Month: January 2025

  • Sumqayıt Dövlət Universitetində kütləvi ixtisarlar olub? – AÇIQLAMA

    Son zamanlar bəzi media qurumlarında Sumqayıt Dövlət Universiteti (SDU) ilə bağlı yayılan kütləvi ixtisarlarla bağlı məlumatlar həqiqəti əks etdirmir.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq SDU-dan bildirilib.

    Məlumata görə, bu günə qədər universitetdə bütün kadr dəyişiklikləri Əmək Məcəlləsinə uyğun şəkildə şəffaflıq prinsiplərinə əsaslanaraq aparılıb:

    “İslahatların aparılmasında əsas məqsəd tədrisin və tələbələrə xidmətin keyfiyyətini artırmaq üçün yalnız müvafiq bilik və bacarıqlara sahib əməkdaşların işləməsini və vəzifədə irəli çəkilməsini təmin etməkdir”.

    Həmçinin bildirilib ki, son bir il ərzində ali təhsil müəssisəsində tədrisin təşkili, məzmunun yenilənməsi və idarəetmənin səmərəliləşdirilməsi ilə bağlı islahatlar aparılır.

    “Eyni zamanda, islahatlar zamanı universitetin tələbəyönümlü mövqedə olması və tələbələrə yüksək keyfiyyətli xidmətin göstərilməsi əsas götürülür. Tələbələrlə keçirilən müxtəlif sorğuların nəticələri nəzərə alınaraq, idarəetmə və struktur müasir tələblərə uyğun yenilənir. Elmi Şuranın qərarı ilə funksional olaraq köhnəlmiş strukturlar ləğv olunaraq günümüzün reallıqlarına və tələblərinə uyğun struktur bölmələr, eləcə də islahatlar nəticəsində uzun müddət universitetdə işləyən gənc kadrlara geniş imkanlar yaradılıb”, – deyə məlumatda qeyd olunub.

  • В Лянкяране из оборота изъято 11 кг наркотиков

    Сотрудники Лянкяранского городского райотдела полиции задержали 33-летнего Тургута Нагиева, подозреваемого в организации незаконного оборота наркотиков.

    По информации, предоставленной региональной группой пресс-службы Министерства внутренних дел (МВД), у него было обнаружено и изъято 11 кг марихуаны, обогащенной психотропными веществами.

    Выяснилось, что Т. Нагиев приобрел наркотик у гражданина Ирана, личность которого устанавливается следствием.

    По данному факту возбуждено уголовное дело, в отношении задержанного избрана мера пресечения в виде ареста.

    По данному факту ведется расследование.

  • Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, 33 yaşlı Turgut Nağıyev saxlanılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxsdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 11 kiloqram marixuana aşkarlanıb.

    Araşdırmalarla T.Nağıyevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən olunub.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı

    Bakı Apellyasiya Məhkəməsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rüşvətalmada təqsirləndirilən əməkdaşları – Aydaş Məmmədov və Mirhəmid Ağayevin barəsindəki hökmdən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, A.Məmmədovun 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 8 ilə endirilib. M.Ağayevə isə şərti cəza verilib. O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından dərhal həbsdən azad olunub.

    Baş Prokurorluğun yaydığı məlumatda onların 2019-2022-ci illər ərzində Abşeron rayonu ərazisində müvafiq torpaq sahələrinə aid sxemlərin təsdiqi, texniki pasport və çıxarışların verilməsi müqabilində müraciət etmiş ayrı-ayrı şəxslərdən rüşvət almaları bildirilib. Onlarla yanaşı iki makler də saxlanılıb. Qanunsuz əməllərin üzə çıxmasından sonra Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin müdir müavini Etibar Qasımov və 10-a yaxın əməkdaş işdən çıxarılıb.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 və 313-cü (rüşvətalma və vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Ona 2 il 6 ay dövlət qurumlarında vəzifə tutmaq qadağan edilməklə 8 il 6 ay müddətə həbs cəzası verilib. M.Ağayev isə rüşvətalmada iştirak etmə və vəzifə saxtakarlığında təqsirli bilinib. Ona 1 il 6 ay vəzifə tutmaq qadağan edilməklə 3 il 6 ay həbs cəzası verilib.

