Month: January 2025

  • Şagird məktəb yoldaşını xəstəxanalıq etdi

    Şabranda şagirdlər arasında dava düşüb. 

    Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, hadisə yanvarın 8-də səhər saatlarında qeydə alınıb.

    Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi məktəbdənkənar ərazidə 11-ci sinif şagirdinə qarşı aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. 

    “Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Məktəblinin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stresin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.

    Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”, – deyə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib.

  • Yeni ilin yeni un qiymətləri

    Azərbaycanda unun son topdansatış qiymətləri məlum olub.
     
    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
     
    Bildirilib ki, yanvarın 6-dan etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26-28.2 manat arasında dəyişir.
     
    Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü “Dəvəçi-Taxıl” MMC (26 manat), ən bahalısı isə “Azeri-Arapoğlu U.S. və T.LTD” BM-dir (28 manat 20 qəpik).
     
    Beləliklə, qiymətlər dəyişməyərək ötən ilin dekabrı ilə eyni səviyyədə qalıb.
     
    Bu ilin yanvarın 6-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağıdakı kimi müəyyənləşib:
     
    “ATS MİLL” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.1 manat;
     
    “Anadoluqida” və “AVETA” və “KARAT HOLDİNQ” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.15 manat;
     
    “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28.2 manat;
     
    “Bakı Taxıl Terminalı”, “Dəniz un sənayesi LTD”, “Karmen”, “Orxan UN”, “Xırman”, “SKY AGRO” MMC-lər, “Nadir Quliyev adına Bakı-Taxıl” ASC, “PAK-NUR” FİRMASI və “Səma” fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.05 manat;
     
    “Dəvəçi-Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.6 manat;
     
    “Dəvəçi-Taxıl” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26 manat;
     
    “Gəncə Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.35 manat;
     
    “Hazartürk LTD”, “Sünbül 2012”, “Taxıl AQRO” və “Avrora” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat;
     
    “NEON” Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.6 manat;
     
    “Nural” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.7 manat;
     
    “Qarabağ un” MMC- yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.8 manat.

  • “Şuşa” restoranının sökülməsinə aydınlıq gətirilib

    Söküntüsünə başlanan “Şuşa” restoranının ərazisi park statusuna malik olmasına baxmayaraq, illər öncə özəlləşdirilib və qeyri-qanuni olaraq sənədlər əldə edilib.

    Bu barədə “Report”a Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib.

    Qeyd olunub ki, sahibkara alternativ ərazidə iaşə obyekti təklif olunsa da, o, bundan imtina edib:

    “Həmçinin parkda yerləşən ağaclara aqrotexniki qulluq göstərilməməsi və nəticədə onların quruması, parkın ərazisində yanğın təhlükəsi yaradacaq fəaliyyətlərin göstərilməsi, nəzarətsiz tonqal qalanması və ətraf ərazilərin bərbad vəziyyətdə olması isə ətrafda yaşayan sakinlərin haqlı narazılığına gətirib çıxarırdi. Bütün bunları nəzərə alaraq, sözügedən restoran binasının sökülməsi və park ərazisinin abadlaşdırılması qərara alınıb”.

    İcra Hakimiyyətindən qeyd olunub ki, hazırda məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır, sahibkarın mülkiyyət hüququnun pozulması halı təsdiq olunarsa, qarşı tərəfə qanunamüvafiq kompensasiya ödəniləcək.

    Qeyd edək ki, sosial şəbəkədə Bakının Nərimanov rayonunda yerləşən “Şuşa” restoranının sökülməsi ilə bağlı videokadrlar paylaşılıb.

  • Беларусь начала военные учения у границы с Украиной

    В Беларуси с 8 января под руководством председателя Гомельского районного исполнительного комитета будут проводиться военные учения возле украинской границы.

    Как передает Median.Az со ссылкой на glavred.info, об этом сообщает Минобороны Беларуси.

