Month: January 2025

  • Elm adamlarını şoka salan hadisə: Həkim xəstədən XƏRÇƏNGƏ yoluxdu

    Tibb ictimaiyyəti Almaniyada baş vermiş nadir bir hadisədən heyrətə düşüb. Belə ki, 53 yaşlı cərrah əməliyyat zamanı xəstəsindən nadir xərçəng növü – fibroz histiositoma ilə yoluxub. Bu, xərçəng xəstəliyinin pasiyentdən həkimə ötürülməsinin sənədləşdirilmiş ilk halıdır.

    Bu nadir hadisə barədə “New England Journal of Medicine” elmi jurnalında məqalə dərc olunub.

    Bildirilir ki, almaniyalı cərrah yumşaq toxuma xərçəngi olan xəstəyə drenaj qoyulması zamanı əlini kəsib. Yaranın dərhal işlənməsi və sarğılanmasına baxmayaraq, beş ay sonra kəsik yerində bərkimə əmələ gəlib. Aparılan araşdırmalar göstərib ki, cərrahın şişi bədxassəli olub və genetik cəhətdən xəstənin xərçəngi ilə eyni olub.

    Fibroz histiositoma – hər il təxminən 1 400 nəfərdə diaqnoz qoyulan nadir bədxassəli şiş növüdür. Alimlər qeyd edirlər ki, bu, nadir haldır, çünki immun sistemi adətən yad toxumaları rədd edir. Lakin cərrahda “qeyri-effektiv antişiş immun reaksiyası” inkişaf edib ki, bu da xəstənin şiş hüceyrələrinin yaşamasına imkan verib.

    Əməliyyat olunan xəstə cərrahi müdaxilənin uğurlu keçməsinə baxmayaraq, ağırlaşmalar səbəbindən bir neçə ay sonra vəfat edib. Cərraha əməliyyat və antişiş terapiyası aparılıb ki, bu da xərçəngin yayılmasının qarşısını alıb.

    Ekspertlər vurğulayırlar ki, xərçəngin tibb işçilərinə keçməsi halları son dərəcə nadirdir və dəqiq statistika yoxdur. Lakin məlumdur ki, bəzi xərçəng növlərində – məsələn, süd vəzi, ağciyər, qaraciyər və digər orqanların xərçəngində xərçəng hüceyrələri cərrahi müdaxilələr zamanı yayıla bilər. Buna görə də həkimlər əməliyyatlar zamanı bütün təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyə çağırırlar.

  • Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər – DETALLAR (VİDEO)

    2023-cü il aprelin 13-də Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə könüllü gələn Bakı şəhər sakini 42 yaşlı İsrafil Yusifov arvadı Aygün Yusifovanı öldürməsi barədə məlumat verib.

    Hadisə 5-ci Binəqədi küçəsi, 2 ünvanında yerləşən “Stil Beauty” gözəllik salonunda baş verib. Giriş qapısının qarşısında, döşəmədə qadın meyiti aşkar edilib.

    Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Aygün Yusifovanın ölümünə ürəyi, hər iki ağciyəri və sol böyrəyi zədələyən çoxsaylı yaralar nəticəsində inkişaf etmiş massiv daxili və xarici qanitirmə səbəb olub.

    İstintaqla müəyyən edilib ki, 2023-cü il martın 27-də İsrafil və Aygün Yusifovların aralarında bağlanmış nikah pozulub. Məhkəmə 17, 15 və 7 yaşlı övladlarının analarının yanında qalması və İsrafil Yusifovun Aygün Yusifovaya aliment verməsi haqda qərar qəbul edib.

    Aprelin 5-də əməkhaqqı ödənişi kartına 529 manat pul köçdüyünü, həmin məbləğin 300 manatını yalnız Lənkəran şəhərində müvəqqəti yaşadığı evin kirayəsinə ödəməli olduğunu və yerdə qalan pulun ayın sonunadək kifayət etməyəcəyəni görən İsrafil Aygünə zəng edib, özündə qalan pul vəsaiti ilə dolana bilməyəcəyini deyib. Bakıda yaşadıqları evin 1-ci mərtəbəsinin kirayəsindən aldığı 250 manat pulu ona göndərməsini tələb etdikdə keçmiş arvadı buna etiraz edib.

