Month: January 2025

  • İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başladı

    İsrail hərbçiləri İordan çayının qərb sahilində yerləşən Cenin bölgəsində antiterror əməliyyatına başlayıblar.

    Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF-SAXAL) mətbuat xidmətindən məlumat verilib.

    “SAXAL və İsrail Sərhəd Polisi Cenində terrorla mübarizə əməliyyatına başlayıb”, – deyə məlumatda bildirilib.

    Əməliyyatın “Dəmir divar” adını aldığı qeyd edilib.

    Bu fonda Fələstinin “İslami Cihad” hərəkatının silahlı qanadı olan “Saraya əl-Qüds” yəhudi dövlətinin İordan çayının qərb sahilində bir neçə istiqamətdə hücumlarının dəf edildiyini bəyan edib.

  • Bakıda dəhşətli hadisə – Ata üç il övladını zorladı

    Bakıda öz övladını zorlamaqda təqsirləndirilən E.E.-nin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində elan edilib.

    Dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.

    Məhkəmə qısa müşavirədən sonra hökmü elan edib.

    Hökmə əsasən təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum olunub.

    Qeyd edək ki, hadisə ötən ilin martında paytaxtın Yasamal rayonunda qeydə alınıb.

    Belə ki, 1981-ci il təvəllüdlü E.E. öz cinsi istəyini ən pozğun şəkildə təmin etmək üçün 2021-ci ildən 2024-cü ilədək 2007-ci il təvəllüdlü E.T.-yə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

    Ona qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

  • İdxal zamanı yararsız olduğu aşkarlanan məhsullar məhv edildi

    Nəzarət tədbirləri çərçivəsində idxal olunan bir sıra məhsul partiyalarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb.

    Uyğunsuzluqlar əsasən idxal olunan məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlanması və ya normativ sənədlərin tələblərinə görə istifadəyə yararsız olması ilə bağlıdır.

    Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

    Məhsulun adı Məhsulun miqdarı İdxalçı Mənşə ölkəsi İstehsalçı Məhsul partiyası/seriya nömrəsi, istehsal və son istifadə tarixi
    1 Toxumluq kartof 40 800 kq Fiziki şəxs Qaçabəyova Nayida İbrət qızı Rusiya Federasiyası OOO “Vesna” Partiya 1 2024
    2 Ərzaqlıq kartof 23 600 kq Fiziki şəxs Süleymanova Gövhər Süleyman qızı İran İslam Respublikası “AMEL MİRGASEMİ” 20.10.2024 – 20.01.2025
    3 Konfet 2 500 kq “YEDCON” MMC İran İslam Respublikası “SAYEDALI KHOSRAVI” 01.10.2024 – 02.10.2025
    4 Qırmızı pul bibər 960 kq “King Foods” MMC Özbəkistan Respublikası “Bogbod Fruits” MMC 09.10.2024 – 09.10.2026
    5 “Hanxloksidin-XT” əmtəə nişanlı baytarlıq preparatı 240 ədəd5 litrlik qablaşdır-mada “AVC Agro” MMC Vyetnam Sosialist Respublikası Pharmaceutical and Veterinary Material JSC “GMP-WHO Factory” Partiya N 689 13.04.2024 – 03.04.2026

    Faktlarla bağlı müvafiq qərar qəbul olunaraq məhsul partiyaları məhv edilib.






  • Ильхам Алиев встретился с председателем группы компаний DP World

    21 января Президент Азербайджанской Республики Ильхам Алиев на основании обращения противоположной стороны встретился в Давосе с председателем и исполнительным директором группы компаний DP World Султаном Ахмедом бен Сулайемом.

    Как сообщает АЗЕРТАДЖ, на встрече обсуждались перспективы деятельности группы компаний DP World в нашей стране, возможности, создаваемые транспортными коридорами Север-Юг и Восток-Запад. Была особо подчеркнута роль Азербайджана как регионального транспортного хаба, рассмотрены возможные направления сотрудничества.

    Следует отметить, что DP World является одним из крупнейших портовых операторов в мире. Компания также входит в число лидеров с точки зрения географической диверсификации.

    В настоящее время DP World управляет около 80 портами в разных местах мира.

  • İlham Əliyev Davosda “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Лавров: Россия не занимает ничью сторону в армяно-азербайджанском вопросе

    Москва не занимает ничью сторону в вопросе урегулирования отношений Баку и Еревана, она прежде всего глубоко заинтересована в нормализации ситуации и в добрососедских отношениях братских ей народов.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил министр иностранных дел России Сергей Лавров на пресс-конференции по итогам переговоров с главой армянского МИД Араратом Мирзояном.

