Month: January 2025

  • İranlı rejissor Fransanın “Fəxri legion” ordenindən imtina edib

    “Persopolis” animasiya filmi ilə məşhurluq qazanan iranlı rejissor Marcanə Satrapi Fransanın “Fəxri legion” ordenindən imtina edib.

    Bu barədə rejissor sosial media hesabında paylaşım edib.

    Fransanın mədəniyyət nazirinə ünvanladığı məktubda Satrapi, bu ayın sonlarında keçirilməsi planlaşdırılan mərasimdə dövlət mükafatını qəbul etməyəcəyini bildirib.

    O, imtinasının səbəbi kimi İrandakı insan haqları ilə bağlı məsələlərə Fransanın göz yumması, ikili standartlarla davranmasını əsas gətirib.

  • Azərbaycanda 65 yaşlı kişidən 10 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT

    Mingəçevir şəhərində 1960-cı il təvəllüdlü Bəxtiyar yetkinlik yaşına çatmayan Ləmana (adlar şərti verilib – red.) seksual xarakterli hərəkətlər edib.

    Median.Az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə 3 sentyabr 2023-cü ildə baş verib.

    Bəxtiyar həmin gün saat 17 radələrində qonşuluğunda yaşayan və həyətdə oynayan 2015-ci il təvəllüdlü Ləmanı görüb, ona qarşı şəhvət hissləri oyanıb.

    O, qızı yaşadığı mənzilin pəncərəsindən səsləyib, mənzilinə gəlməsini təklif edib. Ləman bundan imtina etdikdə, özü həyətə düşüb və onun əlindən tutaraq mənzilinə aparmağa nail olub.

    İstintaq orqanı tərəfindən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəxtiyar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, mağazadan çörək alaraq evinə doğru gedib: “Evimə çatana yaxın gördüm, iki balaca qız tum çırtlayır. Onlara dedim ki, buraları zibilləməsinlər, başqa tərəfdə oynasınlar. Həmin qız uşağı məndən soruşdu ki, top durur sizdə? Belə düşündüm ki, nəvəm evimə gələn vaxt bu qız uşaqları ilə top oynayıbmış. Qıza dedim ki, bəli, top bizdədir. Qız məndən “verərsiniz, topla oynayaq” deyə soruşdu. Dedim ki, niyə vermirəm. Bundan sonra evə doğru qalxdım. Arxamca da qız qalxdı. İttihamda yazılır ki, guya qızı pəncərədən çağırmışam, qız gəlməyib. Bundan sonra guya aşağı düşmüşəm, qızın əlindən tutaraq evə qaldırmışam. Belə bir şey mümkündürmü? Mən ağsaqqal adamam, 64 yaşım var. Qız mənim nəvəm yaşındadır”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə ittiham aktında yazıldığı kimi cərəyan etməyib:

    “Qız mənim arxamca evə gəldi. Mən də topu götürəndə gördüm ki, top boşalıb. Onu qıza verdim və dedim ki, bala, atana verərsən topu doldurar. Qız da boş topu istəmədi. Bundan sonra getdi. Hadisə belə olub. Mən ittiham aktını oxuyan vaxt dəhşətə gəlmişəm. Etmədiyim qeyri-etik hərəkətlər ittiham aktında göstərilib. Mən pislik etməmişəm. Qız uşağı məndən top istəyib. Mən də topu ona vermək istəmişəm. Mən xəcalətimdən ölürəm. Qohum-əqrəba arasında biabır olmuşam. Hətta bu işlə bağlı özümə qəsd etmək istəmişəm. Mənim 64 yaşım var, xəstə adamam, dərmanlarla yaşayıram. Şəkər xəstəsiyəm. Belə bir hadisəni törətməmişəm. Bu işdə heç bir günahım yoxdur”.

    Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir müddət sonra qızın atası evinə gəlib: “Məndən heç nə soruşmadan üstümə hücum çəkdi. Qızın atasına dedim ki, qızı burada nə gəzir? Heç fikrimi izah edə bilmədim. Məni vurmağa başladı. Atası gələn vaxt qız orada yox idi. Qızın ailəsi ilə qərəzli münasibətim olmayıb. O ailəni heç tanımamışam. Qız bizim evdəki əşyaları tanıya bilməz. Çünki heç vaxt bizim evdə olmayıb. O, mənim evimdə top olduğunu bilib. Çünki nəvəm bizə gələndə onunla top-top oynayıb. Qız top boş olduğu üçün istəmədi və getdi. 5-10 dəqiqə sonra atası gəldi. Qapını açan kimi heç nə demədən mənə yumruq atdı, yerə yıxıldım. Məni vurdu, sol gözümdən xəsarət aldım”.

    Bəxtiyar qeyd edib ki, hadisə günü içki qəbul etməyib: “Ancaq döyüldükdən sonra vəziyyətim yaxşı deyildi, ağrılarım var idi. Buna görə axşam yatmazdan əvvəl spirtli içki qəbul etdim. Mütəmadi içki içmirəm. Yalnız xeyir işlərdə və məclislərdə içdiyim olur. Qızın atasını tanımamışam. Ola bilsin, heç nə başa düşməyib, yəni anlaşılmazlıq olub. O, heç məni dinləmədi də”.

    İş üzrə zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, orta məktəbin 3-cü sinif şagirdidir. Atası ustadır, anası isə özəl sektorda işləyir:

    “Özümdən kiçik 6 yaşında qardaşım var. Yay tətilində anam hər gün səhər saat 09:00-da işə getdikdən sonra atam saat 10-11-ə qədər bizə nəzarət edib, sonra isə öz işlərinin arxası ilə gedib. Atam gedəndən sonra nahara kimi qardaşımla düşərək həyətdə oynamışıq, anamın işdən evə gəlməsini gözləmişik. Anamı gözləyən zaman həyətə düşən başqa uşaqlarla oynamışıq. Sonradan adını bildiyim Bəxtiyar da binada başqa blokda yaşayır. Həyətdə uşaqlarla oynayan zaman həmin kişini tez-tez görmüşəm”.

    Ləman qeyd edib ki, sentyabrın 2-də uşaqlarla oynayan zaman Bəxtiyar yanlarına gəlib: “Məni qucağına götürərək üzümdən öpdü, “Allah səni kəsməsin!” deyərək bizimlə futbol oynamağa başladı. Futbol oynayanda içkili olduğundan yıxıldı. Sonra ayağa qalxaraq evinə getdi. Səhəri gün saat 17 radələrində həyətdə rəfiqələrimlə oynadım. Sonra yanımda rəfiqələrimdən yalnız Nərmin qaldı. Blokun qarşısında oynayan zaman Bəxtiyarın zibil atmaqdan gəldiyini gördük. Məni qucaqlayıb öpdükdən sonra evinə çıxdı. Eyvandan baxaraq əl etdi, məni yanına çağırdı, amma onun yanına getmədim. Nərmin Bəxtiyarın məni çağırmasını gördü və oradan qaçaraq skameykada oturdu. Mən isə yorulduğumdan yerimdə qaldım. Aradan 2-3 dəqiqə keçmiş Bəxtiyar həyətə düşərək mənə yaxınlaşdı. Sağ əlimdən tutaraq məni bloka tərəf apardı. Qorxduğumdan qışqıra bilmədim və onun əlindən qaçmağa cəhd etmədim. Bəxtiyar məni yaşadığı mənzilə gətirdi. Həyətdən anamın səsi gəldi. Bundan başqa atamın da addım səsləri eşidildi. Bəxtiyar bunu hiss edərək mənzildən çıxmağı, evdə olanlar barədə heç kimə heç nə deməməyi, tək olanda mənzilinə gəlməyimi göstəriş verdi. Mənzilin qapısından çıxan kimi atamı qapının qarşısında gördüm. Burada nə etdiyimi soruşanda ona Bəxtiyarım məni mənzilinə apardığını, bu barədə valideynlərimə heç bir söz deməməyi göstəriş verdiyini, həmçinin tək qalanda onun yanına gəlməyimi istədiyini dedim. Atam hirslənərək onun qapısını döydü. Bəxtiyar qapını açıb əvvəl örtmək istəsə də, atam qapını itələyərək açdı. Sonra Bəxtiyarı döydü. Məni də götürərək evə gəldi”.

    Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəxtiyar 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi müəyyən edilib.

  • В Нигере сотни людей приняли участие в акции против неоколониализма

    Сотни людей вышли на улицы столицы Нигера Ниамея во вторник, чтобы выразить поддержку правящему в стране Национальному совету по защите отечества и осудить империализм и неоколониализм, акция организована по инициативе профсоюза работников образовательной сферы.

    Об этом пишет РИА Новости.

    В демонстрации приняли участие представители различных партий и профсоюзных объединений. Участники акции подчеркнули важную роль молодежи в противостоянии внешним вызовам и сплочении нации, дали критическую оценку позиции Экономического сообщества стран Западной Африки (ЭКОВАС) в отношении Нигера. Демонстранты в ходе выступлений выразили благодарность новым властям за противостояние неоколониализму и выводу страны из сферы влияния Франции и США.

    В Нигере 26 июля 2023 года группа военных из президентской гвардии объявила об отстранении главы государства Мохамеда Базума. Для управления страной был сформирован Национальный совет по защите отечества во главе с командующим гвардией Абдурахманом Тчиани. Уже 10 августа того же года Тчиани подписал указ о формировании правительства переходного периода.

    Лидеры большинства западных стран и ЭКОВАС осудили переворот.

    В январе 2024 года руководители Нигера, Мали и Буркина-Фасо решили выйти из состава ЭКОВАС. В декабре ЭКОВАС заявил, что предоставит трем странам период с 29 января по 29 июля 2025 года для пересмотра этого решения.

  • Nigerin paytaxtında neokolonializmə qarşı aksiya keçirilib

    Nigerin paytaxtı Niameydə yüzlərlə insan küçələrə çıxaraq ölkədə hakim olan Vətəni Müdafiə Milli Şurasına dəstək vermək, eləcə də imperializmi və neokolonializmi pisləmək üçün aksiya keçirib.

    Aksiya təhsil işçilərinin həmkarlar ittifaqının təşəbbüsü ilə təşkil edilib.

    Nümayişçilər neokolonializmə qarşı mübarizə apardığına, ölkəni Fransa və ABŞ-nin təsir dairəsindən çıxardığına görə yeni hakimiyyətə təşəkkür ediblər.

    Nümayişdə müxtəlif partiyaların və həmkarlar ittifaqı birliklərinin nümayəndələri iştirak ediblər. Aksiya iştirakçıları xarici çağırışlara qarşı mübarizədə və millətin birləşməsində gənclərin mühüm rolunu vurğulayıb, Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) Nigerə qarşı mövqeyini tənqid ediblər.

  • Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır

    Moskva və Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi İran parlamenti tərəfindən ratifikasiya edilməlidir və 20 il müddətinə bağlanır.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.

    “Müqavilə imzalandıqdan sonra İran parlamenti tərəfindən ratifikasiya edilməlidir. Bundan sonra sənəd 20 il müddətində qüvvədə olacaq”, – diplomat qeyd edib.

    Səfir müqavilənin avtomatik uzadılması imkanının nəzərdə tutulub-tutulmadığını dəqiqləşdirməyib.

  • Plastik cərrahlar efirlərə buraxılmayacaq

    Plastik cərrahların efirlərdə çıxışlarına yasaq qoyulub.

