Month: January 2025

  • Зеленский внес в Раду законы о продлении военного положения и мобилизации

    Законопроекты о продлении военного положения и мобилизации в Украине с 8 февраля еще на 90 дней внесены в Верховную раду.

    Об этом свидетельствуют данные в картотеке на сайте украинского парламента.

    Инициатором законопроектов указан президент страны Владимир Зеленский.

    Военное положение и всеобщая мобилизация были введены в Украине 24 февраля 2022 года и с тех пор неоднократно продлевались. Срок предыдущего продления истекает 7 февраля. Постоянное продление военного положения, как утверждают в Киеве, сделало невозможным проведение в стране очередных парламентских и президентских выборов.

  • Zelenskidən Ukraynada hərbi vəziyyət və səfərbərliklə bağlı qərar

    Ukraynada hərbi vəziyyətin və səfərbərliyin fevralın 8-dən daha 90 gün uzadılmasına dair qanun layihələri Ali Radaya təqdim edilib.

    Bu barədə Ukrayna Parlamentinin saytındakı kartoteka məlumatları sübut edir.

    Qanun layihələrinin təşəbbüskarı isə Prezident Volodimir Zelenskidir.

    Ali Radanın müxalifyönlü deputatı Aleksandr Dubinskinin qeyd etdiyi kimi, bu dəfə müddətin uzadılması mayın 9-dək davam edəcək.

    Qeyd edək ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 24 fevral 2022-ci ildə tətbiq edilib və o vaxtdan bəri bir neçə dəfə uzadılıb. Əvvəlki uzadılma müddəti fevralın 7-də başa çatacaq. Hərbi vəziyyətin mütəmadi olaraq uzadılması, Kiyevin iddia etdiyi kimi, ölkədə növbəti parlament və prezident seçkilərinin keçirilməsini qeyri-mümkün edib.

  • İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri yanvarın 14-də başa çatıb.

    AZƏRTAC xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Prezident İlham Əliyevi rəsmi şəxslər yola salıblar.

  • Bakıda müğənni virusdan ölüb?

    Bakı kəndlərində müğənni və aparıcı kimi tanınan Rəsmiyyə Bakılı vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Onun ölümündən əvvəl Məmmədli qəsəbəsindəki modul tipli xəstəxanaya müraciət etdiyi, elə orada yeni yayılan virusdan öldüyü iddia olunur.

    Məsələ ilə bağlı “Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, həmin şəxsin ölümünün ilkin səbəbi ağciyər arteriyasının tromboemboliyasıdır:

    “Yanvarın 11-i saat 3 radələrində 1965-cı il təvəllüdlü şəxs (qadın cinsli) Sabunçu Tibb Mərkəzinin tabeliyindəki Məmmədli Modul tipli Xəstəxananın Reanimasiya şöbəsinə kritik ağır vəziyyətdə hospitalizasiya olunub. İkitərəfli viral pnevmoniya, ürəyin işemik xəstəliyi, şəkərli diabet və çoxsaylı ağırlaşmalarla sözügedən şəxsə zəruri tibbi yardımlar göstərilib.

    Göstərilən reanimasyon tədbirlərə baxmayaraq, 11 yanvar saat 05:00-da şəxsin bioloji ölümü qeydə alınıb. Ölümünün ilkin səbəb kimi ağciyər arteriyasının tromboemboliyası qeyd olunur”.

    Qeyd edək ki, Rəsmiyyə Bakılı paytaxtın kənd və qəsəbələrdə xınayaxdı və qadın məclislərini idarə etməsi ilə tanınıb.

  • Avtomobili düzgün park etmədilər, yolda sıxlıq yaratdılar

    Bakıda bir neçə avtomobilin yolun hərəkət hissəsində park edilməsi nəqliyyat sıxlığına səbəb olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Bildirilib ki, Yasamal rayonu, “Qələbə” dairəsindən üzü Tbilisi prospekti istiqamətində bir neçə avtomobil yolun hərəkət hissəsində park edilib. Bu səbəbdən qeyd edilən yolun hər iki istiqamətində sıxlıq yaranıb. Yol polisi əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

  • Sergey Lavrov Rusiya-Azərbaycan münasibətlərini etibarlı adlandırdı

    Rusiya və Azərbaycan münasibətləri etibar səviyyəsindədir.

    Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında “Report”un sualını cavablandırarkən bildirib.

    Onun sözlərinə görə, Moskva Bakı ilə münasibətlərin inkişaf səviyyəsini yüksək qiymətləndirir.

  • На дороге Ханкенди – Шуша сгорел автобус

    Прошлой ночью на дороге Ханкенди – Шуша сгорел автобус.

    Как сообщает lent.az, транспортное средство перевозило рабочих.

    Погибших и пострадавших нет.

  • Xankəndi-Şuşa yolunda avtobus yanıb

    Xankəndi-Şuşa yolunda avtobus yanıb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.

    Fəhlələri daşıyan avtobus qəfil alışaraq yanıb.

    Ölən və xəsarət alan yoxdur.

  • Əməliyyat otağında doğum günü qeyd olunan HƏKİM işdən AZAD EDİLDİ – VİDEO

    İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd edən “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva ilə bağlı qərar verilib.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, məsələni araşdırmaq üçün yaradılmış beş nəfərdən ibarət komissiya artıq işini yekunlaşdırıb, Ləman Əliyeva işdən azad edilib.

    Komissiyanın araşdırmasının nəticəsi yanvarın 15-də ictimaiyyətə açıqlanacaq.

    Xatırladaq ki, yanvarın 8-də mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən “sürpriz”lə qarşılaşıb. Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb. Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.

    Bundan sonra faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən artıq yoxlamalara başlanılıb. Yanvarın 9-da “German Hospital” adlı özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilib. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2 000 manat cərimələnib.

  • Malayziya kralı İlham Əliyevə başsağlığı verdi

    Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması xəbəri məni və Kraliça Raca Zarit Sofianı dərindən kədərləndirdi.

    Həlak olanların ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Bu çətin zamanda düşüncələrimiz və dualarımız yaxınlarını itirmiş insanlarladır. Eyni zamanda, yaralananların tezliklə sağalmalarını arzu edirik.

    Qoy Azərbaycan xalqının gücü və birliyi ona bu ağrı-acılı günlərdə kömək olsun!”