Azərbaycanı AŞPA-dan uzaqlaşdırmaq yanlış qərar idi.
Month: January 2025
-
Macarıstanlı deputat: Azərbaycanı AŞPA-dan uzaqlaşdırmaq yanlış qərar idi
“Report”un Fransa bürosu xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün işə başlayan qış sessiyası zamanı Macarıstandan olan deputat Nemeth Zsolt deyib.Deputat bildirib ki, üzv dövlətləri itirmək AŞPA-nın maraqlarına cavab vermir.“Bu gün Gürcüstanın nümayəndə heyətinin qurumdakı iştirakını məhdudlaşdırmağı müzakirə edirik. AŞPA apardığı siyasətə yenidən baxmalıdır. Bundan əvvəl də Azərbaycanın nümayəndə heyəti qurumdan uzaqlaşdırıldı. Bu, yanlış verilmiş bir qərar idi. Biz üzv dövlətləri itirmək əvəzinə onlarla danışıqları davam etdirməliyik”, – o qeyd edib. -
Taksilərin sayı azaldı: Bəs xidmətdə nə dəyişdi?
“Bizim prioritetimiz taksi sayını artırmaq deyil, fərdi nəqliyyat vasitələrinin, minik avtomobilərinin sayını azaltmaq, ictimai nəqliyyatın işini təkmilləşdirib, tıxacların qarşısını almaq üçün insanları ona yönəltməkdir. Yeganə çıxış yolu ictimai nəqliyyatın yolunu optimallaşdırmaqdan keçir”.
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib. O, hesab edir ki, taksilərin kənarda qalmasının səbəbi onların tələblərə cavab verməməsidir:“Bu işə əsasən yeni və müasir taksilər cəlb olunub. Biz yeniliyi görürük. Əsasən də hibrid və elektrikli nəqliyyat vasitələri diqqəti cəlb edir. Bu avtomobillər yanacağı az işlədir və ya elektriklə işləyir. Belə nəqliyyat vasitələrinin sayı artacaq. Hazırda 23 min taksi fəaliyyətdədir. Çünki bu sahə gəlirlidir”.Yasin Mustafayev qeyd edib ki, yaxın vaxtlarda əvvəllər bu sahədə işləyənlər yenidən taksi fəaliyyətinə üz tutacaqlar:
“Onların nəqliyyat vasitələri yeni tələblərə cavab vermir. Güman ki, onlar müəyyən qədər çıxış yolları axtarır və onu əldə etmək üçün variantlar fikirləşir. Əvvəlki kimi 67 min olmasa da, ona yaxın bir rəqəm olacaq”.Qeyd edə ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədr müavini Heydər Rüstəmov qanunvericiliyə edilən dəyişiklikdən sonra Bakıda taksilərin sayının azaldığını bildirib. Bakıda fəaliyyətdə olan 67 min taksi sayı 23 minə enib. -
“Qalatasaray” ingiltərəli müdafiəçi üçün 6 milyon avro təklif edib
Türkiyənin “Qalatasaray” klubu ingiltərəli futbolçu Kayl Uoker-Piters üçün “Sauthempton”a 6 milyon avro təklif edib.
Bu barədə “Milliyet” nəşri məlumat yayıb.İngiltərə təmsilçisi 27 yaşlı müdafiəçiyə görə 8 milyon avro istəyir. Tərəflər arasındakı danışıqların davam etdiyi bildirilib.Qeyd edək ki, Kayl Uoker-Piters 2020-ci ildən “Sauthempton”un formasını geyinir. O, İngiltərə millisinin heyətində iki matçda meydana çıxıb. -
28 yanvar tarixi ilə bağlı CİDDİ XƏBƏRDARLIQ
Yanvarın 27-28-də Yerdə orta və güclü səviyyədə maqnit aktivliyi müşahidə ediləcək.
