Month: January 2025

  • Bakıda ilin ilk məhkum ölümü qeydə alınıb

    Azərbaycanda məhkum cəzaçəkmə müəssisəsində ölüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrinin birində qeydə alınıb.

    Orada cəza çəkən məhkum Fikrət İsmayılov dünyasını dəyişib.

    Onun xəstəlikdən öldüyü bildirilir.

    Xatırladaq ki, bu, 2025-ci ildə qeydə alınan ilk məhkum ölümüdür.

  • Отчет о падении борта AZAL в Актау утвердят не позже чем через три года

    Окончательный отчет о расследовании крушения самолета ЗАО Azerbaijan Airlines (AZAL) в Казахстане, которое произошло в конце декабря 2024 года, утвердят не позже чем через три года.

    Как передает Median.Az, об этом ТАСС сообщили в Министерстве транспорта республики.

    “Расследование авиационного происшествия, произошедшего 25 декабря 2024 года с воздушным судном Embraer E190AR, регистрационный номер 4K-АZ65, находящимся в эксплуатации авиакомпании Azerbaijan Airlines, проводится в соответствии с приказом министра по инвестициям и развитию Республики Казахстан от 27 июля 2017 года №505. В соответствии с пунктом 32 приказа продолжительность расследования авиационного происшествия с человеческими жертвами с момента создания комиссии до даты утверждения окончательного отчета по результатам расследования авиационного происшествия, как правило, не превышает 36 месяцев, если не потребуется дополнительных исследований”, – сообщили в ведомстве.

    Член комиссии по расследованию, вице-министр транспорта Казахстана Талгат Ластаев в интервью агентству “Казинформ” 30 декабря 2024 года сообщил, что предварительные или промежуточные результаты расследования будут готовы в течение 30 дней.

  • Aktauda qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı son hesabat nə zaman açıqlanacaq?

    Qazaxıstanda 2024-cü ilin dekabr ayının sonunda baş vermiş “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarə qəzasının araşdırılması ilə bağlı yekun hesabat ən geci üç ildən sonra təsdiqlənəcək.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə respublikanın Nəqliyyat Nazirliyindən məlumat verilib.

    “25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin istismarında olan 4K-AZ65 dövlət nömrə nişanlı “Embraer E190AR” təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat Qazaxıstan Respublikasının investisiyalar və inkişaf nazirinin 27 iyul 2017-ci il tarixli, 505 nömrəli əmrinə uyğun olaraq həyata keçirilir. Əmrin 32-ci bəndinə uyğun olaraq, insan ölümü ilə nəticələnən aviasiya qəzasının təhqiqatının müddəti komissiya yaradıldığı andan təhqiqatın nəticələrinə dair yekun hesabatın təsdiq edildiyi tarixə qədər, bir qayda olaraq, əlavə araşdırma tələb olunmadığı halda, 36 aydan çox çəkmir”, – deyə qurumdan qeyd edilib.

    Eyni zamanda, istintaq komissiyasının üzvü, Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev 2024-cü il dekabrın 30-da “Kazinform” agentliyinə müsahibəsində bildirib ki, təhqiqatın ilkin və ya aralıq nəticələri 30 gün ərzində hazır olacaq.

  • Публикация супруги Азера Бахшалиева вызвала вопросы: так жив ли актер? – ФОТО

    Ранее сообщалось, что известный азербайджанский актер Азер Бахшалиев, страдающий от почечной недостаточности, был доставлен в больницу в состоянии комы 2 января. Вечером того же дня появились слухи о смерти актера, однако врачам удалось восстановить сердечную деятельность.

    Жена актера Нигяр Бахшалиева опубликовала в своем аккаунте в социальных сетях скриншот сообщения, которое она отправила мужу: “Проснешься и напишешь мне. Скучаю по тебе, Азик. Очень”. Однако позже Нигяр прокомментировала фото: “Ты не проснулся”.

    Oxu.az связался с Азербайджанским медицинским университетом, чтобы узнать о текущем состоянии артиста. Руководитель пресс-службы вуза Гюнель Асланова сообщила, что Азер Бахшалиев жив, но его состояние остается тяжелым. Он подключен к аппарату искусственной вентиляции легких.

    Отметим, что актер полюбился зрителю за созданный им образ “Агсаггала” в комедийном проекте Bozbash Pictures, транслируемом на телеканале ATV.

  • Azər Baxşəliyevin xanımının paylaşımı suallar doğurdu: Aktyor sağdır? (FOTO)

    Aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva sosial media hesabında paylaşım edib.

    O, A.Baxşəliyevə yazdığı “Oyanıb mənə yazacaqsan. Darıxıram, Azik. Çox” mesajını paylaşıb. Lakin N.Baxşəliyeva fotoya “Oyanmadın” şərhini yazıb.

    Oxu.az aktyorun son durumu barədə məlumat almaq üçün Azərbaycan Tibb Universiteti ilə əlaqə saxlayıb.

