Month: January 2025

  • Россия предупредила Армению о последствиях сворачивания связей с ЕАЭС

    Вступление Армении в Евросоюз (ЕС) несовместимо с членством страны в Евразийском экономическом союзе (ЕАЭС). В случае сворачивания связей с ЕАЭС в республике вырастут цены на энергию и сократится экспорт.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил журналистам вице-премьер РФ Алексей Оверчук, комментируя законопроект республики “О запуске процесса вступления в Европейский союз”.

    “ЕАЭС и ЕС несовместимы. Оба объединения предполагают отсутствие таможенных границ и свободу движения товаров, услуг, капитала и рабочей силы, – сказал он. – Представить, что эти два союза в какой-то точке сойдутся, невозможно. Поэтому рассматривающийся в Республике Армении законопроект “О запуске процесса вступления в Европейский союз” ставит эту страну перед выбором”.

    Вице-премьер отметил, что “в случае сворачивания отношений с ЕАЭС в Армении, с одной стороны, вырастут цены на энергию и продовольствие, а с другой, экспорт армянских товаров сократится на 70-80%”. “Таким образом, обычные люди потеряют доходы, работу и станут платить больше за самое необходимое. Взамен они, скорее всего, получат безвиз, а Армения – депопуляцию”, – добавил он.

    По словам Оверчука, “сейчас становится все очевиднее, что членство в ЕАЭС – это привилегия, а с учетом экономических и социальных проблем, с которыми сталкивается Европейский союз, вступление в ЕС можно сравнить с покупкой билета на “Титаник”.

    Как указал вице-премьер, если бы составители законопроекта о начале вступления Армении в ЕС “были до конца честными как по отношению к народу Армении, так и по отношению к другим странам ЕАЭС, то они могли бы сразу дополнить его статьей о том, что Республика Армения прекращает свое членство в Евразийском экономическом союзе с момента вступления этого закона в силу”. “Ведь зачем держаться за ЕАЭС, в котором не хочется быть, не правда ли? Если так вопрос не ставится, то, значит, авторы этого законопроекта сами отдают себе отчет о последствиях выхода Армении из нашего союза”, – заключил он.

    Ранее правительство Армении одобрило проект решения о начале процесса вступления в ЕС, который теперь должен обсудить парламент республики.

  • Rusiyadan Ermənistana xəbərdarlıq

    “Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlər məhdudlaşdırılarsa, Ermənistanda enerji və ərzaq məhsulları bahalaşacaq, üstəlik, Ermənistan mallarının ixracı 70-80% azalacaq”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın “Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında” qanun layihəsini şərh edərkən deyib.

    “Ermənistanda Aİİ ilə münasibətlər məhdudlaşdırılarsa, bir tərəfdən enerji və ərzaq qiymətləri artacaq, digər tərəfdən isə Ermənistan mallarının ixracı 70-80% azalacaq. Sakinlər gəlirlərini, iş yerlərini itirəcəklər və bunun müqabilində çox güman ki, vizasız rejim alacaqlar, Ermənistan isə əhalisini itirəcək”, – Overçuk qeyd edib.

  • Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək

    Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025 mövsümünün final oyununun keçiriləcəyi stadion açıqlanıb.

    Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

    Qarşılaşma 1 iyun tarixində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

  • Cozef Aun Livanın yeni Prezidenti seçilib

    Livan ordusunun komandiri Cozef Aun ölkənin yeni Prezidenti seçilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.

    Bildirilib ki, Livan parlamenti Cozef Aunu ölkənin yeni prezidenti seçib.

    Cozef Aun 2017-ci ildə general rütbəsinə yüksələrək Livan Silahlı Qüvvələrinin komandanı təyin edilib.

  • Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

    Abşeron, Binəqədi və Nərimanov rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Digah” QPS-də qaznəqli sisteminin dayanıqlı və təhlükəsiz istismarını təmin etmək məqsədilə təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən 10.01.2025-ci il saat 10-00-dan işlər başa çatanadək Binəqədi rayonu, Binəqədi qəsəbəsinin Mədən ərazisi, Baksol yolu, Binəqədi şosesi, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsi və Abşeron rayonu, Fatmayı, Goradil, Digah, Məhəmmədi kəndlərinin və Novxanı kəndinin Kanal qırağı hissəsində yaşayan əhalinin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.

    Həmçinin, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində aparılacaq təmir-quraşdırma işləri ilə bağlı 10.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Bünyadzadə, Kazımzadə, N.Şahbazov, C.Hacıbəyli, Bakıxanov küçələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Türkiyə-İran sərhədində zəlzələ olub

    Türkiyə-İran sərhədində 4.3 maqnitudalı zəlzələ olub.

    Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Bildirilib ki, yeraltı təkanlar Hakkari şəhərində qeydə alınıb.

    Zəlzələ ocağı 5.4 kilometr dərinlikdə yerləşib.

