Month: January 2025

  • Dünyanın ən yaşlı insanı vəfat etdi

    Dünyanın ən yaşlı insanı vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ginnesin Rekordlar Kitabına düşən ən uzunömürlü yapon qadın Tomiko İtukanın 116 yaşı olub.

    Onun qocalar evində öldüyü bildirilib.

    Qeyd edək ki, o, 2024-cü ilin sentyabrında İspaniyanın Kataloniya əyalətinin Olot şəhərindən olan 117 yaşlı Maria Branyas Moreranın ölümündən sonra dünyanın ən yaşlı insanı seçilmişdi.

  • Пассажир бакинского метро остановил эскалатор: итоги расследования инцидента – ВИДЕО

    Вчера в 19:25 на станции метро “Хатаи” в Баку произошел инцидент – пассажир нажал кнопку экстренной остановки эскалатора, что привело к его остановке и образованию давки.

    Как сообщает Median.Az со ссылкой на информацию пресс-службы Бакинского метрополитена, было проведено расследование причин произошедшего.

    “Для выяснения причин остановки эскалатора сразу же была осуществлена проверка панели управления. В результате было установлено, что никаких технических проблем нет, а остановка произошла из-за нажатия кнопки “Стоп”. После этого работа эскалатора была восстановлена”, – добавили в метрополитене.

    Также там подчеркнули, что кнопка “Стоп” предназначена для экстренной остановки эскалатора в чрезвычайных ситуациях, когда это крайне необходимо.

    Бакинский метрополитен обратился в Управление полиции метрополитена для проведения соответствующего расследования инцидента и принятия необходимых мер.

    Напомним, что необоснованное нажатие кнопки “Стоп” влечет ответственность согласно статье 306.4 Кодекса об административных проступках. Так, согласно этой статье, снятие перила эскалатора, пользование без необходимости ключом “Стоп”, курение сигарет в вестибюлях, переходах и платформах станций, в вагонах, открытие дверей вагона во время движения поезда, задержание отправки поезда, самовольное спускание на железную дорогу, вход в кабину управления поезда, служебно-технические комнаты, киоски вентиляционных шахт, туннели и на огражденные территории, предназначенные для работников метрополитена, пользование открытым огнем, пиротехническими устройствами (петарды, взрыватель и пр.) влечет наложение штрафа в размере 50 манатов.

    Метрополитен призывает пассажиров соблюдать правила безопасности и использования эскалаторов, не допускать действий, противоречащих требованиям, следить за детьми. Неправильное использование эскалатора может стать серьезным источником опасности для пассажиров. Ошибка одного человека может привести к дискомфорту, травмам и другим несчастным случаям.

    Также там напомнили, что бросать мусор на эскалатор, снимать поручни и класть на него предметы – это административные правонарушения, влекущие ответственность.

  • Metronun “Xətai” stansiyasındakı insident araşdırılır: Polisə müraciət edilib – VİDEO

    “Dünən saat 19:25-də “Xətai” stansiyasında sərnişinin eskalatorun “Stop” açarını sıxması nəticəsində eskalatorun dayandırılmasının və nəticədə qarşısında sıxlıq yaranmasının səbəblərinin araşdırılmasına başlanılıb”.

    Bu barədə “Bakı Metropoliteni” QSC-nin bu gün yaydığı məlumatında deyilir.

    Bildirilir ki, eskalatorun dayanması səbəbini müəyyən etmək məqsədilə dərhal idarəetmə panelinə baxış keçirilib:

    “Baxış nəticəsində texniki problem olmadığı, dayanmanın “Stop” açarının sıxılması səbəbindən baş verdiyi müəyyən edilib. Daha sonra eskalatorun fəaliyyəti bərpa olunub. Qeyd edilməlidir ki, “Stop” açarı fövqəladə hallarda, təcili və təxirəsalınmaz zərurət olduqda eskalatorun dayandırılmasını təmin edir”.

    QSC-dən qeyd edilib ki, hadisə ilə bağlı müvafiq araşdırmaların aparılması və tədbirlərin görülməsi üçün Bakı Metropolitenində Polis İdarəsinə müraciət edilib.

    Xatırladırıq ki, “Stop” düyməsinin əsassız sıxılması İnzibati Xətalar Məcəlləsinin 306.4-cü maddəsinə uyğun olaraq məsuliyyət yaradır.

    “Sərnişinlərdən rica edirik ki, eskalatorlarda təhlükəsizlik, istifadə qaydalarına və tələblərinə zidd olan hallara yol verməsinlər, uşaqlara nəzarət etsinlər. Eskalatordan düzgün istifadə olunmazsa, bu, sərnişin təhlükəsizliyinə ciddi təhlükə mənbəyinə çevrilə bilər. Bir sərnişinin yanlışlığı onun özünün, eləcə də ətrafında olan digər sərnişinlərin narahatlığını, xəsarət almasını və digər bədbəxt hadisələrin baş verməsini qaçılmaz edə bilər.

