Month: January 2025

  • Dünyanın ən təhlükəsiz minik avtomobilləri hansılardır?

    2024-cü il üçün ən təhlükəsiz avtomobillərinin siyahısı təqdim edilib. Belə bir araşdırmanı “Euro NCAP” təşkilatı həyata keçirib.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, həmin araşdırmalara görə, “Zeekr X” ən təhlükəsiz avtomobil sayılıb. Bundan əlavə, kiçik krossoverlər (yolsuzluq avtomobilləri) arasında ən yaxşı avtomobil kimi tanınıb.

    “Mazda CX-80” ən təhlükəsiz iri krossover kimi qəbul edilib.

    “Skoda Superb” böyük ailə avtomobillərinin təsnifatında ən təhlükəsiz hesab olunub. Mütəxəssislər Çinin “Maxus eTerron 9″nu da təhlükəsiz sayıblar.

    Qeyd edək ki, kateqoriyadan asılı olmayaraq, “Mersedes-Benz E-Class” müsabiqədən kənarda ən təhlükəsiz avtomobildir.

  • Трамп приостановил работу главного биомедицинского института США

    Администрация президента США Дональда Трампа приостановила деятельность ключевого биомедицинского института страны – Национального института здравоохранения (NIH).

    Об этом сообщило агентство Bloomberg.
    “Администрация Трампа поставила на паузу работу жизненно важного для США биомедицинского исследовательского механизма – Национального института здравоохранения. Рассмотрение грантов, поездки и набор сотрудников заморожены на неопределенный срок. Даже небольшие перебои в работе NIH могут привести к серьезным последствиям, особенно для молодых исследователей”, – отмечает агентство.
    Как отмечает агентство, инвестиции в биомедицинские исследования приносят значительную пользу экономике США. По данным NIH, каждый $1 вложений в науку генерирует $2,46 экономической активности.
    NIH является основным источником финансирования биомедицинских исследований в США, ежегодно распределяя более $47 млрд на поддержку более 300 тыс. исследователей в 2,5 тыс. учреждений. Это позволяет институту играть ключевую роль в разработке новых медицинских технологий, включая иммунотерапию рака.

  • Tramp ABŞ-nin əsas biotibb institutunun işini dayandırıb

    ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkənin əsas biotibbi institutu olan Milli Səhiyyə İnstitutunun (NIH) fəaliyyətini dayandırıb.

    Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
    “Tramp administrasiyası ABŞ-nin həyati əhəmiyyət kəsb edən biotibbi tədqiqat qolu olan Milli Səhiyyə İnstitutunun işini dayandırıb. Qrantların nəzərdən keçirilməsi, səfərlər və işə qəbul qeyri-müəyyən müddətə dondurulub. NIH-in əməliyyatlarında hətta kiçik fasilələr belə, xüsusilə də gənc tədqiqatçılar üçün, ciddi nəticələrə səbəb ola bilər”, – agentlikdən bildirilib.
    Qeyd edilib ki, biotibbi tədqiqatlara investisiyalar ABŞ iqtisadiyyatına ciddi xeyir verir. NIH-in məlumatına görə, elmə yatırılan hər 1 dollar 2,46 dollarlıq iqtisadi aktivliyə çevrilir.
    NIH ABŞ-də biotibbi tədqiqatlar üçün əsas maliyyə mənbəyidir və 2,5 min institutda 300 mindən çox tədqiqatçıya dəstək olmaq üçün hər il 47 milyard dollardan çox vəsait ayırır. Bu, instituta yeni tibbi texnologiyaların, o cümlədən xərçəng immunoterapiyasının işlənib hazırlanmasında əsas rol oynamağa imkan verir.

  • Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü

    Zaqatala Rayon Mərkəzi Xəstəxanasında 39 yaşlı kişi anidən ölüb.

    Axşam saat 17 radələrində Zaqatala şəhər sakini 39 yaşlı İlkin Vidadi oğlu Məmmədov ağır formada təngənəfəslik əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə daxil olub.
    Aparılan tibbi müdaxilələrə baxmayaraq İ. Məmmədovda xəstəxanaya daxil olduqdan bir qədər sonra ani ölüm qeydə alınıb.

