Month: January 2025

  • В работе Рунета произошел масштабный сбой

    В работе российской части интернета 14 января произошел масштабный сбой, многие пользователи пожаловались на проблемы при загрузке сайтов.

    Как передает Median.Az, об этом сообщают “Известия”.

    Согласно информации, в частности, не открывались сайты Google, Liveinternet, Википедии, РЖД и многие другие. Кроме того, не загружались сервисы мониторинга Сбой.рф и Downdetector.

    Интернет также не работал у таких операторов сотовой связи, как “Билайн”, “Мегафон”, и Tele2.

  • Rusiyada internet çökdü

    Yanvarın 14-də Rusiyanın internet şəbəkəsində genişmiqyaslı nasazlıq baş verib. Bir çox istifadəçi vebsaytların yüklənməsi ilə bağlı problemlərdən şikayətlənib.

    Bu barədə “İzvestiya” məlumat yayıb.

    Xüsusilə “Google”, “Liveinternet”, “Wikipedia” kimi saytlar açılmır, hətta sboy.rf və “Downdetector” monitorinq xidmətləri də yüklənmir.

    İnternet “Beeline”, “Megafon” və “Tele2” mobil operatorları şəbəkəsində də işləmir.

  • Avstriya prezidenti İlham Əliyevə başsağlığı verib

    Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin 38 nəfərin həyatına son qoyan faciəli qəzası ilə bağlı xəbəri böyük kədər hissi ilə öyrəndim. Düşüncələrimiz bu faciəli qəza qurbanlarının ailələri və yaxınları ilədir.

    Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

    Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Fevraldan minimum pensiya bu qədər olacaq

    Pensiyaçılar yanvar ayında pensiyalarını əvvəlki qayda ilə, yəni 280 manat alıb.

    Median.Az axar.az-a istinadən bildirir ki, artımlar fevral ayından etibarən veriləcək.

    Belə ki, minimum pensiya alanlar fevral ayını artımla birgə – 280+40 manat alacaq. Bundan başqa, yanvar ayının da artımı əlavə olunacaq və fevral ayında 360 manat alacaqlar.

    Əmək pensiyalarının indeksləşdirilməsi nəticəsində olan artımlar da fevraldan veriləcək. Yəni fevral ayında minimum pensiyaya ən azı 8 faiz (25,6 manat) əlavə ediləcək. İndeksləşməyə görə yanvardakı artım da fevralda veriləcəyindən, minimum pensiya alanlar 345,6 manat və yanvar artımları (40+25,6) olmaqla, ümumilikdə ən azı 411,2 manat alacaqlar.

    Qeyd edək ki, indeksasiyanın 8% civarında olması orta statistikaya əsaslanır. İndeksasiyanın konkret faizi 1 fevralda açıqlanacaq.

    Həmçinin minimum pensiyadan əlavə digər pensiyaların artımı ilə bağlı qərar da fevral ayında veriləcək. Bura indeksasiya da daxil olacaq.

  • Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

    Yanvarın 15-də Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

    Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

    Qeyd edilən tarixdə 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyadan qidalanan 10 kV-luq 5 saylı hava xəttində, “Cəlilabad” 110/35/10 kV-luq yarımstansiyadan qidalanan 110 kV-luq 2-ci Masallı hava xətti və 110 kV-luq Cəlilabad hava xəttində eyni vaxtda təmir işləri aparılacaq.

    Bu səbəblə saat 10:00-dan 14:00-dək Lənkəran rayonu Şilavar, Digah kəndlərində, Kürə ərazisində və saat 10:00-dan 12:00-dək Cəlilabad şəhəri və rayonunda, Biləsuvar rayonu Əmənkənd ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi təmin olunacaq.

  • Генсек ОДКБ: Партнерство США и Армении не должно создавать угрозу для других стран

    Партнерство Еревана и Вашингтона не должно создавать угрозу безопасности для других стран.

    Об этом российскому изданию News.ru заявил генеральный секретарь Организации Договора о коллективной безопасности (ОДКБ) Имангали Тасмагамбетов.

    “В целом налаживание такого партнерства с Вашингтоном является суверенным правом Республики Армения в рамках развития двусторонних отношений. Однако обеим сторонам здесь важно исходить из принципа равной и неделимой безопасности, то есть это партнерство не должно создавать угроз безопасности для других государств и международных объединений”, – сказал генсек ОДКБ.

  • KTMT baş katibi: “ABŞ və Ermənistan tərəfdaşlığı digər ölkələr üçün təhlükə yaratmamalıdır”

    “İrəvan və Vaşinqton arasındakı tərəfdaşlıq digər ölkələrin təhlükəsizliyinə təhdid yaratmamalıdır”.

    Bu barədə “News.ru”ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov bildirib.

    “Ümumiyyətlə, Vaşinqtonla belə tərəfdaşlığın qurulması ikitərəfli münasibətlərin inkişafı çərçivəsində Ermənistan Respublikasının suveren hüququdur. Lakin burada hər iki tərəf bərabər və bölünməz təhlükəsizlik prinsipindən çıxış etməlidir. Yəni bu tərəfdaşlıq digər dövlətlər və beynəlxalq birliklərin təhlükəsizliyinə təhdid yaratmamalıdır”, – KTMT-nin baş katibi qeyd edib.

  • “Fənərbağça” “Frankfurt”un braziliyalı futbolçusu ilə razılaşdı

    Türkiyənin “Fənərbağça” klubu “Ayntraxt Frankfurt”da çıxış edən 25 yaşlı braziliyalı müdafiəçi Tuta ilə razılıq əldə edib.

    “Bülbüllər” futbolçu üçün Almaniya klubuna 2 milyon avro ödəməli olacaqlar.

    Qeyd edək ki, Tuta bu mövsüm “Frankfurt” forması ilə 22 oyunda meydana çıxıb, bir qolla yadda qalıb.

  • В Хатаинском районе Баку временно не будет газа

    Завтра, 15 января, будет приостановлено газоснабжение абонентов, проживающих на проспекте Гянджа в Хатаинском районе Баку.

    Об этом сообщили в ПО “Азеригаз”.

    Ограничения связаны с переносом газопровода по адресу проспект Гянджа. Газоснабжение будет приостановлено с 10:00 до завершения работ.

  • Xətai rayonunun bir hissəsində qaz olmayacaq

    Sabah paytaxtın Xətai rayonu, Gəncə prospektində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, Gəncə prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 15.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.