Month: January 2025

  • В Армении задержан генерал

    В Армении задержан генерал Тиран Хачатрян.

    Как сообщает Median.Az со ссылкой на армянские СМИ, об этом сообщил его адвокат Вараздат Арутюнян.

    По информации, бывшему первому заместителю начальника генштаба предъявлены обвинения в связи с некоторыми эпизодами 44-дневной войны в Карабахе.

    В суд представлено ходатайство об аресте Т.Хачатряна.

  • Ermənistanın milli qəhrəmanı 44 günlük müharibə ilə bağlı saxlanıldı

    Ermənistanda general, milli qəhrəman, Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan saxlanılıb.

    Median.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə onun vəkili Varazdat Arutyunyan məlumat verib.

    Məlumata görə, Baş Qərargah rəisinin keçmiş birinci müavininə qarşı Qarabağda 44 günlük müharibənin bəzi epizodları ilə bağlı ittihamlar irəli sürülüb.

    Tiran Xaçatryanın həbs olunması ilə bağlı məhkəməyə vəsatət verilib.

  • Goranboyda narkokuryer qadın saxlanılıb

    Goranboy rayonunda narkokuryer qadın yaxalanıb.

    Median.Az report-a istinadən xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən 48 yaşlı İ.Hüseynzadə saxlanılıb

    DİN Mətbuat Xidməti Gəncə regional qrupundan bildirilib ki, ondan yeddi kiloqramdan artıq marixuana və tiryək aşkar edilib. Saxlanılan şəxs qazanc əldə etmək üçün narkokuryerlik etdiyini bildirib.

    Faktla bağlı Goranboy RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Araşdırmalar davam etdirilir.

  • Bakıda 43 yaşlı kişi bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi olub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsində baş verib.

    43 yaşlı Rəfael Rafiq oğlu Əliyev qarnından bıçaq xəsarətləri alaraq Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı cinayət işi başlanıb.

  • Üç övladı ilə evdən çıxan qadından iki gündür xəbər yoxdur

    Bakıda qadın övladlarını da götürüb ata evindən çıxıb və geri qayıtmayıb.

    DİN-dən verilən məlumata görə, bununla bağlı qadının atası Quliyev Hümbət Firudun oğlu Binəqədi RPİ-nin 43-cü polis bölməsinə ərizə ilə müraciət edib.

    Məlumata görə, 1965-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşayan Quliyev Hümbət Firudun oğlu ərizəsində bildirib ki, yanvarın 2-də onunla eyni ünvanda yaşayan qızı 1991-ci il təvəllüdlü Quliyeva Mənzər Hümbət qızının övladları – 7, 8 və 10 yaşlı üç övladı ilə birlikdə 02.01.2025-ci il tarixdə, saat 16 radələrində yaşadıqları evdən çıxıb gedərək geri qayıtmayıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Bu gün Günəş Yerə ən yaxın məsafədə olacaq

    Yanvarın 4-də Yer sakinləri 2025-ci ildə ən böyük günəş diskini müşahidə edə biləcəklər, çünki Günəş Yerdən minimum məsafədə, başqa sözlə Yerə ən yaxın məsafədə olacaq.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “Moskva planetariumu” məlumat yayıb.

    “4 yanvar – Yer periheliondadır, Günəşdən ən yaxın məsafədədir, bu, bizə Günəşin ən böyük diskini 2025-ci ildə müşahidə etməyə imkan verəcək”, – məlumatda deyilib.

    Astronomlar bu il iki Ay və iki Günəş tutulmasının olacağını bildiriblər. Ay tutulmaları martın 14-də və sentyabrın 7-də, Günəş tutulması isə martın 29-da və sentyabrın 21-də müşahidə olunacaq.

    Yanvarın 16-da Marsı müşahidə etmək üçün ən yaxşı şərait olacaq. Mars Yerə ən əlverişli məsafədə yaxınlaşacaq ki, bu fenomen “Marsın qarşıdurması” adlanır.

  • Ötən gün cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb

    Ölkə ərazisində yanvarın 3-də cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

    Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 23 və əvvəlki dövrlərdən bağlı qalan dörd cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Bununla yanaşı, axtarışda olduğuna görə ümumilikdə bir, o cümlədən borclu şəxs qismində axtarışda olan bir nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli altı, eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı altı fakt müəyyən edilib.

  • В Казахстане проведут внеплановые проверки аэропортов после крушения самолета AZAL

    АО “Авиационная администрация Казахстана” проведет внеплановые проверки аэропортов и самолетов, а также квалификацию летных экипажей после крушения борта ЗАО Azerbaijan Airlines (AZAL) вблизи аэропорта Актау.

    Об этом ТАСС сообщили в Министерстве транспорта республики.

    “В соответствии с поручением премьер-министра Республики Казахстан Олжаса Бектенова АО “Авиационная администрация Казахстана” проведет внеплановую ревизию технического состояния аэропортов и воздушных судов, а также перепроверит квалификацию, допуски и компетентность экипажей воздушных судов казахстанских авиакомпаний”, – сообщили в ведомстве.

    Президент Казахстана Касым-Жомарт Токаев на совещании 28 декабря 2024 года указал на необходимость изучения состояния авиационной безопасности в стране после инцидента.

  • AZAL təyyarəsinin qəzaya uğramasından sonra daha bir ölkə aeroportlarla bağlı hərəkətə keçdi

    “Qazaxıstan Aviasiya Administrasiyası” Aktau hava limanı yaxınlığında Azərbaycan Hava Yollarının (AZAL) təyyarəsinin qəzaya uğramasından sonra aeroportların və təyyarələrin, həmçinin uçuş heyətlərinin ixtisasının planlaşdırılmamış yoxlamalarını keçirəcək.

    Bu barədə respublikanın nəqliyyat nazirliyindən məlumat verilib.

    Bildirilir ki, təkrar yoxlama Qazaxıstanın Baş naziri Oljas Bektenovun tapşırığına əsasən həyata keçiriləcək.

    Qeyd edək ki, bundan əvvəl Çin hökuməti də Azərbaycan Hava Yollarının (AZAL) və Cənubi Koreyanın “Jeju Air” şirkətinin təyyarələrinin qəzaya uğramasından sonra bütün ölkə ərazisində risklərin aradan qaldırılması üzrə əks-tədbirlər görüb. Ölkənin Mülki Aviasiya İdarəsi bütün ölkə üzrə hava limanlarında yoxlamalar təşkil edib və müvafiq risklərə qarşı fəal şəkildə mübarizə aparmaq üçün uçuş-eniş zolaqlarında təhlükəsizlik təhdidlərinin hərtərəfli müəyyən edilməsini təmin edib.

    Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

  • Sabah bəzi yerlərdə yağış yağacaq

    Bakıda və Abşeron yarımadasında gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gecə və səhər zəif duman olacağı ehtimalı var.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

    Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda isə gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.