Month: January 2025

  • Tiqran Keosayan komaya düşdü

    Erməniəsilli rusiyalı rejissor və prodüser Tiqran Keosayan dərin koma vəziyyətində xəstəxanaya çatdırılıb.

    Median.Az “Caliber”ə istinadən xəbər verir ki, bu barədə həyat yoldaşı Marqarita Simonyan məlumat yayıb.

    Onun sözlərinə görə, əri kliniki ölüm keçirib.

    Keosayanın hansı səbəbdən komaya düşməsi hələ ki məlum deyil.

  • В Ясамальской детской клинической больнице пациенту отказали в лечении из-за отсутствия лекарств (ВИДЕО)

    В СМИ и социальных сетях неоднократно публиковались жалобы на то, что в больницах, несмотря на наличие оборудования и расходных материалов, предоставляемых государством, от пациентов или их родственников требуют покупать лекарства и медицинские принадлежности за свой счет. К сожалению, подобные жалобы продолжают поступать и сегодня.

    Как передает Median.Az со ссылкой на APA TV, с похожим случаем столкнулась Гюльбахар Мамедова, которая обратилась ночью в Ясамальскую детскую клиническую больницу при Республиканском педиатрическом центре в связи с состоянием своего внука.

    По словам женщины, медперсонал сообщил, что ребенку нужно сделать укол, однако из-за отсутствия соответствующего препарата в больнице оказать медицинскую помощь невозможно.

    Подробнее – в сюжете:

  • Yasamal Uşaq Klinik Xəstəxanasında xəstəyə tibbi müdaxilənin mümkün olmadığı deyilib – SƏBƏB (VİDEO)

    Dəfələrlə mətbuatda və sosial şəbəkələrdə xəstəxanalarda dövlət tərəfindən təmin olunan tibbi avadanlıq və təchizatın olmasına baxmayaraq, avadanlıqların və ya dərmanların alınmasının xəstədən və ya xəstə yaxınlarından tələb olunması ilə bağlı şikayətlər dərc olunub.

    Maraqlıdır ki, bu kimi şikayətlər hələ də davam edir.

    Median.Az APA TV-yə istinadən xəbər verir ki, Gülbahar Məmmədova da eyni şikayətlə müraciət edib. O bildirib ki, gecə saatlarında nəvəsinin səhhəti ilə bağlı müraciət etdiyi Respublika Pediatriya Mərkəzinin nəzdində olan Yasamal Uşaq Klinik Xəstəxanasında belə bir vəziyyətlə üzləşib.

    Gülbahar Məmmədovanın sözlərinə görə, tibbi personal uşağa iynə vurulmalı dərmanın olduğunu, lakin xəstəxanada həmin dərmanın tapılmadığını, buna görə də, tibbi müdaxilənin mümkün olmadığını bildirib.

    Ətraflı süjetdə:

  • Pensiya artımları niyə yanvarda deyil, fevral ayında ödəniləcək?

    Həm minimum pensiya məbləğində, həm də əmək pensiyalarında artımlar nəzərdə tutulur.

    Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən, minimum pensiya məbləği gələn aydan 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar. Bu artımlar məhz fevral ayında pensiyaçılara ödəniləcək.

    Pensiyaçılar üçün vacib məqamlardan biri də əmək pensiyalarının indeksləşdirilərək artırılmasıdır. Belə ki, bu artımlar 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək və indeksləşdirmə üçün əlavə olaraq orta hesabla yarım milyard manat vəsaitin ayrılacağı gözlənilir.

    Bununla belə, pensiyaların indeksləşdirilməsi yanvar ayının 1-dən hesablansa da artımlar fevral ayından ödəniləcək. Bunun səbəbləri nədir?

    Bu barədə iqtisadçı deputat Vüqar Bayramov “Facebook” hesabında paylaşım edib.

    O bildirib ki, mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildəki ortaaylıq əməkhaqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır:

    “Hələlik dəqiq artım faizi bəlli olmasa da artımlar məhz bu aydan hesablanır. 2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əmək haqqı təxminən 8 faiz artıb. Dəqiq rəsmi göstərici isə gələn ayın əvvəllərində elan ediləcək.