    İ. Məmmədovun anidən ölüm faktı ilə bağlı hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

  • Испанская полиция раскрыла китайскую сеть торговцев людьми

    Испанская полиция разоблачила сеть торговли людьми, которая переправляла женщин из Китая в Испанию для сексуальной эксплуатации.

    Как передает Median.Az со ссылкой на западные СМИ, об этом сообщила в пятницу испанская полиция.
    В рамках операции были арестованы 30 человек, а 33 жертвы, включая одну несовершеннолетнюю, освобождены.
    Полиция сообщила, что расследование началось в 2022 году и позволило выявить хорошо организованную международную преступную сеть под названием “Триада Тянь Ся Ше”. Жертвы, все азиатского происхождения, находились в условиях, близких к рабству. Они были вынуждены заниматься проституцией в Испании, чтобы погасить долги перед эксплуататорами, которые доходили до 20 тыс. евро.
    Сеть также получала крупные прибыли, осуществляя за вознаграждение переправку нелегальных мигрантов из Китая, желающих попасть в США.
    В операции участвовало Европейское правоохранительное агентство (Европол). В ходе полицейских рейдов было закрыто два борделя и предприятие по подделке документов. Операции проводились в 14 местах в Испании и одном в Хорватии.

  • İspaniya polisi Çindən olan insan alveri şəbəkəsini yaxalayıb

    İspaniya polisi qadınları cinsi istismar üçün Çindən İspaniyaya gətirən insan alveri şəbəkəsini üzə çıxarıb.

    “Report” Qərb KİV-inə istinadən xəbər verir ki, bu barədə İspaniya polisi məlumat yayıb.
    Əməliyyat çərçivəsində 30 nəfər həbs edilib, 33 zərərçəkən, o cümlədən yetkinlik yaşına çatmayan 1 nəfər azad olunub.
    Polis istintaqın 2022-ci ildə başladığını və “Tyan Sya Şe Triadası” adlı yaxşı təşkil olunmuş beynəlxalq cinayət şəbəkəsinin üzə çıxarıldığını bildirib. Hamısı Asiya mənşəli olan qurbanlar köləliyə bənzər şəraitdə saxlanılıb. Onlar istismarçılarına 20 min avroya qədər çatan borclarını ödəmək üçün İspaniyada fahişəliyə məcbur ediliblər.
    Şəbəkə, həmçinin Çindən ABŞ-yə qeyri-qanuni mühacirət müqabilində də böyük gəlir əldə edib.
    Əməliyyatda Avropa Hüquq Mühafizə Agentliyi (Avropol) iştirak edib. Polisin keçirdiyi reydlər zamanı iki əxlaqsızlıq yuvası və sənəd saxtakarlığı ilə məşğul olan müəssisə bağlanılıb. Əməliyyatlar İspaniyada 14, Xorvatiyada 1 yerdə həyata keçirilib.

  • Bakıda qadın qazdan boğulub öldü

    Bakıda qadın qazdan boğulub.

    Hadisə gecə saatlarında Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib.
    58 yaşlı Hüsyenova Elvira Akif qızı yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

    Araşdırma aparılır.

  • İraqda neft emalı zavodunda yanğın baş verib, yaralananlar var

    İraqın cənubundakı “Rumeyla” neft emalı zavodunda yanğın baş verib, azı dörd nəfər xəsarət alıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “Shafaq News” informasiya portalı məlumat yayıb.

    Məlumata görə, yaralananlar müxtəlif travmalar alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Yanğınsöndürmə qrupları hadisə yerində işləyir, lakin alovun qarşısını almaq hələ mümkün olmayıb, yanğın sahəsi genişlənir.

    Portal yanğının səbəbi barədə məlumat verməyib.

  • Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır

    Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır.

    APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

    Rusiya dövlət başçısının sözlərinə görə, bunun üçün Qərb Zelenskiyə təzyiq göstərməlidir: “Kiyevin sponsorları Zelenskini məcbur etməlidir ki, o, Moskva ilə danışıqların qadağan edilməsi barədə qərarını ləğv eləsin. Çünki onun belə bir dekreti var”.

    Putin əlavə edib ki, Ukrayna özü-özünə Rusiya ilə dialoq aparmağı qadağan edib, belə olan halda isə istənilən danışıqlar qeyri-legitim sayılır.