Month: January 2025

  • Paytaxtın bir küçəsində sürət həddi endirildi

    Yol hərəkəti təhlükəsizliyini artırmaq məqsədilə paytaxtın bir küçəsində sürət həddi endirilib.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilib ki, paytaxtın Mikayıl Əliyev küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

    Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

  • Арестована тиктокерша Nurdan

    Нурдан Юсифова, известная как Nurdan, была арестована в ходе полицейской операции против пропаганды безнравственности в социальных сетях.

    Как сообщает lent.az, на заседании в Бинагадинском районном суде в отношении женщины была избрана мера пресечения в виде ареста сроком на четыре месяца.

    Нурдан Юсифовой предъявлено обвинение по статье 234.1-1 (незаконные изготовление, производство, приобретение, хранение, перевозка, пересылка либо сбыт наркотических средств, психотропных веществ или их прекурсоров) Уголовного кодекса Азербайджана.

    Отметим, что расследование по следам операции “TikTok” ведется Главным управлением по борьбе с киберпреступностью Министерства внутренних дел.

  • Tiktoker “Nurdan” həbs edildi

    Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan “Nurdan” ləqəbli Nurdan Yusifova həbs edilib.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə xanım tiktoker barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

    Nurdan Yusifovaya qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, “TikTok” əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.

  • Nigeriya millisinin yeni baş məşqçisi bəlli olub

    Nigeriya millisinin yeni baş məşqçisi müəyyənləşib.

    Bu barədə Nigeriya Futbol Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

    Komandanın “sükanı arxasına” Erik Şell keçib. Federasiya 47 yaşlı mütəxəssisin qarşısına DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyub.

    Qeyd edək ki, 2022-24-cü illərdə Mali yığmasını çalışdırmış mütəxəssisin son iş yeri Əlcəzairin “Oran” klubu olub. Erik Şell futbolçu karyerası ərzində Fransada “Valensyen”, “Lans” kimi klublarda çıxış edib. O, yeni vəzifəsində almaniyalı Bruno Labbadianı əvəzləyib.

  • BDYPİ traktor sürücülərinə ÇAĞIRIŞ ETDİ

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev özünün sosial media hesabında paylaşım edib.

    “Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də texniki tələblərə cavab verməyən, konstruksiya bütövlüyü pozulmuş, xarici işıq cihazları nasaz traktor və ya digər kənd təsərrüfatı texnikalarının avtomobil yollarında hərəkətinin şahidi oluruq.

    Həmin texnikaların bu formada avtomobil yollarında hərəkəti digər hərəkət iştirakçıları üçün real təhlükə yaradır.

    Təəssüf hissi ilə qeyd edilməlidir ki, hətta bəzən sürücülük hüququ olmadan bu növ texnikaların idarə edilməsi hallarına rast gəlinir ki, bu hal sonda ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş verməsini qaçılmaz edir.

    Qeyd olunanlar nəzərə alınaraq traktor və digər kənd təsərrüfatı texnikalarını idarə edən şəxslərdən bir daha yol hərəkəti qaydalarına ciddi riayət etmələri tələb olunur” – deyə, çağırışda bildirilib.

    Xatırladaq ki, dünən axşam saatlarında Tərtərdə traktorla minik maşını toqquşub. Qəza nəticəsində VAZ-2101-də olan 1971-ci il təvəllüdlü Ə.Həsənəliyev və 2023-cü il təvəllüdlü sərnişin Asya Həsənəliyeva almış olduqları xəsarətlərdən xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

    Digər sərnişin Zəhra Məmmədova tibb müəssisəsinə yerləşdirilib.

  • Подозреваемый в подрыве Cybertruck у отеля Трампа готовил преступление при помощи ChatGPT

    Подозреваемый в подрыве электромобиля Tesla Cybertruck у принадлежащего избранному президенту США Дональду Трампу отеля в Лас-Вегасе (штат Невада) использовал генеративный искусственный интеллект (ИИ) ChatGPT при подготовке своего преступления.

    Как передает Median.Az со ссылкой на NBC, об этом заявил шериф городской полиции Кевин Макмахилл.

    “У нас есть доказательства того, что подозреваемый использовал искусственный интеллект ChatGPT, чтобы спланировать атаку”, – сказал он на пресс-конференции во вторник. По сведениям правоохранителей, подозреваемый Мэттью Лайвелсбергер при помощи ИИ пытался выяснить, в том числе, какое количество взрывчатки ему потребуется и где он может приобрести фейерверки.

    “Мы понимали, что ИИ так или иначе внесет изменения в наши жизни”, – отметил шериф, добавив, что это “первый известный ему случай использования ChatGPT на территории США” в таких целях. Какие ответы дал искусственный интеллект на запросы подозреваемого, полиция не уточнила.

    Представитель компании OpenAI, разработавшей ChatGPT, утверждает, что ее модели ИИ не предназначены для планирования преступлений и предостерегают от совершения противоправных действий. “Нас огорчил этот инцидент, мы привержены идее ответственного использования инструментов ИИ. Наши модели разработаны таким образом, чтобы не давать вредоносных инструкций и сводить к минимуму вредоносный контент. В данном случае ChatGPT ответил при помощи информации, которая уже была в свободном доступе в интернете, и предостерег от вредоносных и незаконных действий”, – заявил представитель OpenAI.