  • Tiktoker “Xan” ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI

    “TikTok” əməliyyatında həbs edilən “Xan” ləqəbli tiktoker Əsgər Əlizadə ev dustaqlığına buraxılmayıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində tiktokerin şikayətinə baxılıb.

    Onun vəkili Yusif Seyfəlov bildirib ki, Nərimanov Rayon Məhkəməsinin müvəkkili barəsində çıxardığı 4 ay müddətinə həbs qətimkan tədbirindən narazıdır.

    Daha sonra məhkəmə yekun qərarı elan edib.

    Qərara əsasən, tiktokerin şikayəti təmin edilməyib və Nərimanov Rayon Məhkəməsinin onun barəsində çıxardığı qərar qüvvədə saxlanılıb.

    Xatırladaq ki, “Xan” ləqəbli tiktoker Əsgər Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, “TikTok”da əxlaqsızlığın təbliğinə qarşı polis tərəfindən əməliyyat keçirilib. Saxlanılan şəxslər müxtəlif cinayətətlərdə təqsirləndirilirlər.

  • Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR – FOTO

    Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin istifadəsinə şərait yaradan ev sahibi Hikmət Aslanov və həmin ünvanda narkotik vasitələr qəbul edən daha 12 nəfər saxlanılıb.

    Qeyd edilən məkana baxış zamanı müxtəlif növ narkotik və psixotrop maddə və onların prekursorları aşkarlanaraq götürülüb.

    Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.


  • В Китае выявили кластерную вспышку вируса оспы обезьян

    В Китае была зафиксирована кластерная вспышка нового штамма вируса оспы обезьян подтипа Ib, об этом сообщили в четверг в Китайском центре по контролю и профилактике заболеваний.

    Об этом говорится в заявлении, размещенном на официальном сайте центра.

    “Недавно в стране был обнаружен случай кластерной вспышки вируса оспы обезьян подтипа Ib, источником которого стал иностранный гражданин с историей поездок и проживания в Демократической Республике Конго”, – говорится в сообщении.

    Кластерная вспышка – это ситуация, когда несколько случаев заболевания (инфекции) регистрируются в определенной географической области или среди определенной группы людей в течение короткого времени. Это может указывать на то, что заболевание передается от человека к человеку или связано с общим источником инфекции (например, зараженной пищей, водой или другим фактором).

    Кластерные вспышки часто требуют особого внимания со стороны здравоохранительных органов для проведения эпидемиологических расследований, оценки рисков и принятия мер по контролю и предотвращению дальнейшего распространения инфекции.

    В ответ на вспышку власти Китая, включая провинции Чжэцзян, Гуандун, а также города Пекин и Тяньцзинь, оперативно активировали совместный механизм профилактики и контроля для проведения эпидемиологического расследования, оценки рисков, диагностики и лечения заболевших.

    Сообщается, что было выявлено четыре связанных случая среди людей, которые тесно контактировали с инфицированным. У них наблюдаются такие симптомы, как сыпь и герпес, которые имеют относительно легкое течение.

  • Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı

    Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi meymunçiçəyi virusunun “Ib” alttipinin yeni ştamının klaster partlayışını aşkar edib.

    Bu barədə mərkəzin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.

    Bildirilib ki, infeksiyanın mənbəyi əcnəbi vətəndaşdır. Onun bir müddət əvvəl Konqo Demokratik Respublikasına səyahət etdiyi və orada yaşadığı öyrənilib.

    Klaster partlayışı – qısa müddət ərzində müəyyən coğrafi ərazidə və ya müəyyən insan qrupu arasında bir neçə xəstəlik (infeksiya) halının qeydə alındığı vəziyyətdir. Bu, xəstəliyin insandan insana keçdiyini və ya ümumi infeksiya mənbəyi (məsələn, çirklənmiş qida, su və ya digər amil) ilə əlaqəli olduğunu göstərə bilər.

    Klaster partlayışları çox vaxt epidemioloji araşdırmaların aparılması, risklərin qiymətləndirilməsi və infeksiyanın daha da yayılmasının qarşısının alınması üçün səhiyyə orqanları tərəfindən xüsusi diqqət tələb edir.

    Bununla əlaqədar olaraq Çin hökuməti Çjetszyan, Quandun əyalətləri, Pekin, Tyantszin şəhərləri də daxil olmaqla bir çox ərazilərdə epidemioloji araşdırma, risklərin qiymətləndirilməsi, xəstələrin diaqnostikası, həmçinin müalicəsi üçün birgə profilaktika və nəzarət mexanizmini təcili şəkildə aktivləşdirib.

    Yoluxmuş şəxslə sıx təmasda olan insanlar arasında dörd əlaqəli hal aşkar edilib. Onlarda səpgi və herpes kimi nisbətən yüngül gedişatlı simptomlar müşahidə olunur.