Month: December 2024

  • Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak OLDU

    Daha bir azərbaycanlı Ukraynada gedən döyüşlərdə həlak olub.

    Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

    Bildirilib ki, 36 yaşlı Timur Asif oğlu Əliyev Luqansk vilayətində həlak olub. O, 2022-ci ilin iyul ayından etibarən Donetsk və Luqansk vilayətlərində döyüşlərdə iştirak edib.

    Qeyd edək ki, mərhum Ukraynanın Lvov vilayətində yaşayıb. Ailəli olub və iki övladı var.

    Xatırladaq ki, 15 dekabr tarixində azərbaycanlı Zahid Rzayev də Rusiya-Ukrayna müharibəsində həlak olub.

  • Yamal nə vaxt yaşıl meydanlara qayıdacaq?

    “Barselona”nın mətbuat xidməti İspaniya çempionatının 17-ci turunda “Leqanes”lə (0:1) oyunda zədələnən Kataloniya komandasının cinah oyunçusu Lamin Yamalın vəziyyəti ilə bağlı açıqlama yayıb.

    Oyunçu sağ topuq nahiyəsindən zərbə alıb.

    Bazar ertəsi keçirilən testlər onun topuq bağlarının zədələndiyini göstərib.

    “Futbolçunun üç-dörd həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir”, – klubun “X” hesabındakı açıqlamasında deyilir.

    Qeyd edək ki, bu mövsüm 17 yaşlı Yamal “Barselona”nın heyətində bütün turnirlərdə 21 oyun keçirib, 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

    “Transfermarkt” portalında verilən məlumata görə, onun bazar dəyəri 150 milyon avrodur.

  • Здание товузской школы находится в аварийном состоянии – ВИДЕО

    Здание средней школы села Гадирли Товузского района находится в аварийном состоянии.

    Как сообщает Median.Az со ссылкой на xezerxeber.az, в учебном заведении разбиты окна, стены и потолки покрыты трещинами, а полы – в выбоинах.

    Местные жители отмечают, что здание было построено и введено в эксплуатацию в 1990-х годах. Несмотря на удовлетворительный уровень обучения, родители обеспокоены тем, что их дети вынуждены учиться в таких условиях.

    Школа считается одним из крупнейших образовательных учреждений района. Она рассчитана на 780 учеников, однако в настоящее время в ней обучается чуть более 400 учащихся.

    В Газах-Товузском региональном управлении образования подтвердили, что осведомлены о неудовлетворительном состоянии средней школы имени Дж.Садыгова.

    Подробнее – в сюжете:

  • Tovuzda sakinlər məktəbin qəzalı vəziyyətindən narahatdırlar – VİDEO

    Tovuzun Qədirli kənd tam orta məktəbinin binası qəzalı vəziyyətdədir.

    Median.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, məktəbin pəncərələri sınıb, tavanı və divarlarında çatlar var. Döşəmələri isə oyuq-oyuqdur.

    Sakinlər deyirlər ki, bina ötən əsrin 90-cı illərində tikilib istifadəyə verilib. Valideynlər məktəbdəki tədrisdən razı olsalar da, övladlarının şəraitsiz siniflərdə təhsil almaları ilə razılaşa bilmirlər.

    Məktəb rayonun böyüktutumlu təhsil ocaqlarından biridir. 780 şagirdlik yeri olsa da, burada 400-dən çox şagird təhsil alır. Havalar soyuyanda məktəbdə vəziyyət şagirdlər üçün daha da çətinləşir.

    Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, Cavanşir Sadıqov adına Qədirli kənd tam orta məktəbinin mövcud vəziyyəti ilə bağlı məlumatlıdırlar.

    Ətraflı süjetdə:

  • В Азербайджане начали сдавать в аренду золотые украшения – ВИДЕО

    В Азербайджане золотые украшения сдаются в аренду.

    Как сообщает Median.Az со ссылкой на xezerxeber.az, соответствующие объявления появляются не только в социальных сетях, но и в ювелирных магазинах.

    По словам занимающегося этим бизнесом Гусейна Октая, это дело сопряжено с высоким риском. В связи с этим изделия предоставляются только на основании оформленных документов.

    Стоимость аренды же зависит от внешнего вида украшений и их рыночной стоимости. Обычно аренда предоставляется на один день. Основными клиентами становятся те, кто готовится к свадьбам или не может позволить себе приобрести золотые украшения.

    Подробнее – в репортаже:

  • Qızıl almaq imkanı olmayanların NƏZƏRİNƏ – VİDEO

    Qızıl-zinət əşyaları kirayə verilir.

    Median.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, artıq həm sosial şəbəkələrdə, həm də mağazalarda qızıl məmulatlarının kirayə verilməsi ilə bağlı elanlar yer alır.

    Qızıl-zinət əşyalarının kirayəsi ilə məşğul olan Hüseyn Oktay bildirib ki, bu iş xeyli risklidir. Bu səbəbdən də kirayə verilən məmulatlar sənəd əsasında təqdim olunur.

    Qızılların kirayə qiymətləri isə modellərin görünüşünə və satış qiymətinə görə dəyişir.

    Kirayələr 1 günlük verilir və daha çox toy edənlər, qızıl almaq imkanı olmayanlar müraciət edirlər.

    Ətraflı süjetdə:

  • В Баку 54-летний мужчина скончался от отравления алкоголем

    В Баку 54-летний мужчина скончался от отравления алкоголем.

    Как сообщает Median.Аz со ссылкой на lent.az, инцидент произошел в Ясамальском районе столицы.

    Согласно информации, уроженец Ордубадского района Яшар Рзаев скончался в больнице, куда был госпитализирован с диагнозом “алкогольное отравление”.

    По данному факту проводится расследование.

  • Bakıda araqdan zəhərlənən kişi öldü

    Bakıda kişi alkoqoldan zəhərlənərək ölüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

    Ordubad rayon sakini, 54 yaşlı Yaşar Kamil oğlu Rzayev alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib və orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку 15-летняя девочка пострадала в ДТП

    В Хатаинском районе Баку произошло дорожно-транспортное происшествие, в результате которого пострадала девочка-подросток.

    Как сообщает Report, автомобиль сбил переходившую дорогу Фидан Назарли (2009 г.р).

    Пострадавшая была госпитализирована с травмами различной степени тяжести.

    По данному факту ведется расследование.

  • Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

    Bakının Xətai rayonunda yeniyetmə qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

    “Report”un məlumatına görə, 2009-cu il təvəllüdlü Fidan Zaur qızı Nəzərli yolu keçərkən avtomobil onu vurub.

    Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.