Mütəxəssislərin açıqlamalarına əsasən, maqnit qasırğaları insanların sağlamlığına müxtəlif təsirlər göstərə bilər. Xüsusilə ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən şəxslərin ehtiyatlı olmaları tövsiyə olunur.Bu dövrdə baş ağrıları, yuxusuzluq, yorğunluq və əhval dəyişikliklərinin daha çox müşahidə ediləcəyi gözlənilir. Həkimlər bu təsirləri azaltmaq üçün gün ərzində bol maye qəbul etməyi, sağlam qidalanma rejiminə əməl etməyi və kifayət qədər istirahət etməyi məsləhət görürlər.Xüsusilə risk qrupuna daxil olan şəxslərin fiziki və emosional yüklənmədən çəkinmələri tövsiyə olunur. Yuxu rejimini nizamlamaq və stressdən uzaq durmaq maqnit qasırğalarının təsirini minimuma endirə bilər.Qeyd edək ki, bu cür maqnit aktivlikləri Yerdə təbii bir proses olub, müəyyən dövrlərdə təkrarlanır. Sağlamlıq problemlərindən qaçmaq üçün profilaktik tədbirlər görmək mühüm əhəmiyyət daşıyır.///Musavat.com -
Arvadını öldürən 70 yaşlı kişinin qardaşı oğlu da həbs edilib – Baltanı gizlədib
İki il əvvəl Ağcabədi rayonunda 68 yaşlı arvadını öldürən kişinin qardaşı oğlu da həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 2023-cü ildə yanvarın 14-də Ağcabədi rayonu ərazisində 1955-ci il təvəllüdlü Dəstəgül Mehdiyevanın qəsdən öldürülməsi faktına görə zərərçəkmişin əri, 1953-cü il təvəllüdlü Əliyar Mehdiyev saxlanılaraq həbs edilib.Hadisəni törətdiyinə görə, Əliyar Mehdiyevə 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.Ötən ilin dekabr ayında təqsirləndirilən şəxs Əliyar Mehdiyevin 30 yaşlı qardaşı oğlu S.Mehdiyev də sözügedən cinayəti bilib, gizlətdiyinə görə saxlanılıb. S.Mehdiyev barəsində Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.Məhkəmədə məlum olub ki, 1995-ci ildə Ağcabədi şəhərində anadan olmuş S.Mehdiyev əmisinin cinayəti törətdiyi baltanı gizlətməkdə təqsirləndirilib. Belə ki, Əliyar Mehdiyev arvadını təsərrüfat-məişət təyinatlı balta ilə öldürüb. Qardaşı oğlu isə hadisədən sonra baltanı götürüb və cinayət baş verən evin həyət sahəsinin arxa hissəsində yerləşən, hasarla soyuducunun arasına qoyaraq qəsdən gizlədib.Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunub. -
Serbiyada etirazçılar ən böyük nəqliyyat qovşağını bağlayıblar
Serbiyanın paytaxtı Belqradda etirazçılar ən böyük nəqliyyat qovşağını bağlayıblar.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, etirazlar xaricdən maliyyələşdirilir və onların məqsədi hakimiyyəti devirməkdir.Qeyd edək ki, Serbiyada kütləvi tələbə etirazları noyabr ayından davam edir. Bu dəfə təşkilatçılar Belqradın ən böyük nəqliyyat qovşaqlarından biri olan Avtokomandanı 24 saat ərzində bağlamağa çağırıblar.Aksiya iştirakçıları Novi-Sad dəmir yolu vağzalında talvarın uçması nəticəsində həlak olan 15 nəfərin xatirəsinə 15 dəqiqəlik sükutla yad edəcəklər. Onlar stansiyanın yenidənqurma sənədlərinin tam dərc olunmasını, faciəyə aidiyyəti olan məmurların cinayət məsuliyyətinə cəlb edilməsini və etirazlarda saxlanılan bütün şəxslərin təqibdən azad edilməsini tələb edirlər.Günün ikinci yarısında dövlət başçısı Aleksandr Vuçiçin serb xalqına müraciəti gözlənilir.///report -
Моргенштерна объявили в федеральный розыск
В Следственном комитете России подтвердили, что рэпера Моргенштерна объявили в федеральный розыск.
Об этом говорится в Telegram-канале ведомства.Уголовное дело в отношении рэпера расследует Савеловский отдел следственного управления СК по Северному административному округу Москвы. Моргенштерна заочно обвиняют в уклонении от исполнения обязанностей, предусмотренных законодательством РФ об иностранных агентах.
По данным следствия, не позднее 21 марта 2024 года он в одном из мессенджеров и видеохостинге “осуществил распространение материалов без указания на то, что они созданы или распространены иностранным агентом”. СК уточнил, что на имущество Моргенштерна наложен арест.
-
Rusiyalı məşhur reper federal axtarışa verildi
Rusiya İstintaq Komitəsi məşhur reper Morqenşternin federal axtarışa verildiyini təsdiqləyib.
Bu barədə qurumun “Telegram” kanalında məlumat verilib.Məlumata görə, reperə qarşı cinayət işi Moskva Şimal İnzibati Dairəsi üzrə İstintaq Komitəsinin Savelovski şöbəsi tərəfindən araşdırılacaq.
Morqenştern qiyabi olaraq Rusiya qanunvericiliyində xarici agentlərlə bağlı nəzərdə tutulan vəzifələrin icrasından yayınmaqda ittiham olunur.