    Пресс-служба ведомства отмечает, что учения завершатся 31 января – через неделю после президентских выборов, которые должны состояться 26 января.

    По данным Минобороны Беларуси, в ходе учений планируется осуществить:

    – прием военнообязанных территориальных войск и их всестороннее обеспечение с привлечением местной базы мобилизационного развертывания;

    – восстановление навыков командного состава территориальных войск в управлении подчиненными;

    – подготовку военнообязанных к выполнению задач, в частности совместно с инженерными подразделениями Вооруженных сил.

    Ранее сообщалось, что Беларусь наращивает военное присутствие в приграничье с Украиной. Известно, что подразделения Сухопутных войск Вооруженных сил Беларуси перебросили в Столинский, Лельчицкий, Мозырский и Гомельский районы. Именно эти районы находятся у границы с Украиной.

  • Belarus Ukrayna ilə sərhədə qoşun yığdı

    Belarus Ukrayna ilə sərhəd yaxınlığında hərbi təlim keçirir. Təlim yanvarın 31-dək davam edəcək.

    Bu barədə Median.Az Belarus Müdafiə Nazirliyinə istinadən xəbər verir.

    Belarus MN-in məlumatına görə, yanvarın 8-dən 31-dək Qomel vilayət icraiyyə komitəsi sədrinin rəhbərliyi ilə ərazi qoşunlarının hərbi qulluqçuları təlim-məşq toplanışı keçirilir.

    “Belaruski Qayun” “Telegram” kanalının məlumatına görə, Belarusdakı təlim-məşq toplanışı zamanı ehtiyatda olan hərbçilər də çağırılır.

    Qeyd edək ki, Qomel vilayəti Belarusun 2025-ci ildə nüvə müdafiəsi üzrə təlimlərin keçiriləcəyi ilk bölgəsi olub. Ərazi Ukraynanın Çerniqov vilayəti ilə həmsərhəddir.

  • AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır

    Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən “Azərbaycan Hava Yolları” QSC (AZAL) uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.

    Bu barədə Median.Az AZAL-a istinadən xəbər verir.

    “Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər”, – məlumatda deyilir.

    AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.

    Qeyd edək ki, AZAL ötən il dekabrın 25-dən etibarən Rusiyanın iki şəhərinə, dekabrın 28-dən isə səkkiz şəhərinə uçuşları dayandırıb. Bu qərar, AZAL-ın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində baş verən qəzası ilə bağlı aparılan araşdırmaların ilkin nəticələri və uçuş təhlükəsizliyində yarana biləcək risklər nəzərə alınaraq qəbul edilib.

    Uçuşların dayandırıldığı hava limanları aşağıdakılardır:

    Qroznı

    Mahaçqala

    Mineralnıye Vodı

    Soçi

    Volqoqrad

    Ufa

    Samara

    Saratov

    Nijni Novqoroq

    Vladiqafqaz

    Bu qərar təhlükəsizliyi təmin etmək məqsədilə qəbul edilmiş və araşdırmalar yekunlaşana qədər qüvvədə qalacaqdır.

  • В Загатале скончался еще один ребенок

    В Загатальской центральной районной больнице (ЦРБ) зафиксирован еще один случай смерти малолетнего ребенка.

    Как сообщает Median.Az со ссылкой на АПА, сегодня около 11:00 житель села Даначы Махач Катмаев (2022 г.р.) был доставлен родителями в отделение скорой помощи ЦРБ.

    При обследовании у несовершеннолетнего были выявлены признаки лихорадки, вирусной инфекции и пневмонии. Пациент был срочно переведен в реанимационное отделение медучреждения. Несмотря на медицинское вмешательство, около 19:00 в реанимационном отделении был зафиксирован факт биологической смерти М.Катмаева.

    Отметим, что 7 января в родильном отделении Загатальской ЦРБ скончалась новорожденная девочка.

