Month: December 2024

  • Belarus Ukrayna üzrə sülh danışıqları masasına oturmaqda iddialıdır – XİN rəsmisindən açıqlama

    “Belarus Ukrayna üzrə sülh danışıqlarında iştirak etmək iddiasındadır, Minskin maraqları nəzərə alınmalıdır”.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Belarus xarici işlər nazirinin müavini Yuri Ambrazeviç Xarici İşlər Nazirliyi yanında Xaricdəki belarusların işləri üzrə Məşvərət Şurasının 9-cu iclasında bildirib.

    “Belarus tərəfi lap əvvəldən Ukraynada eskalasiyanın qarşısını almaq üçün sülhməramlı addımlar atırdı. Ona görə də əvvəldən bəyan etmişdik ki, Ukrayna üzrə sülh danışıqları başladığı zaman danışıqlar masası arxasında yerə iddialıyıq. Öz təhlükəsizliyimizə zəmanət almaq bizim üçün vacibdir. Yekun razılaşmalarda, həmçinin Belarus tərəfinin də maraqları nəzərə alınmalıdır”, – deyə o qeyd edib.

  • Göygöldə avtomobil aşıb – Ölən var

    Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaykənd kəndi ərazisində qeydə alınıb.

    VAZ-2121 (“Niva”) avtomobilinin aşması nəticəsində sürücü, 1997-ci il təvəllüdlü H.Hacıyev hadisə yerində ölüb. Avtomobildə olan iki nəfər isə xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

    Qəzada ölən şəxsin Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Ильхам Алиев принял Пола Ричарда Галлахера

    16 декабря Президент Азербайджанской Республики Ильхам Алиев принял секретаря Святого Престола по связям с государствами и международными организациями архиепископа Пола Ричарда Галлахера.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident İlham Əliyev arxiyepiskop Paul Riçard Qallageri qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edib.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • Продолжился суд по делу о присвоении средств, выделенных на “Формулу-1”

    В Бакинском суде по тяжким преступлениям под председательством судьи Лейлы Аскеровой-Мамедовой продолжился судебный процесс по уголовному делу Чингиза Мехдиева, бывшего начальника отдела спортивных операций операционной компании Baku City Circuit (BCC).

    Как сообщает Report, на процессе дал показания свидетель Заур Меликасланов.

    Он рассказал, что работал директором отдела снабжения в BCC. “Документы о компаниях я получал от Чингиза Мехдиева. Все закупленные товары распределялись по каждому департаменту. Заключались контракты с иностранными компаниями. У них импортировались одежда и другие средства, необходимые для “Формулы-1”. Мы доверяли компаниям, предложенным Чингизом Мехдиевым, потому что они соответствовали стандартам “Формулы-1”, – отметил свидетель.

    Он отметил, что не присутствовал при заключении договора с компанией Dayton Investment LTD. “Переговоры вел Чингиз муаллим. А заказы делал я. Приобретаемые товары были специфическими. Оплата производилась после получения и приемки товара”, – добавил Меликасланов.

    По его словам, Чингиз Мехдиев не имел полномочий отдавать распоряжения о закупке каких-либо товаров. Финансовые документы подписывали директора снабжения, финансов и департамента. Разницы между товарами, заказанными Чингизом Мехдиевым, и поступившими товарами не было. Товары принимались по актам приема-передачи.

    “Не было никаких критериев по ценам. Это осуществлялось на основе договоренности. В первый год цены определял Чингиз муаллим, а потом уже мы сами. Все полномочия по этому вопросу были у Чингиза Мехдиева благодаря его опыту”, – отметил свидетель в своих показаниях.

    Следующее заседание суда назначено на 13 января.

    Отметим, Чингиз Мехдиев обвиняется в присвоении около 400 тысяч манатов, выделенных на организацию гонки “Формулы-1” в Баку. Во время следствия в его отношении была избрана мера пресечения, не связанная с арестом.

  • “Formula-1″ə ayrılan pulların mənimsənilməsi ilə bağlı məhkəmə

    Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin İdman əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid Zaur Məlikaslanov ifadə verib.