İstintaqın məlumatına görə, o, 2024-cü il martın 21-dən gec olmayaraq mesencer və videohostinqlərdən birində materiallar yayıb və onların xarici agent tərəfindən yaradıldığını və ya yayıldığını göstərməyib.
İstintaq Komitəsi Morqenşternin əmlakına həbs qoyulduğunu qeyd edib.
//oxu.az -
Paris-2024-də idmançılara verilən medalların dəyişdiriləcəyi vaxt açıqlanıb
Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında idmançılara verilən və keyfiyyətində problem yaranmış medalların dəyişdirilməsi prosesinə qarşıdakı həftələrdə başlanacaq.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Beynəlxalq Olimpiya Komitəsindən bildirilib.Qurumdan verilən açıqlamada medalların üzərinə naxışların orjinallardakı kimi həkk olunacağı qeyd edilib:
“Paris-2024 Olimpiya Oyunlarının Təşkilat Komitəsi medalların istehsalı və keyfiyyətinə nəzarət işi ilə məşğul olan “Monnaie de Paris” ilə sıx əməkdaşlıq edir ki, medallardakı hər hansı problemləri qiymətləndirsin, zədələnmənin səbəb və şəraitini başa düşsün. Zədələnmiş medallar sistematik olaraq “Monnaie de Paris” tərəfindən dəyişdiriləcək və orijinallarla eyni şəkildə həkk olunacaq”.
BOK tərəfindən məsələ üzrə Milli Olimpiya Komitələri ilə əlaqədə olduqları vurğulanıb:
“Əvəzedici medalların təmin edilməsi prosesi qarşıdakı həftələrdə Paris-2024 və “Monnaie de Paris” tərəfindən, əlaqədar idmançıların Milli Olimpiya Komitələri ilə birlikdə idarə olunan formada başlamalıdır. Paris-2024 müvafiq Milli Olimpiya Komitələri ilə əlaqədədir”.
Qeyd edək ki, Azərbaycan idmançıları Paris olimpiadasında 7 medal qazanıblar. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Boksçu Alfonso Dominqeslə yanaşı, taekvondoçu Qaşım Maqomedov (58 kq) yalnız finalda uduzaraq gümüş medal əldə ediblər. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilərdən isə Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc mükafata sahib çıxıblar.
H.Heydərov və M.Maqomedovdan başqa, digər beş idmançının medalı keyfiyyətini itirib.
-
Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI: “Faizə pul vermişəm”
Paytaxtda vətəndaşlara qarşı rüsvayedici məlumatlar yayacağı barədə hədə-qorxu gəlməkdə və qanunsuz sahibkarlıqla məşğul olmaqda təqsirləndirilən Qönçə Məmmədovanın cinayət işi üzrə məhkəməsi davam etdirilib.
Median.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Qönçə Məmmədova dövlət ittihamçısı Ziya Mansurovun suallarını cavablandırıb.
Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmişlərin heç birinə hədə-qorxu gəlməyib:
“Evdar xanımam, amma təsərrüfat sahəm olub. 70 hindtoyuğu, 5 baş iri buynuzlu və 10 baş xırdabuynuzlu heyvanım var. Faizə pul verirdim. O pulu isə tanıdığım adamlara vermişəm. Bir şəxs vasitəsilə zərərçəkmiş Fəridə Fərzəliyevaya faizə pul vermişəm. Mən, ümumiyyətlə, pulları 8 və ya 10 faizlə sələmə verirdim. Dövriyyədə 92 min 600 manat pulum var. Digər zərərçəkmiş Gülayə Quliyevanın ona verdiyim pulları qaytarmaq fikri yox idi. Ona görə onun adını bloqer Qabilə verdim.
Qabilin baldızının qayınatası ilə bir xəstəxanada yatmışam, münasibət yaranıb. Amma onu “TikTok”dan da tanıyırdım. Qabilin bacısından yoldaşının nömrəsini götürdüm, daha sonra yoldaşına dedim ki, Qabillə məni calaşdırsın. Qabilə yazdım ki, filankəslər mənim pullarımı vermirlər və o bu məsələni ictimailəşdirsin.
Gülayəni isə Lalə xanımın sayəsində tanımışam. Onun şəkillərini “Facebook”dan götürmüşəm. Mən heç bir zərərçəkmiş şəxsdən pul qarşılığında qızıl almamışam. Bank fəaliyyəti ilə də məşğul olmamışam. Pullarımın qaytarılmaması üçün Baş Prokurorluğa, Abşeron Rayon Polis idarəsinə və Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət etmişəm. Qabil Məmmədovun mənim borc pullarımı qaytarması üçün heç bir rolu olmadı. Evimdən 50 min dollar çıxıb. Onlar da şəxsi pullarımdır”.
