Month: January 2025

  • Рядом с рестораном “Шуша” сносятся и другие известные объекты

    В Наримановском районе Баку сносятся известный ресторан “Шуша” и ряд прилегающих к нему объектов.

    Как сообщает аxar.az, на указанной территории будут снесены такие объекты, как Green cafe, Bakı restoranı, Ciyərxana.

    В Исполнительной власти (ИВ) Наримановского района заявили, что это не входит в их компетенцию.

    Отметим, что информацию о сносе ресторана “Шуша” распространила ИВ Наримановского района.

    Напомним, что вчера в ИВ отметили, что территория ресторана “Шуша” имеет статус парка, и поэтому его сносят.

  • “Şuşa” restoranının yanındakı digər məşhur obyektlər də sökülür

    Bakının Nərimanov rayonu ərazisində yerləşən məşhur “Şuşa” restoranı və ətrafındakı bir sıra obyektlər sökülür.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, həmin ərazidə yerləşən “Green cafe”, “Bakı restoranı”, “Ciyərxana” kimi obyektlər də söküləcək.

    Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu onların səlahiyyətində deyil.

    Qeyd edək ki, “Şuşa” restoranının sökülməsi barədə məlumatı Nərimanov Rayon İcra Hakimiyyəti yaymışdı.

    Xatırladaq ki, ötən gün Nərimanov Rayon İcra Hakimiyyətindən verilən məlumatda “Şuşa” restoranının ərazisinin park statusu daşıdığı, buna görə restoranın söküldüyü bildirilmişdi.

  • Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən müvəqqəti KƏNARLAŞDIRILDI

    İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd edən “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva ilə bağlı qərar verilib.

    Bununla bağlı “German hospital”ın direktor müavini Səftər Əliyev oxu.az-a açıqlamasında bildirib.

    “Dünən kütləvi informasiya vasitələrində məlum video yayılandan sonra dərhal müəssisə rəhbərliyi tərəfindən beş nəfərdən ibarət komissiya yaradıldı və aparılan araşdırmalardan sonra məlum oldu ki, həmin videoda görüntülənən əməkdaşlar kiçik tibb bacılarıdır. Dərhal onlar kadrlar şöbəsinə dəvət olundular, izahatları alındı, barələrində rəsmi qaydada töhmət elan olundu. Həmçinin həkim-ginekoloq Ləman Əliyeva araşdırmalar tam yekunlaşana qədər işdən kənarlaşdırıldı. Yəni bütün bu araşdırmalar tam yekunlaşdırılıb, qərarlar qəbul ediləndən sonra müəyyən olunacaq ki, həkimlə əməkdaşlığımızı davam etdirəcəyik, yoxsa yox?” – deyə S.Əliyev bildirib.

    “Bununla paralel olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bizim müəssisəyə plandankənar yoxlama açdı və bu gün biz bütün sənədləri onlara təqdim edəcəyik. Onlar bizim əməkdaşlarla görüşlər keçirdilər, profilaktik söhbətlər apardılar, nizam-intizam qaydalarının pozulması barədə məlumat verdilər. Artıq növbəti qərarları Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qəbul edəcək”, – deyə direktor müavini əlavə edib.

  • Президент Азербайджана выразил соболезнования премьер-министру Грузии

    Президент Азербайджанской Республики Ильхам Алиев направил письмо с соболезнованиями премьер-министру Грузии Ираклию Кобахидзе.

    Как передает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин премьер-министр,

    Глубоко потрясены известием о гибели пятерых детей в результате пожара в селе Саберио Гальского района.

    Разделяя Вашу скорбь в связи с этой трагедией, от своего имени и от имени народа Азербайджана выражаю глубокие соболезнования Вам, семьям и близким погибших детей, всему народу Грузии”.

  • İlham Əliyev Gürcüstanın baş nazirinə başsağlığı verib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:

    “Hörmətli cənab baş nazir, Qali rayonunun Saberio kəndində baş vermiş yanğın nəticəsində beş uşağın həlak olması xəbəri bizi son dərəcə sarsıtdı.

    Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, sizə, həlak olan uşaqların ailəsinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

  • Пашинян опубликовал предложения по достижению мира с Азербайджаном (СПИСОК)

    Премьер-министр Армении Никол Пашинян опубликовал в своем Telegram-канале предложения по достижению мира с Азербайджаном.

