Month: January 2025

  • Nohur gölündə batan kişinin meyiti tapıldı

    Ötən gün Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində Nohur gölündə 40 yaşlı kişi batıb.

    Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, həmin şəxs Qəribov İlham İslam oğludur və onun meyiti bu gün tapılıb.

    Meyit Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

  • Şahmat dünya çempionatı Qətərdə keçiriləcək

    2025-ci ildə sürətli şahmat və blits üzrə dünya çempionatı Qətərin paytaxtı Dohada keçiriləcək.

    Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Mətbuat xidməti məlumat yayıb.

    Sürətli şahmat dekabrın 26-28-də baş tutacaq. Blits yarışları isə dekabrın 30-31-nə təsadüf edəcək.

    Qeyd edək ki, ötən il mundial ABŞ-nin Nyu York şəhərində keçirilib.

  • HAMAS yanvarın 24-də girovların ikinci qrupunun siyahısını İsrailə verəcək

    Fələstinin HAMAS hərəkatı yanvarın 25-də azad etməyi planlaşdırdığı girovların siyahısını sabah İsrailə təhvil verəcək.

    Bunu HAMAS-ın İordan çayının qərb sahilindəki bölməsinin rəhbəri Zaher Cabarin açıqlayıb.

    Onun sözlərinə görə, tərəflər arasında baş tutan razılaşma İsrail tərəfinin bəzi pozuntularına baxmayaraq həyata keçirilir.

    Zaher Cabarin onu da bildirib ki, Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə etmək üçün danışıqlar iki həftədən sonra başlayacaq.
    Qeyd edək ki, məlumat HAMAS-ın “Telegram” kanalında verilib.

  • “Qarabağ” hesabı artırdı

    UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” – FCSB (Rumıniya) oyununda növbəti qol vurulub.

    Rəqib komandanın oyunçusu öz qapısını qol vurub. Beləliklə də, komandamız hesabda önə keçib.

  • Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu

    Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Camal Nizami oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olmuşdur.

    APA-nın əldə etdiyi məlumata görə, daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılmış, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də digər hərəkətlər icra edilmişdir.

    Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilmişdir.

    Məlumatı Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev təsdiqləyib.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır.

  • “Qarabağ” FCSB komandası ilə oyunda hesabı açıb

    UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” – FCSB (Rumıniya) oyununda hesab açılıb.

    Tofiq Bəhramov adına Respublika stadionundakı matçın 2-i dəqiqəsində Leandro Andrade Ağdam təmsilçisini hesabda irəli çıxarıb.

    Matçı Slovakiyalı baş hakim Filip Qlova idarə edir.

  • Trampın çıxışından sonra neftin qiyməti aşağı düşüb

    ABŞ Prezidenti Donald Trampın neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu elan etməsindən sonra “qara qızıl” kəskin şəkildə ucuzlaşıb.

    Bu barədə Median.Az “İnterfaks”a istinadən xəbər verir.

    Belə ki, Bakı vaxtı ilə saat 20:35-ə olan məlumata görə, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 78,42 dollar təşkil edir ki, bu da əvvəlki hərracın bağlanış qiymətinə nisbətən 0,58 dollar (0,73%) azdır.

    Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərraclarda WTI markalı neftin mart fyuçerslərinin qiyməti 0,72 dollar (0,95%) ucuzlaşaraq 74,72 dollar/barelə bərabər olub.

    Trampın çıxışına qədər neft bahalaşırdı.

    Xatırladaq ki, Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına videobağlantı vasitəsilə danışan Tramp Səudiyyə Ərəbistanı və OPEC-dən neftin qiymətini aşağı salmağı istəyəcəyini bildirib.

  • Zaxarova: Rəsmi İrəvandan üçtərəfli razılaşma ilə bağlı bunu eşitməmişəm

    Rəsmi İrəvanın özünü daha üçtərəfli razılaşmaların bir hissəsi hesab etmədiyini dediyini eşitməmişəm.

    APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

    Onun sözlərinə görə, Ermənistan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli razılaşmalardan çıxmayıb: “Mən, rəsmi İrəvanın özünü daha üçtərəfli razılaşmaların bir hissəsi hesab etmədiyini dediyini eşitməmişəm. Buna müvafiq olaraq, əgər həmin sənədlərin aktual olmadığı bəyan edilməyibsə, müvafiq olaraq imzalanmış bəyanatlardan çıxılmayıbsa, imzanı geri götürməsi baş verməyibsə, o zaman ölkə rəhbərinin imzaladığının (sənədin, bəyanatın-red) bir hissəsidir”, – Zaxaraova vurğulayıb.

  • Türkiyə 27 iranlı məhbusu ölkəsinə qaytarıb

    Türkiyə 27 iranlı məhbusu ölkəsinə qaytarıb.

    Bu barədə IRNA məlumat yayıb.

    Məlumatda Türkiyədə məhbus olan 25 iranlı kişi və 2 qadının İrana təhvil verildiyi bildirilib.

  • Bu qurum da ƏDV-dən azad olundu

    Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı genişlənib.

    Bnunla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
    Fərmana əsasən, siyahıya Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti əlavə edilib.
    Bu Fərman 2024-cü il sentyabrın 1-dən tətbiq edilir.