Month: January 2025

  • İlham Əliyev Davosda İsrail Prezidenti ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşüb.

    Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub.

    İsxak Hersoq ölkəmizə rəsmi səfərini məmnunluqla xatırlayıb.

    Söhbət zamanı iqtisadi-ticari sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirilib, hökumətlərarası birgə komissiyanın işi yüksək qiymətləndirilib.

    Azərbaycanlılarla yəhudilər arasında ənənəvi, tarixi dostluq münasibətlərinin mövcud olduğu vurğulanıb, ölkəmizdə digər icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasının nümayəndələrinin də sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma mühitində yaşamaları üçün hərtərəfli şəraitin yaradıldığı məmnunluqla qeyd edilib.

  • Əhaliyə xəbərdarlıq edildi – Bu gündən…

    Yanvar ayında bir sıra maqnit qasırğaları gözlənilir. Bu təbii hadisələrin insanlar üzərindəki təsiri, xüsusilə meteohəssas şəxslər üçün əhəmiyyətli ola bilər. Uzmanlar qasırğaların təsir göstərə biləcəyi tarixlərdə əhval dəyişikliyi, baş ağrısı və qan təzyiqində dəyişikliklərin müşahidə oluna biləcəyini bildirir.

    Həmin tarixləri təqdim edirik:

    21-22 yanvar: Zəif və ya orta dərəcəli maqnit qasırğaları meteohəssas insanlarda narahatlığa səbəb ola bilər.

    27-28 yanvar: Orta və güclü səviyyəli maqnit aktivliyi gözlənilir. Yuxu rejiminə, qidalanmaya diqqət yetirmək və orqanizmi çox yükləməmək vacibdir.

    Maqnit qasırğaları insan sağlamlığına təsir göstərə bilər. Bu dövrlərdə baş ağrısı, yuxu pozuntuları, qan təzyiqində dəyişikliklər və ümumi narahatlıq yaşana bilər. Xüsusilə meteohəssas insanlar daha diqqətli olmalı, sağlam həyat tərzi sürməli və lazım gəldikdə həkim məsləhəti almalıdırlar.
     
    ///musavat

  • Türkiyədə oteldə baş verən yanğınla əlaqədar 4 nəfər saxlanıldı

    Türkiyənin Bolu əyalətində yerləşən Kartalkaya xizəkçilik mərkəzində baş verən yanğınla əlaqədar 4 nəfər saxlanılıb.

    Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

    Qeyd olunub ki, saxlanılanlar arasında mərkəzin sahibi də var.

  • “Mançester Siti” yeni transferini açıqlayıb

    İngiltərənin “Mançester Siti” klubu yeni transferini açıqlayıb.

    Bu barədə “şəhərlilər”in mətbuat xidməti məlumat yayıb.

    Braziliya təmsilçisi “Palmeyras”dan Vitor Reys heyətə cəlb edilib. 18 yaşlı müdafiəçinin müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

    Qeyd edək ki, Vitor Reys 2024-cü ildə “Palmeyras”da 22 oyuna çıxıb, 2 qolla yadda qalıb.

  • Rusiya Federasiya Şurasının sədri Ermənistana səfər edə bilər

    Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ermənistana səfəri hazırlanır.

    Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqların yekunlarına həsr olunan mətbuat konfransında deyib.

    “Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ermənistana səfəri üzərində işləyirik. Ümid edirik ki, bu səfər zamanı 10-cu Rusiya-Ermənistan regionlararası forumunu keçirə biləcəyik”, – o qeyd edib.
     
    ///report

  • Kəmaləddin Heydərov Yerliqayaya başsağlığı verdi

    Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin Bolu vilayətinin Kartalkaya xizək mərkəzində yerləşən hoteldə baş vermiş yanğınla əlaqədar ölkənin daxili işlər naziri Əli Yerliqayaya və Türkiyənin Bakıdakı Səfirliyinə başsağlığı məktubu göndərib.
     
    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, nazir yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını dilədiyini bildirib.

