Month: January 2025

  • Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ

    Sabunçu rayonunda naməlum şəxs kompleksin gözətçisini hədələyib, 10 min manatlıq oğurluq edib.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

    Bildirilib ki, Sabunçu rayonu ərazisində yerləşən komplekslərin birindən naməlum şəxsin oğurluq etməsi və nəticədə zərərçəkənə 10 min manat maddi ziyan vurması, daha sonra gözətçini kəsici alətlə hədələyərək hadisə yerindən qaçması barədə polisə məlumat daxil olub.

    Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 39 yaşlı N.Quliyev və 34 yaşlı A.Balayev müəyyən olunaraq saxlanılıblar.

    Araşdırmalar aparılır.

  • Николас Мадуро в третий раз вступил в должность президента Венесуэлы

    Действующий глава государства Николас Мадуро Морос в третий раз вступил в должность президента Венесуэлы, которую будет занимать до 2031 года.

    Об этом сообщает ТАСС.

    Мадуро одержал победу на президентских выборах 28 июля минувшего года. За него проголосовали 51.95% избирателей. Его основной соперник Эдмундо Гонсалес Уррутиа получил 43.18%.

    Один из лидеров оппозиции Мария Корина Мачадо уже в день голосования заявила, что команда Гонсалеса не признает поражение на выборах.

    С победой Мадуро поздравили Боливия, Гондурас, Иран, Китай, Куба, Никарагуа, Россия и другие государства. Ряд стран, включая США, не признали переизбрание президента Мадуро на третий срок и поддерживают Гонсалеса.

  • Maduro üçüncü dəfə Venesuela prezidenti oldu

    Venesuelanın hazırkı dövlət başçısı Nikolas Maduro Moros üçüncü dəfədir ki, prezident vəzifəsinin icrasına başlayıb və bu vəzifəni 2031-ci ilə qədər icra edəcək.

    Bu barədə TASS məlumat yayıb.

    Xatırladaq ki, Maduro ötən il iyulun 28-də keçirilən prezident seçkisində qalib gəlib. Seçicilərin 51,95%-i onun lehinə səs verib.

  • DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR – VİDEO

    Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir-neçə gün ərzində həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə bağlı 10 fakt aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Əməliyyatlar zamanı 42 yaşlı Babək Niftiyev, 34 yaşlı Saleh Salahov, 52 yaşlı Samir Mustafayev və daha 7 nəfər saxlanılıblar. Qanunsuz dövriyyədən 3 kiloqrama yaxın heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və metamfetamin aşkarlanıb.

    Saxlanılanlar bir neçəsi narkotikləri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı araşdırmalar aparılır.

    Paytaxt və regionlarda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar fasiləsiz olaraq davam etdirilir.

  • Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı

    Azərbaycana beş xarici şirkətin quş əti məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.

    Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Belə ki, Belarusun “Птицефабрика Городок”, Rusiyanın “Индюшкин Двор” və “Невинномысский Мясокомбинат”, Ukraynanın “Птицекомплекс Губин”, Gürcüstanın “Chirina LTD” şirkətinə məxsus quş əti məhsullarından götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində “Salmonella” aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

    Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar aidiyyəti ölkələrin müvafiq qurumlarına ixracın dayandırılmasına dair müraciət ünvanlanıb, görülən tədbirlər barədə Agentliyə məlumat verilməsi bildirilib.

  • İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq

    ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasiminə qədər girovlar azad edilməsələr, İsrail Fələstinin HƏMAS hərəkatının tam məhv edilməsi planını hazırlayacaq.

    Bu barədə İsrail mətbuatı məlumat yayıb.

    Qeyd olunur ki, hərbçilərə bu tapşırığı İsrailin müdafiə naziri İsrael Katz verib.

  • Ötən il hər gün 154 yeni “Bitcoin” milyonçusu qeydə alınıb

    Tədqiqat şirkəti “Finbold”un hesablamalarına görə, 2024-cü ildə “Bitcoin” qiymətinin rekord artımı fonunda bu kriptovalyutanın sahiblərinin sərvəti də əhəmiyyətli dərəcədə yüksəlib. 

    Qaynarinfo xəbər verir ki, şirkətin analitikləri il ərzində gündə orta hesabla 154 yeni “Bitcoin” ünvanının yaradıldığını və bu ünvanların hər birində kriptovalyutanın dəyərinin 1 milyon ABŞ dolları və ya daha artıq olduğunu müəyyən edib. Ümumilikdə, 2024-cü ilin sonunda 1 milyon ABŞ dolları və daha artıq dəyərində kriptovalyuta olan “Bitcoin” ünvanlarının sayı 56 325-ə çatıb.

