Month: January 2025

  • Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak etdi

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Baku Media Mərkəzinin rəhbəri Arzu Əliyeva yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “İnnovasiya və əməkdaşlıq vasitəsilə dayanıqlılığın sürətləndirilməsi” mövzusunda tədbirdə iştirak ediblər.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Leyla Əliyeva regiondakı ekoloji problemlərə toxunub, xüsusilə Xəzər dənizində ekoloji vəziyyətin təcili diqqətə ehtiyacı olduğunu bildirib. Qeyd edib ki, son 10 ildə Xəzər dənizinin səviyyəsinin kəskin azalması müşahidə olunur. O, Xəzərin dünyanın ən böyük gölü olduğunu və dünya göllərinin ümumi su ehtiyatlarının 40 faizindən çoxunu təşkil etdiyini vurğulayaraq, onun nadir ekosistemi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Xəzər dənizində müşahidə olunan problemlərin bir sıra canlıların, o cümlədən Xəzər suitisi, nərə və qızılbalıq kimi qiymətli balıq növlərinin populyasiyasına mənfi təsir etdiyini bildirib. Xüsusilə Xəzər suitilərinin sayının əhəmiyyətli dərəcədə azaldığını qeyd edib və bu növün qorunmasının vacibliyini vurğulayıb.

    Həmçinin Xəzər dənizində müşahidə olunan kompleks problemlərin elmi şəkildə öyrənilməsi, monitorinqi və onların mümkün həlli yollarına dair təkliflərin irəli sürülməsi məqsədilə IDEA tərəfindən COP29-da təqdim olunan Xəzər Dənizi Tədqiqat Mərkəzinin yaradıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Mərkəzin regional əməkdaşlığı gücləndirməyə və Xəzər dənizinin gələcək davamlılığını təmin etməyə töhfə verəcəyi qeyd olunub.

    Çıxışının yekununda Leyla Əliyeva Xəzər dənizinin nadir ekoloji sisteminin qorunması naminə davamlı monitorinq və təhlillərin aparılmasının, elmi tədqiqatların dəstəklənməsinin vacibliyini vurğulayaraq, beynəlxalq ekspertləri, tədqiqat mərkəzlərinin nümayəndələrini və digər maraqlı tərəfləri bu istiqamətdə birgə layihə və təşəbbüslərlə çıxış etməyə, əməkdaşlıq qurmağa çağırıb.

    Qeyd edək ki, dövrün ən aktual problemlərinə innovativ həll yollarını araşdırmaq üçün uzaqgörən liderləri, innovatorları və maraqlı tərəfləri bir araya gətirən tədbirdə müxtəlif ölkələrdən müvafiq sahədə fəaliyyət göstərən təşkilatların yüksəksəviyyəli nümayəndələri çıxış edib.

  • Ирак готов выступить посредником для контактов между США и Ираном

    Багдад готов выступить посредником для контактов между США и Ираном, если в этом будет необходимость.

    Об этом заявил глава МИД Ирака Фуад Хусейн, выступая на Всемирном экономическом форуме в Давосе.

    “У нас хорошие контакты как с Вашингтоном, так и с Тегераном. И если нас попросят об этом, мы готовы выступить посредником. Это будет как в интересах Багдада, так и
    всего региона, и международной безопасности”, – сказал Хусейн.

    По его словам, администрация бывшего президента США Джо Байдена уже просила об этом иракские власти и Багдад организовывал последнюю встречу между иракской и американской стороной.
    Отметим, что на прошлой неделе министр иностранных дел Ирана Аббас Арагчи заявил, что Тегеран не намерен вести переговоры с Вашингтоном, пока США не вернутся к соблюдению условий Совместного всеобъемлющего плана действий (СВПД) 2015 года по иранской ядерной программе.

  • İraq ABŞ-İran təmaslarında vasitəçilik etməyə hazırdır

    İraq lazım gələrsə, ABŞ və İran arasında təmaslarda vasitəçi kimi çıxış etməyə hazırdır.

    Bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

    “Bizim həm Vaşinqton, həm də Tehranla yaxşı əlaqələrimiz var. Bizdən xahiş edilsə, vasitəçi kimi çıxış etməyə hazırıq. Bu, Bağdadın, bütün regionun və beynəlxalq təhlükəsizliyin maraqlarına uyğun olacaq”, – o deyib.

