Month: January 2025

  • Tanınmış plastik cərrah Türkan Gündüzü öldürən ərinə 17 il həbs cəzası verilib

    Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən əri, Türkiyə vətəndaşı Muhammet Gündüzün cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Muhammet Gündüz 17 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, dövlət ittihamçısı Samir Məmmədov məhkəmədən Muhammet Gündüzün 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Qeyd edək ki, ötən il mayın 7-də Novxanı qəsəbəsində 1982-ci il təvəllüdlü Türkan Gündüzün ölməsinə dair Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı arvadı Türkanə Gündüzə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutulub.

    Qətlə yetirilən Türkan Gündüz tanınmış həkim olub. O, ölümünə qədər klinikalardan birində plastik cərrah kimi fəaliyyət göstərib.
    //oxu.az

  • Полиция предупреждает: Остерегайтесь слишком дешёвых товаров в интернете

    Не платите за товары, выставленные на интернет-ресурсах на продажу по ценам ниже рыночных, из-за их дешевизны. Вас обманывают.

    Об этом на своей странице в Facebook написал глава пресс-службы Министерства внутренних дел (МВД) Эльшад Гаджиев.

    “Задумайтесь: если вам предлагают товар стоимостью 3 000-5 000 манатов за 1 000-1 300 манатов – это ловушка.

    В Нафталане полиция задержала двух подозреваемых в такого рода мошенничестве. Есть пострадавшие”, – отметил он.

  • Bazar dəyərindən ucuz satışa çıxarılan əşyalara görə pul ödəməyin – ÇAĞIRIŞ

    “Ucuzdur deyib, internet resurslarında bazar dəyərindən aşağı qiymətə satışa çıxarılan əşyalara görə pul ödəməyin. Aldadırlar.”

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev “Facebook” hesabında yazıb.

    Onun sözlərinə görə, düşünün ki, dəyəri 3000-5000 manat olan əşyanı sizə 1000-1300 manata təklif edilirsə, bu, tələdir:

    “Naftalanda polis bu işlə məşğul olan 2 şübhəlini saxlayıb. Zərərçəkmişlər var”.

  • ABŞ-də güclü yanğın: Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular

    Yanvarın 7-də ABŞ-nin Los-Anceles şəhərində meşə yanğını başlayıb. 100 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

    “Pasifik Palisades” adlı nüfuzlu yaşayış massivindəki yanğın sahəsi 65 kvadrat kilometrə çatır.

    Yanğın nəticəsində 5 nəfər həyatını itirib. Son məlumatlara görə, Los-Ancelesdə meşə yanğınları nəticəsində mindən çox bina yanıb.

    Ərazidə yaşayan Hollivud aktyorları da evlərini tərk etməyə məcbur qalıblar. Onların arasında aktrisalar Ceymi Li Kertis, Mendi Mur, jurnalist Mariya Şrayver, aktyor Mark Hamill və digər məşhurlar var. Qeyd edək ki, yanğınla əlaqədar Bayden İtaliyaya səfərini təxirə salıb və ərazidə fövqəladə vəziyyət elan edilib.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, yanğın baş verən ərazidə yaşayan azərbaycanlılar da var. Onların bəzisi artıq ərazidən təxliyə edilib.

    Los-Anceles sakini olan azərbaycanlı Aqil Qurbanov açıqlamasında bildirib ki, Los-Anceles tərəfdən 15-20 min nəfər evakuasiya olunub:

    “Yanğın geniş bir ərazini əhatə edib. Yanğın 3 tərəfdən başlamışdı, artıq 5-6 tərəfə yönəlib. Əsas yanğın deyil, onun səbəb olduğu tüstünün verdiyi zərərverici qazlardır. Xüsusilə də 15-20 min nəfər Los-Anceles tərəfdən evakuasiya olunub. Hərə bir tərəfdə yaşayır. Buna görə də nə qədər azərbaycanlıya ziyan dəydiyi bilinmir. Hələ heç bir məlumat yoxdur. Evakuasiya olunanlar arasında azərbaycanlılar var. Dostlarımız, tanışlarımız var ki, zəng edib onlarla maraqlanırıq”.

    Aqil Qurbanov yanğınla əlaqədar artıq bir ailənin Bakıya qayıtdığını söyləyib:

    “Telefonlara ərazidən evakuasiya barədə mesajlar yollanır. Məcburi evakuasiya olunma ilə bağlı mesaj olduqda artıq orada qalmaq mümkün deyil. Çünki bu, artıq dövlət tərəfindən göstərişdir. “Evakuasiyaya hazır olun!” – mesajı isə xəbərdarlıq xarakteri daşıyır. İkinci tip mesajda havada tüstünün və qaz həcminin çox olduğu qeyd edilir. Belə olanda insanlar ərazini tərk etmək istəyirlər ki, tıxaca düşməsinlər.