    “Finbold” bildirir ki, dünyada ən çox rast gəlinən “Bitcoin” ünvanları, içərisindəki kriptovalyutanın ümumi dəyəri 100 dollardan az olan ünvanlardır – belə ünvanların sayı 47,6 milyondur. İkinci yerdə, 100 dollardan 100 023 dollara qədər dəyərdə “Bitcoin” saxlayan ünvanlar yer alır və bu ünvanların sayı 2 milyondur. Kriptovalyutası 1 000 dollardan 10 000 dollara qədər olan ünvanlar 11,5 milyon, 10 000 dollardan 100 000 dollara qədər olanlar 4,2 milyon, 100 000 dollardan 1 milyon dollara qədər olanlar isə 813 min təşkil edir. 1 milyon dollardan 10 milyon dollara qədər olan ünvanların sayı 138 min, 10 milyon dollardan artıq olan ünvanlar isə 14 mindir.

    “Bitcoin” qiymətinin 2023-cü ilin sonunda artmağa başladığını və növbəti 12 ay ərzində 153% artış nümayiş etdirdiyini nəzərə alsaq, investorların aşağı start nöqtəsindən başlayaraq qiymət artımına kifayət qədər tez reaksiya verdiklərini deyə bilərik,” deyə “Finbold”un tədqiqat müəlliflərindən biri olan Andrea Stoyanoviç bildirib.

  • Meşə yanğınları nədən baş verir? – Ekoloqdan açıqlama

    “Bəzi yerlərdə torf yaranır. Açıq sahələrdə isti havada torfun üzərinə çoxlu günəş şüası düşür və nəticədə alışaraq meşə yanğınlarına səbəb olur. Bu tipli yanğınları söndürmək çox çətin olur”.

    Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev ABŞ-ın Kaliforniya ştatında baş verən dəhşətli yanğınlardan danışarkən deyib. 

    Ekoloq hesab edir ki, əksər yanğınlar ehtiyatsızlıqdan baş verir:

    “Meşə yanğınları əsasən ehtiyatsızlıq səbəblərindən baş verir. Məsələn, hər hansı bir yerdə piknik edirlər, ocaq qalanır və təhlükəsizlik qaydalarına əməl etmirlər. Nəticədə meşə yanğını başlayır. Və ya bir nəfər ehtiyatsızlıq edərək siqaretin kötüyünü yerə atır və bundan yanğın baş verər. Mən daha çox ehtiyatsızlıq ehtimalının üzərində dayanıram”.

    Xosrov Musayev meşə yanğınlarının atmosferin çirklənməsinə rolu olduğunu diqqətə çatdırıb:
    “Okisgen ehtiyatımız get-gedə azalır. Bu da gələcəkdə böyük problemlərə yol açacaq”.
    Qeyd edək ki, bir neçə gündür Kaliforniyanın Los-Anceles şəhəri ətrafında güclü meşə yanğını davam edir. Külək Pasadena, Pasifik Paliseyds və Silmar məhəllələri ətrafında yanğınları gücləndirib və 100 mindən çox sakini təhlükəsiz əraziyə təxliyəyə məcbur edib. Los-Anceles bölgəsində baş verən yanğınlar nəticəsində bir neçə nəfərin həlak olduğu bildirilir. İlkin məlumatlara görə, yanğın ümumilikdə yanğın 150 milyard dollardan çox ziyana səbəb olub.

  • Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyev yeni işlə təmin edilib. 

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, ehtiyatda olan FHN polkovniki “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin baş mütəxəssisi (konkret sahə üzrə yüksək hazırlığa, yetəri qədər məlumata və praktiki fəaliyyətə malik olan işçi) vəzifəsinə təyin olunub. 

    “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bu barədə müvafiq əmr imzalayıb. 

    Qeyd edək ki, Rza Xudiyev FHN-in məşhur polkovniklərindən biridir və 47 il Dövlət Yanğından Mühafizə Xidmətində çalışıb. Rza Xudiyev ötən ilin iyul ayında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə vəzifəsindən azad olunaraq, ehtiyata buraxılıb.

  • Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

    I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may-iyun aylarında keçiriləcək.

    Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Qeyd edilib ki, bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel-may aylarında aparılacaq.

    Vurğulanıb ki, I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanına qeydiyyat fevralın 6-26-da aparılacaq.

    Sınaq imtahanı isə martın 16-da təşkil olunacaq.