    Həmçinin, eskalatora tullantı atmaq, sürahini çıxarmaq və onun üstünə əşya qoymaq İnzibati Xətalar Məcəlləsinə görə, müvafiq qaydada məsuliyyət yaradır”, – məlumatda vurğulanır.

  • СМИ: “Военную часть” расследования авиакатастрофы AZAL засекретили в Грозном

    “Военную часть” расследования крушения самолета Embraer 190 ЗАО Azerbaijan Airlines (AZAL), разбившегося 25 декабря близ казахстанского Актау, засекретили в Грозном (Россия).

    Об этом передает Median.Az со ссылкой на Telegram-канал ВЧК-ОГПУ.

    По данным источника, несмотря на визит в Чеченскую Республику председателя Следственного комитета РФ Александра Бастрыкина и опытных следователей из центрального аппарата Следкома, по факту все следственные действия с военнослужащими ведут следователи местного 505-го ВСО.

    “Расчет боевой машины “Панцирь”, выпустивший ракеты по воздушному судну, допрашивал руководитель отдела. Что касается откомандированных следователей, то часть из них отправилась в Актау, где им дали допуск для работы на месте крушения, а часть работает в Грозном. Ими были допрошены диспетчер и руководитель полетов – пока у следствия к ним вопросов нет. Также ведется анализ других обстоятельств, которые могли повлиять на ЧП.

    Например, до того, как технологии GPS получили широкое распространение, посадку воздушных судов осуществляли при помощи КГС (курсо-глиссадная система – радиомаячная система инструментального захода самолетов на посадку). Данный метод по-прежнему распространен и используется во всем мире, однако по какой-то причине в ходе масштабной реконструкции (конец работ был сдвинут с 2025 на 2026 год) эта система была демонтирована на аэродроме в Грозном”, – говорится в сообщении.

    Напомним, утром 25 декабря пассажирский самолет авикомпании AZAL, выполнявший рейс Баку – Грозный №J2-8243, потерпел крушение близ казахстанского города Актау. На борту находились 67 человек, включая 5 членов экипажа (37 граждан Азербайджана, 16 – РФ, 6 – Казахстана, 3 – Кыргызстана). По последним данным, в катастрофе погибли 38 человек, в том числе трое членов экипажа, включая обоих пилотов. Выжившим оказывается амбулаторная и психологическая помощь.

  • Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın “hərbi hissəsi” məxfiləşdirilib

    Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” təyyarəsi ilə bağlı istintaqın “hərbi hissəsi” Çeçenistan paytaxtı Qroznıda (Rusiya) məxfiləşdirilib.

    Bu barədə “VÇK-OQPU” Telegram” kanalı məlumat verib.

    Mənbənin sözlərinə görə, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin və komitənin mərkəzi aparatının təcrübəli müstəntiqlərinin Çeçenistan Respublikasına səfər etməsinə baxmayaraq, faktiki olaraq, hərbçilərlə bağlı bütün istintaq hərəkətləri yerli 505-ci Hərbi İstintaq Şöbəsinin müstəntiqləri tərəfindən həyata keçirilir.

    “Təyyarəyə raket zərbələri endirən “Pantsir” döyüş maşınının ekipajı şöbə rəisi tərəfindən dindirilib. Ezam olunmuş müstəntiqlərə gəlincə, onların bəziləri Aktauya yola düşüblər və orada onlara qəza yerində işləmək icazəsi verilib, bir hissəsi isə Qroznıda işləyir. Onlar dispetçer və uçuş rəhbərini dindiriblər və hələ ki istintaqın onlara sualları yoxdur. Həmçinin, fövqəladə vəziyyətə təsir göstərə biləcək digər hallar da təhlil edilir.

    Məsələn, GPS texnologiyası geniş yayılmazdan əvvəl təyyarələrin enişi KQS (kurs-qlissad sistemi – təyyarənin enişə yaxınlaşması üçün radiomayak sistemi) vasitəsilə həyata keçirilirdi. Bu üsul hələ də geniş yayılıb və bütün dünyada istifadə edilir, lakin hansısa səbəbdən genişmiqyaslı yenidənqurma işləri zamanı (işin başa çatması tarixi 2025-ci ildən 2026-cı ilə dəyişdirilib) bu sistem Qroznıdakı aerodromda sökülüb”, – deyə məlumatda bildirilir.

    Xatırladaq ki, dekabrın 25-də səhər saatlarında AZAL aviaşirkətinin Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər, o cümlədən beş ekipaj üzvü (37-si Azərbaycan, 16-sı Rusiya, altısı Qazaxıstan, üçü Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, qəza nəticəsində 38 nəfər həlak olub ki, onların içində hər iki pilot da daxil olmaqla, üç ekipaj üzvü də olub. Sağ qalanlara ambulator və psixoloji yardım göstərilir.

