Month: January 2025

  • “Terrorçuların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur”

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, terrorçuların və separatçıların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur.

    Ərdoğan bu barədə Türkiyənin şimalındakı Samsun şəhərində çıxışı zamanı söyləyib.

    “Artıq imperialistlərin agentləri kimi regionumuzda planlar quran terrorçulara qarşı dözümümüz yoxdur, səbr etməyəcəyik. Bu separatçı qatillər ya dərhal silahlarını torpağa basdıracaqlar, ya da silahları ilə birlikdə toprağın altına basdırılacaqlar. Burada üçüncü yol yoxdur”, – Ərdoğan deyib.

    O, silah, zorakılıq və terror dövrünün bitdiyini, separatçı terror təşkilatının (PKK-nı nəzərdə tutur – red.) istifadə müddətinin bitdiyini söyləyib.

    Türkiyə lideri qeyd edib ki, artıq hamı bu reallığı qəbul etməlidir.

    “Vurğulayıram ki, bizim regionda artıq terrora yer yoxdur. Biz min ildir burada yaşayırıq, bu ərazilərin sahibiyik. Biz daimi olaraq burada qalıb azad yaşayacağıq. Ümidvarıq ki, qardaşlıq və qarşılıqlı hörmət əsasında separatçıların nifaq saldıqları sahələri bərpa edəcəyik”, – Ərdoğan bildirib.

  • Süni intellekt onların biznesini zəiflətdi – “Getty Images” və “Shutterstock” birləşəcəkmi?

    Süni intellektin məzmun yaradılması sahəsini dəyişdirdiyi bir dövrdə vizual məzmun nəhəngləri “Getty Images” və “Shutterstock” arasında mümkün bir birləşmə ilə bağlı müzakirələr aparılır. 

    Qaynarinfo xəbər verir ki, bu potensial əməkdaşlıq ABŞ-dakı ən böyük iki lisenziyalı məzmun təminatçısını bir araya gətirə bilər.

    Müzakirələrə yaxın mənbələr “Getty Images”in belə bir birləşməni necə strukturlaşdıracağını araşdırdığını bildiriblər. Bununla yanaşı, “Getty Images”in razılıq əldə etməmə ehtimalı da mövcuddur.

    Bu xəbərlərin ardınca, cümə günü “Getty Images”in səhmləri 26% artaraq 2,66 dollara çatıb, şirkətin bazar dəyəri isə 1,1 milyard dollara yüksəlib. Eyni zamanda, “Shutterstock”un səhmləri 12% artaraq 32,67 dollara çatıb. “Bloomberg”in məlumatına görə, son bir ildə “Getty Images” 56%, “Shutterstock” isə 37% dəyər itirib.

    Bu müzakirələr internetdə vaxt keçirən insanların foto, video və digər media məhsullarına artan tələbat dövründə baş verir. Amma eyni zamanda, süni intellekt texnologiyaları, məzmun yaradılması prosesini dəyişdirərək stok fotoqrafiyanın dəyərini aşağı salır.

    “Getty Images” 1995-ci ildə yaradılıb və xəbər, əyləncə, reklam kimi sahələr üçün geniş miqyaslı foto, video və musiqi kitabxanasına malikdir. Bu kitabxanada “O.J. Simpsonun” polis təqibi və keçmiş prezident Barak Obamanın Usame bin Ladeni öldürmə əməliyyatı zamanı çəkilmiş tarixi fotolar da yer alır.

    “Shutterstock” istifadəçilərə məzmun yükləməyə və həmin məzmunu endirənlərdən royalti ödənişləri əldə etməyə imkan verən bir platformadır.

    “Getty Images” və “Shutterstock”un birləşməsi vizual məzmun bazarında güclü bir sinerji yarada bilər. Bununla belə, süni intellekt texnologiyalarının təsiri, bu bazarın gələcəkdə necə inkişaf edəcəyini müəyyənləşdirəcək əsas faktorlardan biri olaraq qalır.

  • Azərbaycan klubu amerikalı voleybolçu transfer edib

    “Gəncə” komandası heyətini yeni voleybolçu ilə gücləndirib.

