Month: January 2025

  • Yarım milyonluq qızıl Bakı aeroportundan necə keçirilib? – Vəzifəli şəxs tək olmayıb

    Qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə qızıl külçə keçirmiş şəxsin və eləcə də,  həmin cinayətin törədilməsində iştirak etmiş vəzifəli şəxsin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

    Baş Prokurorluqdan verilən məlumata görə, istintaq zamanı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru Mirzəliyev Əfsər Nüsrət oğlunun öz qulluq mövqeyindən istifadə edib vətəndaş Səfərov Səfər Həsən oğlu ilə qabaqcadan əlbir olaraq 27 dekabr 2024-cü il tarixdə saat 04:50 radələrində sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.

    Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində cinayət işi üzrə əhəmiyyət kəsb edən qızıl külçələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.

    Toplanmış sübutlar əsasında Səfər Səfərova Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

  • İlham Əliyev: “Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb”

    “Bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal bqdcə isə 48 milyard manatı ötüb. Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb”

    Bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.

  • Prezidentin yerli televiziya kanallarına müsahibəsi – CANLI

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsi yayımlanır.

  • Bakıda polis əməkdaşları 10 min manat tapıb, sahibi axtarılır

    Bakının Səbail rayonunda yerləşən Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10000 manat pul tapıblar. 

    Median.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev feysbuk hesabında paylaşım edib.

    “Xahiş edirik pul itirən hansısa iştirakçı varsa, yaxınlıqda olan polis əməkdaşlarına məlumat versinlər” – qurum rəsmisi paylaşımında bildirib

  • İranda bir ildə 997 nəfər edam olunub

    İranda 2024-cü il ərzində 997 nəfər barəsində çıxarılan edam hökmü icra olunub.

    Median.Az “report”a istinadən xəbər verir ki, bu rəqəm İran müxalifətinin məlumatları əsasında hazırlanıb.

    Hüquq müdafiəçiləri bildiriblər ki, bütün edam hökmləri qeydiyyata alınmadığından onların sayı göstərilən rəqəmdən də artıqdır.

    Məlumata görə, 2024-cü ildə edamların sayı 2023-cü ildə icra olunanlardan 16 faiz çoxdur. Bildirilib ki, edam olunan 997 nəfərdən 34-ü qadın, 9-u yeniyetmədir. Dörd kişinin edamı ictimai şəkildə, qalanı isə həbsxanada icra olunub.

  • Rusiyaya məxsus gəmi Malayziya sahillərində qəzaya uğrayıb

    Rusiyaya məxsus “Piliqrim” gəmisi dünya səyahəti zamanı Malayziya sahillərində qəzaya uğrayıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Malayziyadakı diplomatik nümayəndəliyi məlumat verib.

    Gəminin kapitanı və ekipaj xəsarət almayıb.

    “Rusiyanın Malayziyadakı səfirliyi dünya səyahəti edən “Piliqrim” adlı Rusiya gəmisinin 2024-cü il dekabrın 20-də Borneo adasının şimal sahillərində (Malayziyanın Saravak ştatı) qəzaya uğraması ilə bağlı vəziyyətdən xəbərdardır. Diplomatik missiya hadisə barədə məlumat daxil olduğu andan etibarən gəminin kapitanı S.V.Sinelnik ilə əlaqə saxlayır. Səlahiyyətlərimiz çərçivəsində ekipaj üzvlərinə yardım göstəririk”, – səfirlikdən bildirilib.

  • London klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb

    İngiltərənin “Tottenhem” klubu futbolçusu Son Hın Min ilə müqavilənin müddətini uzadıb.

    Bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    32 yaşlı hücumçunun yeni sözləşməsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.

    Qeyd edək ki, Son Hın Min 2015-ci ildən “Tottenhem”də çıxış edir.
     

  • İmişlidə avtoxuliqanlıq edən sürücü cəzalandırıldı

    İmişlidə avtoxuliqanlıq edən sürücü inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

    Bildirilib ki, İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan VAZ markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı üçün “saxla” işarəsi verilib.

    Lakin sürücü, rayon sakini Şahin Tağızadə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. O, yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququnun olmaması müəyyən edilib.

    Ş.Tağızadə barəsində protokol tərtib edilib və o, 750 manat məbləğində cərimə olunub.

  • Şamaxıda 49 yaşlı kişi dəm qazından BOĞULDU

    Şamaxıda 49 yaşlı kişi dəm qazından boğulub.

    Şəhər sakini, 1976-cı il təvəllüdlü Zülfüqar Əşrəf oğlu Hüseynov hamam otağında dəm qazından boğularaq həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане арестован племянник известного полковника

    Предварительное расследование уголовного дела о контрабанде золотых слитков, возбужденного в Государственном таможенном комитете Азербайджана, продолжается в Главном управлении по борьбе с коррупцией при генеральном прокуроре.

    Об этом проинформировала пресс-служба Генпрокуратуры.

    Согласно информации, старший инспектор Афсар Мирзалиев и гражданин Сафар Сафаров, действуя по предварительному сговору, 27 декабря 2024 года провезли контрабандой 41 золотой слиток общей стоимостью 461 000 манатов на территорию страны рейсом Стамбул – Баку через Международный аэропорт Гейдар Алиев.

    В ходе оперативных мероприятий были изъяты золотые слитки и другие вещественные доказательства. С.Сафарову предъявлено обвинение по статье 206.3.2 (контрабанда группой лиц по предварительному сговору), А.Мирзалиеву – по статьям 206.3.2 и 206.3.3 (контрабанда с использованием служебного положения) Уголовного кодекса АР. Суд избрал в их отношении меру пресечения в виде ареста.

    Отметим, что А.Мирзалиев является племянником известного полковника Абдуллы Мирзалиева.