Month: December 2024

  • Vüqar Səfərlinin oğlu müsadirə edilmiş əmlakı geri tələb edir

    Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin oğlu Seymur Səfərli və iş üzrə digər maraqlı şəxs Məmmədov Azər Oruc oğlunun müsadirə edilmiş əmlakları ilə bağlı qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses dekabrın 19-na təyin edilib.

    Şikayət hakim Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.

    Onlar şikayət ərizəsində müsadirə edilmiş əmlaklarını geri istəyirlər. Şikayət ərizələrində yazırlar ki, müsadirə edilmiş əmlaklar cinayət baş verən dövrdə alınmayıb.

    Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay, “Portos” MMC-nin direktoru Nadir Məmmədov isə altı il müddətinə azadlıqdan məhrum olunub. Digər təqsirləndirilən – Telman Tahirov, Şahin İbrahimov və Ədalət Vəliyevə müəyyən sınaq müddəti seçilməklə şərti cəza verilib.

    Həmçinin, hökmə əsasən, V.Səfərlinin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv.m) ünvanı, İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub.

    Bundan başqa, müsadirə edilənlər sırasında onun “Mercedes-Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv.m-lik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv.m-lik qeyri-yaşayış sahəsi də var.

    Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin “Rabitəbank” ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabına olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsaiti müsadirə edilib.

    Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Daha sonra V.Səfərli və ailə üzvləri kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.

    Ali Məhkəmədə keçirilən prosesdə elan olunub ki, “Portos” MMC maraqlı şəxs kimi Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə üz tutub. Lakin həmin şikayətin mümkünlüyü yoxlanılmayıb. Buna görə də iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb və müvafiq qərar çıxarılıb.

    Xatırladaq ki, “Portos” MMC daha əvvəl Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun baldızı Gülər Vəliyevanın adına olub. Daha sonra şirkətə Nadir Məmmədov rəhbərlik edib. MMC “Jurnalistlər binası”nın tikintisində podratçı şirkət olub.

  • Премьер-лига Азербайджана: “Карабах” примет “Сумгайыт”

    Сегодня завершится XVII тур Премьер-лиги Азербайджана по футболу.

    В последний игровой день “Карабах” примет “Сумгайыт”.

    Встреча, которая состоится на стадионе “Азерсун Арена”, начнется в 19:00.

    Напомним, в рамках тура “Нефтчи” обыграл “Кяпаз” со счетом 2:1, а “Сабах” – “Араз-Нахчыван” (1:0). Матчи “Зиря” – “Туран Товуз”, “Шамахы” – “Сабаил” завершились вничью.

    Отметим, что “Араз-Нахчыван” с 39 очками в активе является единоличным лидером турнирной таблицы. “Карабах” (38) занимает второе место. Замыкает первую тройку “Туран Товуз” (31). “Зиря” (27) занимает четвертое место, “Сабах” (26) – пятое, “Сумгайыт” (19) – шестое, “Нефтчи” (16) – 7-е, “Шамахы” (14) – 8-е место, “Кяпаз” (10) – 9-е. Последнее место с 9-ю очками занимает “Сабаил”.

  • Azərbaycan Premyer Liqası: “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək

    Bu gün Azərbaycan Premyer Liqasında XVII tura bir görüşlə yekun vurulacaq.

    Son oyun günündə “Qarabağ” – “Sumqayıt”ı qəbul edəcək.

    Görüş saat 19:00-da, “Azərsun Arena”da keçiriləcək.

    Xatırladaq ki, turun digər oyunlarında “Neftçi” “Kəpəz”i 2:1, “Sabah” isə “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. “Zirə” – “Turan Tovuz”, “Şamaxı” – “Səbail” matçlarında isə hesab açılmayıb.