    Взрыв пикапа Cybertruck произошел 1 января у 64-этажного отеля Trump International Hotel в Лас-Вегасе. В результате инцидента один человек погиб, еще семь пострадали. Подозреваемый в подрыве был сержантом спецназа армии США, находившимся в отпуске. По данным СМИ, он служил в Афганистане, также его направляли в Грузию, Республику Конго и в Украину, но в каком именно статусе и когда он там находился, не уточняется.

  • “Cybertruck”ı partladan amerikalı cinayəti “ChatGPT” vasitəsilə hazırlayıb

    “Tesla Cybertruck” elektromobilini Las-Veqasda (Nevada ştatı) ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa məxsus hotelin yanında partlatmaqda şübhəli bilinən şəxs öz cinayətini hazırlayarkən “ChatGPT” generativ süni intellektindən istifadə edib.

    Median.Az-ın NBC-yə istinadən verdiyi məlumata görə, bu barədə şəhər polisinin şerifi Kevin Makmahill məlumat verib.

    Bildirilir ki, şübhəli şəxs Metyu Livelsberger süni intellekt vasitəsilə ona nə qədər partlayıcı lazım olacağını və harada fişəng ala biləcəyini öyrənməyə çalışıb.

    “Bizdə şübhəli şəxsin hücumu planlaşdırmaq üçün “ChatGPT” süni intellektindən istifadə etdiyinə dair sübutlar var”, – deyə şerif bildirib.

    Şerif qeyd edib ki, bu, ABŞ ərazisində “ChatGPT”dən bu məqsədlə istifadənin ona məlum olan ilk halıdır.

    “Biz başa düşürdük ki, süni intellekt bu və ya digər şəkildə həyatımıza dəyişikliklər gətirəcək”, – deyə Makmahill əlavə edib.

    Polis şübhəli şəxsin sorğularına süni intellektin hansı cavabları verdiyini açıqlamayıb.

    “ChatGPT”ni hazırlayan “OpenAI” şirkətinin nümayəndəsi bildirib ki, onların süni intellekt modelləri cinayətlərin planlaşdırılması üçün nəzərdə tutulmayıb və qanunsuz hərəkətlərdən çəkindirir.

    “Bu hadisə bizi kədərləndirib, biz süni intellekt alətlərindən məsuliyyətli istifadə ideyasına sadiqik. Modellərimiz zərərli təlimatlar verməmək və zərərli kontenti minimuma endirmək üçün hazırlanıb. Bu halda “ChatGPT” artıq internetdə sərbəst əlçatan olan məlumatlarla cavab verib, həmçinin zərərli və qanunsuz hərəkətlərdən çəkindirməyə çalışıb”, – deyə “OpenAI”nin nümayəndəsi bildirib.

    Xatırladaq ki, yanvarın 1-də Las-Veqasda “Trump International Hotel”in 64 mərtəbəli binasının yanında “Tesla Cybertruck” pikapı partladılıb. Hadisə nəticəsində bir nəfər (şübhəlinin özü) həlak olub, daha yeddi nəfər xəsarət alıb. Partlayışda şübhəli bilinən şəxs məzuniyyətdə olan ABŞ ordusunun xüsusi təyinatlı qüvvələrinin çavuşu olub. KİV-in məlumatına görə, o, Əfqanıstanda xidmət edib, həmçinin Gürcüstana, Konqo Respublikasına və Ukraynaya göndərilib, lakin hansı statusda və nə vaxt orada olduğu dəqiqləşdirilmir.

  • Bakıda avtomobil piyadanı vurub

    Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

    Belə ki, 1992-ci il təvəllüdlü Rafiq Həsənov idarə etdiyi VAZ-2121 avtomobili ilə 1966-cı il təvəllüdlü Sənubər Nəcəfovanı vurub.

    Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • AZAL отменил сегодняшний рейс из Баку в Казань

    Авиакомпания Azerbaijan Airlines (AZAL) отменила рейс Баку – Казань – Баку, запланированный на сегодня, 8 января 2025 года. Решение принято в связи с закрытием воздушного пространства над Казанью из-за плана “Ковер”.

    Об этом сообщила пресс-служба AZAL.

    AZAL уделяет первостепенное внимание безопасности полетов и строго придерживается международных стандартов.

    Пассажиры отмененного рейса могут получить дополнительную информацию, обратившись в колцентр авиакомпании по электронной почте: callcenter@azal.az.

    AZAL продолжает внимательно следить за ситуацией и будет своевременно информировать пассажиров о любых изменениях.

  • Rusiyada “Kovyor” planı – AZAL bir reysi ləğv etdi

    Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti 8 yanvar 2025-ci il tarixinə planlaşdırılan Bakı-Kazan-Bakı reysini ləğv edib.

    Bu barədə AZAL-dan məlumat verilib.

    Bildirilib ki, bu qərar Kazan üzərində “Kovyor” planı səbəbindən hava məkanının bağlanması ilə əlaqədar qəbul edilib.

    Uçuşların təhlükəsizliyi AZAL üçün prioritetdir və aviaşirkət beynəlxalq standartlara ciddi şəkildə riayət edir.

    Ləğv edilmiş reysin sərnişinləri əlavə məlumat üçün aviaşirkətin çağrı mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

    AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.