    Предложения от Республики Армения об установлении долгосрочной стабильности и мира в регионе следующие:

    1) взаимно отказаться от эскалационной речи,

    2) продолжить процесс делимитации границ;

    3) подписать мирный договор, который согласован на 90%,

    4) ввести совместный механизм расследования нарушений режима прекращения огня;

    5) сотрудничать для выяснения судеб пропавших без вести лиц,

    6) отказаться от взаимных претензий, в том числе в международных судах,

    7) работать над полным и эффективным выполнением пунктов мирного договора,

    8) создать механизм контроля над вооружением;

    9) обсудить вопросы, связанные с перемещенными лицами из обеих стран, сформировав после установления мира совместный профессиональный экспертный комитет;

    10) распустить Минскую группу ОБСЕ.

  • Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün təkliflərini AÇIQLADI (SİYAHI)

    Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sülhə nail olmaq üçün təklifləri məlum olub.

    Bu barədə o, özünün “Telegram” kanalında yazıb.

    Erməni hökumət başçısının regionda uzunmüddətli sabitlik və sülhün qurulması üçün 10 addımdan ibarət siyahısını təqdim edirik:

    – Qarşılıqlı olaraq eskalasiya yaradan nitqdən imtina;

    – Sərhədlərin delimitasiyası prosesini davam etdirmək;

    – Artıq 90% hazır olan sülh müqaviləsinin imzalanması;

    – Atəşkəs rejiminin pozulmasının birgə araşdırılması mexanizminin tətbiqi;

    – İtkin düşmüş şəxslərin taleyini müəyyən etmək üçün əməkdaşlıq etmək;

    – Qarşılıqlı iddialardan, o cümlədən beynəlxalq məhkəmələrdəki iddialardan imtina etmək;

    – Sülh müqaviləsinin bəndlərinin tam və səmərəli yerinə yetirilməsi istiqamətində işləmək;

    – Silahlanma üzərində nəzarət mexanizmini yaratmaq;

    – Sülh təsdiqləndikdən sonra birgə peşəkar ekspert komissiyası yaradaraq hər iki ölkədən yurdlarını tərk etmiş şəxslərlə bağlı məsələləri müzakirə etmək;

    – ATƏT-in Minsk qrupunu buraxmaq.

  • Bakının məşhur bazarı bu əraziyə köçürülür

    “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzində söküntü işlərinin başlanmasına sayılı günlər qalıb.

    Fevralın 1-nə qədər bazar boşaldılmalıdır.

    Söküntü işləri Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədardır.

    Bəs illərdir fəaliyyət göstərən “Keşlə bazarı”nın yeni ünvanı hara olacaq?

    “Dərnəgüldə yerləşən “Avrohom” tikinti malları bazarında yer ayrılıb. Hazırda orada bizim bazarın tikintisi gedir. Bayrama qədər vaxt verilsəydi, yaxşı olardı. Bu boyda bazar oraya necə yerləşəcək?!” – satıcı açıqlamasında bildirib.

    Satıcıların sözlərinə görə, ticarət mərkəzinin köçürüləcəyi ərazi “Yeni Keşlə bazarı” adlandırılacaq. Baku TV

  • “Avroviziya 2025” mahnısı və təmsilçisi fevral ayında təqdim olunacaq

    Azərbaycanın “Avroviziya 2025” mahnısı və təmsilçisi fevral ayında təqdim olunacaq.

    Bu haqda yarışmanın rəsmi saytında qeyd edilib.

    Ölkəmizi kimin təmsil edəcəyi böyük maraqla gözlənilərkən “Avroviziya 2025” Azərbaycan nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri Nurlana Cəfərova yaxın zamanda mahnının və namizədin birlikdə ictimaiyyətə təqdim edəcəklərini bildirib. 
    //azxeber.com

  • Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanların tərxisi ilə bağlı mexanizm hazırlanır

    Azərbaycanda hərbi xidmətə çağırış və müddətli həqiqi hərbi xidmət keçməyə son yaş həddinin endirilməsinin tətbiqi üçün mexanizmlər hazırlanır.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

    Bildirilib ki, yeni mexanizmlər ictimaiyyətə açıqlanacaq.

    Qeyd edək ki, “Report”a müraciət edən bir neçə vətəndaş qüvvəyə minən müvafiq dəyişikliklərin hazırda hərbi xidmətdə olan 31-35 yaşlı şəxslərə şamil olunub-olunmayacağı haqqında sual ünvanlayıb.

    Xatırladaq ki, Prezident İlham Əliyev hərbi xidmət haqqında müvafiq qanunlara edilən dəyişiklikləri 2024-cü il dekabrın 29-da təsdiqləyib. Həmin dəyişikliklərə əsasən, Azərbaycanda hərbi xidmətə çağırılanlar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq. Qanun təsdiqlənənə qədər həmin yaş həddi 18 yaşından 35 yaşınadək idi.

    Həmçinin, müvafiq olaraq Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilib.