Month: January 2025

  • Kafedə tanışına 17 bıçaq zərbəsi vuran şəxsə AĞIR CƏZA

    Xaçmazda tanışını öldürməyə cəhd edən Faiq Cəbrayılovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Faiq Cəbrayılov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə ötən il martın 2-də Xaçmaz rayonunun Qaraqurdlu kəndi ərazisində yerləşən kafedə baş verib.

    İttihama görə, Faiq Cəbrayılov aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Kamran Niftəliyevi qəsdən öldürməyə cəhd edib.

    Faiq Cəbrayılovun bu əməli törətməsinə səbəb K.Niftəliyevin sərxoş vəziyyətdə ona təhqir etməsi olub. Hər iki şəxs kafedən uzaqlaşdıqdan sonra zərərçəkmiş şəxs həmin mübahisəyə görə F.Cəbrayılova kiçik xəsarət yetirib.

    Bu zaman təqsirləndirilən şəxs cibində gəzdirdiyi kəsici-deşici alətlə qəsdən ümumilikdə 17 dəfə ardıcıl zərbə vuraraq K.Niftəliyevi öldürməyə cəhd edib.

    Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

  • Məktəbli qız qızdırmadan öldü

    Ağcabədi rayonunda məktəbli qız yaşadığı evdə vəfat edib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ağabəyli kənd sakini 2015-ci il təvəllüdlü A.Novruzova dünən saat 06 radələrində yaşadığı evdə ölüb.

    Onun pnevmoniyanın yaratdığı yüksək qızdırmadan dünyasını dəyişdiyi bildirilir.

  • Как ревность довела до убийства: шокирующие подробности трагедии в Баку

    Стали известны детали уголовного дела 32-летнего Мустафы Наджафова, обвиняемого в жестоком убийстве своей возлюбленной в Баку. Ослепленный ревностью, мужчина сбросил девушку вместе с автомобилем в 200-метровый обрыв.

    Как сообщает Median.Az со ссылкой на lent.az, Мустафа Наджафов около трех месяцев встречался с 41-летней Гюнай Акберовой. В последнее время он стал подозревать ее в близкой связи с семейным водителем Джейхуном Ахмедовым.

    Ревнивец встретился с Гюнай возле ее дома, где они поссорились в машине. На почве ревности Наджафов избил девушку, нанеся ей телесные повреждения, не опасные для здоровья. Он потребовал, чтобы она прекратила общение с Ахмедовым и позвонила сестре, пожаловавшись на его назойливость. Однако Гюнай отказалась выполнять эти требования.

    “3 июля прошлого года около 14:00 Мустафа вновь сел в белый Cherry Arrizo 7, принадлежащий Гюнай, чтобы прояснить отношения. Во время ссоры, убедившись в продолжении ее близких отношений с Джейхуном, он решил отомстить и убить девушку”, – говорится в материалах дела.

    Наджафов направил автомобиль в сторону поселка Локбатан, отправляя голосовые и текстовые сообщения двоюродному брату Сабухи Наджафову о намерении убить Гюнай. Сабухи позвонил Мустафе, призывая к терпению и прося подождать его на месте. Акберова также умоляла пощадить ее ради ребенка и простить. Но убийца был неумолим.

    Заблокировав двери машины центральным замком, Наджафов оставил жертву беспомощной. Затем он резко свернул с дороги на высокой скорости и направил автомобиль в 200-метровый обрыв. В результате нескольких переворотов машины Гюнай Акберова, оказавшаяся в беспомощном положении, погибла.

    Мустафе Наджафову предъявлено обвинение по статьям 120.2.4 (умышленное убийство с особой жестокостью или общеопасным способом), 120.2.9 (убийство человека, заведомо для виновного находящегося в беспомощном состоянии) и 186.2.2 (умышленное уничтожение имущества путем поджога) Уголовного кодекса Азербайджана.

  • Bakıda DƏHŞƏTLİ CİNAYƏT – Sevgilisini avtomobillə bərabər dərəyə yuvarladı – FOTO

    Bakıda qısqanclıq zəminində sevgilisini avtomobillə bərabər dərəyə aşıraraq qətlə yetirməkdə təqsirləndirilən Mustafa Nəcəfovun cinayət işinin detalları məlum olub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Mustafa Nəcəfov 3 aya yaxın müddətdə sevgi münasibətində olduğu, 1982-ci il təvəllüdlü Günay Əkbərovanın son zamanlar ailə sürücüsü olmuş Ceyhun Əhmədovla yaxın əlaqələrindən şübhələnib.

    O, bu məqsədlə Günay Ələkbərova ilə evlərinin yaxınlığında görüşərək avtomobildə mübahisə edib. Mustafa Nəcəfov qısqanclıq zəminində onu döyərək sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirib.

    M.Nəcəfov sevgilisindən tələb edib ki, o, Ceyhun Əhmədovla olan münasibətlərinə son qoymalı və bacısına zəng edərək Ceyhunun onu narahat etdiyini deməlidir. Lakin Günay onun bu tələbini yerinə yetirməkdən imtina edib.

    Mustafa ötən ilin iyulun 3-də saat 14 radələrində yenidən Günaya məxsus ağ rəngli “Cherry Arrizo 7” markalı avtomobildə söhbət edərək aralarında olan münasibətləri aydınlaşdırmaq istəyib.

    Mustafa söhbət əsnasında baş vermiş mübahisənin gedişində yaranmış münaqişə zamanı onun Ceyhun Əhmədovla yaxın münasibətinin davam etdirdiyini yəqin etdikdən sonra qisas almaqla Günayı öldürmək qərarına gəlib.

    Bu məqsədlə G.Əkbərovaya məxsus həmin avtomobili Lökbatan qəsəbəsi istiqamətində sürərkən əmisi oğlu Səbuhi Nəcəfova səsli və yazılı mesajlar ataraq Günayı öldürəcəyini bildirib.

    S.Nəcəfov isə Mustafaya zəng edərək səbirli olmasını və olduğu yerdə onu gözləməsini tələb edib. Bu zaman G.Əkbərovanı da Mustafadan onu bağışlamasını, uşağına görə günahından keçməsini və öldürməməsini yalvarışlarla xahiş edib.

    Lakin bütün bunlara əhəmiyyət verməyən Mustafa əksinə, avtomobilin qapılarını mərkəzi kilid vasitəsi ilə bloklamaqla Günayı köməksiz vəziyyətdə saxlayıb.

    Daha sonra avtomobili ümumi təhlükəli üsulla qəflətən yüksək sürətlə yoldan çıxaraq 200 metr hündürlükdə olan dərədən aşağı sürüb.

    Avtomobilin bir neçə dəfə yuvarlanması nəticəsində köməksiz vəziyyətdə qalan Günay Ələkbərova ölüb.

    Mustafa Nəcəfova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə) maddələri ilə ittiham irəli sürülüb.

  • Когда завершится строительство моста в поселке Сарай?

    Строительство моста, соединяющего город Сумгайыт с поселком Сарай Абшеронского района, полностью завершится через 3-4 месяца.

    Об этом Bizim.Media заявил пресс-секретарь Государственного агентства автомобильных дорог Азербайджана Анар Наджафли.

    Он отметил, что для строительства нового моста на территорию привлечено необходимое количество рабочей силы и техники.

    “Длина моста, состоящего из трех пролетов, составляет 104 м. Новый мост, построенный на 4 опорах, состоит из 6 колонн диаметром 1.5 м на средних опорах. Общее количество колонн моста – 12. Каждая опора строится на сваях в два ряда длиной 14 м и диаметром 1 м. Общее количество свай составляет 80. Общая ширина моста составит 21.6 м, он будет иметь 4 полосы движения”, – сказал он.

    Анар Наджафли отметил, что также предусмотрено строительство пешеходных тротуаров шириной 2 м с правой и левой сторон конструкции.

    Напомним, старый мост, построенный в 1970-х годах и связывающий Сумгайыт с поселком Сарай, был демонтирован в декабре 2024 года из-за аварийного состояния. На строительство нового сооружения выделено 9 960 000 манатов.

  • Saray körpüsünün tikintisi nə vaxt başa çatacaq? – AÇIQLAMA

    “Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən körpünün tikintisi 3-4 aya tam yekunlaşacaq”.

    Median.Az xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.