    Bundan əsəbiləşən İsrafil Aygünü tamah niyyəti ilə öldürmək qərarına gəlib. Bu məqsədlə aprelin 13-də səhər Bakıya gələrək məişət təyinatlı bıçaq alıb və saat 11:30-da 5-ci Binəqədi küçəsi, 2 ünvanında “Stil beauty” gözəllik salonuna gedib. Orada işləyən Aygünlə mübahisə edib. Sonra cibindən bıçağı çıxarıb, ona xəsarətlər yetirib. Qadın yerdə sürünərək ondan uzaqlaşmağa çalışsa da, aman diləməsinə məhəl qoymayıb, müstəsna dərəcədə rəhmsizliklə ümumilikdə bədəninə 8 dəfə zərbə endirib. Axırıncı zərbəni Aygünün ürəyinə vurub, bıçağı həmin nahiyədə sancılmış vəziyyətdə saxlayaraq hadisə yerindən uzaqlaşıb.

    Məhkəmə iclasında İsrafil Yusifov ittiham üzrə özünü qismən təqsirli bilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə İsrafil Yusifov 19 il müddətinə azadlıqdan məhrum olunub.

    Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. İ.Yusifovun cəzası 17 ilə endirilib.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Оползни в Азербайджане: где зафиксирована активность?

    На территории Азербайджана наблюдается активность в оползневых зонах, процесс находится под контролем, ведется строгий мониторинг.

    Об этом в ответ на запрос АПА сказал председатель правления Агентства по геологической разведке Али Алиев.

    Он отметил, что в связи с интенсивными сезонными осадками в последнее время на некоторых оползневых участках наблюдается повышенная активность.

    “Мониторинг существующих оползневых участков продолжается. Основные активные зоны расположены в южном регионе, на Абшеронском полуострове, в зоне Шемахы – Исмайыллы и частично Габала – Агдаш.

    Несмотря на локальную активность оползней в Баку, общая ситуация относительно стабильна. На Абшероне относительная активность зафиксирована в жилмассиве Нубар и районе “Зали гёлю” в Масазыре. В Сураханском районе на оползневом участке Зых-1 у зданий №39 и 41 наблюдается слабое смещение опорных стен. Также слабая активность отмечена в домах 3B, 3Q, 3D, 3E в Зых-1.

    В древней оползневой зоне Зых в последнее время фиксируются незначительные динамические изменения на территории вблизи кладбища. Кроме того, интенсивные осадки создают ощутимую активность в районе ЖК Badu-Kübə и на проспекте Гянджа, 97″, – добавил А.Алиев.

    Председатель Агентства подчеркнул, что активные локальные оползни зарегистрированы в селах Хамарат, Пирзакучя и Ванади Лерикского района, а также Сияку, Шуви, Асханакяран, Чуваш и Сипияпарт Астаринского района. Причиной считаются как классические оползневые зоны, так и природные факторы – увеличение объема атмосферных осадков.

    По его словам, в Лянкяране также встречаются локальные оползни, но в последнее время здесь зафиксировано лишь несколько участков на правом склоне дороги Лянкяран – Ханбулан. На других оползневых участках наблюдается стабильная ситуация.

    “В последнее время мы проводим более серьезный мониторинг на территории Губинского района, где на левом берегу реки Гудиалчай у села Купчалгышлаг зафиксирована большая оползневая масса. Оползень, продвигающийся от левого берега в сторону речной долины, привел дорогу в непригодное состояние, и есть вероятность продвижения оползня в сторону построек. Процесс в настоящее время активен и находится под контролем наших специалистов”, – подытожил Али Алиев.

  • Azərbaycanda yeni sürüşmə sahələri yaranıb

    Ölkə ərazisində sürüşmə sahələrində aktivlik var, proses nəzarət altındadır və ciddi monitorinqlər aparılır.

    Median.Az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev deyib.

