Month: January 2025

  • Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət polkovniki Dədəş Ataşov vəzifəsindən azad edilib.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, o, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə işdən çıxarılıb.

    D.Ataşovun yerinə Füzuli Yusif oğlu Talıbzadə təyin olunub.

    Qeyd edək ki, Dədəş Ataşov 2008-ci ildən İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.

  • Astma xəstələri preparat tapa bilmir – VİDEO

    Araşdırmalara görə dünya əhalisinin 10 faizə qədəri astma xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyin yaranmasında əsas risk amili irsi, yəni genetik meyilli olması hesab edilir.

    Ölkəmizdə bu xəstəliklə mübarizə aparan vətəndaşlar artıq bir neçə aydır ki, dərman tapmaqda çətinlik çəkir. Hazırda apteklərdə dərman çatışmazlığı var. Əczaçılar buna səbəb kimi depolarda dərman preparatlarının olmadığını əsas gətirirlər.

    Bu barədə ARB TV-nin “Günə Son” verilişi araşdırma edib.

    Daha ətraflı video məlumatı təqdim edirik:

  • Месяц Рамазан в Азербайджане начнется 1 марта

    Месяц Рамазан в Азербайджане в этом году начнется 1 марта.

    Как сообщает Report, первая ночь предопределения (Лейлят аль-кадр, Ахъя, Гадр) приходится на 18 марта, а остальные – 20, 22 и 26 марта.

    Праздник Фитр (Рамазан) в этом году будет отмечаться 30 и 31 марта.

    Согласно соответствующему решению Кабмина, поскольку 30 марта выпадает на воскресенье, нерабочими днями будут четыре дня подряд – 30, 31 марта, 1 и 2 апреля.

  • Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu

    Azərbaycanda Ramazan ayı martın 1-də başlayacaq.

    Median.Az “Report”a istinadən xəbər verir ki, ilk Qədr (Əhya) gecəsi martın 18-i, digərləri isə martın 20-si, 22-si və 26-sı olacaq.

    Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq. Həmin günlər şənbə və bazara təsadüf etdiyindən ardıcılıq olaraq dörd gün – martın 30-u, 31-i, aprelin 1-i və 2-si qeyri-iş günləri olacaq.

    Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

  • Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək

    Yaxın gələcəkdə Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.

    Bu barədə Prezident İlham Əliyevin İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul etdiyi görüşdə bildirilib.

    Görüş zamanı iki ölkə arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipi əsasında münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi qeyd olunub.

    İclas çərçivəsində dövlət başçılarının qeyd etdiyi konkret layihələrin müzakirəsi baxımından əlverişli imkanın olacağına ümidvarlıq ifadə edilib.

  • Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi

    Nazirlər Kabineti “Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı”nı təsdiqləyib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərar “Aviasiya haqqında” 22 dekabr 2023-cü il tarixli qanunun tətbiqi barədə” ölkə Prezidentinin 15 fevral 2024-cü il tarixli fərmanının icrasını təmin etmək üçün qəbul edilib, daşımalarının səmərəliliyinin və müntəzəmliyinin təmin edilməsi, hava limanının (aeroportun) fəaliyyətinə qanunsuz müdaxilə aktlarının baş vermə ehtimalının azaldılması, eləcə də aviasiya təhlükəsizliyi sahəsində məlumatlılığın artırılması və aviasiya təhlükəsizliyi mədəniyyətinin təşviq edilməsi məqsədilə sərnişinin üzərində, əl yükündə, qeydiyyatdan keçmiş baqajda, yük və poçt göndərişlərində daşınması qadağan edilən əşya və maddələrin siyahısına dair məsələlərin təkmil tənzimlənməsini təmin edəcək.

    Təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı ilə bu linkdən tanış olmaq mümkündür.

  • Мирзоян: Ереван и Баку зафиксировали прогресс в нормализации отношений

    Ереван и Баку зафиксировали в 2024 году прогресс в нормализации отношений, продолжат делимитацию государственной границы.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом сегодня на пресс-конференции по итогам года заявил министр иностранных дел Армении Арарат Мирзоян.

    “В прошлом году зафиксирован существенный прогресс в процессе урегулирования отношений с Азербайджаном. Нам удалось подписать первый международно-правовой документ о совместной деятельности комиссий по делимитации”, – сказал Мирзоян.

    По его словам, между Арменией и Азербайджаном есть договоренность продолжить работу по делимитации. “Есть договоренность о встрече в январе комиссий по делимитации во главе с вице-премьерами двух стран. Есть понимание, как и где продолжить процесс делимитации”, – отметил Мирзоян.