  • Начата проверка по факту впадения в кому пациентки после ринопластики

    В Центре аналитической экспертизы (ЦАЭ) Министерства здравоохранения начата проверка по факту впадения в кому 30-летней Назрин Мансуровой после ринопластики.

    Об этом в ответ на запрос oxu.az сообщили в ЦАЭ.

    “Дано указание начать проверку инцидента. После ее завершения будет предоставлена информация о результатах”, – отмечается в информации.

    Отметим, что в социальных сетях распространилась информация о том, что Н.Мансурова после ринопластики впала в кому. Утверждается, что в её мозг попала инфекция.

  • Xəstənin burun əməliyyatından sonra komaya düşməsi ilə bağlı yoxlama başlanılıb

    Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurovanın komaya düşməsi barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində (AEM) yoxlama başlanılıb.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq AEM-dən bildirilib.

    “Baş vermiş faktın araşdırılması ilə bağlı yoxlamanın başlanılması barədə göstəriş verilib. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən yoxlama başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək”, – məlumatda qeyd olunub.

    Qeyd edək ki, sosial şəbəkədə burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurovanın sonradan komaya düşməsi barədə məlumat yayılıb. İddia olunur ki, onun beyninə çirk yayılıb.

  • Стало известно, сколько криптовалюты украли хакеры и мошенники за 2024 год

    В 2024 году наблюдался значительный всплеск хакерской активности, связанной с криптовалютами. По данным аналитиков, общая стоимость потерь от взломов, мошенничества и скама в 2024 году превысила 3.01 млрд долларов.

    Как передает Median.Az, об этом сообщает РБК со ссылкой на занимающуюся кибербезопасностью компанию PeckShield. Сумма украденных в 2024 году криптовалют не стала рекордной, в 2022 году было украдено еще больше – 3.6 млрд долларов. Но затем в 2023 году потери снизились до 2.61 млрд долларов. А в 2024 году снова выросли примерно на 15%, превысив 3 млрд долларов.

    Из них 2.15 млрд долларов (71%) были украдены в результате взломов и хакерских атак, а 834.5 млн долларов (29%) были похищены мошенниками. При этом было возвращено украденных криптовалют на сумму около 488.5 млн долларов.

    Доля краж с централизованных сервисов в прошлом году снова выросла. В 2022 году она составляла примерно 20%, в 2023 – чуть более 30%, а в 2024 году на CeFi-площадки пришлось около 45%.

    Самыми крупными взломами в 2024 году стали атаки на японскую криптобиржу DMM Bitcoin (в мае украли 305 млн долларов), на NFT-платформу PlayDapp в феврале (290 млн долларов) и взлом торговой площадки WazirX в июле (230 млн долларов).

    Наибольшие убытки пришлись на первое полугодие – в мае похитили 662 млн долларов в криптовалютах, в феврале – 440 млн долларов. Во второй половине года суммы украденного снизились, в ноябре хакеры и мошенники смогли получить 95 млн долларов, в декабре – 46 млн долларов.

    Злоумышленники используют все новые методы для кражи криптовалют, чаще применяя методы социальной инженерии. В последнее время широкое распространение получила схема мошенничества, когда жертвами становятся нечистые на руку пользователи криптовалют: воры провоцируют людей на якобы легкую по исполнению кражу, тем самым заманивая их в ловушку.

    Еще одна новая уловка – фишинговые атаки через приглашения в поддельные видеоконференции в Zoom. После перехода по вредоносной ссылке на якобы онлайн-конференцию на устройство пользователя устанавливается ПО, которое позволяет хакерам украсть личные данные и получить доступ к криптокошелькам.

