Month: January 2025

  • Oyun həvəskarlarına müjdə: Yeni “Nintendo” daha böyük olacaq

    Mobil cihazlarla bağlı sızan məlumatlarının doğruluğu dəfələrlə təsdiqlənmiş tanınmış insayder “OnLeaks” qarşıdan gələn “Nintendo Switch 2” konsolu barədə açıqlamalar yayıb.

    “Switch 2″də 8.4 düymlük ekran olacaq və bu “Switch OLED”in 7 düymlük və orijinal modelin 6.2 düymlük ekranından əhəmiyyətli dərəcədə böyükdür.

    “Joy-Con” nəzarətçiləri ilə birgə konsolun ölçüləri 271×116.4×31.4 mm olacaq ki, bu da orijinal “Switch” konsolunun parametrlərindən (239x102x14 mm) xeyli yüksəkdir.” Joy-Con”un ölçüsü də artacaq (orijinal versiya üçün 102 x 35.9 x 28.4 mm-ə qarşı 116.4 x 40.8 x 31.4 mm).

    “Nintendo”nun 2025-ci ilin mart ayının sonuna qədər “Switch 2″ni təqdim edəcəyi gözlənilir.
    //oxu.az

  • В одном из районов Баку затопило дворец торжеств – ВИДЕО

    В одном из дворцов торжеств в Баку затопило подвал и парковочную зону.

    Как передает Median.Az со ссылкой на Xəzər TV, уровень воды в подвальном помещении здания, расположенного на улице Аббаса Мирзы Шарифзаде в Ясамальском районе, продолжает увеличиваться.

    Управляющий заведением Руслан Гусейнов отметил, что инцидент произошел минувшим днем. Об опасной ситуации они узнали спустя некоторое время и сразу сообщили в соответствующие службы.

    По словам Р.Гусейнова, ущерб был причинен из-за прорыва теплотрассы. В настоящее время он ожидает устранения проблемы соответствующими инстанциями.

    По данному вопросу в ОАО “Азеристиликтеджхизат” уточнили, что на этом участке произошла авария на магистральной линии. Принимаются меры для ликвидации последствий. В ведомстве также отметили, что для проведения земляных работ требуется согласование с государственными органами. Кроме того, необходимо обеспечить безопасность движения в этом районе.

    Подробнее – в сюжете:

  • Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü – VİDEO

    Bakıdakı şadlıq evinin zirzəmisini və parklanma zonasını su basıb.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən şadlıq evinin zirzəmisinə yığılan su getdikcə artmağa başlayıb.

    Həmin şadlıq evini işlədən Ruslan Hüseynov bildirib ki, hadisə dünən, günün ikinci yarısında baş verib. Şadlıq evinin altına su dolmasından bir müddət sonra xəbər tutublar və dərhal aidiyyəti üzrə məlumat veriblər.

    R.Hüseynov deyir ki, istilik borusunun partlaması səbəbindən onlara ziyan dəyib. İndi o, aidiyyəti qurum tərəfindən problemin tam aradan qaldırılmasını istəyir.

    Məsələ ilə bağlı ”Azəristiliktəchizat”dan bildirilib ki, həmin ünvanda magistral xətdə qəza baş verib, hazırda tədbir görülməkdədir. O da bildirilib ki, qurum magistral yolda istənilən vaxt qazıntı işləri apara bilmir və bunun üçün aidiyyəti dövlət qurumları ilə razılaşdırılma aparılmalıdır.

    Həmçinin həmin ərazidə hərəkətin təhlükəsizliyi təmin edilməli və digər tədbirlər görülməlidir. Hazırda bu istiqamətdə iş aparılır və təcili texniki tədbirlər görülür.

    Ətraflı süjetdə:

  • ООН: Инфляция в Азербайджане замедлится в 2025 году

    ООН прогнозирует среднегодовую инфляцию в Азербайджане в 2025 году на уровне 3.6%.

    Такой прогноз содержится в опубликованном докладе организации “Мировая экономическая ситуация и перспективы на 2025 год” (World Economic Situation and Prospects 2025).

    По оценкам ООН, в 2024 году среднегодовая инфляция в Азербайджане замедлилась до 3.7% с 8.8% в 2023 году.