    Он также сообщил, что в Ереване ждут ответа Баку на отправленные очередные предложения по проекту мирного соглашения. “По 15 из 17 пунктов соглашения есть согласие”, – сказал Мирзоян.

  • Mirzоyan: “İrəvan və Bakı münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb”

    “İrəvan və Bakı 2024-cü ildə münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb”.

    Median.Az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

    “Ötən il Azərbaycanla münasibətlərin tənzimlənməsi prosesində əhəmiyyətli irəliləyiş qeydə alınıb. Biz delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında ilk beynəlxalq-hüquqi sənədi imzalaya bildik”, – A.Mirzоyan vurğulayıb.

    A.Mirzoyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında delimitasiya işlərinin davam etdirilməsi barədə razılıq var:

    “Yanvarda iki ölkənin baş nazirlərinin müavinlərinin iştirakı ilə delimitasiya komissiyalarının görüşü barədə razılıq var”.

    XİN başçısı həmçinin deyib ki, İrəvan sülh sazişi layihəsi üzrə növbəti təkliflərə Bakının cavabını gözləyir:

    “Sazişin 17 bəndindən 15-i üzrə razılıq var”.

  • Göyərtəsində azərbaycanlıların olduğu gəmilərin Afrikada saxlanılmasının detalları MƏLUM OLDU

    “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı gəmilərinin Eritreyanın ərazi sularında saxlanılmasına münasibət bildirib.

    Filialdan “Report”a verilən açıqlamada deyilir ki, “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri sahibkarlıq fəaliyyəti çərçivəsində Əbu-Dabi limanına yola düşüb və müəyyən edilmiş marşrut üzrə səfərin Süveyş kanalından keçməklə həyata keçirilməsi nəzərdə tutulub.

    “Gəmilərin riskli piratlıq qaynar nöqtələrdən keçməsi nəzərdə tutulduğu üçün təhlükəsizliyin təmin edilməsinə ehtiyac yaranıb, bu məqsədlə gəmilərin mühafizəsini təmin etmək sahəsində ixtisaslaşmış müvafiq şirkət ilə müqavilə bağlanılaraq gəmilərə hər bir gəmiyə 2 nəfər olmaqla hərbiləşdirilmiş mühafizə qrupları ilə təmin edilib.

    Noyabrın 7-də gəmilər Eritreyanın dəniz sahil xəttindən keçərkən hava şəraiti səbəbindən Eritreyanın ərazi sularına girməklə hərəkəti davam etdirmək qərarı verilib və gəmi kapitanları ərazi sularına daxil olmaqla bağlı məlumatın çatdırılması üçün Eritreyanın təhlükəsizlik və sahil mühafizəsi qurumları ilə VHF-16 beynəlxalq kanalı vasitəsilə əlaqə saxlanılmasına çalışıb, lakin cavab almayıb.

    Noyabrın 7-si yerli vaxtla saat 10:06-da gəmidən əldə edilmiş hesabata əsasən, hər üç gəmini 13°23’N, 042°39’E koordinatlarında Eritreya hərbi donanması xidmətinin saxladığı məlum olub. Belə ki, xidmətin tələblərinə uyğun olaraq gəmilər hərəkət kursunu dəyişərək hərbi donanmanın təyin etdiyi məntəqəyə gəlib və lövbərə dayandıqdan sonra hərbi donanmanın nümayəndələrinin yoxlama prosesinə cəlb ediliblər”, – açıqlamada deyilir.

    Sözügedən gəmilərdə 18 Azərbaycan vətəndaşı və 6 əcnəbi vətəndaş olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.

    Qeyd olunan məsələ ilə əlaqədar kapitanlardan məlumat daxil olan kimi şirkət elə həmin gün, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinə rəsmi qaydada müraciət edib. Daha sonra isə Xarici İşlər Nazirliyinə müvafiq qaydada müraciətlər olunub və məsələnin həlli ilə əlaqədar adı çəkilən qurumlar ilə sıx əməkdaşlıq çərçivəsində bütün işlər görülüb.

    Eyni zamanda gəmilərin sığortalanmasını həyata keçirən sığorta şirkətinin səlahiyyətləri nümayəndələrinə və Böyük Britaniyanın müvafiq hüquq şirkətlərinə də müvafiq müraciətlər edilib və məsələnin həllinin tezləşdirilməsi üçün adı çəkilən təşkilatlar da əməkdaşlığa cəlb olunub.

  • В Баку сносят знаменитый ресторан “Шуша” – ВИДЕО

    В Баку сносят знаменитый ресторан “Шуша”.

    Как сообщает Baku.ws, распространились кадры сноса объекта, расположенного на улице Тебриз в Наримановском районе.