Month: January 2025

  • Sabiq nazir müavininə ağır itki

    Azərbaycan Respublikasının Ədliyyə nazirinin sabiq müavini Vilayət Zahirovun ailəsinə ağır itki üz verib.

    Sabiq nazir müavininin atası Həsən Zahirov dünyasını dəyişib.

    Mərhumun cənazəsi bu gün Naxçıvan Muxtar Respublikasının (NMR) Şərur rayonunda torpağa tapşırılacaq.

    Mərhuma Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyirik.

  • Ərinə it dedi, döyülərək xəstəxanalıq oldu

    Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xəyal Sultanovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü Xəyal Sultanova şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

    İttihama görə, hadisə ötən il Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən evlərin birində qeydə alınıb.

    Belə ki, Xəyal Sultanov arvadı, zərərçəkmiş Fəridə Sultanovaya evi və yorğanları səliqəli yığışdırmadığını irad tutub. Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zəminində zərərçəkmiş şəxs ona aqressiv formada təhqiramiz cavab verib, evin qapısından çıxmaq istəyərkən yenidən ərinə it deyib. Sonra Xəyal qəsdən arvadının sifət, qarın və ayaq nahiyələrindən yumruq, təpik zərbələri vuraraq ona xəsarət yetirib.

    Xəsarət alan Fəridə xəstəxanaya yerləşdirilib.

    Hadisədən sonra Xəyal Sultanov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

  • Турецкий клуб отказался от участия в чемпионате

    Турецкий футбольный клуб “Йени Малатьяспор” принял решение не участвовать в I Лиге Турции.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу клуба.

    “Желто-черные” направили в Федерацию футбола Турции просьбу о снятии с чемпионата при условии сохранения их прав.

    Отметим, что недавно дисциплинарный комитет ФИФА аннулировал 18 очков “Ени Малатьяспора”.

  • Türkiyə klubu çempionatda iştirakdan imtina edib

    “Yeni Malatyaspor” Türkiyə I Liqasından çəkilmə qərarı verib.

    Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

    “Sarı-qaralar” hüquqlarının qorunması şərti ilə çempionatdan çıxma tələblərini Türkiyə Futbol Federasiyasına göndəriblər.

    Qeyd edək ki, bir müddət əvvəl FIFA İntizam Komitəsi “Yeni Malatyaspor”un 18 xalını silmişdi.

  • В Баку 11-летнюю девочку сбил автомобиль

    В Сураханском районе Баку произошло дорожно-транспортное происшествие.

    Как сообщает Report, автомобиль сбил переходившую дорогу А.Алиеву (2014 г.р.).

    Девочка была госпитализирована. При обследовании у нее диагностировали открытую черепно-мозговую травму.

    По данному факту ведется расследование.

  • Suraxanıda yeniyetməni avtomobil vurub

    Bakının Suraxanı rayonunda 11 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

    Median.Az
    “Report”a istinadən xəbər verir ki, 2014-cü il təvəllüdlü Ə.Əliyeva yolu keçərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Белки COVID-19 годами накапливаются в мозге и костях черепа

    Исследователи из Мюнхенского университета имени Гельмгольца установили, что шиповидный белок SARS-CoV-2 может сохраняться в мозговых оболочках и костном мозге черепа в течение четырех лет после заражения, повышая риск нейродегенеративных заболеваний.

    Результаты исследования опубликованы в журнале Cell Host & Microbe.

    К такому выводу ученые пришли в результате применения инновационного метода визуализации на основе искусственного интеллекта, который позволил исследовать влияние спайкового белка SARS-CoV-2 на мозг. Новый метод помогает отображать в 3D-формате клеточные структуры, метаболиты и вирусные белки.

    Исследователи обнаружили, что шиповидный белок вируса может накапливаться и сохраняться в костном мозге и мозговых оболочках черепа, даже спустя годы после перенесенной инфекции COVID-19. Отмечается, что белок-шип связывается с рецепторами ACE2, которых особенно много в этих областях, что делает ткани уязвимыми для долгосрочного воздействия.

    Доктор Чжоуи Ронг, первый автор исследования, отметил, что накопление белка-шипа на границах мозга может быть связано с неврологическими последствиями COVID-19, включая “долгий COVID” и нейродегенеративные заболевания. Ученые подсчитали, что постоянное присутствие белка-шипа может ускорять старение мозга, что эквивалентно потере пяти-десяти лет его нормальной работы.