    ATU-nun Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova oxu.az-a açıqlamasında deyib ki, hazırda Azər bəyin vəziyyətində bir dəyişiklik yoxdur:

    “Azər bəy ölməyib, sağdır. Vəziyyəti ağır olaraq qalmaqda davam edir. Süni tənəffüs aparatına qoşuludur”.

    Xatırladaq ki, yanvarın 2-si böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev koma vəziyyətində xəstəxanaya çatdırılıb. Axşam saatlarında öldüyü deyilən aktyorun ürək fəaliyyəti həkimlər tərəfindən bərpa edilib.

  • Xərçəng əleyhinə peyvənddə uğurlu sınaqlar: Kimyaterapiya və cərrahiyyəyə ehtiyac olmaya bilər

    2025-ci ildə xərçəng əleyhinə peyvəndin yaradılmasında yeni mərhələ başlaya bilər.

    Bu barədə “The Economist” onkologiya sahəsində aparıcı alimlərin fikirlərinə istinadən xəbər verib.

    Bildirilir ki, xərçəng əleyhinə peyvənd nümunələrinin son sınaqları ümidverici nəticələr göstərib. Alimlər hazırda ən geniş yayılmış və aqressiv xərçəng formalarından olan dəri, beyin və ağciyər şişlərinə qarşı preparatın təsirini araşdırırlar.

    “Ümid var ki, xərçəng peyvəndləri kimyaterapiya və ya cərrahiyyə kimi daha invaziv müalicə üsullarına ehtiyacı azaldacaq nöqtəyə qədər irəliləyəcək”, – deyə nəşrdə qeyd edilib.

    Müəllifin sözlərinə görə, peyvəndin yaradılması üçün alimlər şiş nümunələri götürür, bundan sonra onun genomu ardıcıllaşdırılır və bütün genetik mutasiya variantları axtarılır.

    Qeyd etmək lazımdır ki, dekabr ayının sonunda Çinin Milli Nanotexnologiya Mərkəzindən olan alimlər qrupu şiş membranı antigenləri əsasında nanopeyvənd hazırlayıb. Siçanlar üzərində aparılan sınaqlar preparatın yüksək effektivliyini göstərib.

  • Rusiya “Telegram”ı cərimələdi: Mesencer hansı paylaşımları silməkdən imtina edib?

    Rusiya paytaxtı Moskvanın Taqanski Məhkəməsi “Telegram”ı İŞİD-in təbliğatını aparan kanalları, habelə saxta sənədlərin satışı ilə bağlı məlumatları silməkdən imtina etdiyinə görə cərimələyib.

    Bu barədə TASS məlumat verib.

    Məlumata görə, sənədlərdən müəyyən olur ki, “Telegram” mesenceri 4 milyon rubl (təxmini 63 min manat) cərimə ödəməlidir.

    Qeyd olunub ki, şikayət ərizəsi “Roskomnadzor”a Rusiya baş prokurorunun birinci müavinindən daxil olub. Bundan sonra mesencer barəsində qadağan olunmuş məlumatların silinməməsi ilə bağlı protokol tərtib edilib.

    Həmçinin, materiallarda bildirilir ki, mesencerin cəzalandırılmasının digər səbəbi də qanunsuz kütləvi tədbirlər haqqında məlumatların və Rusiya ordusunu nüfuzdan salan paylaşımların silinməsindən imtina etməsi olub.

    Xatırladaq ki, “Telegram”ın cərimələnməsi ilə bağlı qərar dekabrın 3-də verilsə də, o zaman səbəb göstərilməmişdi.

  • МВД: 3 января на территории Азербайджана обнаружены оружие и боеприпасы

    3 января в Баку и ряде районов Азербайджана сотрудники полиции обнаружили и изъяли пистолет, два ружья и два автоматических оружия.

    Об этом сообщает Median.Az со ссылкой на Министерство внутренних дел (МВД).

    Кроме того, минувшим днем правоохранители изъяли шесть магазинов и 224 патрона.

  • Yanvarın 3-də ölkə ərazisində çox sayda silah-sursat aşkarlanıb

    Bakıda və ölkənin ayrı-ayrı rayonlarında yanvarın 3-də bir tapança, iki tüfəng və iki avtomat silahı aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bunlarla yanaşı, polis əməkdaşları ötən gün altı patron darağı və 224 ədəd patron aşkar edərək götürüblər.

  • Şotlandiyada şok hesabat: 1500 körpə narkotik aludəçisi olaraq doğulub

    Şotlandiya Liberal Demokrat Partiyasının hazırladığı hesabatda 2017-ci ildən bu yana ölkədə 1501 körpənin narkotik asılılığı ilə doğulduğu bildirilib.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Məlumata görə, bu hala analarının qadağan olunmuş narkotik vasitələrdən istifadə etməsi səbəb olub.

    Hesabatda, həmçinin narkotik aludəçisi kimi doğulan körpələrdə nəzarət oluna bilməyən titrəmə, hiperaktivlik, dəri səpgiləri və yüksək səslə ağlamalar olduğu qeyd edilib.