    В организации ожидают замедления инфляции в нашей стране в 2026 году до 3.1%.

    Министерство экономики Азербайджана среднегодовую инфляцию в Азербайджане в 2024 году прогнозировало на уровне 2.7%, в 2025-м – 4.6%, в 2026 году – 4%.

  • BMT: “Azərbaycanda inflyasiya azalacaq”

    BMT Azərbaycanda orta illik inflyasiyanı 2025-ci il üçün 3.6% səviyyəsində proqnozlaşdırır.

    Bu proqnoz təşkilatın “2025-ci il üçün Dünya İqtisadi Vəziyyəti və Perspektivləri” (World Economic Situation and Prospects 2025) hesabatında öz əksini tapıb.

    BMT-nin hesablamalarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 2023-cü ildəki 8.8 %-dən 3,7 %-ə qədər azalıb.

    Təşkilat ölkədə inflyasiyanın 2026-cı ildə 3.1%-ə qədər azalacağını gözləyir.

    Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2024-cü il üçün orta illik inflyasiyanı 2.7%, 2025-ci il üçün 4.6%, 2026-cı il üçün isə 4% səviyyəsində proqnozlaşdırır.

  • Лейла Алиева поделилась публикацией с гала-церемонии подведения спортивных итогов года – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева, учредитель и руководитель Общественного объединения IDEA Лейла Алиева поделилась в своем официальном Instagram-аккаунте публикацией с гала-церемонии подведения спортивных итогов года.

    На мероприятии, организованном Министерством молодежи и спорта, также присутствовала руководитель Baku Media Center Арзу Алиева.

  • Leyla Əliyeva ilin idman yekunları ilə bağlı tədbirdən paylaşım edib – FOTO

    Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı yanvarın 9-da qala mərasimi təşkil edib.

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdən paylaşım edib.

  • Belçika kralı Azərbaycan Prezidentinə başsağlığı verib

    Belçikalıların Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

    Median.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:

    “Zati-aliləri. Kraliça Matilde ilə birlikdə Sizə və Azərbaycan xalqına Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində faciəvi şəkildə həyatını itirənlərə görə dərin hüznlə başsağlığı veririk.

    Bu ağır itki anlarında həlak olanların yaxınlarına güc və səbir arzulayır, onlarla birlikdə ən dərin hüznümüzü bölüşürük”.

  • Masallıda intihar: Başından GÜLLƏLƏDİ

    Masallıda intihar hadisəsi olub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Banbaşı kəndində baş verib.

    Kənd sakini 41 yaşlı İxtiyar Hüseynağa oğlu Vəliyev kənddə yerləşən evində odlu silahla başından atəş açaraq, özünü öldürüb. İntiharın səbəbi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Əməliyyat otağında həkimə doğum günü tədbiri 2 000 manata “başa gəldi” – VİDEO

    “Son günlər mediada “Əməliyyat zamanı doğum günü cərrah xəstənin həyatını heçə saydı” mövzulu məlumatlar yayılıb. Faktın ətraflı araşdırılması məqsədilə Səhiyyə Nazirliyinin tapşırığı əsasında Analitik Ekspertiza Mərkəzi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 9 yanvar 2025-ci ildə “German Hospital” adlı özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilib”.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, keçirilən xidməti yoxlama zamanı inzibati xətanın törədilməsi faktı aşkarlanıb və bununla əlaqədar işçi heyətin dörd məsul üzvünə İnzibati Xətalar Məcəlləsinin 215.3 maddəsi ilə İxtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada göstərilməməsinə görə beş yüz (500) manat məbləğində cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib:

    “Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir”, – deyə məlumatda bildirilib.

    Qeyd edilib ki, hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var:

    “Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə bizə müraciət edə bilər. Bu halda araşdırma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”.

    Xatırladaq ki, yanvarın 8-də “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva sosial şəbəkədə paylaşım edərək, iş yoldaşlarının ona sürpriz etdiklərini bildirib.

    Hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb.

    Bununla bağlı xəbər yayılandan sonra isə həkim paylaşımını silib.

    Yanvarın 9-da isə “German hospital”ın direktor müavini Səftər Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, Ləman Əliyeva vəzifəsindən kənarlaşdırılıb.