Month: January 2025

  • Azərbaycanda bir ailənin aylıq xərci 2600 manatı ötüb – MÜQAYİSƏ

    Azərbaycanda yaşayan əhalinin adambaşına mal və xidmətlərə xərclədiyi vəsait 2024-cü ildə 633 manata çatıb. 

    Median.Az rəsmi dövlət statistikasına istinadən xəbər verir ki, bu məbləğ 2023-cü illə müqayisədə 38 manat artıb. 

    Əhalinin adambaşına xərclədiyi vəsaitin 278,8 manatı ərzaq mallarının, 229,2 manatı qeyri-ərzaq mallarının, 125 manatı isə pullu xidmətlərin alınmasına sərf edilib. 

    Bu məlumatlardan belə aydın olur ki, 2024-cü ildə bir ev təsərrüfatının (əsasən bir ailədən ibarət olur – red.) aylıq xərci 2677 manatı ötüb. 

    2024-cü ilin sonuna olan məlumata əsasən, Azərbaycanda bir ev təsərrüfatı orta hesabla 4,23 nəfərdən ibarətdir. Bu hesabla son bir ildə ailələrin aylıq xərclərində orta hesabla 160 manat artım baş verib. 2023-cü ildə bir orta ölçülü ailənin aylıq xərci 2516 manat təşkil edirdi. 

  • İMİŞLİDƏ DƏHŞƏT – Polis əməkdaşının törətdiyi qəzada öz qardaşı uşaqları öldü

    İmişli rayonunda baş verən qəza zamanı dünyasını dəyişən azyaşlılar hadisəni törədən polis əməkdaşının qardaşı övladlarıdır.
     
    Median.Az xəbər verir ki, bu barədə Lent.az saytı mənbələrinə istinadən xəbər yayıb.
     
    Qəzada xəsarət alan yol polis inspektorunun da vəziyyəti ağır olduğu bildirilir.

  • Bu rayonlara qar yağır – FAKTİKİ HAVA – YENİLƏNİB

    Yanvarın 18-i saat 17:00-a olan məlumatına əsasən hazırda Qax (Sarıbaş), Şəki (Kişçay), Xınalıq, Qusar, Qrız, Şahdağda arabir qar yağır.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qərb küləyi arabir Qobustanda 18 m/s, Naftalanda 16 m/s-dək güclənib.

    Qrız, Lerikdə duman müşahidə olunur.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Aran rayonlarında 14, dağlıq rayonlarda 1, Naxçıvan MR-da 8 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 9 dərəcəyədək şaxtadır.

  • Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib

    Mingəçevir şəhərində iki məktəb direktoru vəzifəsindən azad edilib.

    Report-un Qərb bürosunun məlumatına görə, şəhərdəki 3 nömrəli məktəbin direktoru Gültəkin Quliyeva və digər 9 nömrəli məktəbin direktoru Fərqanə Niyazova tutduqları vəzifədən çıxarılıb.

    Qeyd edək ki, G.Quluyeva çalışmanın yaş həddinə görə, F.Niyazova isə onunla bağlanmş müqaviləsinin başa çatması səbəbdən işdən azad olunub.

  • Azərbaycanda Aliment Fondu yaradılacaq (VİDEO)

    Azərbaycanda Aliment Fondunun yaradılması yubanır. Bununla bağlı bir neçə ildir ki, müzakirə aparılsa da, hələ də yekun qərar yoxdur.

    Zaman-zaman alimentin mütəmadi olaraq ödənilməsi prosesində yaranan problemlər fondun yaradılmasının önəmini daha da artırır. Bəs proses hansı mərhələdədir?

    Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən “Xəzər Xəbər”ə verilən məlumata görə, hazırda Aliment Fondunun yaradılması və bununla əlaqədar digər məsələlərin təşkili üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə qurumlararası işçi qrupu formalaşdırılmaqdadır.

    Komitədən isə prosesə aidiyyəti qurumun Ədliyyə Nazirliyi olduğu qeyd edildi.

    Bəs Aliment Fondu yaradılarsa, hansı problemlər aradan qalxa bilər?

    Qeyd edək ki, dünyanın bir çox ölkələrində hökumət tərəfindən aliment fondu yaradılıb. Əgər valideyn üzərinə düşən öhdəliyi yerinə yetirə bilmirsə – aliment pulunu ödəməyə imkanı çatmırsa, bu zaman dövlət alimentin ödənilməsini öz üzərinə götürür.