    O bildirib ki, son dövrlər ölkə ərazisində mövsümi xarakterli intensiv atmosfer çöküntülərinin düşməsi ilə əlaqədar bəzi sürüşmə sahələrində aktivlik müşahidə edilir:

    “Mövcud sürüşmə sahələrinin monitorinqi davam etdirilir. Əsas aktiv sürüşmə sahələri cənub bölgəsində, Abşeron yarımadasında, Şamaxı-İsmayıllı, qismən də Qəbələ-Ağdaş zonasındadır”.

    Əli Əliyevin sözlərinə görə, Bakıda lokal sürüşmə sahələrində aktivlik müşahidə edilsə də, ümumi vəziyyət nisbi stabildir:

    “Belə ki, Abşeron yarımadasındakı sürüşmə sahələrində, o cümlədən Nübar massivi və Masazır “Zəli gölü” sahəsində də nisbi aktivlik qeydə alınıb.

    Suraxanı rayonu Zığ-1 sürüşmə sahəsində 39 və 41 saylı binaların yerləşdiyi ərazinin istinad divarlarında zəif yerdəyişmə müşahidə edilib. Eyni zamanda, Zığ-1-də 3B, 3Q, 3D, 3E binalarında zəif aktivlik müşahidə edilir.

    Qədim sürüşmə sahəsi hesab edilən Zığda isə son zamanlar qəbiristanlığa yaxın ərazilərdə səthdə zəif dinamik dəyişiklik müşahidə edilməkdədir.

    Bundan başqa son zamanlar atmosfer çöküntülərinin intensiv düşməsi “Badu-Kübə” MTK-nın ərazisində və Gəncə prospekti 97-də hiss ediləcək aktivlik yaradır”.

    Əli Əliyev onu da qeyd edib ki, bu sahələrdə artıq müvafiq qurumlar tərəfindən prosesin inkişafının qarşısının alınması üçün layihələr hazırlanmaqdadır.

    Agentlik sədri vurğulayıb ki, Lerik rayonu Hamarat, Pirzəküçə və Vənədi kəndlərində aktiv lokal sürüşmə sahələri qeydə alınıb.

    “Bundan əlavə Astara rayonu ərazisində Siyaku, Şuvi, Asxanakəran, Çuvaş və Sipiyəpart kəndləri ərazisində də lokal aktivlik sahələri qeydə alınıb. Buna səbəb kimi həm ərazilərin klassik sürüşmə sahələri olması, eyni zamanda, təbii amillər – atmosfer çöküntü kütlələrinin həcminin artması hesab edilir.

    Lənkəranda da lokal sürüşmə sahələrinə rast gəlinir, amma son zamanlar burada yalnız Lənkəran-Xanbulan yolunun sağ çiynində bir neçə lokal sahə qeydə alınıb. Digər sürüşmə sahələrində isə stabil vəziyyət müşahidə edilir”.

    2023-cü ilin son dekadasında atmosfer çöküntülərinin və texnogen amillərin təsirindən Taxtakörpü su anbarının ərazisində formalaşmış sürüşmə sahəsi son vəziyyətlə bağlı danışan Agentlik sədri bildirib ki, bu sürüşmə sahəsində eni 65-70, uzunluğu 85-90 metr olan qırılma baş verib və sürüşmənin qarşının alınması məqsədilə müvafiq qurumlar tərəfindən tədbirlər planı hazırlanmaqdadır.

    “Son zamanlar daha ciddi monitorinqlər apardığımız Quba rayonu ərazisində Küpçalqışlaq kəndi Qudyalçayın sol sahilində böyük sürüşmə kütləsi qeydə alınıb. Sol sahildən çay dərəsi istiqamətində irəliləyən sürüşmə yolu yararsız vəziyyətə salıb və sürüşmənin tikililərə doğru irəliləmək ehtimalı var. Proses hazırda aktiv vəziyyətdədir və mütəxəssislərimizin nəzarətindədir”, – Əli Əliyev əlavə edib.

  • XİN Eritreyada girov götürülən gəmi ilə bağlı məsələni nəzarətə götürdü

    “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib.

    Bunu “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə deyib.