    2024-cü ildə ortaaylıq əməkhaqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq”.

    “İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq,” – deyə deputat qeyd edib.

  • Küveyt əmiri İlham Əliyevə başsağlığı verdi

    Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycan Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikası ərazisində qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladıq.

    Zati-aliləri, bu ağır faciə ilə bağlı Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan ölənlərə rəhmət, yaralananların tez zamanda sağalmalarını diləyirik.

    Zati-aliləri, Sizə olan böyük hörmət və ehtiramımı qəbul edin”.

  • Azərbaycan XİN Gürcüstana başsağlığı verdi

    Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Qali rayonunun Saberio kəndində baş verən yanğın nəticəsində beş uşağın faciəvi şəkildə həyatını itirməsi ilə bağlı başsağlığı verib.

    Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

    “Abxaziyanın Qali rayonunda beş uşağın həyatını itirdiyi faciəvi yanğın bizi dərin kədərləndirdi. Bu dəhşətli hadisədən zərər çəkən ailələrə və dost Gürcüstana başsağlığı veririk. Bu itkiyə dözmək üçün səbr diləyirik”, – məlumatda qeyd olunub.

  • DİN-dən məktəbin həyətində valideynlərin davası barədə AÇIQLAMA

    Daxili İşlər Nazirliyi (DİN) Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbin həyətində valideynlər arasında baş verən insidentə münasibət bildirib.

    Qurumun Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfillinin sözlərinə görə, ötən il dekabrın 18-də mübahisə tərəfləri şikayət ərizələri ilə ərazi üzrə polis şöbəsinə müraciət ediblər:

    “Onların izahatları alınıb, araşdırma zamanı hadisə yerinə baxış keçirilib və protokol tərtib edilərək materiala əlavə edilib. İnsidentin hərtərəfli araşdırılması, tərəflərin hadisə zamanı aldıqları xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə hər iki şəxs ekspertizaya göndərilib. Polis idarəsində prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq hərəkətə hüquqi qiymət veriləcək”.

  • Özünü qatarın altına atan oğlan vəfat etdi – Şəhid qardaşı imiş

    Yanvarın 7-də Bakı Metropoliteninin “Ulduz” stansiyasında özünü qatarın altına atan gənc vəfat edib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Tovuz rayon sakini 2007-ci il təvəllüdlü Aslanov Saməddin Sakit oğlu açıq kəllə-beyin travması ilə daxil olduğu Sabunçu Tibb Mərkəzində ötən gecə dünyasını dəyişib.

    Bildirilir ki, intihar edən gənc 1-ci kurs tələbəsidir.

    Şəhid Vüsal Vəliyevin qardaşı Elyar Vəliyev bildirib ki, Saməddin Vətən müharibəsi şəhidi Babək Aslanovun qardaşıdır.
     
    O, intihar etməzdən əvvəl sosial şəbəkədə bunun anonsunu verib və ağır psixoloji vəziyyətdə olduğunu, intiharına görə heç kimin günahkar olmadığını bildirib.

  • Dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı

    Azərbaycan İdman Akademiyasında 100-ə yaxın işçi vəzifəsindən azad edilib.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, ixtisar ötən ay baş verib.

    Belə ki, dekabr ayının 30-u bir qrup şəxs işdən çıxarılıb. Məlumatda bildirilir ki, ixtisarların davam edəcəyi gözlənilir.

    Həmçinin qeyd edilib ki, işdən çıxarılanlar arasında vəzifəli şəxslər də var.

  • Xırdalanda 72 yaşlı kişi dəm qazından boğularaq ölüb

    72 yaşlı kişi dəm qazından boğularaq ölüb.

    Hadisə Xırdalanda baş verib.

    Belə ki, 1953-cü il təvəllüdlü Rəşid Məmmədov yaşadığı evdə 2 gözlü qaz peçinin yanıq vəziyyətdə qalması səbəbindən dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı araşdırma aparılır.