Month: January 2025

  • “Barselona” Raşford uğrunda yarışa qatılıb

    “Barselona” “Mançester Yunayted”in vingeri Markus Raşfordu transfer etmək üçün bir sıra Avropa klubları ilə rəqabət aparmağa hazırlaşır.

    Bu barədə “Championat” məlumat verib.

    Qeyd olunur ki, Kataloniya klubu ingilis futbolçunun transferini təmin etmək üçün mümkün olan hər şeyi edir. “Barselona” Raşfordu cari mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir.

    Raşfordun agenti və klub arasında ilkin görüş baş tutub. Oyunçu özü də “Barselona”ya transfer olunmasına müsbət baxır.

    Raşfordun xalis maaşı 10 milyon avrodur. Futbolçu “Barselona”ya keçmək müqabilində mövsümün qalan yarısı üçün 5 milyon avronun 2 milyonundan imtina etməyə hazırdır.

  • Разлив нефти на дороге в Бинагади вызывает беспокойство среди местных жителей – ВИДЕО

    В поселке Бинагади прямо из-под земли начала бить нефть. Видео с места происшествия распространилось в социальных сетях, вызвав огромный интерес у пользователей.

    Местные жители рассказали журналистам телеканала Xəzər TV, что подобные инциденты для их поселка не редкость.

    “Наш поселок находится в районе старых нефтяных месторождений, поэтому время от времени нефть просачивается на поверхность”, – поделился один из очевидцев.

    Однако на этот раз масштабы разлива оказались намного серьезнее. Нефть залила дороги и тротуары, создав неприятный запах и ухудшив состояние дорожного покрытия. Жители выражают недовольство сложившейся ситуацией и опасаются за свое здоровье.

    Подробнее – в сюжете:

  • Binəqədidə yolun ortasından NEFT ÇIXIR – VİDEO

    Binəqədi rayonunda yolun ortasından neft çıxdığı iddia edilir. Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, videonu çəkib sosial şəbəkələrdə paylaşan Ümid Hüseynov bildirib ki, yaşadıqları massiv mədən ərazisi hesab edildiyindən bu kimi hallarla tez-tez qarşılaşırlar. Bu isə qəsəbənin sakinlərinin işini daha da çətinləşdirir.

    Sakinlərin sözlərinə görə, yola yayılan mayedən həm də pis qoxu gəlir. Digər sakin Şaiq Hüseynov isə deyir ki, bu yaşayış massivini Binəqədi rayonunun mərkəzindən az məsafə ayırsa da, yolu baxımsız vəziyyətdədir.

    Ətraflı süjetdə:

  • В Армении заявили о намерении обратиться в ОБСЕ по вопросу упразднения Минской группы

    Армения намерена обратиться в ОБСЕ по вопросу упразднения Минской группы.

    Об этом в соцсетях написала пресс-секретарь премьера Армении Назели Багдасарян.

    “Армения рассматривает возможность обращения в ОБСЕ по вопросу упразднения Минской группы”, – написала она.

    По ее словам, Армения признает территориальную целостность Азербайджана и “готова подтвердить это подписанием соглашения о мире”.

    Ранее с предложением о роспуске Минской группы ОБСЕ выступил и премьер-министр РА Никол Пашинян.

    Напомним, что этот вопрос является одним из основных условий Азербайджана для подписания мирного соглашения с Арменией.

  • Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır

    “Ermənistan Minsk qrupunun ləğvi məsələsi ilə bağlı ATƏT-ə müraciət etmək niyyətindədir”.

    Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan öz sosial şəbəkə hesabında yazıb.

    N.Baqdasaryan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh sazişi imzalamaqla bunu təsdiqləməyə hazır olduğunu açıqlayıb.

    Qeyd edək ki, iki gün əvvəl Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sülhə nail olmaq üçün təklifləri məlum olub. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Təkliflərdən biri də məhz ATƏT-in Minsk qrupunun ləğvi olub.

    Minsk qrupunun ləğvi Ermənistanla sülh üçün Azərbaycanın əsas tələblərindən biridir.

  • Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb

    Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından satış məqsədilə narkotik vasitələr əldə edən Rəşadət Əzizov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

    Bildirilib ki, adıçəkilən şəxsdən ümumilikdə 4 kiloqram metamfetamin, heroin, tiryək və marixuana aşkarlanaraq götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

  • Prezident Şahin Bağırovu təltif etdi

    Prezident İlham Əliyev Şahin Soltan oğlu Bağırovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Ş.Bağırov Azərbaycanda gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

  • BŞİH: Yasamalda daha bir park salınır

    Bakının Yasamal rayonunda yerləşən köhnə ağaclıq ərazi abadlaşdırılır, daha bir park salınır.

    Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

    Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti həmin 5 hektarlıq ərazidə 161 ədəd qurumuş və qəzalı vəziyyətdə olan ağaca rəy verib:

    “Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi ərazidən götürüləcək 161 quru ağacın yerində iqlimə xas 300-ə yaxın müvafiq cinsli tinglərin əkilməsi prosesinə başlayacaq. Hazırda qurumun əməkdaşları müvafiq orqanın verdiyi rəylərə uyğun olaraq qurumuş ağacların götürülməsi prosesini həyata keçirir”.

    Vurğulanıb ki, ərazidə abadlaşdırma işləri aparılacaq və velosiped yolları, uşaq oyun meydançaları və s. nəzərdə tutulan park qurulacaq:

    “Heç bir tikinti fəaliyyətindən söhbət gedə bilməz”.

  • Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı

    Rusiyada mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

    Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) məlumat yayıb.

    “Mülki təyyarələrin uçuş təhlükəsizliyini təmin etmək üçün bu gün səhər Kazan, Nijneкamsk, Ulyanovsk hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, – qurumun “Telegram” kanalında dərc edilən məlumatda qeyd olunur.
     
    ///Oxu.az

  • Bazar gününün havası açıqlandı

    Bakıda və Abşeron yarımadasında yanvarın 12-də hava şəraitinin yağmursuz, rayonlarda isə arabir yağıntılı keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-14° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 4-9° isti olacaq.