каспийском море произошло землетрясение магнитудой 4.

    Об этом Median.Az сообщает со ссылкой на Республиканский центр сейсмологической службы при Национальной академии наук Азербайджана.

    Согласно информации, подземные толчки были зафиксированы в 00:14 по местному времени, очаг стихии залегал на глубине 65 км.

    По данным Европейско-средиземноморского сейсмоцентра, магнитуда землетрясения составила 4.3.

    Эпицентр располагался в 107 км к северу от города Сумгайыт.

  • Xəzər dənizində zəlzələ olub

    Xəzər dənizində 4 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

    Bildirilib ki, zəlzələ 65 km dərinlikdə baş verib.

  • Abşeronda kişi arvadına xəsarət yetirdi

    Abşeron rayonunda 1986-cı il təvəllüdlü Əfsər şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Ləmana (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

    Median.Az Demokrat.az-a istinadən məlumat verir ki, hadisə 20 sentyabr 2024-cü ildə baş verib. Əfsər həmin gün saat 22:30-da ailə üzvləri ilə birlikdə yaşadığı evin maddi tələblərini qarşılamadığına görə ona şifahi irad bildirən arvadı Ləmana əsəbiləşib.

    O, həmin səbəbdən Ləman ilə ailə məişət zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə zamanı onun üzərinə hücum edib, qəsdən əl, yumruq zərbələri ilə baş, qol və bədəninin müxtəlif nahiyələrinə, habelə təpiklə ayaq nahiyələrinə ardıcıl zərbələr vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

    Hadisəni törədən Əfsərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfsər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ləman ilə 2008-ci ildə rəsmi olaraq qurduqları nikahdan iki övladı var: “Biz birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində fərdi yaşayış evində yaşayırıq. Əvvəlcə Ləmanla münasibətlərimiz normal olsa da, sonradan mənim başqa qadınlarla münasibətdə olmama görə aramızda tez-tez mübahisələr baş verib”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 20-də, saat 22:30-da yaşadığı evdə olan zaman Ləman ondan evin kommunal xərclərini ödəmək üçün pul istəyib: “Həmin vaxt üzərimdə pulumun olmadığını dedikdə Ləman israrla mənim hər gün pul qazandığımı, lakin evə gətirmədiymi iradla söylədiyi üçün aramızda mübahisə baş verdi. Ləmanı sakitləşdirmək istəsəm də, buna nail ola bilmədiyimdən yumruqla onun baş və bədəninin müxtəlif nahiyələrinə, təpiklə isə ayaqlarından bir neçə zərbə vuraraq ona xəsarətlər yetirdim. Daha sonra isə evdən getdim. Ləman bundan sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat verdi. Daha sonra isə Saray polis bölməsinə gedərək şikayət ərizəsi yazdı”.

    Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əfsər barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

  • “Beşiktaş” klubunun yeni prezidenti seçildi

    Türkiyənin “Beşiktaş” klubunda keçirilən növbədənkənar ümumi qurultayın qeyri-rəsmi nəticələrinə görə, Serdal Adalı prezident seçilib.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Məlumata görə, klubun növbədənkənar seçki qurultayında Hüseyin Yücel və Serdal Adalı prezidentlik uğrunda mübarizə aparıblar.

    Yüceli (2 648 səs) böyük fərqlə geridə qoyan Adalı (6 338 səs) “Beşiktaş”ın yeni prezidenti olub.

  • Ödəmə terminalından minlərlə manat oğurlandı – Saxlanılan var

    Bakının Suraxanı rayonunda ödəmə terminalından 5 min manat oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, polislərin həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı İlham Rəhmanov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • AZAL: Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan bir sıra reyslər gecikir

    “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reysləri Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir.

    Median.Az bu bararədə AZAL-a istinadən xəbər verir.

    Gecikən reyslərin sərnişinlərinə aviaşirkətin çağrı mərkəzi məlumat verir.

    Sözügedən reyslər Naxçıvan aeroportu ərazisində hava şəraiti yaxşılaşdıqdan dərhal sonra həyata keçiriləcək.

    Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri lazımi vasitələrlə təmin olunacaqlar.

    Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

  • Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub – FOTO

    Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) dekabrın 28-də açılışı olub.

    Median.Az Azertac-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

    Mədəniyyət naziri Adil Kərimli Leyla Əliyevaya Mərkəzdə yaradılan şərait barədə məlumat verib.

    Bildirilib ki, Yaradıcı Mərkəzin əsas məqsədi gənc istedadları dəstəkləmək, onların ixtisaslarını artırmaq və yaradıcılıq potensialının reallaşdırılmasına şərait yaratmaqdır. Eləcə də mədəni və yaradıcı sənayelər sahəsində layihələr həyata keçirmək, bu sahədə yeni sahibkarlıq subyektlərinin, startapların formalaşmasına və inkişafına dəstək verməkdir. Həmçinin yerli yaradıcı məhsul və xidmətlərin yaradılması və ixracının artırılmasına kömək göstərmək, müvafiq istiqamətlər üzrə regionlardan istedadlı gəncləri cəlb etməkdir.
    Diqqətə çatdırılıb ki, hazırda Yaradıcı Mərkəz bir sıra uğurlu layihələr, o cümlədən 3 inkubasiya proqramı həyata keçirir: Musiqi, “Gametech”, “Cultech”. Bu proqramlar çərçivəsində artıq 20 yeni startap yaradılıb və ümumilikdə 50-dən çox rezident Mərkəzin xidmətlərindən istifadə edir.

    Adil Kərimli qeyd edib ki, nazirliyin təşkilatçılığı ilə 2023-cü ildən etibarən “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi həyata keçirilir. “Yaradıcı müzakirələr” layihəsi paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə yönəlib.

    Mərkəzdə animasiya, musiqi və kino sənayesi, dizayn, yaradıcılıq sahələrində “Ai4Art” layihəsi çərçivəsində süni intellektin istifadəsi üzrə ustad dərsləri və təlimlər keçirilir. Bu təhsil proqramlarında 200-dən çox gənc iştirak edir. Mərkəzin tərkibinə, həmçinin “Yaradıcı Market” bazar platforması, “Yaradıcı Edu.az” tədris mərkəzi də daxildir.

    Burada müxtəlif yaradıcı sahələrdə yüksəkkeyfiyyətli işlərin ərsəyə gəlməsi üçün müasir texnologiyalarla təchiz olunmuş foto və video, səsyazma, animasiya, rəqs və digər studiyalar var.

    Yaradıcı Mərkəzin tərəfdaşları arasında həm yerli qurumlar, təşkilatlar, həm də xarici beynəlxalq təşkilatlar yer alır.

    Qeyd edək ki, Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz) 2022-ci il 22 iyulda Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiqlənib. Mərkəz “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na dair Tədbirlər Planının icrası məqsədilə 2024-cü ildə Mədəniyyət Nazirliyi tərəfindən təsis edilib.


  • Türkiyənin Kocaeli vilayətində yaşayış binasında güclü partlayış olub, 10 nəfər yaralanıb

    Türkiyənin Kocaeli vilayətində yaşayış binasında qaz sızması nəticəsində güclü partlayış baş verib.

    Apa Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kocaelinin Darıca rayonunda baş vermiş partlayış nəticəsində 10 nəfər yaralanıb.

    Partlayış yerli vaxtla saat 19.15 radələrində Abdi İpəkçi məhəlləsindəki 1524 küçəsində yerləşən binada baş verib. Partlayışdan sonra binada yanğın başlayıb.

    Hadisə yerinə çoxlu sayda xilasetmə, səhiyyə və polis qrupları cəlb olunub.