    O bildirib ki, yeni körpünün tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib:

    “Üç aşırımdan ibarət körpünün uzunluğu 104 metrdir. 4 dayaq üzərində inşa olunan yeni körpü orta dayaqlarda diametri 1.5 m olmaqla 6 sütundan ibarətdir. Körpünün ümumi sütunlarının sayı 12 ədəddir. Hər dayaq iki cərgəli uzunluğu 14 metr, diametri isə 1 metr olan svaylar üzərində tikilir. Svayların ümumi sayı isə 80 ədəd təşkil edir. Ümumi eni 21.6 m təşkil edən körpü 4 hərəkət zolaqlı olmaqla inşa olunur”.

    Anar Nəcəfli körpünün sağ və sol hissələrində 2 metr enində piyada səkilərinin tikintisinin də nəzərdə tutulduğunu qeyd edib.

    Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.

  • Yevlaxda oğurluq və narkotiklərlə əlaqəli cinayətlər törədən iki nəfər saxlanılıb

    Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Ruslan Hüseynovdan 3 kiloqrama yaxın marixuana aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Yevlaxda polisin keçirdiyi növbəti əməliyyat zamanı rayon ərazisində 210 metr uzunluğunda rabitə kabelini oğurlayan əvvəllər məhkum olunmuş Mahmud Nadirov da saxlanılıb.

    Hər iki faktla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

  • Kənd Təsərrüfatı Nazirliyində YENİ TƏYİNAT

    Kənd Təsərrüfatı Nazirliyi Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bu vəzifəyə Bəhruz Əzizi təyin edilib.

    Qeyd edək ki, Bəhruz Əzizi daxili audit, nəzarət, risklərin qiymətləndirilməsi sahəsində 10 il və kənd təsərrüfatı sektorunda isə 5 ildən yuxarı təcrübəyə malikdir.

  • Спортивные клубы Калифорнии направят более 8 млн долларов на ликвидацию последствий пожаров

    Спортивные клубы американского штата Калифорния направят более 8 млн долларов на ликвидацию последствий лесных пожаров в регионе.

    Об этом сообщает пресс-служба клуба Национальной баскетбольной ассоциации (НБА) “Лос-Анджелес Лейкерс”.

    В инициативе также примут участие клуб НБА “Лос-Анджелес Клипперс”, “Лос-Анджелес” и “Анахайм” из Национальной хоккейной лиги, “Лос-Анджелес” и “Лос-Анджелес Гэлакси” из Главной лиги футбола, “Лос-Анджелес Доджерс” и “Лос-Анджелес Энджелс” из Главной лиги бейсбола, “Лос-Анджелес Чарджерс” и “Лос-Анджелес Рэмс” из Национальной футбольной лиги (американский футбол), а также женские клубы “Лос-Анджелес” (баскетбол) и “Энджел Сити” (футбол).

    Лесные пожары начали распространяться в округе Лос-Анджелес 7 января. По мнению метеорологов, причиной быстрого распространения огня стала сухая и очень ветреная погода. Общая площадь пожаров в округе превысила 16 тыс. га. Огонь уничтожил более 12 300 строений, в том числе недвижимость знаменитостей в престижных районах. Сгорели дома сына президента США Джо Байдена Хантера, актрисы и модели Пэрис Хилтон, актера и режиссера Мэла Гибсона. По последним данным, погибли 24 человека.

  • Kaliforniya ştatının idman klubları yanğından zərər çəkənlərə maliyyə yardımı edəcəklər

    Kaliforniya ştatının idman klubları regionda meşə yanğınlarının fəsadlarının aradan qaldırılmasında iştirak edən xidmətlərə və xeyriyyə təşkilatlarına maliyyə yardımı ayıracaqlar.

    Median.Az “The Times”a istinadən xəbər verir ki, Los-Anceles şəhərini təmsil edən klublar xeyriyyə təşkilatlarına səkkiz milyon dollar məbləğində vəsait köçürəcəklər.

    Xeyriyyə kampaniyasında futbol, basketbol və beysbol idman növlərindən olan komandalar iştirak edəcəklər.

    Xatırladaq ki, yanvarın 7-də Los-Anceles dairəsində meşə yanğınları sürətlə yayılmasına, meteoroloqların sözlərinə görə, quru və çox küləkli hava səbəb olub. Yanğınların ümumi sahəsi 16 min hektarı ötüb. Alov 12 300-dən çox tikilini, o cümlədən məşhurların prestijli rayonlarda yerləşən mülklərini məhv edib. Baydenin oğlu Hanter, aktrisa və model Peris Hilton, aktyor və rejissor Mel Gibsonun evləri yanıb. Son məlumatlara görə, 24 nəfər ölüb.