Month: December 2024

  • Ofeliya Sənaninin durumu ilə bağlı açıqlama

    “Ofeliya Sənaninin səhhətində ciddi narahatlıq yoxdur”.

    Bunu APA-ya açıqlamasında tanınmış diktor Xalq artisti Ofeliya Sənaninin qardaşı deyib.

    O bildirib ki, ötən gün ani olaraq qan təzyiqi qalxan Ofeliya Sənani xəstəxanaya yerləşdirilib.

    Xalq artistinin sabah xəstəxanadan evə buraxılmasının planlaşdırıldığı vurğulanıb.

  • Qusarda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

    Paytaxtın Sabunçu rayonunda narkopritonda silahlı insident olub.

    DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, sentyabrın 4-də saat 21 radələrində paytaxtın Sabunçu rayonunda polis əməkdaşları tərəfindən evlərin birində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli daxil olan məlumat üzrə əməliyyat keçirilib.

    Əməlliyyat tədbirində polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib.

    Müəyyən edilib ki, narkopriton təşkil edən şübhəli şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Məmmədov Akif Zakir oğludur.

    Hadisə yerindən 2 kq müxtəlif növlü narkotik vasitələr və “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.
    Fakt üzrə araşdırmalar davam etdirilir.

  • ABŞ Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib

    ABŞ Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.

    Apa xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

    Məlumatda vurğulanıb ki, Şimali Koreyanın 11 fiziki şəxsinə qarşı sanksiya tətbiq edilib. O cümlədən Rusiya və Şimali Koreyadan olan 8 kompaniya da siyahıya salınıb.

  • Göygöldə avtomobil aşıb, ölən və xəsarət alanlar var

    Göygöl rayonunda avtomobil aşıb, ölən və xəsarət alanlar var.

    Report-un Qərb bürosunun məlumatına görə, “VAZ-21021” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1997-ci il təvəllüdlü Haxoy Hacıyev aldığı xəsarətdən dünyasını dəyişib.

    Daha iki nəfər – 1982-ci il təvəllüdlü Rövşən Rəhimov və 1992-ci il təvəllüdlü Orxan Nəcəfov xəsarət alıb.
    Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • “7 saatlıq görüşlə iki ölkəni barışdırdıq”

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiya və Somali arasında vastiəçilik səyləri ilə bağlı açıqlama verib.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Ərzurumda çıxışı zamanı deyib.

    “Əlimizdən gələni etdik, onlar da, sağ olsunlar, bizi məyus etmədilər. 7 saat davam edən görüşdən sonra məsələ həll olundu. 2025-ci ilin əvvəllərində hər iki ölkəyə səfər edəcəyəm”, – deyə o bildirib.

    Qeyd edək ki, Türkiyənin vasitəçilik səyləri sayəsində Somali və Efiopiya liderləri aralarındakı münaqişənin həlli üçün razılığa gəliblər.

  • Əsədin İsraillə əlaqələri var imiş – Gizli sənədlər üzə çıxdı

    İsraillə Əsəd rejimi arasında gizli əməkdaşlığı göstərən sənədlər üzə çıxıb.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, Suriyada 61 illik “Bəəs” rejiminin süqutundan sonra İsraillə Əsəd rejimi arasında gizli əməkdaşlığı üzə çıxaran sənədlər ortaya çıxıb.

    “Tamamilə məxfi” olaraq xarakterizə edilən sənədlər 1980-ci ildə Londonda Səudiyyə Araşdırma və Nəşriyyat Şirkəti tərəfindən qurulan və o vaxtdan bəri Londondan nəşr olunan həftəlik “Əl-Majallah” jurnalı tərəfindən dərc edilib.

    İsrail ilə Suriya arasındakı əməkdaşlıq mexanizmini ortaya qoyan sənədlər arasında “Musa” kod adlı İsrail agentinin Suriya hərbi liderlərinə göndərdiyi mesajlar da var və bu mesajların Suriya Kəşfiyyat İdarəsinin rəisi tərəfindən Milli Təhlükəsizlik İdarəsinə çatdırıldığı bildirilir.

    Sənədlərin üzə çıxardığı ən diqqət çəkən məqam isə “Suriya ordusu ilə İsrail arasında Rusiyanın himayəsində mesajlaşma mexanizmi”nin olmasıdır.

    İsrailin Suriya ordusunun Hizbullah və İranla əməkdaşlığını yaxından izlədiyi və bu fəaliyyətlərin davam edəcəyi təqdirdə “görünməmiş bir bədəl ödəyəcəyi” xəbərdarlığının yer aldığı sənədlərdə İsrailin Suriyaya qarşı hər hansı bir addım atmaq istəmədiyi də bildirilir.Sənədlər Əsəd rejiminin uzun müddət özünü İsrail əleyhinə “müqavimət lideri” kimi təqdim etməsinə baxmayaraq, İsraillə gizli əməkdaşlıq edə biləcəyini göstərir.

    Eyni zamanda, bu yazışmalar İran və Hizbullahın Suriyadakı fəaliyyəti və onların Əsəd rejiminə təsirləri haqqında mühüm ipucu versə də, İsrail bu əməkdaşlığı Suriya ordusunun zərərinə və İranın xeyrinə təhdid kimi görür.

  • Bakıda küçədən meyit tapıldı

    Bakıda küçədən meyit tapılıb.

    Median.Az xəbər verir ki, hadisə Yasamal rayonu Ş.Tağızadə küçəsində qeydə alınıb. 
    Bakı şəhər sakini, 47 yaşlı Taleh Zakir oğlu Əmiraslanovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar edilib. 

    Faktla bağlı araşdırma aparılır. /Lent.az 

  • YAP-ın bələdiyyə üzvlüyünə 8071 namizədinin siyahısı təsdiqlənib

    Dekabrın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

    Apa xəbər verir ki, iclasda ilk olaraq Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi məsələsinə baxılıb.

    YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov seçkilərin keçiriləcəyi 685 bələdiyyənin hər biri üzrə, ümumilikdə 8071 namizədin müəyyən edildiyini və onların siyahısının İdarə Heyətinin üzvlərinə əvvəlcədən təqdim olunduğunu vurğulayaraq münasibət bildirilməsini xahiş edib.

    Məsələ səsə qoyulub və YAP-ın bələdiyyə üzvlüyünə namizədlərinin siyahısı yekdilliklə təsdiq olunub.
    Bundan sonra seçki komissiyalarının tərkibinə təklif olunan məşvərətçi səs hüquqlu üzvlər, seçki dairə və məntəqələrində səsvermə günü müşahidə aparacaq şəxslərlə bağlı məsələyə baxılıb və onların siyahıları təsdiq edilib.

  • Килиан Мбаппе вернулся к тренировкам на поле после травмы

    Нападающий мадридского “Реала” Килиан Мбаппе вернулся к тренировкам на футбольном поле после травмы, полученной в матче 6-го тура общего этапа Лиги чемпионов с итальянской “Аталантой” (3:2).

    Об этом сообщает журналист Фабрицио Романо в соцсети Х.

    Сообщается, что форвард активно работает над тем, чтобы быть готовым к предстоящим матчам. Вскоре состояние Мбаппе будет оценено для участия в финале Межконтинентального кубка.

    Напомним, француз получил травму в матче 6-го тура общего этапа Лиги чемпионов с итальянской “Аталантой” (3:2). Он был заменён на 36-й минуте игры. В нынешнем сезоне Мбаппе принял участие в 21 встрече во всех турнирах, в которых забил 11 голов и отметился двумя результативными передачами.

    18 декабря в Дохе состоится финальный матч Межконтинентального кубка – 2024, в котором мадридский “Реал” сыграет с “Пачукой” (Мексика).

  • Kilian Mbappe zədələndikdən sonra meydanda məşqlərə qayıdıb

    Real Madridin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda İtaliyanın “Atalanta” (3:2) komandasına qarşı keçirilən matçda aldığı zədədən sonra futbol meydanında məşqlərə qayıdıb.

    Bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində məlumat verib.

    Bildirilib ki, hücumçu qarşıdakı oyunlara hazır olmaq üçün fəal şəkildə çalışır. Tezliklə Mbappenin Qitələrarası Kubok finalında iştirakı üçün vəziyyəti qiymətləndiriləcək.

    Xatırladaq ki, fransalı futbolçu Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı turunda İtaliyanın “Atalanta” (3:2) komandasına qarşı matçda zədələnib. O, oyunun 36-cı dəqiqəsində əvəzlənib. Mbappe bu mövsüm bütün turnirlərdə 21 oyunda iştirak edib, 11 qol vurub və iki məhsuldar ötürmə edib.

    Qeyd edək ki, dekabrın 18-də Dohada “Real Madrid” (İspaniya) ilə “Paçuka” (Meksika) arasında 2024-cü il Qitələrarası Kubokun final matçı keçiriləcək.