  • В поселке Гарачухур автомобиль насмерть сбил пешехода

    2 января около 21:00 в поселке Гарачухур Сураханского района Баку автомобиль сбил насмерть пешехода.

    Как сообщает Report, водитель Opel Vectra Тапдыг Ализаде сбил переходившую дорогу 46-летнюю Эльнару Рзаеву. Пострадавшая скончалась в больнице от полученных травм.

    По данному факту возбуждено уголовное дело по статье 263.2 (нарушение правил дорожного движения, повлекшее по неосторожности смерть потерпевшего) Уголовного кодекса Азербайджана.

    Следственные мероприятия продолжаются.

  • Qaraçuxurda avtomobil piyadanı vuraraq öldürüb

    Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində piyadavurma hadisəsi olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, yanvarın 2-də saat 21 radələrində Əlizadə Tapdıq Sahib oğlu etibarnamə əsasında idarə etdiyi “Opel Vectra” markalı avtomobillə yolu keçən 1978-ci il təvəllüdlü piyada Elnarə Polad qızı Rzayevanı vurub.

    Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

    Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır.

  • Скончался Фаиг Раджабов – человек, посвятивший жизнь гимнастике

    3 января ушел из жизни ветеран гимнастики Фаиг Раджабов, на протяжении многих лет вносивший большой вклад в развитие азербайджанского спорта.

    В 1980-1990-х годах он занимал пост президента Федерации гимнастики Азербайджана.

    Фаиг Абдул оглу Раджабов родился 19 февраля 1933 года в Баку. Он начал добиваться успехов в спортивной гимнастике в раннем возрасте. Был чемпионом Баку и первенств Азербайджана среди юниоров, а также Спартакиады среди студентов. Спортсмен, мастер спорта СССР по спортивной гимнастике, в составе сборной Азербайджана принимал участие в чемпионатах СССР и Спартакиаде народов СССР.

    Раджабов также много лет работал в сфере государственных дел. В 1980-1990-х годах он был президентом Федерации гимнастики Азербайджана, в 1994-1997 годах – генеральным секретарем Национального олимпийского комитета Азербайджана, а также членом Технической комиссии Европейского комитета.

    В 2022 году за заслуги в развитии физической культуры и спорта Фаигу Раджабову было присвоено почетное звание “деятель физической культуры и спорта Азербайджанской Республики”.

    Отметим, что Фаиг Раджабов является дедушкой Теймура Раджабова, известного азербайджанского и мирового шахматиста, трехкратного чемпиона Европы, обладателя Кубка мира.

  • Məşhur şahmatçımızın babası vəfat etdi: Nüfuzlu qurumun baş katibi olmuşdu

    Azərbaycan Gimnastika Federasiyasının (AGF) sabiq prezidenti və Milli Olimpiya Komitəsinin keçmiş baş katibi Faiq Rəcəbov vəfat edib.

    Uzun illər Azərbaycan idmanının inkişafında böyük xidmətləri olan veteran gimnast 91 yaşında dünyasını dəyişib.

    1933-cü il fevralın 19-da Bakı şəhərində anadan olan keçmiş federasiya rəhbəri idmana uşaq yaşlarından maraq göstərib. O, erkən yaşlarında gimnastikada uğur qazanmağa başlayıb. Yeniyetmələr arasında Bakı və Azərbaycan birinciliklərinin, o cümlədən tələbələr arasında keçirilən spartakiadaların çempionu olan SSRİ idman ustası, Azərbaycanın yığma komandasının üzvü kimi, SSRİ çempionatlarının, SSRİ xalqlarının spartakiadasının iştirakçısı olub.

    F.Rəcəbov uzun illər ictimai işlərdə də çalışıb. O, 1980-90-cı illərdə AGF prezidenti, 1994-97-ci illərdə Azərbaycanın Milli Olimpiya Komitəsinin baş katibi və Avropa Komitəsinin Texniki Komissiyasının üzvü olub.

    Faiq Rəcəbov 2022-ci ildə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikasının Bədən Tərbiyəsi və İdman xadimi” fəxri adı ilə təltif edilib.

    Qeyd edək ki, Faiq Rəcəbov Azərbaycanın və dünyanın tanınmış şahmatçısı, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbovun babasıdır.

  • Bakıda yaşayış binasındakı restoranda yanğın olub – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, S.Orucov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN məlumat yayıb.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

    Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində səkkizmərtəbəli yaşayış binasında fəaliyyət göstərən restoranın tüstü bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində binanın damında quraşdırılmış havatəmizləyici qurğunun mühərrik hissəsi yanıb.

    Restoran və bina yanğından mühafizə olunub.