Month: January 2025

  • Fərid Səfərli Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilib

    İranda həbsdə olan tələbə Fərid Səfərlinin azad olunması xəbərindən sonra “Facebook” səhifələrində müəyyən xarici dairələr tərəfindən idarə olunan trol ordusunun anidən kütləvi paylaşımları ilə aktivləşməsi əksər sosial şəbəkə istifadəçilərinin və media qurumlarının diqqətindən qaçmayıb.

    Fərid Səfərlinin vətənə qaytarıldığı barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyinin birgə məlumatından sonra mənbəyi bilinməyən və hər biri yeni yaradılmış çoxsaylı saxta profillər qeyd olunan xəbərin paylaşıldığı “Facebook” səhifələrini eyni sözlərdən ibarət şərhlərlə doldurmağa başladılar.

    Şərhlərdə, əsasən, “Fərid Səfərlinin casusluq etməsinə baxmayaraq, saxlanıldığı ölkədə ona xoş münasibət göstərildiyi, bununla belə, layiq olmadığı halda Azərbaycana qaytarıldığı” bildirilir.

    Qohumlarından əldə olunan məlumata əsasən, Almaniyada tələbə olan, getdiyi İranda iki il həbsdə saxlanılmış Fərid Səfərli əvəzsiz qaydada deyil, Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilməklə və Azərbaycanın öz vətəndaşına verdiyi yüksək dəyərdən irəli gələrək qaytarılıb. Azərbaycan dövlət orqanlarının rəsmi məlumatında deyildiyi kimi, bu, qarşılıqlı prosedur çərçivəsində həyata keçib.

    Odur ki, Azərbaycan mühitini tanımadan sosial şəbəkələrin Azərbaycan seqmentinə saysız trolları ilə ideoloji müdaxiləyə cəhd edən kəmfürsət yarımçıq texnoloqlar belə şərhləri ilə Azərbaycan xalqının gözündə nə qədər gülünc göründüklərini bilsələr, yaxşıdır.

  • İlham Əliyev Donald Trampı təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident.

    Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Amerika xalqının rifahı naminə qarşıdakı məsul ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

    Əminəm ki, Sizin gələcək fəaliyyətiniz dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaq.

    Azərbaycan ilə Birləşmiş Ştatlar özlərinin milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlar və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq ediblər.

    ABŞ-nin müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığımızı yüksək qiymətləndirir, ölkəmizin enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyinizi xüsusi vurğulamaq istərdim.

    Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik.

    İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcək.

    Bir daha Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

  • Metroda dəmir yoluna əşya atanların cəriməsi ARTIRILDI

    Bakı metrosunda istifadə qaydalarının pozulmasına görə bəzi cərimələrin məbləği artırılıb.

    İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə əsasən, dəmir yoluna əşya atılmasına görə tətbiq edilən cərimə 30 manatdan 200 manata qədər yüksəldilib.

    Həmçinin, Bakı metrosunda icazəsiz olaraq metropolitenin elektrik şəbəkəsinə elektrik cihazlarının qoşulması üçün 70 manat, ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə əşya yandırılmasına görə isə 100 manat cərimə nəzərdə tutulub.

  • Astana aeroportunda 20 reys gecikib

    Əlverişsiz hava şəraiti və texniki xidmət səbəbindən Astana hava limanının uçuş-enmə zolağı 21 yanvar 2025-ci il tarixində yerli vaxtla saat 8:33-dən 10:33-ə qədər müvəqqəti olaraq bağlanıb.

    Bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.

    “Təhlükəsizliyi təmin etmək və aerodromdakı qar kütləsini təmizləmək üçün 10 xüsusi texnika işləyir. Əlverişsiz hava şəraiti və texniki xidmətlə əlaqədar planlaşdırılan 70 reysdən 6-sı, gəlməsi gözlənilən 68 reysdən isə 14-ü gecikib”, – məlumatda bildirilib.

    Qeyd edək ki, yanvarın 22-23-də şimalda və Astanada yağıntı və temperaturun -35 dərəcəyə qədər düşəcəyi proqnozlaşdırılır.

    ///report

  • Türkiyədə hoteldə yanğın baş verib, 10 nəfər ölüb, 32 nəfər yaralanıb

    Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə baş verən yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

    Məlumatı “Haber Global” yayıb.

    Bildirilib ki, hadisə zamanı daha 32 nəfər yaralanıb.

    Yanğının səbəbi hələ ki məlum deyil.

  • Известная телеведущая понесла тяжелую утрату – ФОТО

    Известная азербайджанская телеведущая Гюнай Елмаргызы понесла тяжелую утрату.

    Соответствующая информация распространилась в социальной сети Facebook.

    Отмечается, что скончался ее отец.

  • Tanınmış teleaparıcıya AĞIR İTKİ – FOTO

    Tanınmış teleaparıcı Günay Yelmarqızına ağır itki üz verib.

    Bu barədə “Facebook” sosial şəbəkəsində məlumat yayılıb.

    Bildirilib ki, onun atası Yelmar bəy vəfat edib.

  • İşə düzəltmə adı altında 57 nəfəri aldadan şəxsi polis saxladı

    “TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “xanımların işlə təmin edilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub.

    Bu barədə Daxili işlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən Hacıqabul rayonunda həyata keçirilən tədbirlərlə qeyd edilən kibertalama əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Rüfət Cəfərov saxlanılıb.

    Araşdırmalarla R.Cəfərovun sosial şəbəkələrdə özünü işədüzəltmə şirkətlərinin birinin nümayəndəsi kimi təqdim etdiyi və 57 nəfərin pul vəsaitlərini ələ keçirdiyi müəyyən edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Prezident İlham Əliyev Davosda latviyalı həmkarı ilə görüşüb – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə görüşüb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Edqars Rinkeviçs dövlətimizin başçısı ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırlayıb.

    Latviya prezidenti bugünkü görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

    Edqars Rinkeviçs təyyarə qəzasında həlak olanlarla bağlı Azərbaycan Prezidentinə başsağlığı verib.

    Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirib.

    Prezident İlham Əliyev də öz növbəsində bugünkü görüşün əməkdaşlığımızın perspektivlərinin müzakirəsi baxımından önəmini vurğulayıb.

  • В Азербайджане с 1 февраля минимальная трудовая пенсия составит 320 манатов

    В Азербайджане минимальная трудовая пенсия с 1 февраля составит 320 манатов.

    Как сообщает Report, в связи с этим предложены изменения в закон “О трудовых пенсиях”.

    Поправка в законе будет обсуждаться на сегодняшнем заседании Комитета по труду и социальной политике Милли Меджлиса.

    В настоящее время минимальная пенсия равна 280 манат. Таким образом, она увеличится с 1 февраля на 14.3%.