Month: Yanvar 2025

  • Bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb

    Azərbaycan vətəndaşlarının yanvarın 1-dən müddətli həqiqi hərbi xidmətə növbəti çağırışı başlayıb.

    Bu gündən 18 yaşı tamam olmuş, Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

    Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları bu gündən yanvarın 30-dək ehtiyata buraxılırlar.

  • Rusiyaya gedən vətəndaşların NƏZƏRİNƏ: Yeni miqrasiya qaydaları qüvvəyə mindi

    Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minib.

    Bu gündən etibarən Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq.

    Qeyd edilən müddət Rusiya qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.

    Bundan əlavə Azərbaycan vətəndaşı Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır.

    Əlavə olaraq nəzərə alınmalıdır ki, Rusiya Federasiyasının mövcud qanunvericiliyinin tələblərinə əsasən Rusiya Federasiyasına daxil olan zaman əcnəbilərdən, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarından miqrasiya kartının doldurulması tələb olunur.

    Miqrasiya kartını Rusiya Federasiyasının dövlət sərhədinin buraxılış məntəqələrində, beynəlxalq hava limanlarında, habelə Rusiyaya uçan təyyarələrin göyərtəsində pulsuz əldə etmək mümkündür. Miqrasiya kartı rus dilində və ya pasportda qeyd edilən məlumatlara uyğun olaraq latın əlifbasının hərfləri ilə doldurulmalıdır.

  • 11 sentyabr hücumlarında ittiham olunan üç nəfər edamdan yayına bilər

    ABŞ-də 2001-ci il sentyabrın 11-də törədilən terror aktlarında iştirakda ittiham olunan üç nəfər yeni məhkəmə qərarı ilə ölüm cəzasından yayına bilər.

    Bu barədə “New York Post” məlumat yayıb.

    Qeyd olunur ki, dekabrın 30-da hərbi apellyasiya məhkəməsi avqustda terrorçularla məhkəməyəqədərki razılaşmaya xitam verən Pentaqonun rəhbəri Lloyd Ostinin fərmanını ləğv edib. Üç nəfər – Xalid Şeyx Məhəmməd, Vəlid bin Attaş və Mustafa əl-Həvsəvi edam cəzasını ömürlük həbslə əvəzləmək müqabilində günahlarını etiraf etməyə razılaşıblar.

    Məhkəmə gələn həftə keçiriləcək. Ostinin məhkəmənin qərarına etiraz edə biləcəyi bildirilir.
    //oxu.az

  • Mask populyarlıq reytinqində Bezos və Zukerberqi geridə qoydu

    “SpaceX”in yaradıcısı İlon Mask xəbərlərin populyarlığı reytinqində Ceff Bezos və Mark Zukerberqi geridə qoyub.

    Median.Az “Axios”a istinadən xəbər verir ki, bu barədə media bazarının tədqiqi ilə məşğul olan “Taboola” şirkəti məlumat yayıb.

    Analitiklər qeyd edir ki, Mask 2022-ci ildən baxış sayına görə ən yaxın rəqiblərini qabaqlayır, lakin 2024-cü ildə Mask, Bezos və Zukerberq arasında fərq maksimum həddə çatıb. Reytinqdə 2024-cü ilin yanvar-noyabr ayları ərzində sahibkarlar haqqında məqalələrə baxış məlumatları nəzərə alınıb.

    “Musk haqqında məqalələr bu il yanvarın 1-dən noyabrın 12-dək 1,03 milyard baxış toplayıb ki, bu da 2023-cü illə müqayisədə 120%, 2022-ci illə müqayisədə isə 528% çoxdur”, – portal “Taboola”nın araşdırmasına istinadən yazır.

    Vurğulanır ki, 2022-ci ildən Bezos və Zukerberq haqqında yeni materialların sayı artsa da, onların artım tempi Mask haqqında yazılan məqalələrdən aşağıdır.

  • Belçika birdəfəlik veyplərin satışını qadağan etmək qərarına gəlib

    Belçika birdəfəlik elektron siqaretlərin satışına qadağa qoyan ilk Avropa ölkəsi ola bilər.

    Bu barədə Böyük Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

    Qeyd olunur ki, belə bir qərar yanvarın 1-də hökumət tərəfindən veriləcək.

    Məlumata əsasən, Böyük Britaniya, Fransa və Almaniya da oxşar qərar qəbul etməyi planlaşdırırlar. Bununla belə, ekspertlər belə tədbirlərin istehlakçıların qeyri-leqal məhsullara keçməsinə səbəb ola biləcəyindən ehtiyat edirlər.

  • Cəlilabadda avtomobil piyadanı vurub

    Cəlilabadda baş verən qəzada piyada xəsarət alıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

    Hərəkətdə olan nəqliyyat vasitəsi rayon sakini, Cavid Mahmudovu vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Azərbaycan Dəmir Yolları”nın işçisi əməliyyat zamanı ÖLDÜ

    “Azərbaycan Dəmir Yolları” QSC-nin işçisi vəfat edib.

    Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

    Belə ki, 65 yaşlı İqrar Yusif oğlu Hüseynov Bakı şəhərindəki xəstəxanalardan birində keçirdiyi açıq ürək əməliyyatı zamanı ölüb.

    Qeyd edək ki, mərhum uzun illər “Azərbaycan Dəmir Yolları” QSC-nin Salyan 6 nömrəli İşarəvermə və Rabitə sahəsində elektrik işləyib.

  • Azərbaycanda 2025-ci ilin ilk körpəsi dünyaya gəlib – FOTO

    Azərbaycanda 2025-ci ilin ilk körpəsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni Klinika”da dünyaya gəlib.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, 01.01.2025-ci il tarixində saat 00:01-də doğulan körpənin cinsi oğlan, boyu 50 sm, çəkisi 3 kq 900 qr olub.

    38-ci həftəsində təbii doğuşa alınan ananın və yenidoğulmuşun vəziyyəti stabildir.

  • Yeni ili antik saatları ilə qarşılayan kolleksiyaçı – VİDEO

    Müxtəlif illərə məxsus divar, qol və günəş saatları.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 3 mindən çox saat içərisində yaşı 200-dən çox antik aksesuarlar da var.

    Uzun illərdir saat kolleksiyası toplayan Ramiz Əliyevin sözlərinə görə, o, buna atasının yığdığı 3-4 saat ilə başlayıb.

    R.Əliyev deyir ki, hətta bəzi saatları özü düzəldib. Bütün aksesuarlarına isə xüsusi olaraq qulluq edir.

    Kolleksiyada 10-a yaxın ölkəyə məxsus saatlar var.

    Ətraflı süjetdə:

  • Leyla Əliyeva Yeni il bayramı ilə əlaqədar paylaşım edib – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yeni il bayramı ilə əlaqədar “Instagram” hesabında paylaşım edib.

    Paylaşımda deyilir:

    “Yeni ilinizi təbrik edir, 2025-ci ildə sizə bol sevinc, nurlu, xeyirli günlər diləyirəm! Bir-birimizə daha çox kömək edək, xoş sözlər deyək, bir-birimizi dəstəkləyək, xeyirxah işlər görək. Qoy Allah hər birinizi qorusun! Hər şeyə görə təşəkkür edirəm! Sevgilərlə”.