  • Ötən il milyard dollarlarla dəyəri olan kriptovalyuta oğurlanıb

    2024-cü il kriptovalyutalarla bağlı haker fəaliyyətində əhəmiyyətli artım olub. Analitiklərin fikrincə, ötən ildə haker hücumları və fırıldaqçılıq nəticəsində kriptoitkilərin ümumi dəyəri 3.01 milyard dolları ötüb.

    Bu barədə “PeckShield” kibertəhlükəsizlik şirkəti məlumat yayıb.

    Bunun 2.15 milyard dolları (71%) haker hücumları nəticəsində, 834.5 milyon dolları (29%) isə fırıldaqçılar tərəfindən oğurlanıb. Eyni zamanda, təxminən 488.5 milyon dollar dəyərində oğurlanmış kriptovalyutalar geri qaytarılıb.

    İndiyədək rekord məbləğ 2022-ci ildə qeydə alınıb – 3.6 milyard dollar; Növbəti ildə isə itkilər 2.61 milyard dollara düşüb.

  • Почти половина компаний в мире хочет заменить часть сотрудников на ИИ

    Согласно новому отчету Всемирного экономического форума (ВЭФ), 41% крупных компаний планируют сократить штат сотрудников к 2030 году, автоматизируя задачи с помощью искусственного интеллекта (ИИ). Отчет, опубликованный в рамках исследования “Будущее работы”, основан на опросе сотен крупных компаний по всему миру.

    Об этом сообщает CNN.

    При этом 77% опрошенных компаний заявили о планах переобучения и повышения квалификации своих сотрудников в период с 2025 по 2030 год для эффективной работы бок о бок с ИИ. В отличие от отчета 2023 года, нынешнее исследование не прогнозирует чисто положительного влияния технологий, включая ИИ, на количество рабочих мест.

    ВЭФ отмечает, что развитие ИИ и возобновляемых источников энергии преобразует рынок труда, увеличивая спрос на специалистов в области технологий, но сокращая потребность в других профессиях, таких как графические дизайнеры.

    В отчете особое внимание уделяется влиянию генеративного ИИ на различные отрасли и задачи. Среди профессий, численность которых, по прогнозам работодателей, сократится наиболее быстро, названы почтовые служащие, секретари-референты и работники отдела заработной платы. Появление в списке самых быстро сокращающихся профессий графических дизайнеров и юридических секретарей впервые указывает на растущие возможности генеративного ИИ выполнять задачи, требующие интеллектуального труда.

    В то же время спрос на специалистов по ИИ резко возрастает. Около 70% компаний планируют нанимать сотрудников для разработки и улучшения инструментов ИИ, а 62% – для работы в сотрудничестве с ИИ.

  • Dünya şirkətləri işçilərini süni intellektlə əvəz etmək istəyir

    Dünya İqtisadi Forumunun (WEF) yeni hesabatına əsasən, iri şirkətlərin 41%-i 2030-cu ilə qədər süni intellektdən (Sİ) istifadə etməklə tapşırıqları avtomatlaşdıraraq işçi qüvvəsini azaltmağı planlaşdırır. “Future of Work” tədqiqatının bir hissəsi kimi dərc olunan hesabat dünya üzrə yüzlərlə böyük şirkət arasında aparılan sorğuya əsaslanır.

    Bu barədə CNN məlumat yayıb.

    Eyni zamanda, sorğuda iştirak edən şirkətlərin 77%-i 2025-2030-cu illər arasında süni intellektlə yanaşı effektiv işləmək üçün işçilərini yenidən hazırlamaq və bacarıqlarını artırmaq planlarını açıqlayıb.

    WEF qeyd edir ki, süni intellekt və bərpa olunan enerjinin yüksəlişi əmək bazarını dəyişdirir, texnologiya mütəxəssislərinə tələbatı artırır, lakin qrafik dizaynerlər kimi digər peşələrə ehtiyacı azaldır.