    Qeyd edək ki, aktivində 39 xalı olan “Araz-Naxçıvan” turnir cədvəlinin vahid lideridir. “Qarabağ” 38 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 31 xalla “Turan Tovuz” qapayır. “Zirə” 27 xalla 4-cü, “Sabah” isə 26 xalla 5-cidir. 6-cı pillədəki “Sumqayıt”ın 19 xalı var. “Neftçi” 16 xalla 7-ci sırada qərarlaşıb. “Şamaxı” 14 xalla 8-ci, “Kəpəz” isə 10 xalla 9-cudur. Sonuncu pillədəki “Səbail”in isə cəmi 9 xalı var.

  • Останки затонувших кораблей на дне океанов – это бомба замедленного действия: в чем проблема

    На дне океанов и морей находится более 8 500 затонувших кораблей, которые остались после двух мировых войн. На их борту находятся сотни миллионов тонн нефти, боеприпасы, токсичные тяжелые металлы и даже химическое оружие. Многие десятилетия конструкции затонувших кораблей разрушались и увеличивали вероятность внезапных выбросов токсичных веществ в морскую среду. Изменение климата только усугубляет риск загрязнения мирового океана, ведь повышение температуры воды ускоряет разрушение затонувших кораблей.

    Об этом пишет ScienceAlert.

    По словам Фрейзера Стерта из Университета Саутгемптона (Великобритания), угрозу для морской среды представляют не только корабли, затонувшие во время двух мировых войн, но и другие корабли, которые затонули позже. Но угроза от затонувших кораблей существует не только доля морей и океанов, но и для людей, живущих вблизи.

    Как показывают исследования, количество затонувших кораблей, которые разрушаются на дне, вызывает сильное беспокойство, говорит Стерт. Но только 23% дна мирового океана хорошо изучены, а потому считается, что еще много затонувших кораблей не обнаружено. Также ученые пока не могут точно оценить масштаб угрозы, которую они представляют для людей и окружающей среды. Но предполагается, что она очень большая.

    Точное определение того, где именно на морском дне может находиться затонувший корабль, а также того, как его обследовать и оценить его риск, не является простой задачей, говорит Стерт. Исследования показывают, что еще примерно 60% затонувших кораблей предстоит обнаружить и точно оценить влияние их разрешения на окружающую среду.

    Большинство затонувших кораблей, вызывающих наибольшую озабоченность, представляют собой металлические или металлодеревянные конструкции. Сталь в этих затонувших кораблях медленно разрушается, увеличивая вероятность загрязнения океанов и морей. С другой стороны, деятельность человека влияет на морское дно и может физически нарушить или изменить динамику мест кораблекрушений.

    По словам Стерта, пока проблема затонувших кораблей является нерешенной, но нужно принимать меры, пока не стало слишком поздно. До конца экологические риски, создаваемые затонувшими судами на дне океана, и то, как он меняется со временем, не изучены. Но это проблема, которую можно решить.

  • Batmış gəmilərin qalıqları saatlı bombadır: Problem nədir?

    Okeanların və dənizlərin dibində iki dünya müharibəsindən sonra qalan 8 500-dən çox batmış gəmi var.

    Bu barədə “ScienceAlert” yazır.

    Onlar yüz milyonlarla ton neft, döyüş sursatı, zəhərli ağır metallar və hətta kimyəvi silahlar daşıyırlar. Uzun onilliklər ərzində batmış gəmilərin strukturları dağılır və zəhərli maddələrin dəniz mühitinə düşməsi ehtimalı artır. İqlim dəyişikliyi okeanın çirklənməsi riskini artırır, çünki suyun temperaturunun yüksəlməsi gəmilərin məhv olmasını sürətləndirir.

    Bu təhlükə təkcə dənizlər və okeanlarda yaşayan canlılar üçün deyil, yaxınlıqda yaşayan insanlar üçün də aktualdır.

    Alimlərin fikrincə, batmış gəmilərin problemi ilə bağlı gec olmadan tədbir görülməlidir.

  • “Microsoft” 2025-ci il üçün sürprizlər hazırlayıb

    “Microsoft” şirkəti 2025-ci ildə hələ elan edilməmiş daha üç oyunu buraxmağı planlaşdırır.

    Bu barədə tanınmış insayder Nik Beykerin sözlərinə istinadən “Multiplayer” məlumat yayıb.