    По обоим фактам в прокуратуре Загатальского района ведется расследование.

  • Zaqatalada daha bir azyaşlı ÖLDÜ

    Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) daha bir azyaşlı ölümü baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində rayonun Danaçı kənd sakini olan 08.10.2022-ci il təvəllüdlü Maxac İsmayıl oğlu Katmayev valideynlərinin köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım şöbəsinə gətirilib.

    Müayinə zamanı azyaşlı M.Katmayevdə qızdırma, viruz infeksiyası və pnevmoniya əlamətləri olduğu müəyyənləşib. Azyaşlı təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.

    Aparılan həkim müdaxilələrinə baxmayaraq, axşam saat 19 radələrində Reanimasiya şöbəsində M.Katmayevdə bioloji ölüm faktı qeydə alınıb.

    Qeyd edək ki, 07.01.2025-ci il tarixində Zaqatala RMX-nın doğum şöbəsində yeni doğulan körpə ölümü baş verib.

    Hər iki faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini vurğulayıb. Türkiyə Prezidenti ölkəsinin Cənubi Qafqaz regionunda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərdiyini deyərək, hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib.

    Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və strateji mütəffiqlik münasibətlərinin “Bir millət, iki dövlət” prinsipi ilə inkişaf etdiyini deyib, ölkələrimizin hər zaman bir-birinin yanında olduqlarını vurğulayıb.

    Telefon söhbəti zamanı 2025-ci ildə iki qardaş ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin dövlət başçıları təmasların davam etdirilməsi məsələsini qeyd ediblər.

  • Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)

    “Bu qərarın müsbət tərəfləri çoxdur. Düşünürəm ki, Azərbaycan vətəndaşları üçün xaricdə təhsil almaq baxımından geniş imkanlar yaradacaq qərardır”.
     
    Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev dövlət proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artırılmasından danşarkən deyib. 

    Təhsil eksperti bildirib ki, təqaüdlərin artırılması Azərbaycan vətəndaşlarının dünyanın bütün nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları üçün imkanların genişləndirilməsi deməkdir:
     
    “Bəzi hallarda təqaüdün az olması dünyanın bir sıra universitetlərdə təhsil almağa imkan vermirdi. Təqaüdlərin artırılması vacibdir. Dövlət başçısının 28 fevral 2022-ci il tarixli sərəncamı ilə dünyanın nifuzli ali təhsil müəssisələrində Azərbaycan gənclərinin təhsil alması üçün 2022-2026-ci illəri əhatə edən dövlət proqramı təsdiq olunub. Sonra isə bu müddət iki il də uzadılıb. Burada daha çox magistratura, sonra isə bakalavr pilləsində təhsil almaq imkanı vardı. Sonrakı artırılan iki il isə doktorantura pilləsində təhsil almaq imkanı qazandırıb”.

    Elçin Əfəndi qeyd edib ki, proqramın icra müddəti hər il 400 nəfər olmaqla, ümumilikdə 2 min nəfərə kimi Azərbaycan vətəndaşlarının xaricdə təhsil almaq hüququ verir:

    “İki il əlavə edildiyi üçün düşünülür ki, xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2500-3000 həddinə kimi qaldırıla bilər. Bunlarla yanaşı əsas vacib amil təqaüdün çox olmasıdır. Dövlət tərəfindən təqaüd nə qədər çox ayrılarsa dünyada tanınan birinci onluqda, yaxud da ilk iyrimilikdə yer alan universitetlərdə təhsil almaq imkanları daha real ola bilər. Vəsaitin konkret məbləği nə qədərdir, yaxud da nə qədər artırıla bilər bu barədə tam informasiya verə bilməyəcəm. Çünki qiymətlər universitetdən universitetə dəyişir”. 
    Qeyd edə ki, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova bildirib ki, 2025/2026-cı tədris ili üzrə dövlət proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artırılması məsələsinə baxılır.