Məhkəmənin növbəti iclası fevralın 26-na təyin olunub.
Qeyd edək ki, istintaqla müəyyən edilib ki, Qönçə Məmmədova daha çox qanunsuz gəlir əldə etmək məqsədilə 13 nəfər şəxsə sələmə pul verib.
Belə ki, Fatimə Əhmədovaya 22 100 manat məbləğində pulu kredit kimi verməklə qarşılığında həmin məbləğin faizi qismində 1 500 manat, Namik Həsənova 8 000 manat məbləğində pulu verməklə qarşılığında həmin məbləğin faizi qismində 600 manat, Kəmalə Əkbərovaya 6 000 manat məbləğində pulu verməklə qarşılığında həmin məbləğin faizi qismində 11 575 manat, Gülaya Quliyevaya 28 500 manat məbləğində pulu verməklə həmin məbləğin faizi qismində 28 500 manat, Soltan Qasımova 7 000 manat məbləğində pulu verməklə qarşılığında həmin məbləğin faizi qismində 1 760 manat, Çiçək Cəfərovaya 4 000 manat məbləğində pulu verməklə qarşılığında faiz qismində 410 manat, Rəna Bədəlliyə 3 000 manat məbləğində pulu verməklə qarşılığında 800 manat, Tahirə Məmmədovaya 700 manat məbləğində pulu verməklə qarşılığında faizi qismində 140 manat, Samir Qəribova 4 500 manat məbləğində pulu verməklə qarşılığında faiz qismində 810 manat, Fəridə Fərzəliyevaya 8 000 manat məbləğində pulu verməklə qarşılığında faiz olaraq 5 300 manat, Tamilla Ağayevaya 420 manat məbləğində pulun qarşılığında faiz qismində 50 manat, Cəmilə Cəfərovaya 340 manat məbləğində pulu verməklə qarşılığında faiz qismində 210 manat, Bahtıgül Məmmədovaya 200 manat məbləğində pulu verməklə qarşılığında 20 manat faiz olmaqla cəmi 13 nəfər şəxsə 92 760 manat məbləğində pulu kredit kimi verməklə həmin pul vəsaitinin, əlavə faizlər qismində ümumilikdə 51 675 manat məbləğində pulu gəlir kimi Bakı şəhəri və Abşeron rayonunun ərazisində əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olub.
İttiham aktında o da qeyd olunub ki, bundan başqa, Qönçə Məmmədova sələmə pul verdiyi Gülayə Quliyevadan əlavə əmlak əldə etmək məqsədilə guya qohumu kimi təqdim etdiyi bloqer Qabil Məmmədov vasitəsilə bütün sosial platformalarda onun haqqında rüsvayedici məlumatları yayacağı ilə hədələyib. Lakin şifahi hədələrlə Gülayə Quliyevadan pul ala bilmədiyini görüb onun qohumluq münasibətlərində olduğu G.Kazımova, M.Qənizadə və D.Qəniyevin “Instagram” və “Facebook” sosial şəbəkələrindəki şəxsi hesablarında olan fotoşəkilləri, habelə onların şəxsi həyatı və guya müxtəlif cinayətləri törətmələrinə dair məlumatları tanışı Lalə Sultanova vasitəsilə əldə edərək “WhatsApp”la Qabil Məmmədova göndərib.
Qabil Məmmədov da öz növbəsində “YouTube” internet platformasında təsis etdiyi “Haqsızlığa susma” adlı internet kanalında Gülaya Quliyeva və onun qohumluq münasibətlərində olduğu şəxslər haqqında rüsvayedici məlumatların yayılmasını təşkil edib.
Bundan əlavə, o, təkrarən sələmçilik fəaliyyətini həyata keçirməklə Fəridə Fərzəliyevadan əlavə əmlak əldə etmək məqsədilə eyni üsulla Qabil Məmmədov vasitəsilə bütün sosial platformalarda mütəmadi çıxışlar edib, onun haqqında rüsvayedici məlumatları yayıb. Hətta Qabil Məmmədovun adamları vasitəsilə onu oğurladacağı hədəsi ilə borcunun olmadığını dəqiq bildiyi halda əsassız olaraq əlavə 4 500 manat məbləğində pulu hədə-qorxu ilə tələb edib.
Qönçə Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə – təkrarən törədildikdə), 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 192.1 (qanunsuz sahibkarlıq – dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.