    Bir neçə azərbaycanlı ailə ərazidən evakuasiya olundu. Daha doğrusu, onlara gələn mesajdan sonra özləri daha təhlükəsiz əraziyə köçdülər. Hətta bir azərbaycanlı ailə Bakıya qayıtdı. Bu ailə onsuz da Bakıya qayıdacaqdı. Lakin yanğın onları narahat etdi və Bakıya uçuşu daha da tezləşdirdilər. Mənim yaşadığım ərazidə hələ evakuasiya ilə bağlı mesaj gəlməyib, ona görə də hələ buradayam. Havada tüstünün həcmi çoxdur. Hava o qədər pis olmasa da, bunu hiss edirsiniz. Sanki Novruz bayramında Bakıda tonqal qalanıb və hər yerdən tüstü iyi gəlir”.

  • Soğanın qiymətində artım var – VİDEO

    Özü göz yandıran soğanın son günlər artan qiyməti də könül açmır. Cəmi bir ay əvvəl 50 qəpiyə satılan bostan bitkisinin kiloqramını indi ən yaxşı halda 80 qəpiyə almaq olar.

    Median.Az ATV-yə istinadən xəbər verir ki, daha çox soğan əkini ilə məşğul olan Ağdamlı fermerlər deyirlər ki, 2023-cü ildə soğan əkini çox olduğuna görə, əksər fermerlər məhsulu istədikləri qiymətə sata bilmədiklərindən ziyana düşüblər. Buna görə də, növbəti ildə az məhsul əkiblər.

    Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının qiymət artımının qarşını almaq üçün saxlanma kameralarının sayının artırılmasına ehtiyac var.

    Ətraflı süjetdə:

  • В Баку совершено преступление на миллион манатов: среди участников родственник Джавида Гурбанова (ФОТО)

    На некоторых страницах в социальных сетях распространилась информация о необоснованном привлечении к уголовной ответственности Илькина Бабаева Главным управлением по борьбе с коррупцией при генеральном прокуроре Азербайджанской Республики (АР) и освобождении от ответственности других лиц. В связи с этим мать И.Бабаева Солмаз Зейналова разместила обращение в социальных сетях.

    Об этом сообщили в пресс-службе Генеральной прокуратуры.

    На основании обращений многочисленных лиц в Главном управлении было возбуждено и расследовано уголовное дело по соответствующим статьям Уголовного кодекса АР. В результате возникли обоснованные подозрения в том, что Илькин Бабаев в составе организованной группы совместно с Эльдаром Мурадовым, Мобилем Гасанзаде, Аллахгулу Мамедовым и Асефом Агазаде путем мошенничества присвоили более 700 000 манатов у 32 лиц под предлогом трудоустройства, оформления земельных документов, признания образовательных документов и прочего, а также более 240 000 манатов у 7 лиц, в преступной связке с Нахидом Шамшировым.

    За указанные деяния Илькину Бабаеву и другим лицам предъявлены обвинения по статьям 178.3.2 (мошенничество с причинением крупного ущерба), 310 (присвоение полномочий должностного лица) и другим статьям Уголовного кодекса, и 27 мая 2023 года уголовное дело было направлено в Бакинский суд по тяжким преступлениям. В настоящее время продолжается судебное разбирательство.

    Нахид Шамширов также привлечен в качестве обвиняемого по статьям 178.3.2, 310 и другим статьям Уголовного кодекса, объявлен в международный розыск за уклонение от следствия, и решением Бинагадинского районного суда в его отношении избрана мера пресечения в виде заочного ареста.

    Было отмечено, что ранее в Главном управлении расследовались три уголовных дела в отношении Илькина Бабаева по статьям 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 (мошенничество, неоднократно совершенное организованной группой лиц, с использованием служебного положения и причинением значительного ущерба) и другим статьям, все три дела были направлены в соответствующие суды, по двум из них вынесены обвинительные приговоры, по одному делу производство прекращено без оправдательных оснований.

    Также Илькин Бабаев был привлечен к уголовной ответственности по статье 317-2.1 (изготовление, хранение, сокрытие, ношение или использование запрещенных предметов лицами, содержащимися в уголовно-исполнительных учреждениях или следственных изоляторах) Уголовного кодекса во время содержания в Бакинском следственном изоляторе, и это дело направлено в Сабунчинский районный суд.

    Отметим, что Нахид Шамширов является двоюродным братом бывшего депутата, экс-председателя ЗАО “Азербайджанские железные дороги”, ныне заместителя министра цифрового развития и транспорта Джавида Гурбанова.

    На фото Нахид Шамширов


    На фото Илькин Бабаев

  • Milyonluq cinayətlə bağlı şikayətə RƏSMİ CAVAB – Aralarında Cavid Qurbanovun yaxın qohumu da var (FOTO)

    Bəzi sosial media səhifələrində Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində İlkin Əbülfəz oğlu Babayevin əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və digər şəxslərin məsuliyyətdən kənarda qalması barədə məlumatlar yayılıb. Bununla bağlı İ.Babayevin anası Solmaz Zeynalova sosial mediada müraciət yayıb.

    Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, çoxsaylı şəxslərin müraciəti əsasında Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılmış, Babayev İlkin Əbülfəz oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında Eldar Murad oğlu Muradov, Mobil İsmiəli oğlu Həsənzadə, Allahqulu Qüdrət oğlu Məmmədov və Asəf Elşad oğlu Ağazadə ilə birgə işə düzəltmə, torpaq sənədlərinin hazırlanması, təhsil sənədlərinin tanıdılması və digər adlarla 32 şəxsdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 700 min manatdan artıq məbləğdə, o cümlədən Nahid Rəşid oğlu Şəmşirov ilə cinayət əlaqəsinə girməklə 7 şəxsdən 240 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Qeyd edilən əməlləri ilə bağlı İlkin Babayev və digər şəxslərə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilib və 27 may 2023-cü il tarixdə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə baxışı davam etdirilir.

    Eyni zamanda Nahid Şəmşirov Cinayət Məcəlləsinin 178.3.2, 310-cu və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib və Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

    Əlavə olaraq qeyd edilir ki, Baş İdarədə İlkin Əbülfəz oğlu Babayev barəsində əvvəllər Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və digər maddələri 3 cinayət işinin ibtidai istintaqı aparılıb və hər 3 iş aidiyyəti üzrə məhkəmələrə göndərilməklə, onlardan 2-si üzrə ittiham hökmü çıxarılıb, 1-i üzrə isə bəraətverici əsaslar olmadan icraata xitam verilib.

    Habelə, İlkin Babayevin Bakı istintaq təcridxanasında saxlanıldığı müddət ərzində Cinayət Məcəlləsinin 317-2.1-ci (istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan edilmiş əşyaların gəzdirilməsi, saxlanılması və istifadəsi) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və həmin iş baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilib.

    Qeyd edək ki, Nahid Şəmşirov keçmiş deputat, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri, hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun əmisi oğludur.

    Fotoda Nahid Şəmşirov

    Fotoda İlkin Babayev

  • “Sədərək”də qadın həmcinslərini döyən sahibkara şərti cəza verildi

    Qaradağ Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zəminə Səfərovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Z.Səfərovaya şərti cəza verilib.

    İttihama görə, Zəminə Səfərova 8 dekabr 2023-cü il tarixdə saat 16 radələrində ticarətlə məşğul olduğu “Sədərək” ticarət mərkəzində onunla yanaşı mağazada işləyən zərərçəkmiş Nailə Qafarovanın (şərti) satışda olan geyim paltarlarının, manekenin ona maneçilik törətməsini bəhanə edərək səliqəsiz vəziyyətə salıb. Sonra o, zərərçəkmişin boğazından tutub dizləri üstə yerə çırpıb, saçlarından dartıb. Daha sonra dəmir boru ilə Nailəyə zərbələr endirib.

    Bundan başqa, Zəminə Səfərova 21 yanvar 2024-cü il tarixdə saat 12 radələrində eyni bəhanə ilə Nailə ilə mübahisə edib, onu döyməyə başlayıb. Həmin vaxt onu sakitləşdirərək istəyən zərərçəkmiş Aygün Ələsgərovanı (şərti) da dəmir boru ilə vurub.

  • Minimum əməkhaqqı artımı: Maaşlara neçə faiz tətbiq ediləcək? – VİDEO

    Bəzi peşələrdə çalışanların da maaşı artacaq.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, Vahid Tarif Cədvəli üzrə maaşlar 16%-ə qədər artırılıb. Artımın məbləği işçinin cari maaşına və mövqeyinə görə dəyişir.

    Ekspert bildirib ki, dövlət sektorunda minimum əməkhaqqı alan lakin dövlət büdcəsi ilə maliyyələşməyən və Vahid Tarif Cədvəlində əks olunmayan sahələrdə çalışanların da minimum əməkhaqqı artırıldı. Proses müxtəlif sərəncamlarla tənzimlənəcək.

    Maaş artımları sahə və vəzifədən asılı olaraq fərqli məbləğlərdə tətbiq ediləcək. Misal üçün 500 manat alan bir işçiyə 15 % çox, yəni 575 manat maaş ödəniləcək.

    Ətraflı süjetdə:

  • Тигран Кеосаян впал в кому после клинической смерти

    Российский телеведущий Тигран Кеосаян, муж главного редактора медиагруппы “Россия сегодня” и телеканала Russia Today Маргариты Симоньян, был доставлен в больницу в состоянии глубокой комы.

    Об этом сообщил радиоведущий Никита Небылицкий, ссылаясь на свой высокопоставленный источник в Москве.

    По словам Небылицкого, Кеосаян находится в больнице до сих пор, и к нему дважды приезжали священнослужители: сначала православный, а затем армяно-григорианский.

    Причина состояния Кеосаяна остается неизвестной. Среди возможных факторов упоминаются проблемы со здоровьем, включая перенесенные ранее инфаркты (два из которых уже были диагностированы), а также гипотетические внешние воздействия.

    Небылицкий подчеркнул, что Кеосаян впал в кому не в результате медицинского вмешательства (медикаментозной комы), а по естественным причинам. Он также уточнил, что не может гарантировать стопроцентную достоверность информации, однако ранее его источник неоднократно предоставлял сведения, которые впоследствии подтверждались.

    Позже Маргарита Симоньян сообщила в своем Telegram-канале, что ее супруг Тигран Кеосаян пережил клиническую смерть и находится в коме.