Month: December 2024

  • Tatarıstan Rəisi Rüstəm Minnixanov Bakıya işgüzar səfərə gəlib

    Rusiyanın Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov dekabrın 16-da Bakıya işgüzar səfərə gəlib.

    Report-un respublika başçısının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər Azərbaycan tərəfinin dəvəti ilə həyata keçirilir.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda Rüstəm Minnixanovu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov qarşılayıblar.

    R.Minnixanovun proqramına bir sıra müəssisələrə səfərlər, həmçinin rəsmi görüşlər və işgüzar danışıqlar daxildir.

  • Эмин Агаларов намерен построить туристический центр Sea Breeze в Узбекистане

    Предприниматель Эмин Агаларов презентовал президенту Узбекистана Шавкату Мирзиёеву проект международного туристического центра Sea Breeze Uzbekistan в Бостанлыкском районе Ташкентской области.

    Как передает report, об этом сообщила пресс-служба президента Узбекистана.

    Э.Агаларов и ряд других крупных инвестиционных компаний выразили готовность построить международный туристический центр Sea Breeze Uzbekistan на берегу Чарвакского водохранилища.
    По данным пресс-службы, глава государства Мирзиёев поддержал это предложение, отметив необходимость проектирования и поэтапного строительства центра на основе передового международного опыта. Он дал указание создать комиссию во главе с премьер-министром и разработать правовые основы реализации проекта, а также содействовать решению инфраструктурных вопросов.

  • Emin Ağalarov Özbəkistanda “Sea Breeze” turizm mərkəzi tikmək niyyətindədir

    “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Daşkənd vilayətinin Bostanlıq rayonunda “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzinin layihəsini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edib.

    Report xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
    E.Ağalarov və bir sıra digər iri investisiya şirkətləri Çarvak su anbarının sahilində “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzini tikməyə hazır olduqlarını bildiriblər.

    Məlumata görə, Mirziyoyev bu təklifi dəstəkləyib, mərkəzin qabaqcıl beynəlxalq təcrübə əsasında layihələndirilməsi və mərhələli şəkildə tikintisinin zəruriliyini qeyd edib. O, Baş nazirin rəhbərlik etdiyi komissiyanın yaradılması və layihənin həyata keçirilməsi üçün hüquqi bazanın hazırlanması, o cümlədən infrastruktur məsələlərinin həllinə köməklik göstərilməsi barədə tapşırıqlar verib.

  • Tramp Ukraynadakı münaqişənin həlli ilə bağlı irəliləyiş qeydə alındığını deyib

    ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı müharibənin həllində artıq irəliləyiş əldə etdiyini deyib.

    Apa xəbər verir ki, Tramp bu barədə Mar-a-Laqodakı iqamətgahında çıxışı zamanı bildirib. O, münaqişəyə son qoymaq üçün çox çalışdığını deyib.

    Qeyd edək ki, Tramp məsələ ilə bağlı irəliləyişin tam olaraq nədən ibarət olduğu haqda məlumat verməyib.
    “Biz çox çalışırıq. Bu, çətin bir işdir, lakin biz müəyyən irəliləyiş əldə edirik”, – deyə o bildirib.

    Bundan əlavə, Tramp Ukraynadakı vəziyyətin həlli ilə bağlı həm Vladimir Zelenski, həm də Vladimir Putinlə əlaqə saxlamaq niyyətində olduğunu açıqlayıb.
    O, Ukraynadan müharibəni həll etmək istədiyinə dair siqnallar aldığını deyib. Tramp həmçinin komandasının müharibəni bitirmək üçün Putin və Zelenski ilə danışmağa hazırlaşdığını bildirib.

    Tramp bildirib ki, Zelenski Ukraynada müharibəyə son qoymaq üçün saziş bağlamağa hazırlaşmalıdır.
    Tramp həmçinin əlavə edib ki, hər iki tərəfdən itkilər rəsmi olaraq bildiriləndən daha çoxdur və o, hər həftə məsələ ilə bağlı hesabat alır.