    Исследование также подтвердило, что мРНК-вакцины значительно снижают риск долгосрочных последствий, однако не исключают возможность заражения после вакцинации. Такие инфекции могут приводить к хроническому воспалению мозга, повышая риск инсультов и других серьезных осложнений.

  • COVID-19 yoluxmadan illər sonra da beyində qalır – Alimlərdən xəbərdarlıq

    Koronavirus yoluxmadan illər sonra da beyində mənfi təsirlər qoya bilər.

    Bu barədə Münhen Universitetinin alimlərinin yeni tədqiqatı göstərib. Nəticələr “Cell Host & Microbe” jurnalında dərc edilib.

    Bildirilir ki, SARS-CoV-2-nin spayk proteini yoluxmadan dörd il sonraya qədər beyin qişalarında və kəllə sümüyü iliyində qala bilər. Bu isə neyrodegenerativ xəstəliklərin inkişaf riskini əhəmiyyətli dərəcədə artırır.

    Bunu süni intellektə əsaslanan innovativ görüntüləmə metodu sayəsində öyrənmək mümkün olub. Yeni metod hüceyrə strukturlarını, metabolitləri və virus proteinlərini 3D formatda göstərməyə kömək edir.

    Nəticələr göstərib ki, spayk proteini bu bölgələrdə xüsusilə çox olan ACE2 reseptorları ilə birləşərək sümük iliyində və beyin qişalarında toplanır və illərlə qalır.

    Elm adamlarının sözlərinə görə, spayk proteininin davamlı mövcudluğu COVID-19-un nevroloji nəticələri, həmçinin “uzun koronavirus” və neyrodegenerativ xəstəliklərlə əlaqəli ola bilər.

    Alimlər hesablayıblar ki, spayk proteininin daimi mövcudluğu beynin qocalmasını sürətləndirə bilər ki, bu da onun normal işinin beş-on il itirilməsinə bərabərdir.

    Tədqiqat, həmçinin uzunmüddətli fəsadların riskinin azaldılmasında mRNT peyvəndlərinin effektivliyini təsdiqləyib. Lakin hətta peyvənddən sonra da yoluxma mümkündür. Belə infeksiyalar xroniki beyin iltihabına səbəb ola bilər ki, bu da insult və digər ciddi fəsadların riskini artırır.

  • СМИ: Порядка 40 млн человек могут умереть от резистентности к антибиотикам

    В ближайшие десятилетия около 40 млн человек могут скончаться от резистентности к антибиотикам.

    Об этом сообщает газета Guardian, ссылаясь на бывшего главного санитарного врача Великобритании Салли Дэвис.

    По ее словам, каждый год около 1 млн человек умирают из-за распространения устойчивости к противомикробным препаратам. Эксперт считает, что эта цифра будет увеличиваться в течение следующих 25 лет.

    Ученые пришли к выводу, что к 2050 году уровень смертности из-за устойчивости организма к антибиотикам увеличится вдвое. В группе риска, в первую очередь, окажутся люди пожилого возраста.

    Ранее сообщалось, что к 2050 году мир может столкнуться с катастрофическими последствиями, связанными с резким увеличением числа смертей от инфекций. Они будут вызваны устойчивыми к антибиотикам “супербактериями”.

  • Antibiotiklər gücünü itirir: Dünya yeni pandemiya ilə qarşı-qarşıya

    Bəşəriyyət bakteriyaların antibiotiklərə qarşı sürətlə artan davamlılığı səbəbindən fəlakətli nəticələrlə üzləşə bilər.

    Median.Az-ın “The Guardian” qəzetinə istinadən verdiyi məlumatına görə, bu barədə Böyük Britaniyanın keçmiş baş sanitariya həkimi Salli Devis xəbərdarlıq edib.

    Ekspertin sözlərinə görə, dünyada hər il təxminən bir milyon insan antimikrob preparatlara qarşı davamlılığın yayılması səbəbindən ölür. Lakin bu rəqəm növbəti onilliklərdə əhəmiyyətli dərəcədə arta bilər.

    Alimlər proqnozlaşdırırlar ki, 2050-ci ilə qədər “superbakteriyalar”ın səbəb olduğu infeksiyalardan ölüm səviyyəsi iki dəfə artaraq təxminən 40 milyon insanın həyatını itirməsi ilə nəticələnəcək. Xüsusilə yaşlı insanlar, orqanizmi infeksiyalara qarşı daha az davamlı olanlar həssas qalacaqlar.

    Dünyanın hər yerində alimlər davamlı bakteriyalarla mübarizənin yeni effektiv metodlarını tapmağa çalışaraq zamanla yarışırlar.