    Beyker bu məlumatı adı açıqlanmayan, lakin etibarlı mənbədən aldığını deyib.

    Hazırda “Xbox” üçün “Avowed”, “The Outer Worlds 2”, “South of Midnight”, “DOOM: The Dark Ages” və “Fable” daxil olmaqla beş gözlənilən oyun var. Lakin buraxılışların siyahısı bu layihələrlə məhdudlaşmır.

    2025-ci ildə buraxıla biləcək digər oyunlara “State of Decay 3”, “Clockwork Revolution”, “Gears of War: E-Day”, “Perfect Dark”, “Everwild”, “Marvel’s Blade”, “The Elder Scrolls VI”, “Hideo Kojima’s OD”, “Contraband” və s. daxildir.

    Bundan əlavə, gələn il “Call of Duty” seriyasından yeni bir oyunun çıxacağı gözlənilir.

    Beləliklə, 2025-ci il “Xbox” platformasında oyun həvəskarları üçün maraqlı olacağını vəd edir.

  • Çeçenistanda qadınlar və kişilər üçün ayrıca qapısı olan aptek açılıb

    “Darba Pharmacy” şəbəkəsi Çeçenistanda qadınlar və kişilərə ayrı-ayrılıqda xidmət göstərən ilk aptek açıb.

    Bu barədə respublikanın başçısı Ramzan Kadırov “Telegram” kanalında məlumat verib.

    Onun sözlərinə görə, özü şəxsən aptekin “işini yoxlayıb” və “gördüklərindən razı qalıb”. Yaxın vaxtlarda Qroznıda daha 15 “Darba” apteki açılacaq.

  • Məşhur duet yeni filmə çəkilir

    Rayan Reynolds və Hyu Cekman yenidən birlikdə işləyəcəklər.

    Bu barədə “”The Hollywood Reporter” məlumat yayıb.

    Jurnalistlərin dediyinə görə, aktyorlar “Boy Band” filmində rol alacaqlar. Qarşıdan gələn filmin rejissoru Şon Levi olacaq.

    Qeyd olunur ki, Reynolds artıq ssenarinin ikinci variantı üzərində işləyir, ona görə də komanda gələn il çəkilişlərə başlamağı planlaşdırmır.

    Film gənclərdən ibarət məşhur musiqi qrupunun üzvlərindən bəhs edəcək.

    “Boy Band”ın premyerasının vaxtı və tarixi hələ açıqlanmayıb.

  • СМИ: Число жертв урагана на Майотте может исчисляться тысячами

    Число жертв в ходе разрушительного урагана “Шидо”, обрушившегося на Майотту (заморская территория Франции в Индийском океане) в субботу, может достичь нескольких тысяч.

    Об этом сообщил телеканал BFMTV.

    Согласно данным, в результате удара стихии “погибли по меньшей мере несколько сотен человек, при этом их число может достичь тысячи и даже нескольких тысяч”.

    Ранее сообщалось, что ураган унес жизни 14 человек. На Майотту направлены крупные силы спасателей, а также необходимые медикаменты.

    Координировать работы по преодолению последствий урагана будет министр внутренних дел и заморских территорий Франции Брюно Ретайо, который направляется на архипелаг.

  • Mayottada baş verən qasırğada ölənlərin sayı mini ötə bilər

    Fransanın Hind okeanında dənizaşırı ərazisi Mayotta adasında tüğyan edən dağıdıcı “Çido” qasırğası nəticəsində ölənlərin sayı bir neçə minə çata bilər.

    Bu barədə BFMTV kanalı məlumat yayıb.

    Qeyd olunur ki, Mayottaya xilasedici qüvvə, eləcə də lazımi dərmanlar göndərilməsinə baxmayaraq, fəlakət nəticəsində ən azı bir neçə yüz insan həlak olub, ölənlərin sayı isə mini keçə bilər.

    Qasırğanın nəticələrinin aradan qaldırılması üzrə işləri arxipelaqa yollanan Fransanın daxili işlər və xarici ərazilər naziri Bruno Retaylo koordinasiya edəcək.