    Bundan başqa o, Zelenskini andiçmə mərasiminə dəvət etmədiyini, lakin onu orada qəbul etməyə hazır olduğunu bildirib.

  • “Qarabağ” 5-0 qalib gəldi, liderliyə yüksəldi

    Qarabağ” Misli Premyer Liqasında “Sumqayıt”a 5-0 hesabı ilə qalib gəlib.
     
    Median.Az xəbər verir ki, “Qarabağ”ın heyətində Musa Qurbanlı (7, 33), Nəriman Axundzadə (45+1), Redon Coca (75) və Toral Bayramov (90+1) fərqlənib.
     
    Bu nəticə ilə Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 41 xalla turnir cədvəlinin birinci sırasına yüksəlib. “Gənclik şəhəri” təmsilçisi isə 19 xalla altıncı pillədə qərarlaşıb.

  • Kikboksçu Xosrov Səttarov Amerikada dünya çempionu oldu – VİDEO

    Azərbaycanlı kikboksçu Xosrov Səttarov Amerikada dünya çempionu olub.

    Median.Az xəbər verir ki, o, World Association Kickboxing Organization yarışmasında kikboksinq üzrə çempion olaraq bayrağımızı qaldırıb.

    Görüntüləri təqdim edirik:

  • Rusiyada yeni qoşun növü yaradılacaq

    Rusiyada yeni qoşun növü yaradılacaq.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov qurumun kollegiya iclasında deyib.

    O bildirib ki, Pilotsuz Sistemlər Qoşunları 2025-ci ilin üçüncü rübündən fəaliyyətə başlayacaq.

  • Aİ Gürcüstanın diplomatik pasportları üçün vizasız gediş-gəlişi dayandırmağa başlayır – YENİLƏNİB

    Aİ Xarici Əlaqələr Şurasının sədri olan Kaya Kallas bu gün ittifaqın xarici işlər nazirlərinin iclasında diplomatik və xidməti pasportlara malik Gürcüstan vətəndaşları üçün vizasız rejimin dayandırılması ilə bağlı razılığa gəlindiyini təsdiqləyib.

    Apa-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Kaya Kallas iclasdan sonra mətbuata açıqlamasında bildirib.
    O, iclasda sanksiyalarla bağlı intensiv müzakirə aparıldığını, lakin bütün üzv ölkələrin bunu dəstəkləmədiyini deyib.

    “Biz əlavə addımlara hazırıq, lakin sanksiyalar üçün 27 üzv ölkənin hamısının razılığı olmalıdır, təəssüf ki, hazırda bu yoxdur. Düşünürəm ki, vizasız rejimin dayandırılması ilk addımdır”, – deyə o bildirib.

    ***

    Avropa İttifaqı Gürcüstanın diplomatik pasportları üçün vizasız gediş-gəlişi dayandırmağa başlayır.

    Apa-nın Tbilisi müxbiri “Radiotavisupleba”ya (Azadlıq radiosunun Gürcüstan xidməti) istinadən xəbər verir ki, Aİ-nin Xarici İşlər Şurasının bu gün keçirilən iclasında Gürcüstanın diplomatik pasportları üçün vizasız səyahət rejiminin dayandırılması prosedurunun başlanılması səs çoxluğu ilə dəstəklənib.

    Şura Avropa Komissiyasına məsələ ilə bağlı rəsmi sənəd təqdim etməyi tapşırıb. “Azadlıq radiosu”nun məlumatına görə, Avropa Komissiyası artıq bu məsələ ilə bağlı işə başlayıb və yaxın bir neçə gün ərzində rəsmi sənədi təqdim edəcək.

    “Politico”nun məlumatına görə, müvafiq qərara Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, eyni zamanda Aİ-nin Xarici Əlaqələr Şurasının sədri olan Kaya Kallas lobbiçilik edib. Lakin Macarıstan və Slovakiya qərara qarşıdır. Gürcüstanla bağlı müzakirələr başa çatdırılsa da, Brüsseldə Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü davam edir. Şuranın iclası bitdikdən sonra mətbuat konfransı keçiriləcək.