    Median.Az musavat.com-a istinadən xəbər verir ki, yanvar ayının 31-dək Azərbaycanda fəaliyyət göstərən bütün plastik, estetik cərrahlar ciddi yoxlamadan keçəcəklər. Hüquq-mühafizə orqanları tərəfindən həyata keçiriləcək bu yoxlamalardan üzüağ çıxan plastik və estetik cərrahlara sənəd veriləcək. Bu sənədi əldə edə bilməyən cərrahların fəaliyyətinə icazə verilməyəcək.

    Qeyd edək ki, yaxın günlərdə səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

    Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

    Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.

  • Los Ancelesdə yanğınlar zamanı oğurluqla bağlı ilk ittihamlar irəli sürülüb

    ABŞ-nin Kaliforniya ştatında tüğyan edən meşə yanğınları zamanı evlərdən əşyalar oğurlayan və yeni yanğınlar törədən ilk 10 caniyə qarşı ittihamlar irəli sürülüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Los Ancelesin dairə prokuroru Natan Hokman keçirdiyi mətbuat konfransında bildirib.

    “Biz verdiyimiz sözə əməl edirik, qanunsuz əməllərə yol verənlər tutulacaq, qanun qarşısında cavab verəcək və cəzalandırılacaqlar. Artıq 10 nəfərə qarşı ittiham irəli sürülüb, onlardan 9-u oğurluqda, 1-i isə yanğın törətməkdə ittiham olunur”, – o deyib.

    O, təqsirləndirilən şəxslərin adlarını çəkərək, onların ittiham olunduğu bütün cinayətlərin siyahısını təqdim edib. “Bir qrup oğru adı açıqlanmayan amerikalı ulduzun evindən “Emmi” mükafatı heykəlciyini, üç nəfərdən ibarət başqa bir qrup sənədlərlə birlikdə təxminən 200 min dollar oğurlayıb, digər qrup isə bir gündə iki evi qarət edib. Bəzi cinayətkarların daha əvvəl də məhkumluq yaşadığı nəzərə alınmaqla onları 6 ildən ömürlük həbsə qədər cəza gözləyir”, – Hokman söyləyib.

    Dairə prokuroru əlavə edib ki, Eskobar soyadlı şəxs 3 fərqli yerdə yanğın törətməkdə ittiham olunur, onu 9 ilə qədər həbs cəzası gözləyir. O qeyd edib ki, cinayətkarların operativ şəkildə tutulması bütün hüquq-mühafizə və xilasetmə xidmətlərinin sıx əməkdaşlığı sayəsində mümkün olub.

  • “Sevilya”nın futbolçusu saxlanıldı

    İspaniyanın “Sevilya” klubunun müdafiəçisi Kike Salas saxlanılıb.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniya KİV məlumat yayıb.

    Onun qanunsuz qumar və mərc oyunlarında iştirak etməsi şübhəsi ilə nəzarətə alındığı bildirilib.

    “Marca”nın məlumatında isə yaxın adamlarının iştirak etdiyi mərcdə qalib olması üçün futbolçunun qəsdən sarı vərəqə aldığı qeyd olunub.

    Məlumata görə, araşdırmalara müdafiəçinin yaxın dostlarından daha iki nəfər daxil edilib.

    Qeyd edək ki, Salas bu mövsüm La Liqada 14 oyunda 3 dəfə sarı vərəqə alıb, lakin onunla bağlı şübhələr ötən mövsümün son rübündə 9 oyunda aldığı 7 sarı vərəqədən sonra yaranıb.

  • Bakının bu yollarında sıxlıq müşahidə edilir

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

    3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    4. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    5. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    6. “20 Yanvar” dairəsində;

    7. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    8. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    9. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    10. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

    11. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    13. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    14. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    15. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    16. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    17. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    18. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    19. Zərifə Əliyeva küçəsində;

    20. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

    21. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

  • HƏMAS atəşkəs sazişi layihəsinin şərtlərini qəbul edib

    Fələstinin HƏMAS hərəkatı atəşkəs sazişi layihəsinin şərtlərini qəbul edib.

    Bu barədə AP agentliyi məlumat yayıb.

    Qeyd olunur ki, İsrail hələ də sazişi qiymətləndirir.