  • Bakıda məşhur iş adamı həbs olundu – Xəzinədarı 20 min manatını oğurlamışdı

    Bir nəfərin adına 40 şirkət açaraq dövlət büdcəsindən 10 milyon manata yaxın vəsaiti yayındırmaqda ittiham olunan sahibkar həbs edilib.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, sahibkar Bahəddin Qarakedəyev mütəşəkkil dəstəyə rəhbərlik etməklə milyonlarla manatı vergidən yayındırmaqda ittiham olunub.

    Onlar dəstənin bir üzvünün adına 40-a yaxın şirkət açdırmaqla 9 121 670.62 manat məbləğində verginin dövlət büdcəsinə ödənilməsindən yayındırıblar.

    Bahəddin Qarakedəyev və dəstənin digər üzvlərinə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi açılıb və onlar həbs ediliblər.

    Qeyd edək ki, 2012-ci ilin yanvar ayında Bahəddin Qarakedəyev rəhbəri olduğu “ARTS” tikinti materialları alqı-satqı şirkətinin xəzinədarı Mərdan Xankişiyev içərisində 20 min manat olan əl çantasını onun əlindən alaraq qaçması ilə gündəmə gəlmişdi. Hadisəni törətdikdən bir gün sonra Mərdan Xankişiyev həbs edilmişdi.

  • Ильхам Алиев выразил соболезнования Реджепу Тайипу Эрдогану

    Президент Азербайджанской Республики Ильхам Алиев направил письмо с соболезнованиями Президенту Турецкой Республики Реджепу Тайипу Эрдогану.

    Как передает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин Президент, мой дорогой Брат.

    Глубоко потрясены известием о гибели большого числа людей в результате пожара в отеле в горнолыжном центре Карталкая провинции Болу.

    Разделяя Ваше горе в связи с этой трагедией, от своего имени и от имени народа Азербайджана с глубокой скорбью выражаю соболезнования Вам, семьям и близким погибших, братскому турецкому народу, желаю выздоровления пострадавшим.

    Аллах рехмет элесин!”.

    Напомним, что в результате пожара, произошедшего 21 января в отеле на территории горнолыжного курорта Карталкая, расположенного в турецкой провинции Болу, погибли 66 человек, еще 51 получил ранения.

  • İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident, əziz Qardaşım.

    Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.

    Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

    Allah rəhmət eləsin!”

    Xatırladaq ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzinin hotelində yanvarın 21-də baş verən yanğın nəticəsində 66 nəfərə həlak olub, 51 nəfər yaralanıb.

  • Нетаньяху: Операция Израиля в Дженине направлена на искоренение там террора

    Начавшаяся утром военная операция израильских сил в городе Дженин на Западном берегу реки Иордан является важной и масштабной, она направлена на искоренение там террористической деятельности.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил премьер-министр Израиля Биньямин Нетаньяху.

    “По поручению военно-политического кабинета Армия обороны Израиля, Служба общей безопасности и полиция Израиля сегодня начали широкомасштабную военную операцию под названием “Железная стена” по ликвидации террора в Дженине. Это очередной шаг на пути к достижению нашей цели – укреплению безопасности в Иудее и Самарии (израильское обозначение Западного берега – прим. ТАСС)”, – говорится в заявлении Нетаньяху, распространенном его канцелярией.

    Израильский премьер добавил, что эти действия являются продолжением борьбы его страны с иранским влиянием в регионе. “Мы действуем последовательно и решительно против иранской оси во всех местах, куда она протягивает свои щупальца – в Газе, Ливане, Сирии, Йемене и в Иудее и Самарии – и на этом мы не остановимся”, – утверждал он.

    * * * * *

    Израильские военные начали контртеррористическую операцию в районе Дженина на Западном берегу реки Иордан.

    Как передает Median.Az, об этом сообщила пресс-служба Армии обороны Израиля (ЦАХАЛ).

    “ЦАХАЛ и пограничная полиция Израиля начали контртеррористическую операцию в Дженине”, – указали в ведомстве.

    Отмечается, что она получила название “Железная стена”.

    На этом фоне вооруженное крыло палестинского движения “Исламский джихад” “Сарая аль-Кудс” заявило об отражении атак еврейского государства на Западном берегу на нескольких направлениях.

    “Наши бойцы противостоят прорывающимся силам на (нескольких – ред.) направлениях и осыпают силы врага и его военную технику мощными ливнями пуль”, – говорится в сообщении.