  • Hərbi xidmətdən “neqodnı” adı ilə yayınanlara BƏD XƏBƏR

    Hərbi xidmətkeçmə haqqında” Əsasnamə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
     
    Dəyişikliyə əsasən, Azərbaycanda hərbi xidmətkeçmədə son yaş həddi aşağı endirilir.
     
    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi 35-dən 30-a endirilir.
     
    Sfera.az bildirir ki, hərbi ekspert Səxavət Məmməd Referans.az-a açıqlamasında bu qərarın mahiyyəti haqqında danışıb.
     
    “Əslində, hərbi xidmətə çağırış yaşının 30-a endirilməsi gözlənilən bir hal idi. Çünki dünyada çox az ölkələrdə hərbi xidmətə son çağırış yaşı həddi 35 idi və bunlardan biri də Azərbaycan idi. Ona görə də bu yaş həddinin çox olması ilə bağlı iradlar və təklidlər də var idi. Bu səbəbdən yaş həddinin endirilməsi normal haldır. Əslində, 30 yaş həddi də çoxdur. Dünyada hətta müharibə vəziyyətində olan bir çox ölkələrdə belə bu yaş həddini 27 götürürlər. Mən də hesab edirəm ki, Azərbaycan üçün də ən uyğunu elə bu yaş ola bilərdi”.
     
    Ekspert qeyd edib ki, 30 yaş üstü şəxslərin əsgərliyə getməsi məsələsində əsas problemlərdən biri də fiziki hazırlıq olaraq onların digər gənc hərbi xidmət yoldaşlarından geri qalması idi.
     
    “Xəstəliklə və ya hansısa xəstəlik adı altına hansısa bir formada ordu sıralarına qatılmayanların məsələsi hazırda gündəmdədir. Ən çox müzakirə olunan məsələlərdən biri də odur ki, məhz bu proses necə tənzimlənəcək. Bəziləri deyirdi ki, məhz bu prosesi yenidən həll etmək lazımdır, bəziləri deyir, onları yalnız Səfərbərlik Xidmətinə çağırıb onları hansısa formada ordu sıralarına qatmaq lazımdır. Düşünürəm ki, bu biraz çətin proses olacaq. Çünki bir çoxları bu məsələyə görə pullar xərcləyiblər, Əgər bu məsələ yenidən araşdırılsa, hesab edirəm ki, çox sayda insanla bağlı cinayət işi açıla bilər. Ona görə də bu prosesdə şəffaflığa ehtiyac olacaq. Prosesin necə idarə ediləcəyi çox önəmli məsələdir. Təkcə qanunun qəbul edilməsi ilə iş bitmir. Əks halda olduqca çox problemli situasiyalarla üz-üzə qalacağıq”.

  • Bəşər Əsəd Suriyadan qaçmağı barədə ilk dəfə şərh verib

    Suriyanın keçmiş Prezidenti Bəşər Əsəd ölkədən qaçışı barədə ilk dəfə şərh verərək, dekabrın 8-i səhər Dəməşqdə olduğunu bildirib.
     
    Median.Az-ın verdiyi məlumata görə, onun sözləri sabiq prezidentin işlər idarəsinin sosial şəbəkələrdəki hesabında yer alıb.
     
    Əsəd həmin günün axşamı Suriya ərazisini tərk etdiyini qeyd edib.
     
    Keçmiş prezident müxalifətin hücumu günlərində istefa vermək və digər ölkələrdən sığınacaq istəmək niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, paytaxtın süqutu barədə Hmeymim bazasında xəbər tutub.
     
    Bəşər Əsəd “terrorçular” tərəfindən hakimiyyətin ələ keçirilməsindən sonra ölkədə prezident olaraq qalmağın mümkünsüz və mənasız olduğunu bildirib.
     
    O, Rusiyaya təxliyəsindən əvvəl ordunun dağıldığını və dövlət qurumlarının iflic olduğunu qeyd edib.
     
    Dekabrın 8-i gecə müxalifət qruplaşmaları Dəməşqi ələ keçirib. Məlumata görə, Suriya ordusunun komandanlığı Bəşər Əsədin hakimiyyətinin başa çatdığını elan edib.(Oxu.az)