    O bildirib ki, keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya Dövlətinin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb:

    “Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşıdır. Baş vermiş hadisə ilə bağlı ilkin məlumatlar 07.11.2024-cü il tarixində işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra, tərəfimizdən hadisəyə dərhal reaksiya verilərək məsələ nəzarətə götürülüb”.

    A.Hacızadə vurğulayıb ki, zəruri tədbirlərin görülməsi məqsədilə Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik Respublikasında və Rusiya Federasiyasındakı səfirliklərimiz vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb:

    “Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib. Məsələnin həlli, gəmilərin və heyətin sərbəst buraxılması, eləcə də zəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiq iş davam etdirilir”.

  • Двоих пострадавших кыргызстанцев во время крушения самолета AZAL выписали из больницы

    Двоих пострадавших кыргызстанцев во время крушения самолета AZAL вблизи казахстанского Актау выписали из больницы.

    Как передает Median.Az со ссылкой на кыргызские СМИ, об этом сообщили в Минздраве страны.

    Состояние третьего пострадавшего стабильное, он продолжает лечение в отделении нейротравмы Национального госпиталя.

    Напомним, что пассажирский самолет AZAL, выполнявший рейс Баку-Грозный, потерпел крушение 25 декабря вблизи города Актау в Казахстане. Из 67 человек на борту 38 погибли, 29 выжили.

    По предварительным данным, самолет потерпел крушение в результате физического и технического внешнего вмешательства, произошедшего в воздушном пространстве России над Грозным.

  • Aktau yaxınlığında təyyarə qəzası zamanı xəsarət alan iki qırğızıstanlı xəstəxanadan buraxılıb

    Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması zaman xəsarət alan iki qırğızıstanlı xəstəxanadan buraxılıb.

    Median.Az Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Xəsarət alan üçüncü şəxsin vəziyyəti sabitdir, Milli Hospitalın Neyrotravma şöbəsində onun müalicəsi davam edir.

    Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

    İlkin məlumata görə, təyyarə Rusiyanın hava məkanında Qroznı üzərində fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

  • Küveytin Baş naziri Prezident İlham Əliyevə başsağlığı verib

    Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabah Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb.

    Başsağlığında deyilir:

    “Dost Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.

    “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması nəticəsində insanların həlak olmaları və yaralanmaları xəbərini dərin hüznlə qarşıladıq.

    Zati-aliləri, bu faciəvi hadisə ilə bağlı kədərinizi bölüşür, Sizə başsağlığı veririk. Qəzanın qurbanlarına Uca Allahdan rəhmət diləyir, yaralananların tezliklə sağalmalarını arzulayırıq”.

  • Ölkəyə 41 qızıl külçə keçirən vəzifəli şəxsin – FOTOSU

    Xəbər verdiyimiz kimi, ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl külçə keçirmək cinayətinin törədilməsində iştirak edən vəzifəli şəxs həbs edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ilə bağlı Baş Prokurorluq da ötən gün məlumat yayıb. Qeyd edilib ki, cinayətin törədilməsində iştirak edən şəxsin Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru Mirzəliyev Əfsər Nüsrət oğlu olduğu məlum olub.

    Onun öz qulluq mövqeyindən istifadə edib vətəndaş Səfərov Səfər Həsən oğlu ilə qabaqcadan əlbir olaraq 27 dekabr 2024-cü il tarixdə saat 04:50 radələrində sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.

    Həmin şəxsin fotosunu təqdim edirik:

  • В Ереване подтвердили планы по встрече комиссий по делимитации между Азербайджаном и Арменией

    В ближайшее время состоится встреча комиссий по делимитации границы между Арменией и Азербайджаном.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом сообщили в Aппарате вице-премьера Армении Мгера Григоряна.

    Сообщается, что o конкретной дате пока договоренности нет.

    Отметим, что президент Азербайджана Ильхам Алиев в интервью местным телеканалам 7 января заявил о том, что в этом месяце должна состояться очередная встреча азербайджанской и армянской комиссий по делимитации.

    “Насколько я знаю, в этом месяце, во всяком случае по нашей инициативе, мы предложили, должна состояться очередная встреча азербайджанской и армянской комиссий по делимитации с тем, чтобы продолжить вопрос делимитации”, – отметил президент Азербайджана.