  • Baydenin təyyarəsinin trapı yaşına görə daha qısası ilə əvəz edildi

    ABŞ-ın hazırkı prezidenti Co Baydenin komandası ənənəvi qırmızı xalçalı təntənəli trapdan imtina edərək, prezident təyyarəsi Air Force One-ə çıxışı daha qısa bir trap ilə təmin etməyə qərar verib.

    Qaynarinfo xəbər verir ki, bu barədə “The New York Times” yazır.

    Cəmiyyətin diqqəti dəfələrlə Baydenin onilliklər ərzində istifadə olunan təntənəli trapa qalxarkən yıxılması hallarına yönəlib. Bir müddət sonra, fotolardan da görünür ki, ABŞ lideri artıq həmin trapdan deyil, təyyarənin ən alt hissəsinə – adətən baqaj bölməsinin yerləşdiyi hissəyə birbaşa çıxış təmin edən qısa metal pilləkənlə təyyarəyə qalxmağa başlayıb. Təntənəli trap isə təyyarənin pilot kabinəsinin və pəncərələrinin olduğu daha yuxarı səviyyədə bitir.

    Məqalədə qeyd edilir ki, Baydenin dərin sədaqət göstərən tərəfdarları onun dəyişən əhval-ruhiyyəsini, unutqanlığını və zəif sağlamlıq vəziyyətini müxtəlif yollarla kompensasiya etməyə çalışırdılar.

    Vəziyyət, ahıl liderin fiziki aktivlik nümayiş etdirməklə hakimiyyəti davam etdirməyə hazır olduğunu göstərmək arzusuna görə daha da çətinləşib. Buna nümunə kimi Baydenin kameralar önündə velosiped gəzintisi zamanı yıxılması göstərilir. Bununla belə, onun fiziki durumunun pisləşməsini açıq şəkildə etiraf etmək yalnız Bayden prezidentlik yarışından çəkildikdən sonra mümkün olub.

  • В Нахчыване беременная женщина скончалась по пути в больницу

    В Нахчыване скончалась 21-летняя беременная женщина.

    Как передает Report, инцидент произошел сегодня.

    Сообщается, что у Махаррамовой Гюльджан Ильхам гызы (2004 г.р) внезапно ухудшилось состояние здоровья, ей вызвали скорую помощь. Беременная женщина скончалась по дороге в больницу.

    По предварительной версии, причиной смерти стало повышенное артериальное давление.

    Отметим, что Г.Махаррамова являлась студенткой 2-го курса Нахчыванского государственного университета.

  • Naxçıvanda universitet tələbəsi təcili tibbi yardım avtomobilində ölüb

    Naxçıvanda 21 yaşlı hamilə qadın təcili tibbi yardım avtomobilində ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, qəfildən halı pisləşən 2004-cü il təvəllüdlü hamilə Gülcan İlham qızı Məhərrəmova üçün təcili tibbi yardım çağırılıb.

    O, xəstəxanaya aparılarkən yolda təcili tibbi yardım avtomobilində yüksək təzyiq səbəbindən dünyasını dəyişib.

    Mərhum Babək rayonu Payız kəndində dəfn olunub.

    Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı.

  • Oteldə qadını döydü, həbs edildi

    Bakıdakı məşhur oteldə qadını döyməkdə təqsirləndirilən şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, 1991-ci ildə Saatlı rayonunda anadan olmuş Y.İsmayılov (şərti) saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Məlum olub ki, Y.İsmayılov Nizami rayonunda yerləşən “Xudafərin” otelində dincələrkən içkili olduğundan Səkinə (şərti) adlı qadınla aralarında mübahisə yaranıb. Zərərkəmiş qadın Daxili İşlər Nazirliyinin 102 xidmətinə döyülməsi ilə bağlı şikayət edib.

    Təqsirləndirilən şəxs isə məhkəmədə 17 yanvar 2025-ci il tarixdə gecə saatlarında “Xudafərin” otelində olduğu vaxt bir xanımla aralarında anlaşılmazlıq olduğunu təsdiqləyib və onu döymədiyini deyib. O, içkili olduğu üçün nə etdiyini bilmədiyini də etiraf edib.

    Məhkəmənin qərarı ilə Y.İsmayılov 8 gün müddətinə həbs edilib.

  • Опубликованы кадры ДТП в Имишли, в результате которого погибли двое детей – ВИДЕО

    Министерство внутренних дел опубликовало видео дорожно-транспортного происшествия в Имишли, в результате которого погибли двое детей, еще несколько человек пострадали.

    На кадрах видно, как автомобиль Mercedes создал аварийную ситуацию, выехав перед движущимся служебным автомобилем.