Month: January 2025

  • Президент Ильхам Алиев наградил Ахмеда Ахмедзаде

    Президент Азербайджанской Республики (АР) Ильхам Алиев подписал распоряжение о награждении Ахмеда Джума оглу Ахмедзаде орденом “Шараф”.

    Об этом сообщает АЗЕРТАДЖ.

    Согласно документу, А.Ахмедзаде награжден за многолетнюю плодотворную деятельность на государственной службе в АР.

  • Prezident Əhməd Əhmədzadəni təltif etdi

    Prezident İlham Əliyev Əhməd Cuma oğlu Əhmədzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Ə.Əhmədzadə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

  • Legioner limitini keçən klublar 100 min manat ödəməli olacaqlar

    Bu ay Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin (İK) 2025-ci ildə ilk iclası keçiriləcək.

    Median.Az Sport24.az-a istinadən xəbər verir ki, toplantıda ölkə futbolunun gələcəyi ilə bağlı önəmli qərarların qəbul olunacağı gözlənilir ki, onlardan biri də legioner limitinin ləğvi ilə bağlıdır.

    Yeni qərarda legioner rüsumu ilə bağlı dəyişikliyin olacağı gözlənilir. Növbəti mövsümdən etibarən heyətinə 11-dən artıq əcnəbi futbolçu cəlb edəcəyi halda, klub hər birinə görə AFFA-nın xəzinəsinə 100 min manat ödəniş etməli olacaq.

    Qeyd edək ki, hazırda Premyer Liqada mübarizə aparan komandalar meydana 7+4 (7 legioner+4 yerli) şərti ilə çıxa bilərlər.

  • “Karantin qaydalarına əməl edilmir, yeni virusun Azərbaycana gəlməsi tam realdır” – Professor danışdı

    Çində yayılmağa başlayan metapnevmovirusa artıq Qazaxıstan, Qırğızıstan, Hindistan və Ukraynada yoluxanlar olub. Qısa bir zaman kəsiyində virusun müxtəlif ölkələrə yayılması insanlar arasında narahatlıqların artmasına səbəb olub. 

    Metapneumovirus (MPV), eləcə də Human metapneumovirus (hMPV), pnevmoniya və digər yuxarı tənəffüs yolu infeksiyalarına səbəb ola bilən bir virusdur. İlk dəfə 2001-ci ildə insanların tənəffüs sistemində olan xəstəliklərə səbəb olaraq tanınmışdır. Virusun ölkəmizə gəlməsi isə sual altındadır.
     
    Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla AZXEBER.COM-a açıqlama verib.
     
    O, açıqlamasında Çinlə Azərbaycan arasında əlaqələrin geniş olmasını əsas gətirərək virusun tezliklə ölkəmizə gələ biləcəyi ehtimalını diqqətə çatdırıb:
     
    “Bu gün Çində həm metapnevmovirus, həm mikoplazma pnevmoniyası, həm də adenoviruslar geniş yayılıb. Bundan başqa dünyanın əksər ölkələrində pandemiya bitsə də, Koronavirusun “Omicron” ştamının mutasiya variantları davam etməkdədir. Bir də “İnfluenza” qrip infeksiyası davam edir. Qrip hər il ənənəvi şəkildə peyda olur. Bununla yanaşı RNT daşıyıcı virusdur və mutasiyaya meyllidir. Hər il yeni variantda ortaya çıxır. Digər tərəfdən qarışıq epidemoloji durum ayrı-ayrı ölkələrdə müxtəlif cür təzahür edir. 
     
    Azərbaycanda metapnevmovirusun yayılması və mövcud olması realdır. Çünki Çinlə bizim aramızda ticarət əlaqələri var. İnsanlar gediş-gəliş edirlər. Türkiyə ilə də əlaqələri mövcuddur. Hər iki ölkənin Çinlə əlaqələrinin geniş olmasını nəzərə alsaq, tez bir zamanda virusun ölkəmizə gəlməsini mümkün hal olaraq qiymətləndirə bilərik. 

