Month: January 2025

  • Ukrayna keçən il elan edilən hərbi yardımları hələ də ala bilməyib

    Ukrayna tərəfdaşlarının 2024-cü ildə elan etdiyi hərbi yardımları hələ tam ala bilməyib.

    Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Dovos İqtisadi Forumunda çıxışı zamanı deyib.

    Zelenski hərbi yardımın çatdırılması ilə bağlı ciddi problemlərin olduğunu diqqətə çatdırıb: “Keçən ilki yardımlar hələ də yoldadır”.

    O, Ukrayna qoşunlarını Kursk vilayətindən sıxışdırmaq üçün Rusiyanın kifayət qədər gücü olmadığını vurğulayıb: “Bu gün orada 60 mindən çox rus, 12 min Şimali Koreya hərbçisi var idi. Şimali Koreya hərbçilərinin dörd mini ölüb. Başqa bir ölkəni bu müharibəyə sürükləmək Kremlin strategiyası idi”.

    Ukrayna dövlət başçısının sözlərinə görə, şərqdə vəziyyət ağırdır: “Rusiya qoşunlarını ən çox orada saxlayır”.
    Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. ABŞ Prezidenti Donald Tramp müharibəni bu il bitirmək üçün çalışacağını deyib. Zelenski isə daha əvvəl söyləyib ki, müharibənin bu il başa çatması üçün mümkün olan hər şeyi edəcək.

  • İmişlidəki qəzada xəsarət alan məktəblinin vəziyyəti ağırdır

    İmişli rayonu Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə xəsarət alaraq Yeni Klinikaya yerləşdirilən bir məktəblinin vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.

    Bu barədə  TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, xəstənin müalicəsi travmatoloq və neyrocərrah konsultasiyaları ilə davam etdirilir. Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs və yüksək inotrop dəstəyi alır.

    Xatırladaq ki, yanvarın 18-də xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində baş vermiş qəzada 2 məktəbli vəfat edib, 2-si isə ağır xəsarət alıb.

  • Sabah bu ərazilərdə qaz kəsiləcək

    Xəzər rayonunda orta təzyiqli qaz kəməri üzərində qoruyucu klapanın quraşdırılması, Sabunçu rayonu ərazisində isə yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədi ilə 22.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

    Bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

    Bildirilir ki, təmir işləri aparılan müddətdə Xəzər rayonu, Buzovna qəsəbəsinin Quşçuluq yaşayış massivinin və Sabunçu rayonunun Şəhər şosesi, N.Baybakov, İ.Aslanov, M.İbrahimov, Y.Saratov, M.Ə.Rəsulzadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Zaqatala Xəstəxanasının direktoru vəzifəsindən azad edildi

    Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyeva vəzifəsindən azad edilib.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Tamara Fəxrəddin qızı Nurəliyeva Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) yanvarın 21-də tutduğu vəzifədən azad edilib.

  • Bakıda müğənnin çənəsini sındıran şəxs cəzalandırıldı

    Bakıda müğəninin çənəsini sındıran şəxsə hökm oxunub. 

    Qaynarinfo-nun məlumatına görə, hadisəni törədən 1989-cu ildə Şuşa şəhərində anadan olmuş  İ.Həsən barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi cinayət işi açılıb və işə məhkəmədə baxılıb. 

    Məlum olub ki, zərərçəkmiş Elçin Mayılov gecə saat 02.00 radələrində qonşusu İ.Həsənin əlində “GO” markalı içki ilə yüksək səslə küçə söyüş söydüyünü görüb. O, İ.Həsənə yaxınlaşıb nə baş verdiyini soruşduqda, sonuncu hədsiz dərəcədə içkili olduğundan qəsdən bir neçə dəfə yumruqla onun üz nahiyəsindən vurub.

    Elçin Mayılov aldığı xəsarətdən çənə nahiyəsinin sınığı ilə xəstəxanaya yerləşdirilib. 

    Hadisə Bakıda şadlıq evlərində müğənnilik fəaliyyəti ilə məşğul olan Elçin Mayılov toydan evinə qayıdırkən baş verib. 

    Məhkəmənin qərarı ilə İ.Həsənə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək. 

  • Boludakı yanğında ölən, yaxud yaralanan vətəndaşımız varmı?

    Türkiyənin Bolu əyalətində yerləşən Kartalkaya xizəkçilik mərkəzində baş verən yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
     
    Median.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

    Qeyd edək ki, son məlumata görə, yanğında 66 nəfər ölüb, 51 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

  • Türkiyədə matəm elan olundu

    Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğınla bağlı qardaş ölkədə matəm elan olunub.
     
    Median.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
     
    O, yanvarın 22-də ölkədə matəm günü elan olunduğunu açıqlayıb.
     
    Qeyd edək ki, faciəvi yanğın nəticəsində 66 nəfər həyatını itirib. Hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.

  • Первый вице-президент Мехрибан Алиева выразила соболезнования Турции

    Первый вице-президент Азербайджана Мехрибан Алиева выразила соболезнования Турции в связи с пожаром в провинции Болу.

    Она опубликовала об этом пост в своих социальных сетях.
    “Мои соболезнования, Турция! Выражаю глубокие соболезнования родным и близким погибших во время пожара. Сил и терпения им! Желаю скорейшего исцеления раненым. Пусть Всевышний хранит наши народы от всех бед и несчастий!”, – говорится в публикации.

  • Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bolu vilayətində baş verən dəhşətli yanğınla bağlı Türkiyəyə başsağlığı verib.

    Bununla bağlı o, sosial şəbəkə hesablarında paylaşım edib.

    “Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”, – paylaşımda vurğulanır.

  • Президент Ильхам Алиев встретился с президентом Израиля в Давосе

    21 января президент Азербайджанской Республики Ильхам Алиев встретился в Давосе с президентом Государства Израиль Ицхаком Герцогом на основании обращения противоположной стороны.

    Об этом сообщает пресс-служба президента Азербайджана.