Month: January 2025

  • Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat cərimə olunacaqlar

    Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat məbləğində cərimə olunacaqlar.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik edilməsi təklif olunub.

    Məcəlləyə təklif edilən dəyişikliklə ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə cərimənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir.

    Daha bir dəyişikliklə, çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək (hazırda 80-150) məbləğdə, hüquqi şəxslər 600 manatdan 800 manatadək (hazırda 200-400) məbləğdə cərimə ediləcək.

    Bundan başqa, vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni, vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə cərimənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir.

    Eyni zamanda, çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunacaq.

    Həmçinin hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimə məbləği 50 manatdan 200 manata artırılır.

    İXM-ə təklif olunan daha bir dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə cərimə məbləği 400 manatdan 600 manatadək (hazırda 200-300) artırılması nəzərdə tutulur.

    Həmçinin dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə isə 500 manatdan 700 manatadək (hazırda 250-350) cərimə olacaq.

  • В Азербайджане повысят возрастной ценз на приобретение гражданского огнестрельного оружия

    В Азербайджане предложено повысить возрастной ценз для приобретения гражданского огнестрельного оружия до 21 года.

    Как сообщает Report, изменения предусматриваются в закон “О служебном и гражданском оружии”.

    Согласно действующему законодательству, право на приобретение гражданского оружия имеют лица, достигшие 18-летнего возраста.

    Отметим, что субъектами, имеющими право на приобретение служебного и гражданского оружия, являются государственные органы и юридические лица, выполняющие специальные уставные задачи, предприятия, занимающиеся разработкой, испытанием, производством или продажей оружия, а также спортивные и охотничьи общества и образовательные учреждения.

  • Azərbaycanda mülki odlu silah əldə etmək üçün tələb olunan yaş həddi artırılır

    Azərbaycanda mülki odlu silah əldə etmək istəyən vətəndaşlar 21 yaşa çatdıqdan sonra bu hüquqa malik olacaqlar.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bununla bağlı “Xidməti və mülki silah haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

    Mövcud qanunvericiliyə əsasən, mülki odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi 18-dir.

    Qeyd edək ki, ölkədə xidməti və mülki silah əldə etmək hüququ olan subyektlərin sırasına xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanları və hüquqi şəxslər, xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya satışı ilə məşğul olan müəssisələr, idman və ovçuluq cəmiyyətləri və təhsil müəssisələri aiddir.

  • В Азербайджане за торговлю оружием через медиа и соцсети может грозить до 10 лет лишения свободы

    В Азербайджане предложено внести изменения в Уголовный кодекс, предусматривающие ответственность за незаконный оборот оружия, его комплектующих, боеприпасов и взрывчатых веществ (за исключением гладкоствольного охотничьего оружия и патронов к нему), если эти действия совершаются через медиа, интернет-ресурсы или информационно-телекоммуникационные сети.

    Как сообщает Report, соответствующие изменения в Уголовный кодекс предполагают наказание в виде лишения свободы сроком от 5 до 10 лет.

    При этом лицо, добровольно сдавшее оружие, освобождается от уголовной ответственности, если в его действиях отсутствует состав другого преступления.

  • Media və sosial şəbəkə vasitəsilə qanunsuz silah satanlar 10 ilədək həbs oluna bilərlər

    Azərbaycanda media və sosial şəbəkədən istifadə etməklə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə məsuliyyət nəzərdə tutulacaq.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir.

    Dəyişikliyə görə, bu əməllər mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

    Qeyd edək ki, qeyd olunan əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.

  • Qulluq mövqeyindən istifadə edərək qanunsuz silah satan və daşıyanlar məsuliyyətə cəlb olunacaqlar

    Azərbaycanda öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə məsuliyyət nəzərdə tutulacaq.

    Median.Az “Report” istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.

    Dəyişikliyə görə, bu şəxslər 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.

    Qeyd edək ki, qeyd olunan əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.

  • Hərbi formanı qanunsuz daşıyanları 1000 manatadək cərimə gözləyir

    İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

    “Qafqazinfo” xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

    Dəyişikliyə əsasən, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə, inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 800 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.

    Qeyd edək ki, qüvvədə olan Qanuna əsasən, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

    İnzibati Xətalar Məcəlləsinə təklif edilən digər dəyişikliyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxsin hərbi geyim formasını qanunla nəzərdə tutulmamış hallarda daşımasına görə – beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.

  • Hikmət Mirzəyevə yeni müavin təyin olunub

    Azərbaycan Ordusunun Quru Qoşunları Komandanı, general-polkovnik Hikmət Mirzəyevə yeni müavin təyin olunub.

    Bu vəzifəyə general-mayor İlqar Lətifov təyinat alıb.

    Qeyd edək ki, o, əvvəllər Azərbaycan Ordusunda dördüncü ordu korpusunun komandanı olub.

  • Госструктуры добились приостановления работ по незаконному сносу памятника архитектуры в Баку

    Госструктуры добились приостановления незаконного снова памятника архитектуры в Баку, в настоящее время принимаются меры по его восстановлению.

    Как сообщили в Государственной службе по охране, развитию и реставрации культурного наследия при Министерстве культуры, 9 января сотрудники Бакинского регионального управления обнаружили факт незаконных работ по сносу памятника архитектуры местного значения с инвентарным номером 5595.

    Памятник расположен по адресу: улица Ростроповичей, 19 в Ясамальском районе.

    Совместно с представителями соответствующих государственных органов незаконные работы были остановлены, а ответственным лицам вынесено предупреждение о недопустимости подобных действий. Однако 19 января стало известно о возобновлении незаконных работ по сносу памятника.

    Государственная служба в сотрудничестве с Главным управлением архитектуры и градостроительства города Баку при Государственном комитете по градостроительству и архитектуре вновь добились прекращения этих незаконных работ.

    В настоящее время принимаются меры для восстановления памятника в его первоначальном виде.

  • Bakıda tarixi abidədə iki dəfə qanunsuz söküntüyə cəhd olub

    Bakıda tarixi abidəyə müdaxilə olunub.

    Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Dövlət Xidmətinin Bakı Regional İdarəsi yanvarın 9-da Yasamal rayonu, Rostropoviçlər küçəsi, 19 ünvanında yerləşən, 5 595 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə faktı aşkarlayıb.

    Məlumata görə, abidəyə baxış keçirən zaman qanunsuz söküntü işlərinin aparıldığı müəyyən edilib:

    “Əraziyə dəvət olunan aidiyyəti dövlət orqanlarının əməkdaşları ilə birgə söküntü işləri dayandırılıb, qanunsuz müdaxilə hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunub”.

    Bildirilib ki, buna baxmayaraq, yanvarın 19-da qanunsuz söküntü işlərinin yenidən təkrarlandığı aşkar edilib:

    “Aşkarlanan fakt üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə birgə qanunsuz görülən işlər dayandırılıb. Abidənin əvvəlki vəziyyətinə qaytarılması üçün tədbirlər davam etdirilir”.