Month: January 2025

  • Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu evakuasiya edildi

    Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilib.

    Bu barədə Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə bildirib.

    O qeyd edib ki, evakuasiyaya baxmayaraq, distant qaydada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır.

  • İki sahibkar axtarışa verildi – Milyonlar ölkəyə qaytarılmayıb

    Bəzi sahibkarlıq subyektlərinin pul vəsaitlərini Azərbaycana qaytarmamasına dair Gömrük Komitəsindən daxil olmuş materiallar əsasında prokurorluqda cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

    Median.Az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, materiallar əsasında daha bir neçə sahibkara cinayət işi açılıb.

    Belə ki, Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə istintaq edilən cinayət işi üzrə fiziki şəxs Muradova Sahibə Səlimət qızı tərəfindən tərəfindən ümumilikdə 23,4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 39,7 milyon manatdan artıq) Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Sahibə Muradova iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.2-ci maddələrilə istintaq edilən cinayət işi üzrə fiziki şəxs Cəfərov Vəfadar Bəxtiyar oğlu tərəfindən konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 900 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 1,5 milyon manatdan artıq) pul vəsaitini Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Vəfadar Cəfərov iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Министр финансов Самир Шарифов лишился прежней и получил новую должность

    Самир Рауф оглу Шарифов освобожден от должности министра финансов Азербайджанской Республики (АР).
    Как сообщает Median.Az, соответствующее распорежение подписал Президент АР Ильхам Алиев.

    Другим распоражением главы государства С.Шарифов назначен вице-премьером Азербайджана.

  • Prezident İlham Əliyev Samir Şərifovu vəzifəsindən azad etdi: YENİ TƏYİNAT

    Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən azad edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

    Dövlət başçısının digər sərəncamı ilə S.Şərifov Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunub.

  • Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb

    Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb.

    Bu barədə “report”un sorğusuna cavab olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.

    Qeyd olunub ki, yanvarın 8-də səhər saatlarında Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi məktəbdənkənar ərazidə 11-ci sinif şagirdinə qarşı aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib:

    “Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir”.
    Məlumata görə, məktəblinin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir:

    “Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır”.

    İdarədən o da bildirilib ki, məktəb yoldaşına xəsarət yetirən şagird bundan öncə də təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun olmayan davranışlar edib, məktəb rəhbərliyi və psixoloq tərəfindən həm şagirdlə, həm də ailəsi ilə mütəmadi olaraq profilaktiki söhbətlər aparılıb.
    Son hadisədən sonra valideynin müraciəti və müvafiq ərizəsinə məktəbin pedaqoji şurasında baxılıb və şagird məktəb-şagird kontingentindən uzaqlaşdırılıb.
    Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq vətəndaşların icbari ümumi orta təhsil almaq hüququ təmin olunur.

  • İki metrostansiyanın tikintisi bu tarixdə başa çatacaq

    Metronun 2030-cu ilə qədər inkişafına dair yenilənmiş proqramına əsasən 2 stansiyanın tikintisinin tamamlanması planlaşdırılır.

    Bunu “Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar” barədə mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

    O bildirib ki, bu sərnişin axınını da 88 milyon nəfərədək artırılacaq.

    “Daha 2 stansiyanın tikintisinin tamamlanması, 1 stansiyanın təmirinin başa çatdırılması və 8 yeni stansiyanın inşası planlaşdırılır”,- deyə o qeyd edib.

  • Taksi sifarişlərinin sayında azalma müşahidə edilir

    2024-cü ildə taksi daşımalarında 13 513 sahibkara buraxılış vəsiqəsi verilib. Taksi minik avtomobillərinə verilən buraxılış kartlarının sayı 21 620 ədəd olub.

    Trend xəbər verir ki, bu sözləri bu gün nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə heyətinin sədri Anar Rzayev deyib.

    O qeyd edib ki, tələblərə uyğun olan taksi minik avtomobillərinin buraxılış kartının alınmasına cəlb edilməsi, uyğun olmayan nəqliyyat vasitələrinin taksi fəaliyyətindən kənarlaşdırılması davam etdirilir.

    “Buraxılış kartı alan taksilərin 35%-i 2020-2024-cü illər arasında istehsal olunan nəqliyyat vasitələridir. 13 taksi sifarişi operatoruna icazə verilmişdir. Təxminən 34198 taksi sürücüsü təlim keçmişdir. 135 yerdə taksi duracağı mövcuddur və bu şəbəkənin genişləndirilməsi davam etdirilir. 2024-cü ilin dekabr ayını keçən ilin müvafiq dövrü ilə müqayisə etdikdə taksi sifarişlərinin sayında -31- 32% azalma müşahidə edilib. E-Taksi sistemi formalaşdırılıb”, – deyə sədr qeyd edib.

  • Сборная Азербайджана по футболу проведет товарищеский матч с Беларусью

    Сборная Азербайджана по футболу проведет товарищеский матч с Беларусью.

    Информацию об этом распространила AFFA.

    Матч состоится 25 марта в Баку.
    При этом время начала игры и стадион, где он пройдет, пока не определены.

  • Azərbaycanın futbol millisi Belarusla yoldaşlıq oyunu keçirəcək

    Futbol üzrə Azərbaycan millisi Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək.

    Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

    Qarşılaşma martın 25-də Bakıda baş tutacaq.
    Görüşün başlama saatı və keçiriləcəyi stadion hələlik məlum deyil.

  • Eyni adama məxsus 4 şirkət ləğv olunur

    “Papirus-L” MMC, “L. Orbita-BE” MMC, “Everest 2” MMC və “Dorsan” MMC ləğv edilir.

    Valyuta.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Abşeron rayonu, Abşeron Gənclər şəhərciyi küçəsi, ev 48, mənzil 41 ünvanına bildirə bilərlər.

    Qeyd edək ki, şirkətlərin dördünün də qanuni təmsilçisi Kalbalıyev Ədalət Tofiq oğludur.