    O deyib ki, BŞH-də Təchizat şöbəsinin direktoru olub:

    “Şirkətlər haqqında sənədləri Çingiz müəllimdən alırdım. Bütün alınan mallar hər departament üzrə bölünürdü. Xarici şirkətlərlə müqavilə bağlanırdı. Onlardan “Formula-1” üçün lazım olan geyimlər və digər vasitələr idxal edilirdi. Çingiz Mehdiyevin təklif etdiyi şirkətlərə ona görə etibar edirdik ki, onlar “Formula-1″in standartlarına uyğun idi. “Dayton İnvestment LTD” şirkəti ilə müqavilə bağlananda mən iştirak etməmişdim. Danışıqları Çingiz müəllim aparırdı. Sifarişləri isə mən verirdim. Alınan mallar spesifik mallar idi. Mal alınandan, təhvil təslim olandan sonra ödəniş edilirdi”.

    Şahidin sözlərinə görə, Çingiz Mehdiyevin hər hansı malların alınması üçün əmr vermək səlahiyyəti yox idi. O, bildirib ki, maliyyə ilə bağlı sənədləri təchizat, maliyyə və departament direktoru imzalayıb.

    “Çingiz müəllimin sifariş etdiyi mallarla gələn mallar arasında fərq yox idi. Təhvil-təslim aktlarına görə malları alırdıq. Qiymətlərlə bağlı hər hansı bir kriteriya yox idi. Bu razılaşma əsasında həyata keçirilirdi. Qiyməti birinci il Çingiz müəllim, sonra isə biz müəyyən edirdik. Bununla bağlı bütün səlahiyyətlər Çingiz Mehdiyevə verilmişdi. Bu onun təcrübəsindən irəli gəlirdi”, – deyə şahid ifadəsində qeyd edib.

    Məhkəmənin növbəti iclası yanvarın 13-nə təyin olunub.

    Qeyd edək ki, Çingiz Mehdiyev “Formula-1” yarışının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.

    Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

  • В следующем году на развитие водного хозяйства из бюджета будет выделено 546 млн манатов

    В 2025 году из государственного бюджета Азербайджана будет выделено 546 млн манатов на эффективное использование водных ресурсов, обеспечение фермеров водой и расширение орошаемых площадей.

    Как сообщает Report, об этом сказал премьер-министр Али Асадов во время обсуждений в третьем чтении пакета госбюджета на 2025 год на пленарном заседании Милли Меджлиса.

    По его словам, решение проблем, возникших в водном хозяйстве, является одной из серьезных задач, стоящих перед правительством в условиях ограниченности водных ресурсов: “10 октября Президент утвердил “Национальную стратегию по эффективному использованию водных ресурсов”. Документ охватывает 2024-2040 годы и предусматривает меры по увеличению водных ресурсов, сокращению потерь воды, совершенствованию инфраструктуры”.

  • Azərbaycanda gələn il su təsərrüfatına büdcədən 546 milyon manat xərclənəcək

    “2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən su ehtiyatlarından səmərəli istifadə, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi üçün növbəti ilin dövlət büdcəsindən 546 milyon manat ayrılacaq”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ilin dövlət büdcəsi zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.

    “Su təsərrüfatında yaranmış problemlərin həlli su resurslarının məhdudluğu şəraitində hökumət qarşısında duran ciddi vəzifələrdən biridir. Prezident oktyabrın 10-da “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nı təsdiq edib. Sənəd 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının artırılması, su itkilərinin azaldılması, su sahəsində infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi tədbirlərini nəzərdə tutur”, – deyə o qeyd edib.

  • Милли Меджлис принял госбюджет на 2025 год

    На сегодняшнем пленарном заседании Милли Меджлиса в III чтении был обсужден и принят законопроект “О государственном бюджете на 2025 год”.

    Как сообщает Report, ожидается, что в 2025 году доходы государственного бюджета составят 38 млрд 356 млн манатов (на 5.4% больше по сравнению с утвержденным прогнозом на 2024 год), а расходы – 41 млрд 407.6 млн манатов (на 4.2% больше).

    В итоге дефицит бюджета должен составить 3 млрд 51.6 млн манатов. Это на 9% меньше по сравнению с предыдущим годом.

  • Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi qəbul edildi

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4% çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir.

    Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9% azdır.