    Klubdan Qaynarinfo-ya verilən məlumata görə, “sarı-göylər” ABŞ-dən olan oyunçu Aayinde Smiti transfer edib.

    Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

    İlk dəfə legioner həyatı yaşayacaq voleybolçu son olaraq ölkəsində “Ball State University” komandasında çıxış

  • Müəllimlərə şad xəbər – maaşlar artırıla bilər

    2025-ci ildə Azərbaycanda təhsil sahəsində bir sıra yeniliklər gözlənilir.

    Median.Az xəbər verir ki, modern.az gözlənilən yeniliklərlə bağlı təhsil eksperti Kamran Əsədovla həmsöhbət olub.

    O qeyd edib ki, gözləntilər arasında ən vacibi müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır:

    “Yaxın günlərdə müəllimlərin əmək haqqının artırılması istiqamətində addımlar atılmalıdır. Hazırda ölkədə orta aylıq müəllim maaşı 500-600 manat təşkil edir. Bu rəqəm müasir iqtisadi reallıqlara uyğunlaşdırılmalı və 2025-ci ildə minimum 800 manata çatdırılmalıdır”.

    Ekspet bildirir ki, digər gözlənti müəlimlərin sertifikasiya imtahanları ilə bağlıdır. “Bilirsiz ki 2022-ci ildən başlayan bu proses ökədə orta məktəblərin inkişafına xüsusilə töhvə verir. 2025-ci ildə  bir sıra digər fənlər üzrə də sertifikasiya imtahanları olacaq”- deyə Kamran Əsədov qeyd edib. 

    Bu il məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndiriləcəyi də gözlənilir. Kamran Əsədov bildirir ki, “Ölkəmizdə 30 faizə qədər uşaq məktəbəqədər təhsilə cəlb olunurdusa, bu il bu istiqamətdə biz xoş rəqəmləri görə biləcəyik”. 

    Azərbaycanın ali təhsil müəssisələrinin bu ilin iyul ayında yeni reytinqinin açıqlanması da yeni gözləntilər sırasındadır. Ekspert qeyd etdi ki, indiyə qədər açıqlanan ümumi reytinqlər deyil, sadəcə müxtəlif sahələr üzrə hesablamalar idi.  

    Bu il qəbul plan yerlərində də artım olacaq. Xüsusilə Qarabağ Universitetində qəbul yerlərinin artması gözlənilir. 
    Həmçinin Kamran Əsədov bildirir ki, bu il ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə qəbul plan yeri ən azı 60 mindən yuxarı olacaq.

    “Bu təhsilin əlçatanlığına kifayət qədər müsbət təsir göstərəcək”, – ekspert vurğulayıb.

  • Bakıda bəzi yollarda sıxlıq müşahidə edilir – SIYAHI

    Hazırda Bakıda yollardakı vəziyyət açıqlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən xəbər verilib.

    Qeyd edilib ki, hazırda:

    1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
    2. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;
    3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
    4. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;
    5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
    6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.

  • Bakı-Balakən-Bakı marşrutu üzrə minimum qiymətlər açıqlandı

    Yanvarın 3-dən bərpa edilən Bakı-Balakən-Bakı reysi üzrə ilk qatarın doluluq səviyyəsi 90 %-dən çox olub.

    Median.Az “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) saytına istinadən xəbər verir ki, bu, həmin istiqamətdə sərnişindaşımaya yüksək tələbatın olduğunu göstərir.

    Hərəkət cədvəlinə əsasən, yataq tipli qatarlar hər gün Bakıdan saat 23:50-də yola düşəcək və Balakənə səhər saat 08:10-çatacaq. Balakəndən saat 22:10-da yola düşən qatar isə səhər saat 06:50-də Bakı Dəmiryol Vağzalında olacaq.