    Отвечая на вопрос одного из журналистов, упомянувших, что “в официальной или медийной риторике Москвы часто заметна синхронизация позиции России с подходами Азербайджана”, Лавров обратил внимание на то, что это неверная трактовка позиции российской стороны. “Получается, что по проблематике Южного Кавказа и по вопросам нормализации армяно-азербайджанских отношений, исходя из вашего вопроса, у вас складывается впечатление, что мы занимаем одну сторону, – обратился он к задавшей вопрос журналистке. – Это не так”.

    “Мы занимаемся вопросами, которые, на наш взгляд, являются весьма и весьма актуальными, вопросами нормализации отношений между Ереваном и Баку, исходя из нашей глубокой заинтересованности в том, чтобы наши братские народы жили в мире и добрососедстве”, – подчеркнул российский министр.

  • Lavrov: “Rusiya Azərbaycan-Ermənistan məsələsində heç kimin tərəfini tutmur”

    “Moskva Bakı və İrəvan arasında münasibətlərin tənzimlənməsi məsələsində heç kimin tərəfini tutmur, o, ilk növbədə vəziyyətin normallaşmasında və qardaş xalqlar arasında mehriban qonşuluq münasibətlərində dərindən maraqlıdır”.

    Median.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanla danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

    O, “Moskvanın rəsmi və ya media ritorikasında Rusiyanın mövqeyinin tez-tez Azərbaycanın yanaşmaları ilə sinxronlaşdırıldığını” qeyd edən jurnalistin sualına cavab verib.

    Lavrov Rusiya tərəfinin mövqeyinin yanlış şərh edildiyinə diqqət çəkib.

    “Belə çıxır ki, Cənubi Qafqaz problematikası və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələləri üzrə, sizin sualınızdan çıxış edərək, belə təəssürat yaranır ki, biz bir tərəfi tuturuq? Bu, belə deyil”, – deyə XİN rəhbəri bildirib.

    “Biz qardaş xalqlarımızın sülh və mehriban qonşuluq şəraitində yaşamasında dərin marağımızdan çıxış edərək, bizim fikrimizcə, olduqca aktual olan Bakı və İrəvan arasında münasibətlərin normallaşması məsələləri ilə məşğul oluruq”, – deyə Rusiya naziri əlavə edib.

  • Президент Ильхам Алиев встретился в Давосе с иракским коллегой

    21 января Президент Азербайджанской Республики Ильхам Алиев на основании обращения противоположной стороны встретился в Давосе (Швейцария) с президентом Республики Ирак Абдель Латифом Джамалом Рашидом.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident İlham Əliyev Davosda Əbdüllətif Camal Rəşid ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.

    Median.Az bildirir ki, bu barədə AZƏRTAC xəbər yayıb.

  • Sifilis xəstəliyindən ölən körpənin anası onu görməkdən dəfələrlə imtina edib

    “Sifilis xəstəliyindən ölən körpənin müalicə dövründə ana ilə dəfələrlə telefon əlaqəsi saxlanılıb, lakin o, uşağı görməkdən imtina edib”.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan məlumat verilib.

    Bildirilib ki, körpə 2024-cü il avqustun 24-də Kliniki Tibbi Mərkəzdə dünyaya gəlib:

    “2024-cü il avqustun 24-də Kliniki Tibbi Mərkəzdə sifilis xəstəsi olan anadan 27 həftəlik 850 qram çəkisində uşaq dünyaya gəlib. Sifilis birbaşa doğum evində aşkar edilib. Körpə anadangəlmə sifilis diaqnozu ilə avqustun 27-də Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinə köçürülüb. Körpəyə anadangəlmə sifilis, ekstremal azçəkili uşaq, infeksiya fonunda inkişaf edən sarılıq, hepatit, tənəffüs pozğunluğu sindromu diaqnozları qoyulub.

    Sentyabrın 5-də uşaq Reanimasiya şöbəsindən Vaxtından əvvəl doğulmuşların patologiya şöbəsinə köçürülüb. Qeyd olunan diaqnozlarla uşaq 2025-ci il yanvarın 17-dək müalicə alıb, qaraciyərin fermentləri çox yüksək rəqəmlərdə olub. Sifilis xəstəliyinin protokoluna uyğun olaraq, uşaq mütəxəssisin təyinatı ilə şöbədə müvafiq müalicə alıb. Müalicə dövründə ana ilə dəfələrlə telefon əlaqəsi saxlanılıb, lakin o, uşağı görməkdən imtina edib. Yanvarın 17-də axşam saatlarında qəfil ölüm baş verib. Ölüm barədə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsinə və Baş Prokurorluğa məlumat verilib”, – deyə cavabda qeyd olunub.