Month: January 2025

  • Azərbaycanda yeni medal təsis ediləcək

    Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” ilə bağlı yubiley medalı təsis ediləcək.

    Milli Məclisə bununla bağlı qanun layihəsi daxil olub.

    “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yanvarın 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

  • Арзу Алиева отмечает день рождения

    Сегодня руководитель Baku Media Center Арзу Алиева отмечает свой день рождения.

    Median.Az напоминает, что Арзу Алиева родилась 23 января 1989 года.

    Среднее образование она получила в 1995-2006 годах в бакинской школе №160, а высшее – в Швейцарии и Великобритании.

    3 сентября 2011 года Арзу Алиева вышла замуж за азербайджанского бизнесмена Самеда Гурбанова, у нее двое детей.

    Коллектив Median.Az поздравляет Арзу Алиеву с днем рождения, желает ей здоровья и успехов!

  • Arzu Əliyevanın doğum günüdür

    Bu gün Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın doğum günüdür.

    Arzu Əliyeva 1989-cu il 23 yanvar tarixində Bakı şəhərində anadan olub.

    Orta təhsilini 1995-2006-cı illərdə Bakıda 160 saylı məktəbdə, ali təhsilini isə İsveçrədə və Böyük Britaniyada alıb.

    2011-ci il sentyabrın 3-də azərbaycanlı iş adamı Səməd Qurbanovla ailə həyatı qurub.

    İki övladı var.

    Median.Az kollektivi adından Arzu Əliyevanı təbrik edir, can sağlığı, uzun ömür arzulayırıq!

  • Известный врач привлечен к уголовной ответственности: он должен выплатить 142 000 манатов – ФОТО

    В отношении награжденного знаком “Почетный железнодорожник” бывшего главврача железнодорожной поликлиники №2 доктора философии по медицине Гамзы Гасанова возбуждено уголовное дело.

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, известный врач привлечен к ответственности по статьям 308 (злоупотребление должностными полномочиями) и 313 (служебный подлог) Уголовного кодекса АР.

    В ходе расследования было установлено, что Г.Гасанов умышленно вносил в электронную систему недостоверные медицинские данные о гражданах. Таким образом он добился получения этими лицами пенсий и нанес значительный ущерб государственному бюджету.

    Несколько дней назад Бинагадинский районный суд признал Г.Гасанова виновным в указанных деяниях. В результате 66-летний доктор наук был приговорен к условному наказанию сроком на 2 года.

    Также принято решение о взыскании с осужденного 141 954 манатов в пользу Государственного фонда социальной защиты при Министерстве труда и социальной защиты населения в качестве потерпевшей стороны (гражданского истца).

  • Sabiq baş həkim cinayət məsuliyyətinə cəlb edildi – 142 min manat ödəməlidir – FOTO

    2 saylı Dəmiryol Poliklinikasının sabiq baş həkimi, fəxri dəmiryolçu, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənova cinayət işi açılıb.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, tanınmış həkim Cinayət Məcəlləsinin 308 və 313-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı) maddələri ilə məsuliyyətə cəlb edilib.

    Araşdırmalar zamanı müəyyən olunub ki, Həmzə Həsənov vətəndaşlar barəsində elektron sistemə qəsdən həqiqətə uyğun olmayan tibbi məlumatlar daxil edib.

    Bu yolla o, həmin şəxslərin pensiya almasına nail olub və dövlət büdcəsinə külli miqdarda ziyan vurub.

    Binəqədi Rayon Məhkəməsi bir neçə gün əvvəl cinayət işi üzrə hökm çıxarıb. H.Həsənov qeyd edilən əməllərdə təqsirli bilinib. 66 yaşlı elmlər doktoruna 2 il şərti cəza verilib.

    Həmçinin təqsirləndirilən şəxsdən 141 min 954 manat vəsaitin tutularaq zərərçəkmiş şəxs kimi (mülki iddiaçı) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsinə qərar verilib.