    Sərnişinlərə “Standard, “Standard+” və “Business” sinifləri üzrə səyahət imkanları təklif olunur. Bakıdan Yevlax stansiyasına minimum qiymətlər “Standard” sinif üzrə 13,1 manat, “Standard+” sinif üzrə 17,6 manat, “Business” sinif üzrə 54,6 manat, Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymətlər “Standard” sinif üzrə 14,8 manat, “Standard+” sinif üzrə 23,9 manat, “Business” sinif üzrə 63,3 manat, Bakıdan Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymətlər isə “Standard” sinif üzrə 16,4 manat, “Standard+” sinif üzrə 23,9 manat, “Business” sinif üzrə 67,7 manatdır. Bakı-Balakən-Bakı istiqaməti üzrə qiymətlər “Standard” sinif üzrə 18 manat, “Standard+” üzrə 27 manat, “Business” sinif üzrə 72 manatdan başlayır.

    Bu marşrut üzrə qatarların yenidən fəaliyyətə başlaması ilə şimal-qərb regionu üzrə yarım milyona yaxın vətəndaşa ADY-nin qatarlarından istifadə etməklə rahat və təhlükəsiz səfər etmək imkanı yaradılır. Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Yevlax, Şəki, Qax, Zaqatala, Balakən stansiyaları və Göyəm, Göynük, Qorağan, Əliabad dayanacaqlarından istifadə edə bilərlər.

    Uzun məsafələrdə, xüsusilə gecə səyahətlərində sərnişinlərin rahat yatıb istirahət edə bilməsi üçün yenilənmiş beş yataq tipli vaqondan ibarət qatarlar istismara verilib. Bu qatarlarda hərəkətin stabil və daha az titrəyişli olması üçün sürət xüsusi olaraq tənzimlənir. Qatarın ümumi sərnişin tutumu bir istiqamətə 189 nəfərdir.

    Rahat səyahəti təmin etmək məqsədilə yataq tipli vaqonların təchizatı yenilənib, standart sinif üzrə vaqonda yerlər üzrə işıq keçirməyən yeni pərdələr quraşdırılıb. Vaqonlarda yataqların keyfiyyəti sərnişinlərin səfər zamanı rahatlığının təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malik olduğundan yeni yataq dəsti (döşək, balış, yorğan, yorğan üzü, döşək üzü, balış üzü, dəsmal) materialları yumşaq və asan təmizlənə bilən materiallardan seçilib.

    Sərnişinlərə səfər dəstləri (biznes sinif üzrə qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası, daraq, dabankeş, tərlik, bəylər üçün ülgüc dəsti / xanımlar üçün kosmetik əşyalar; standart+ sinif üzrə qazsız su, diş fırçası və məcunu, nəm və quru salfet, yuxu maskası; standart sinif üzrə qazsız su, nəm və quru salfet, qulaq tıxacı) təqdim edilir. Bundan başqa, biznes sinif üzrə xüsusi menyu (pendir çeşidi, kolbasa, çörək çeşidi, cem, pomidor, xiyar, zeytun çeşidi, kükü; limitsiz çay / qəhvə; keks) hazırlanıb, əlavə olaraq media xidməti (4 dildə bədii film, cizgi filmi, musiqi, veriliş seçimi) göstərilir. Həmçinin yolboyu səyyar satış xidməti həyata keçirilir.

    Oturaq tipli qatarlardan fərqli olaraq yataq tipli qatarlarda sərnişinlərə yük aparmaq üçün daha çox imkan yaradılır. Belə ki, marşrut üzrə “Standard” və “Standard+” sinifləri üçün ödənişsiz yük həcmi 36 kq, “Business” sinif üçün isə 50 kq müəyyən olunub.

    Sərnişinlər, həmçinin səfər zamanı qatarda pulsuz “Wi-Fi” xidmətindən yararlana bilərlər. Bu, sərnişinlərə internet əlaqəsi, yazışmalar, onlayn axtarış və digər kommunikasiya xidmətlərini təqdim edir.

