Month: January 2025

  • В Ясамальском РУП произведено новое назначение

    В Ясамальском районном управлении полиции (РУП) произведено новое назначение.

    Как сообщает Unikal, в связи с этим подписан соответствующий приказ.

    Согласно документу, майор полиции Рашад Нагиев назначен начальником отдела Государственной дорожной полиции Ясамальского РУП.

  • Yasamal Rayon Polis İdarəsində YENİ TƏYİNAT

    Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) Şöbəsinə yeni rəis təyin edilib.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

    Əmrə əsasən, polis mayoru Rəşad Nağıyev Yasamal DYP-nin rəisi vəzifəsinə təyin edilib.

  • Əli Kərimin oğlunun hökmü 12 il sonra dəyişdi: Müsadirə edilən pullar qaytarıldı

    Korrupsiya cinayətlərində təqsirli bilinərək şərti məhkum edilmiş keçmiş Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin sabiq müdir müavini Orxan Kərimovun hökmü 12 il sonra dəyişdirilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, cəzalandıqdan 2 il sonra vəfat edən O.Kərimovun hökmündə qanun pozuntuları üzə çıxıb.

    Sözügedən pozuntular hökmün xüsusi müsadirə hissəsinə aiddir.

    Belə ki, Orxan Kərimova 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvətalma cinayətlərində təqsirli bilinib. O.Kərimov həmin vaxt şərti məhkum edilməklə azadlıqda qala bilib.

    Bəhs edilən hökmə əsasən, təqsirləndirilən şəxsin faktiki yaşadığı evdən (qayınanasının adına rəsmiləşdirilmiş – red.) götürülmüş 97 min 100 avro və 67 min 500 manat məbləğində pullar dövlət nəfinə müsadirə edilib.

    Orxan Kərimov hələ məhkəmə istintaqı vaxtı ifadəsində demişdi ki, evdən götürülən pullar qayınanası və qayınatasına məxsusdur. Onlar eyni evdə, fərqli mənzillərdə yaşayırlar.

    Məhkum Kərimovun vəfatından sonra qayınanası Fədayə Qayıbova müsadirə edilən pullar üçün məhkəmə çəkişmələri başladıb. Ən sonda Avropa İnsan Hüquqları Məhkəməsi onun şikayətini əsaslı hesab edib.

    Amma o, mübarizəsinin yekununu görə bilməyib. Belə ki, Fədayə Qayıbova Avropa Məhkəməsinin xeyrinə çıxardığı qərardan sonra vəfat edib.

    Azərbaycandakı sonrakı məhkəmələrdə onu nümayəndəsi təmsil edib.

    Bundan sona Azərbaycan Ali Məhkəməsində işə yenidən baxılıb, aşağı instansiyanın əvvəlki qərarındakı xüsusi müsadirə hissəsi ləğv edilib. Bu məsələnin araşdırılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

    Bakı Apellyasiya Məhkəməsinin hakimi Zamin İbrahimovun sədrlik etdiyi hakimlər dəlil və sübutları yenidən tədqiq edib, tərəflərin çıxışlarını dinləyiblər.

    Prokuror yenə hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyib.

    Amma müdafiə tərəfi ortaya işin seyrini dəyişdirə biləcək sübutlar qoyub. Beləliklə, Orxan Kərimovun cinayətinə görə müsadirə edilən pulların onun özünə aid olmadığı təsdiq edilib. Qeyd edilib ki, məhkumun yaxınlarının evində axtarış aparılması qanunsuz olub, müstəntiqin həmin qərarı əsaslandırılmayıb.

    Nəhayət, məhkəmə bu işlə bağlı yekun qərarını açıqlayıb.

    Qərara əsasən, hökmdən “Baş Prokurorluğun depozit hesabına keçirilmiş 97 min 100 avro və 67 min 500 manat pul müsadirə edilsin” hissəsi xaric edilib.

    Həmin pullar Fədayə Qayıbovanın vərəsəsi olan Orxan Kərimovun həyat yoldaşı Nigar Kərimovaya qaytarılıb.

    Qeyd edək ki, Orxan Kərimov cinayətinə görə bir müddət həbsdə olub. O, xəstəliyi ilə bağlı azadlığa buraxılıb. 2015-ci ildə 47 yaşında vəfat edib.

    Xatırladaq ki, Orxan Kərimov şair-tərcüməçi Əli Kərimin oğlu olub.

  • Скончался военнослужащий азербайджанской армии – ФОТО

    Скончался военнослужащий азербайджанской армии.

    В ответ на запрос ou.az в пресс-службе Министерства обороны сообщили, что Нурлан Шахъяддин оглу Намазов скончался по месту своего проживания, находясь в отпуске.