  • В Азербайджане вынесен приговор руководителю сайта, обвинявшемуся в вымогательстве

    Завершился суд над руководителем сайта dunyaninsesi.az Аршадом Ибрагимовым, задержанным на основании обращений граждан.

    Как сообщает Median.Az со ссылкой на АПА, сегодня Гянджинский суд по тяжким преступлениям вынес приговор в его отношении. На заседании под председательством судьи Натига Алиева подсудимый был приговорен к 8 годам лишения свободы.

    Напомним, что в 2023 году А.Ибрагимов был задержан Главным управлением по борьбе с организованной преступностью МВД. Он обвинялся в распространении порочащей честь информации и вымогательстве денег за ее удаление.

    В отношении А.Ибрагимова было возбуждено уголовное дело по статье “Вымогательство с применением насилия” Уголовного кодекса, решением суда он был помещен под стражу.

  • Rüsvayedici xəbərlər yayıb, silinməsi üçün pul tələb edən sayt rəhbərinə hökm oxundu

    Vətəndaşlardan daxil olan müraciətlər əsasında saxlanılan Dunyaninsesi.az saytının rəhbəri Ərşad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlərə Məhkəməsində hökm oxunub.

    Hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə Ərşad İbrahimov səkkiz il müddətinə azadlıqdan məhrum olunub.

    Qeyd edək ki, Ərşad İbrahimov 2023-cü ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

    Sayt rəhbəri ayrı-ayrı şəxslər barəsində müxtəlif rüsvayedici xəbərlər yayaraq sonradan həmin xəbərlərin silinməsi üçün hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.

    Onun barəsində Cinayət Məcəlləsinin təkrar hədə-qorxu ilə tələb etmə maddəsi üzrə cinayət işi qaldırılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

  • İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb

    İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

    Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində yanvarın 20-də saat 20:01-də DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək), 1000 ədəd narkotik tərkibli metadon (M-40) və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Polisin tapdığı 10 min manat onun imiş

    Yanvarın 7-də polisin Bakı İdman Sarayından tapdığı 10 min manat məbləğində pul Millimizin sabiq basketbolçusu, “Quba” komandasının məşqçisi Zaur Paşayevə məxsus olub. 

    Median.Az xəbər verir ki, bu barədə o, prosport.az-a müsahibəsində deyib.

    “Basketbol Federasiyasının ofisi Bakı İdman Sarayında yerləşir. Mühasib “Quba” komandasının əməkhaqqısını vermişdi. Mən də pilləkəndən enəndə, cibimdən 10 min manat düşmüşdü. Sağ olsun ki, polis işçiləri itirən şəxsi axtardı. Mən də oyunun başlanmasını gözləyirdim. Birdən mühasib dedi ki, verdiyim pulu itirməmisən? Əlimi cibimə atdım ki, yoxdur. Dedi ki, polis artıq pulu tapıb, sənədləri gəl götür məndən, təqdim et ki, sənin pulundur. Belə oldu, pulu özümüzə qaytardılar. Allah belə polislərimizdən razı olsun”, – deyə Z.Paşayev qeyd edib. 

  • Azərbaycan, İran və Rusiya arasında nəqliyyat sahəsi üzrə üçtərəfli görüş Moskvada keçiriləcək

    Azərbaycan, İran və Rusiya arasında nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 28-də Moskvada keçiriləcək.

    Bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclasında deyib.

    O qeyd edib ki, Azərbaycanın İran və Rusiya arasında strateji mövqeyi üçtərəfli əməkdaşlığı inkişaf etdirmək və tranzit potensialını artırmaq üçün xüsusi imkanlar yaradır: “Görüşdə xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi ilə beş il ərzində 15 milyon ton yük daşınmasını hədəfləyən layihələr müzakirə olunub. Bu çərçivədə İran, Azərbaycan və Rusiya arasında nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 28-də Moskvada keçiriləcək”.