    1985-ci ildən istifadəyə verilmiş Bakı-Yevlax-Şəki-Balakən dəmir yolu xətti üzrə qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə ADY daxili imkanlarından istifadə edərək 2023-cü ilin noyabr ayından 164 km uzunluğu olan Yevlax-Balakən sahəsində genişmiqyaslı təmir işləri aparıb. Reyslərə, yoldəyişən qurğulara, 47 ədəd körpü və 37 ədəd qorunmayan keçidə baxış keçirilib. Təmir zamanı yararsız şpallar, relslər, bağlayıcılar dəyişdirilib, qüsurlu süni qurğularda, qorunmayan keçidlərdə təmir işləri görülüb, çatışmayan yol nişanları əlavə olunub. İşlər başa çatdırıldıqdan sonra qatarların hərəkət sürəti 48-dən 55 km/saata yüksəldilib. Bununla da marşrut üzrə pandemiyadan öncəki 9 saat 35 dəqiqəlik səfər müddəti hazırda 8 saat 20 dəqiqəyə endirilib. Bu istiqamətdə təkmilləşdirmə işləri davam etdiriləcək. Ümumilikdə isə şimal-qərb bölgəsinin dağlıq relyefə malik olması bu istiqamətdə sürətin daha da artırılmasına, digər istiqamətlərlə müqayisədə yüksək sürətin müəyyənləşdirilməsinə mane olur.

    Sərnişinlər Bakı-Balakən-Bakı marşrutu üzrə biletləri ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/), “ADY Mobile” tətbiqindən və dəmiryol vağzallarının kassalarından əldə edə bilərlər. Kağız əsaslı əməliyyatların rəqəmsallaşdırılması məqsədilə aralıq dayanacaqlar üçün (Göynük, Qorağan, Əliabad, Göyəm) bilet satışı onlayn formada həyata keçirilir. Sərnişinlər onlayn bilet alarkən Göynük və Qorağan dayanacaqlarına getmək üçün Qax, Əliabad dayanacağına getmək üçün Zaqatala, Göyəm dayanacağına getmək üçün isə Balakən stansiyasını seçməlidirlər.

    Bütün stansiyalarda (Şəki, Qax, Zaqatala, Balakən) təmir və abadlıq işləri görülüb, xidmətedici heyət yenilənib. Bundan başqa, stansiyaların ərazilərində avtomobillərin parklanması üçün şərait yaradılıb.

    Bütün bu yeniliklər Azərbaycan Dəmir Yolları tərəfindən sərnişinlərin səyahətini daha rahat və təhlükəsiz etmək, həmçinin ölkədaxili nəqliyyatın keyfiyyətini artırmaq və genişləndirmək məqsədi daşıyır.

    Qeyd edək ki, dünyada yataq tipli vaqonlar adətən 6-12 saat, 500-1500 km arası məsafəni əhatə edən səyahətlər üçün ən uyğun nəqliyyat vasitəsi hesab edilir. Uzun səyahətlərdə bu qatarların üstünlüyü rahatlıq və səmərəliliklə bağlıdır. Təyyarədə yuxuya getməkdə çətinlik çəkən sərnişinlər üçün yataq tipli gecə qatarları daha rahat seçimdir.

    Hazırda dünyada yataq tipli vaqonlara tələbat artır və 2025-ci ildə də bu trendin davam edəcəyi proqnozlaşdırılır. Karbon izini azaltmağa töhfə vermək və təyyarə ilə səyahətdən imtina etmək istəyənlər üçün qatarlar Avropada daha çox tələbat olan nəqliyyat növünə çevrilir. Əlavə olaraq, gecə qatarlarında səyahət həm gündüz saatlarına, həm də hotel xərclərinə qənaət etməkdir.

    ADY fəaliyyətində dünya təcrübəsinə əsaslanaraq, sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasir yanaşmalar, rəqəmsal həllər tətbiq edir. 2024-cü ildə yeni qatarların xəttə buraxılması, Bakı-Ağstafa-Bakı marşrutu üzrə reyslərin artırılması, yeni dayanacaqların istifadəyə verilməsi, bir sıra stansiya və dayanacaqlarında, rayonlararası istiqamətlərdə hərəkət edən qatarlarda pulsuz “Wi-Fi” xidmətinin aktivləşdirilməsi, loyallıq proqramı və dinamik qiymət siyasətinin tətbiqi və bu addımların nəticəsi olaraq 2024-cü ildə rekord sayda – 8,5 milyon sərnişin daşınması ADY-nin sərnişindaşıma sahəsinin inkişafına, müştəri məmnuniyyətinin artırılmasına xüsusi diqqət yetirdiyini göstərir. 2025-ci ilin əvvəlindən isə Bakı-Balakən-Bakı marşrutunun bərpası bölgə sakinləri üçün nəqliyyatın mobilliyinin təmin edilməsinə xidmət edəcək. Bu xəttin bərpası, eyni zamanda, şimal-qərb bölgəsinin turizminin inkişafına mühüm töhfə verəcək.