  • Azərbaycan Ordusunun hərbi qulluqçusu VƏFAT EDİB – FOTO

    Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

    Oxu.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Nurlan Şahyəddin oğlu Namazov məzuniyyətdə olarkən yaşadığı ünvanda vəfat edib.

  • Prezident İlham Əliyev Davosda Cared Kohen ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında “The Goldman Sachs Group İnc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Azad olunan ərazilərdə daha 189 mina zərərsizləşdirilib

    Azad olunan ərazilərdə yanvarın 13-19-da 100 tank əleyhinə mina, 89 piyada əleyhinə mina, 192 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

    Məlumata əsasən, 601.8 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

  • Keçmiş sevgilisini öldürən qadın 10 il azadlıqdan məhrum edildi

    Bakıda keçmiş sevgilisini öldürməkdə təqsirləndirilən Ruhiyyə Tahirovanın məhkəməsi bitib.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    İlk olaraq təqsirləndirilən şəxsin vəkili Nicat İmanzadə müdafiə çıxışında zərərçəkmiş şəxsin psixi xəstəlikdən əziyyət çəkdiyini bildirib. Həmçinin Samir İsrafilov əvvəllər öz atasını qətlə yetirməsini və bununla bağlı məhkumluq həyatı yaşadığını qeyd edib. Buna görə də, müvəkkilinin özünü müdafiə etdiyini məhkəmənin nəzərinə çatdırıb. Sadalananları nəzərə alaraq Ruhiyyə Tahirovaya sanksiyada nəzərdə tutulan cəzanın aşağı həddinin verilməsini istəyib.

    Belə ki, hadisə baş verdiyi zaman o, R.Tahirovanı ölümlə hədələyib. Vəkil ötən proseslərdə də zərərçəkən Samir İsrafilovun psixoloji vəziyyəti ilə bağlı müvafiq sənədlərin məhkəməyə sübut kimi təqdim edilməsini xahiş edib.

    Zərərçəkənin hüquqi varisi təqsirləndirilən şəxslə barışmadığını, şikayətçi olduğunu qeyd edib.

    Hökmə əsasən Ruhiyyə Tahirova 10 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, təqsirləndirilən Ruhiyyə Tahirova qeyri-rəsmi münasibətdə birlikdə yaşadığı Samir İsrafilova nikaha daxil olmaq istədiyini bildirib. S.İstafilov isə onunla vaxt keçirdiyini, ailə qurmaq niyyəti olmadığını söyləyib. Bu zaman R.Tahirova bunu təhqir kimi qəbul edib. Onların arasında mübahisə yaranıb. Zərərçəkmiş şəxs Ruhiyyə Tahirovadan güclü olduğu üçün ona müqavimət göstərə bilib. Bu zaman başqa çarəsi qalmayan təqsirləndirilən şəxs kəsici alətlə ona xəsarət yetirib. Nəticədə Samir İsrafilov həyatını itirib. Ruhiyyə Tahirova isə 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

    Ruhiyyə Tahirova baş verməsi cinayətdə özünü təqsirli bilib.

  • Gəncədə 78 yaşlı kişini it dişləyib

    Gəncədə sahibsiz itlər 78 yaşlı kişiyə hücum edib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini 1947-ci il təvəllüdlü Z.Abbasov it dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilib.

  • Азербайджанский студент Фарид Сафарли освобожден в рамках взаимной процедуры с Ираном

    Накануне стало известно, что арестованный в Иране в 2023 году азербайджанский студент Фарид Сафарли освобожден и уже находится в Азербайджане.

    Об этом говорилось в совместном заявлении МИД и СГБ Азербайджана.

    Вскоре после заявления в социальной сети Facebook активизировалась армия троллей, управляемая определенными зарубежными кругами, что не осталось без внимания пользователей социальных сетей и медиа-организаций.

    Многочисленные фейковые профили, созданные недавно, начали строчить под соответствующими публикациями в Facebook комментарии с одним и тем же содержанием. В основном они утверждали, что Фарид Сафарли якобы занимался в Иране шпионажем и “даже после задержания в этой стране к нему относились благосклонно”. Они также утверждают, что Сафарли “не заслуживал возвращения в Азербайджан”.

    Согласно информации, полученной от родственников, для возвращения Фарида Сафарли Баку передала Тегерану иранского шпиона, находившегося в заключении в Азербайджане. Этот шаг был сделан исходя из высокой ценности, которую Азербайджан придает своим гражданам. Как и было сказано в официальном заявлении государственных органов Азербайджана, Сафарли вернули в рамках взаимной процедуры.