    Hüseynin sözlərinə görə, ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin administrasiyası artıq bu barədə İraq hakimiyyətinə müraciət edib və Bağdad İraqla Amerika arasında son görüşü təşkil edib.

    Qeyd edək ki, ötən həftə İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin İranın nüvə proqramı üzrə 2015-ci ilin Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərinə əməl etməyə qayıtmayacağına qədər Tehranın Vaşinqtonla danışıqlar aparmaq niyyətində olmadığını bildirib.

  • Расширен список сведений, относящихся к государственной тайне

    Внесены поправки в “Список сведений, относящихся к государственной тайне”.

    Cоответствующий указ подписал президент Азербайджана Ильхам Алиев.

    Согласно поправкам, наряду с объемами производства и мощностями производства вооружения, военной техники и другой военной продукции, их поставка также включена в перечень сведений, составляющих государственную тайну.
    Кроме того, к государственной тайне относятся сведения о разработке, производстве, экспорте, продаже предприятиями (производителями) вооружения, военной техники и другой военной продукции, а также об организации их производства, экспорта, продажи, включая информацию о кооперации этих предприятий (производителей) и их финансовая отчетность.

  • Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib

    “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilib.

    Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Dəyişikliyə əsasən, silah, hərbi texnika və digər hərbi məhsulların istehsal həcmi və buraxılışının istehsal gücü ilə yanaşı, onların göndərilməsi də dövlət sirrinə aid edilən məlumatlar kimi qeyd olunub.

    Bundan əlavə, müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı ilə bərabər, ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar da dövlət sirrinə aid edilir.

  • Xaçmazda asılmış kişi meyiti tapıldı

    Xaçmazda intihar hadisəsi olub.

    Hadisə Qarabağlı kəndində baş verib.

    Mustafayev İzzət Abgül oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb.

    Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.

  • İtaliyada avrokubok oyunundan əvvəl üç azarkeş bıçaqlanıb

    Bu gün İtaliyada yerli “Latsio” və İspaniyanın “Real Sosyedad” komandaları arasında keçiriləcək matçdan əvvəl azarkeşlər arasında qarşıdurmada üç nəfər xəsarət alıb.

    Bu barədə “Football Espana” nəşri məlumat yayıb.

    Həmin fanatların bıçaqlandığı bildirilib. Hər iki klubun tərəfdarları arasında oyundan əvvəl əlbəyaxa dava olub. Meydan sahiblərinin 80-dən çox azarkeşi münaqişədə iştirak edib.

    Bıçaqlanan şəxslərdən ikisi ağır yaralanıb. Yerli polis hazırda məsələ ilə bağlı araşdırma aparır.

    Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
     
    ///report

  • Abşeronda bank kartlarından oğurluğa görə 5 nəfər tutuldu

    Abşeron rayonunda bank kartlarından oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

    Median.Az DİN-ə istinadən xəbər verir ki, Abşeron rayonu ərazisində müxtəlif şəxslərin bank kartlarından ümumilikdə 4000 manata yaxın pul vəsaitinin oğurlanması barədə polisə məlumatlar daxil olub.

    Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 32 yaşlı M.Hümbətov, 34 yaşlı Ş.Xudiyeva, 20 yaşlı H.Əfəndiyev, 34 yaşlı H.Bayramova və 31 yaşlı Ə.Mahmudov müəyyən olunaraq saxlanılıblar.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • “Yuventus”un müdafiəçisi karyerasını İngiltərədə davam etdirə bilər

    İtaliya millisinin və “Yuventus”un müdafiəçisi Andrea Kambyazo karyerasını İngiltərədə davam etdirə bilər.

    “Şəhərlilər” 24 yaşlı futbolçu üçün Turin klubuna təxminən 65 milyon avro təklif edəcəklər.

    A.Kambyazo Mançester təmsilçisinin qış “transfer pəncərəsi”ndə heyətinə cəlb etdiyi dördüncü futbolçu ola bilər. Buna qədər “Ayntraxt”dan (Almaniya) Omar Marmuş, “Lans”dan (Fransa) Abdulkodir Xusanov və Brazliya təmsilçisi “Palmeyras”dan Vitor Reys transfer edilib.

    Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasında 22 turdan sonra 38 xalla beşinci pillədə qərarlaşıb

  • Meteohəssas insanlar üçün sabahın PROQNOZU

    Yanvarın 24-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə,  Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.