  • Bayden Messini ABŞ Prezidentinin “Azadlıq” medalı ilə təltif edəcək

    ABŞ Prezidenti Cozef Bayden ölkənin “İnter Mayami” klubunun və Argentina millisinin hücumçusu Lionel Messini “Azadlıq” medalı ilə təltif edəcək.

    “Report” “ABC News”a istinadən xəbər verir ki, Ağ Evdə baş tutacaq təltifetmə mərasimində Messi ilə yanaşı digər rəsmi şəxslər də mükafatlandırılacaq.

    Qeyd edək ki, ABŞ Prezidentinin “Azadlıq” medalı dövlət başçısı tərəfindən vətəndaşlara təqdim edilən iki ən yüksək mükafatdan biridir.

  • Fransa klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb

    Fransa təmsilçisi “Monako” baş məşqçisi Adolf Hütterlə müqavilənin müddətini uzadıb.

    Avstriyalı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb.

    Qeyd edək ki, “Monako” Fransa Liqa 1-də 30 xalla üçüncü sırada qərarlaşıb.

  • Yararsız avtobusları xəttə kim buraxır? (AÇIQLAMA)

    “Bununla bağlı ciddi tədbirlər görülməlidir. Əgər bu gün sərnişin avtobusu xəttə şüşəsiz, üstəlik “skoç”la bağlanmış vəziyyətdə çıxırsa, bunun əsas günahkarı dispeçer və sahibkardır”.

    Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov 91 saylı müntəzəm marşrut xəttindəki avtobuslarından birinin arxa şüşələrinin “skoçlanmış” halda idarə olunmasını əks etdirən görüntüyə aydınlıq gətirərkən deyib.

    Ekspert bildirib ki, bu gün sərnişinlərin daşınması üçün kifayət qədər investisiya qoyulur, layihələr həyata keçirilir:

    “Dövlət tərəfindən layihələr tətbiq olunur. Bu isə təəssüf doğuran haldır. Nəqliyat vasitələrinin yenilənməsinə ehtiyac var. Bir avtobusun arxa süşələrinin olmaması təəcübləndirici haldır və eyni zamanda nəzarətedici qurumun işinin öhdəsinən gələ bilməsidir”.

    Qeyd edək ki, sosial şəbəkədə Biləcəri istiqamətində hərəkət edən 91 saylı müntəzəm marşrut xəttindəki avtobuslarından birinin görüntüləri yayılıb. Videodan görünür ki, içərisində sərnişinlərin olduğu avtobus arxa şüşəsi olmadan və “skoçlanmış” halda idarə olunur.

    Yayılan görüntülərlə bağlı AYNA-dan “Qafqazinfo”ya bildirilib ki, qurum tərəfindən araşdırma aparılıb. Daşıyıcının məlumatına görə, avtobusun arxa şüşəsi qəza nəticəsində zədələnib və görüntülər nəqliyyat vasitəsi qaraja yollanarkən qeydə alınıb:

    “91 nömrəli avtobusun daşıyıcısına xəttin nizamlı fəaliyyəti və sərnişindaşıma qaydalarına riayət edilməsi ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, lazımi tədbirlər görülməyib. Belə olan halda 91 nömrəli müntəzəm avtobus marşrutunun yaxın zamanda müsabiqəyə təqdim edilməsi planlaşdırılır”.

  • Goranboyda iki ədəd “Kalaşnikov” tapıldı

    Goranboy Rayon Polis Şöbəsinə rayonun Aşağı Ağcakənd qəsəbəsi və Ağcakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

    Polis əməkdaşları həmin ünvanlara gedərək müvafiq tədbirlər həyata keçirib və ümumilikdə iki ədəd “Kalaşnikov” markalı avtomat, üç ədəd avtomat darağı, 60 ədəd 7,62 çaplı avtomat patronu və 100 ədəd RPK patronu aşkar edərək götürüblər.

    Aşkar edilən silahlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.