    Professor infeksiyanın yayılmasını qarşısını almağın çətin olacağını deyib: 

     
    “Qazaxıstan, Qırğızıstan, Ukrayna və Hindistanda yoluxmaların olduğunu nəzərə alsaq, infeksiyanın Orta Asiyadan da ölkəmizə gəlməsi daha real görünür. Azərbaycanda hazırkı vaxtda eşitdiyimiz şikayətlər və müraciətlər onu göstərir ki, burda da kifayət qədər ciddi klinik gedişə malik olan respirator infeksiyalar tüğyan edir. Bunların identifikasiyaları xüsusi laboratoriyalarda həyata keçirilməlidir. O laboratoriyalar dövlət qurumlarının ixtiyarındadır və onlar bunu yoxlayıb insanlara məlumat verməlidirlər. Amma biz klinik əlamətlərə görə, iddia edə bilərik ki, bu virusun ölkəmizə gəlməsi mümkündür. Bəlkə də artıq mövcuddur. 
    Adil Qeybulla virusdan qorunmağın yolları haqda da danışıb: 
     
    Ümumiyyətlə, xəstəliklərdən mümkün qədər qorunmaq üçün karantin qaydalarına əməl etmək lazımdır. Maska taxmaq, əllərin gigiyenasına diqqət etmək, xəstə insanlardan uzaq olmaq şərtdir. Təəssüflər olsun ki, insanlar bunlara riayət etmirlər. Nəticədə isə yoluxanların sayı artmağa davam edir. Ən azından yoluxanda belə virus yükünün az olması lazımdır ki, infeksiya yüngül keçə bilsin”.
     

  • Abşeronda 66 yaşlı qadının meyiti tapıldı

    Abşeronda küçədə qadın meyiti tapılıb.

    Hadisə Saray qəsəbəsi Vaqif küçəsində qeydə alınıb.

    1959-cu il təvəllüdlü Şaxaxanım İmran qızı Əliyevanın evinin yaxınlığında küçədə yıxılaraq öldüyü bildirilir.

    Meyit aidiyyəti üzrə təhvil verilib. Fakt araşdırılır.
     
    //APA

  • Rusiyada 21 yaşlı azərbaycanlı qətlə yetirilib

    Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı gənc qətlə yetirilib.

    “Report”un Muğan bürosunun məlumatına görə, 2004-ci il təvəllüdlü İlyas Hüseynov yaşadığı çoxmərtəbəli binadan yerə atılıb. O, hadisə yerində ölüb.

    Mərhum Cəlilabad rayonunda torpağa tapşırılıb.

  • Kanadanın Baş naziri istefasını açıqladı

    Kanadanın Baş naziri Castin Trüdo Liberal Partiyasının lideri və baş nazir vəzifəsini tərk etmək niyyətində olduğunu açıqlayıb.

    Bu haqda CNN mənbələrə istinadən məlumat yayıb.

    Trüdo bildirib ki, partiya sədrliyindən istefa versə də, Baş nazir postunda vəzifələrini hələlik icra edəcək.

    Baş nazir bununla yanaşı parlamentin martın 24-dək buraxılacağını da bildirib.

    Qeyd edək ki, Kanadada ümumi seçkilər oktyabrın sonuna qədər keçirilməlidir.

  • Sabah Bakının iki rayonunun qazla təchizatında fasilə yaranacaq

    Sabah Bakının Sabunçu və Xətai rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

    Bildirilib ki, “Ramana” qazpaylayıcı stansiyasında (QPS) orta təzyiqli qaz xəttində və Xətai rayonu, Y. Əliyev küçəsi ünvanında aparılan təmir-bərpa işləri ilə əlaqədar yanvarın 7-də saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana, Bünyadzadə , Tağıyev, Yeni Zaman küçələri, Sabunçu qəsəbəsinin 9-cu mədən ərazisi, Suraxanı xidmət sahəsi üzrə Deputat küçəsinin bir hissəsində və Xətai rayonun bəzi hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Sumqayıtda 52 yaşlı kişi meyiti tapılıb

    Sumqayıtda 52 yaşlı kişi meyiti tapılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Corat bağlarında qeydə alınıb.

    1973-cü il təvəllüdlü Natiq Zahid oğlu Abbasovun meyiti yaşadığı evdə aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Mehriban Əliyeva xristian icmasını təbrik etdi

    Azərbaycanın birinci vitse-prezidenti, Mehriban Əliyeva xristian icmasını Milad bayramı münasibətilə təbrik edib.

    O, bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

    “Bütün xristian icmasını Milad bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu əziz bayram günündə bütün xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram! Uca Tanrı edilən bütün duaları qəbul etsin!” , -paylaşımda qeyd olunub.