Month: January 2025

  • Bakıdakı şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlandı

    Bakıdakı şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Belə ki, paytaxtın Sabunçu rayonu, Sülh küçəsi, ev 4D ünvanında fəaliyyət göstərən “Bəyaz” şadlıq sarayında yoxlama aparılıb.

    Müəssisədə yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ tələblərin pozulması faktları müəyyən edilib. Qida təhlükəsizliyi reyestrindən çıxarışı olmadan fəaliyyət göstərən müəssisədə aşkar saxtalaşdırma əlamətləri olan 62 ədəd hər biri 700 ml “Organic” əmtəə nişanlı premium araqlarının satışının həyata keçirildiyi məlum olub. Həmin məhsulların üzərində qanunvericiliyə uyğun olaraq tam, dolğun şəkildə markalanma aparılmayıb.

    Uyğunsuzluq aşkarlanan məhsullardan nümunələr götürülüb, sınaqların aparılması məqsədi ilə laboratoriyaya təqdim edilib. Agentliyin əməkdaşları saxta, istifadəyə yararsız məhsulların satışının qarşısını alaraq dövriyyədən çıxarıb.

    Faktla bağlı müvafiq tədbirlər görülüb, araşdırmalar davam etdirilir.

  • Bakıda evdən oğurluq edən uşaq tutuldu

    Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən evlərin birindən 6550 manatın oğurlanması barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.

    Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının apardığı araşdırmalarla quldurluq etdiyinə görə tutulan A.Balayevin Hövsan qəsəbəsində yerləşən məntəqələrin birindən 3000 manat dəyərində təmir alətləri oğurlaması da müəyyən olunub.

    Araşdırmalar aparılır.

  • Ceyhun Bayramov Gürcüstanın XİN rəhbərini qarşılayıb

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilini qarşılayıb.

    Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

  • İspaniyada yoluxucu qrip yayılıb – Xəstəxanalarda kütləvi axın yaranıb

    İspaniyada qripə yoluxanların sayının artması səbəbindən xəstəxanalarda sıxlıq yaranıb.
     
    Median.Az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi 17 muxtar rayonun 12-də qrip epidemiyası səbəbindən xəstəxanaların dolu olduğunu qeyd edərək, işçi heyəti və çarpayı çatışmazlığından şikayətləniblər.

    Məlumata görə, Madrid, Kataloniya və Valensiya bölgələri başda olmaqla bir çox xəstəxanada xəstələrin sıxlığa görə dəhlizlərə yerləşdirilən çarpayılarda müalicə edildiyini, təcili yardım şöbələrində gözləmə müddətinin 65 saata qədər artdığı qeyd olunub.

    Yanvar ayının əvvəlindən tənəffüs yoluxucu xəstəliklər və qripə yoluxma hallarının 2-3 dəfə artdığına diqqət çəkən mütəxəssislər, yaxın həftələrdə qrip hallarının daha da artacağına dair xəbərdarlıq ediblər.

    Digər tərəfdən, bəzi xəstəxanalar COVID-19 dövründə olduğu kimi maska taxmağı icbari edib.
     //azxeber.com

  • Qardaşının ölüm xəbərini aldığı gün vəfat etdi

    Ucarda iki qardaş eyni gündə vəfat edib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Alpout kənd sakini, 1964-cü il təvəllüdlü Suliddin Cəfər oğlu Həsənov xəstəliyi ilə əlaqədar olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib.

    Mərhumun qardaşı, 1958-ci il təvəllüdlü Aydın Cəfər oğlu Həsənov bunu eşidəndə yaşadığı evdə dünyasını dəyişib.

    Hər iki qardaş kənd qəbiristanlığında dəfn edilib.

  • Azərbaycanın Rəqəmsal İnkişaf Konsepsiyası təsdiqləndi

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

    Median.Az President.az-a istinadən bildirir ki, fərmanla konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikasının Nazirlər Kabineti, konsepsiyada nəzərdə tutulmuş Rəqəmsal İnkişaf Operatorunun funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək.

    Həmçinin, ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, digər dövlət orqanları (qurumları) tərəfindən dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi üzrə layihələrin (büdcədənkənar dövlət fondlarının vəsaitləri hesabına həyata keçirilən layihələr istisna olmaqla) maliyyələşdirilməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəyi (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla) əsasında təmin edilir.

    Nazirlər Kabinetinə dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi ilə bağlı təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

    NK, həmçinin, konsepsiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etməli, dövlət orqanları (qurumları) tərəfindən (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri, eləcə də Müşahidə Şurası Azərbaycan Respublikasının Prezidenti tərəfindən formalaşdırılan dövlət müəssisələri istisna olmaqla) illik planın icrasına nəzarəti həyata keçirməlidir.

    Rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi meyarlarını beş ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi qaydalarını, o cümlədən meyarlarını beş ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və bu fərmandan irəli gələn digər məsələlərin həlli də NK-ya həvalə olunub.

    Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi əldə etdiyi rüblük statistik məlumatların, fərdi məlumatların mühafizəsi ilə bağlı tələblər nəzərə alınmaqla, hər rübdən sonrakı ayın 20-dək Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etməli, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarında nəzərdə tutulan hallarda data əsaslı qərarların qəbul edilməsi və süni intellekt həllərinin tətbiqi istiqamətində aidiyyəti dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqədə tədbirlər görməli, konsepsiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən rəqəmsallaşdırmanın əlaqələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etməlidir.

    Aşağıdakılar isə dövlət orqanlarına (qurumlarına) tapşırılır, Azərbaycan Respublikasının Mərkəzi Bankına isə tövsiyə edilir:

    – konsepsiyadan irəli gələn vəzifələrin icrası ilə bağlı görülən işlər barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məlumat təqdim etsinlər;

    – elektron xidmətlərdən istifadə ilə bağlı rüblük statistik məlumatların hər rübdən sonrakı ayın 10-dək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim olunmasını təmin etsinlər;

    – ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, digər dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi üzrə layihələrin icrasına dair illik planın hazırlanmasını, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəyi alınmaqla təsdiq olunmasını və yenilənməsini təmin etsinlər;

    – informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə son istifadəçi kompüterlərini Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən qurulmuş, mərkəzləşdirilmiş antivirus mühafizə vasitəsi ilə, habelə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təqdim olunan lisenziyalı əməliyyat sistemləri və ofis proqramları ilə təmin etsinlər.

    Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası ilə bu linkdən tanış olmaq mümkündür.

  • BMT Türk Dövlətləri Təşkilatı ilə gömrük sahəsində əməkdaşlığı sürətləndirir

    “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin yerləşdiyi regionda elektron beynəlxalq yükdaşımalar mexanizminin tətbiqi ilə bağlı fəaliyyətimizin həyata keçirilməsində israrlıyıq və bununla bağlı tədbirlər görürük”.

    Bunu Türk Dövlətləri Təşkilatının gömrük xidməti rəhbərlərinin onuncu iclasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitri Mariyasin deyib.

    O söyləyib ki, BMT-nin Avropa İqtisadi Komissiyası TDT-yə üzv ölkələrlə əməkdaşlığa hazırdır:

    “Elektron beynəlxalq yükdaşımalar mexanizmi hələ tam şəkildə tətbiq edilmir. Bu istiqamətdə işləri sürətləndirməliyik. Birincisi, gömrük sistemləri BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən idarə edilən elektron mexanizmə inteqrasiya edilməlidir. Daha sonra isə dövlətlər öz gömrük xidmətləri ilə elektronlaşma istiqamətində işlər aparmalıdırlar. Ümid edirəm ki, qarşıdakı aylarda bu regionda ticarətin və tranzitin tam şəkildə elektronlaşdırılmasına nail olacağıq”.

    D.Mariyasin deyib ki, indiyədək beynəlxalq yükdaşımalarda müxtəlif istiqamətlər üzrə irəliləyişlər əldə edilib, lakin sərhəddə keçid məntəqələrinin sayı azaldıla bilər.

    D.Mariyasin xatırladıb ki, Türk Dövlətləri Təşkilatının 2040-cı ilə qədər dövrü əhatə edən strateji baxışı var və buraya gömrük, nəqliyyat ilə bağlı məsələlər daxildir.
    //oxu.az

  • Афаг Масуд присуждена персональная пенсия Президента Азербайджана

    Президент Ильхам Алиев подписал распоряжение о предоставлении Афаг Масуд гызы Велиевой (Афаг Масуд) персональной пенсии Президента Азербайджанской Республики за заслуги в развитии азербайджанской литературы.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • Prezident İlham Əliyev Afaq Məsudla bağlı sərəncam imzaladı

    Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Afaq Məsud qızı Vəliyevaya (Afaq Məsuda) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

    Median.Az President.az-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

  • Əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu

    Ölkəmizdə qış mövsümündə havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması müşahidə olunur.

    Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

    “Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.

    Hərbi hissələrin qapalı və ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə imkan yaradır.

    Şəxsi heyətlə maarifləndirici söhbətlərin aparılması, onlara düzgün qidalanma və fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir.

    Respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin effektivliyinin təmin edilməsini nəzərə alaraq ictimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”, – məlumatda vurğulanıb.